Məhkəmə qərarları › İş №2-1(112)-12114/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12114/2022

21.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12114/2022 21.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər Nərimanov Rayon İcra Şöbəsinə qarşı “icra hərəkətlərinin davam etdirilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək, icra hərəkətlərinin davam etdirilməsi ilə əlaqədar Nərimanov Rayon İcra və Probasiya şöbəsinin depozit hesabına yerləşdirilmiş 39100 ABŞ dolları pulun İddiaçı qaytarılması baradə cavabdeh Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi əsasında verilmiş 2-1012/06 saylı icra vərəqəsinə əsasən borclu mərhum həyat yoldaşı X2 40000 ABŞ dolları məbləğində pul tutularaq tələbkar X6 verilməsi barədə qərar qəbul edilmişidir. Bakı şəhəri Nərimanov rayon MN və Mİ şöbəsinin məhkəmə icraçısı X9, X1, hal şahidləri X15 və X3 iştirakları ilə tərtib edilmiş xx.xx.2006-cı il tarixli aktdan görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 8-308/2006-cı il saylı qərardadı ilə icra vərəqəsində göstərilən məbləğin ödənilməsi borclu iddiaçının mərhum həyat yoldaşı X4 yaşadığı, onun arvadı yəni iddiaçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Ş.Mustafayev küçəsi 27,119 saylı evin hesabına təmin edilməsi qərara alınmışdır. Eləcə də xx.xx.2006-cı il tarixli, 1042 saylı ekspert rəyinə əsasən həmin ev 80.000 ABŞ dolları və ya 71.000 (yetmiş bir min) manat məbləğində qiymətləndirilmişdir. Qanunverciliyin tələbinə əsasən X7 təklif edilmişdir ki, icra vərəqəsinə əsasən borclu mərhum həyat yoldaşı X2 onun xeyrinə alınmalı olan 40.900 ABŞ dolları ekspert tərəfindən evə təyin edilmiş 80.000 ABŞ dolları və ya 71.000 manat arasında olan 39.100 ABŞ dolları fərqi manatla məzənnədə ödəməklə sözügedən evi borc əvəzinə qəbul edə bilər. X1 evi borc əvəzi qəbul etməyə razı olduğunu bildirmiş və icra vərəqəsinə əsasən mərhum X2 onun xeyrinə alınmalı olan 40.900 ABŞ dolları ilə ekspert tərəfindən evə təyin edilmiş 80.000 ABŞ dolları və ya 71.000 manat arasında olan fərqi, yəni 39.100 ABŞ dolları (33.876,24 manat 24 qəpik fərqi) ödəmişdir. Beləliklə, ev borc əvəzinə X7 verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin Bakı şəhəri ünvan 1 ünvanlanmış xx.xx.2019-cu il tarixli, 7580 №-li məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, 27/119 saylı ev 80000 ABŞ dollarına qiymətləndirilmişdir. X1 evi 40900 ABŞ dollara qəbul etmişdir. Həmin vəsaitin qalıq hissəsi 39100 ABŞ dolları məbləğində pul isə xx.xx.2006-cı il tarixli qəbzə əsasən şöbənin depozit hesabına keçirilmişdir. Hazırda şöbənin depozitində 39100 ABŞ dolları pulun mövcud olub-olmaması barədə məlumat verilməsi xahiş olunur. Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin X5 ünvanlanmış xx.xx.2019-cu il tarixli 12347-15- 2A №-li məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, 27/119 saylı mənzili 80000 ABŞ dollarına qiymətləndirilmiş və X1 mənzili 40900 ABŞ dollara qəbul etmişdir. Həmin vəsaitin qalıq hissəsi 39100 ABŞ dolları məbləğində vəsaitin şöbənin depozit hesabında olub-olmaması barədə 7 saylı Xəzinədarlıq İdarəsinə sorğu edilmiş, sorğuya verilmiş cavabda şöbənin kassa sifarişləri əsasında 33876,20 manat vəsait şöbənin depozit hesabından 30 mart 2007-ci il tarixdə şöbənin təqdim etdiyi ödəniş tapşırığında göstərilən rekvizitlər üzrə köçürülməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 7 sayh Xəzinədarlıq İdarəsinin Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 04/147 №-li məktubdan görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 7 saylı Xəzinədarlıq İdarəsində 39100,00 ABŞ dolları məbləğində pul vəsaitinin Nərimanov rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ödənilməsi barədə məktuba baxılmışdır. Bildirilmişdir ki, məktuba əlavə edilmiş Nərimanov rayon İcra və Probasiya Şöbəsinin kassa xərclərinin sifarişi əsasında 33 876,20 manat vəsait Şöbəsinin depozit hesabından 30 mart 2007-ci il tarixdə Şöbənin təqdim etdiyi ödəniş tapşırığında göstərilən rekvizitlər üzrə köçürülmüşdür. Göstərilənlərlə bərabər bildirilmişdir ki, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin depozit hesabı üzrə xərc əməliyyatları Şöbənin xərc sirafişləri və ödəniş sənədləri əsasında aparılır və bu xəzinə hesabında aparılan əməliyyatlar aylıq üzləşmə aktı ilə təsdiq olunur. Bununla əlaqədar xəzinə hesabında aparılan daxilolma və xərc əməliyyatlarının Nərimanov rayon İcra və Probasiya Şöbəsinin ilkin sənədləri əsasında aparılması məqsədəmüvafiq hesab edilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 7 saylı Xəzinədarlıq İdarəsinin xx.xx.2019-cu il tarixli DA01/xx-xx-1063 №-li məktubundan görünür ki, Nərimanov rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinin depozit hesabı üzrə xərc əməliyyatları Şöbənin xərc sifarişləri və ödəniş sənədləri əsasında aparılır və bu ödənişlər Şöbənin mühasibatlığında əks olunmalıdır. Ərizədə qeyd edilən 33.849,14 manat vəsait 06 iyul 2006-cı il tarixli 2-1012/0006 saylı və 07 noyabr 2006-cı il tarixli 8/308-2006 saylı icra vərəqələri üzrə İcra Şöbəsinin 30 mart 2007-ci il tarixli sifarişinə əsasən həmin tarixdə Şöbənin depozit hesabından ödənilmişdir. Qeyd olunan ödənişin dəqiqləşdirilməsi məqsədilə Nərimanov rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsini məqsədəmüvafiq hesab edilir. X1 icra vərəqəsinə əsasən borclu X2 alınaraq olan verilməli olan 40900 ABŞ dolları pulun əvəzində borclunun arvadı (hazırki iş üzrə iddiaçı) İddiaçı mülkiyyətində olan 80000 ABŞ dolları dəyərində olan fərdi yaşayış evini qəbul etmiş və icra vərəqəsinə əsasən ona verilməli olan məbləğ çıxıldıqdan sonra qalan fərq (80000-40900=39100) X11 tərəfindən qaytarılmaqla depozit hesaba köçürülməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə təqdim edilmişdir. Bu hal işdə olan sənədlərlə kifayət qədər təsdiq olunur. Lakin icra şöbəsi 39100 ABŞ dolları pulun İddiaçı qaytarılmasını təmin etməmiş, bunun üçün lazımi icra hərəkətlərini davam etdirməmiş, icra işi tam olaraq icra edilməmişdir və icra işinin yekunu olaraq 39100 ABŞ dolları pulun İddiaçı qaytarılması məsələsi açıq qalmaqla bu günədək həll olunmamışdır. Bu hal işdə olan rəsmi sənədlərlə kifayət qədər təsdiq olunur. Lakin icra şöbəsi 39.100 $ (otuz doqquz min yüz) ABŞ dolları məbləğində pulun mənə qaytarılmasını bu günədək təmin etməmişdir. İddiaçı bu səbəbdən məhkəməyə müraciət etmişdir.

3. Məhkəmənin xx.xx.2022-ci il tarixli mümkünlük iclasında iddiaçının nümayəndəsi (vəkili) iştirak edir. İddiaçının nümayəndəsi (vəkili) ərizə ilı məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.

II. İddianın geri götürülmüş sayılması

4. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

5. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

6. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).

7. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

8. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

9. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

10. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X12 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

11. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

12. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

13. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

14. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

15. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

16. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

17. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünlüyünü yoxlamaq zərurəti mövcud deyildir.

18. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

19. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar