Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12122/2024 11.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adı və statusunun verilməsi" tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.N964-cü ildə ünvan N ünvanında yaşamışdır. Birinci Qarabağ müharibəsində xx.xx.N992-ci il tarixindən etibarən baş çavuş hərbi rütbəsində Mİ-24 atıcı vəzifəsinə təyin edilməklə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. Bu, N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrində öz əksini tapmışdır. Bundan başqa N nömrəli hərbi hissənin xx.xx.N992-ci il tarixli əmrinin 7-ci səhifəsində, 7-ci sırada hərbi hissədə olmağı, habelə döyüş zonasında olmağı, təminat xərcləri ilə təmin edilməsi, xx.xx.N992-ci il tarixli N nömrəli hərbi hissənin komandirinin N nömrəli əmrində ezamiyyətdən döyüş bölgəsinə daxil olmağı barədə məlumatlar AR Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivində saxlanmaqdadır ki, bu da həmin Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli 9/2-NNN24 saylı arayışında əks olunmuşdur. İddiaçı cəza çəkdiyi müsəssisədən Müdafiə Nazirliyinə müraciət edərək ona birinci Qarabağ müharibəsində iştirakı ilə bağlı ərizə ünvanlamışdır. Cavabdeh ona xx.xx.2024-cü il tarixli 3-25-2/2M-742320HA24 saylı cavab məktubu ilə bildirmişdir ki, ona müharibə veteranı adı və statusu verilməkdən Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya imtina qərarı vermişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli vəsatətlə iş üzrə icraata xitam verilməsini xahiş etmiş və göstərmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia ərizəsinə baxılmış və məhkəmə aktları qəbul olunmuşdur. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı vəsiqəsinin verilməsi” tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsinin 2- N(NN2)-225N/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilməmiş, qərardan razı olmayan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-NN03/202N nömrəli xx.xx.202N-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.4-ci maddəsinə əsasən: “eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.” Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 35.N-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddianın mümkünlüyünü yoxlayan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli arxiv arayışından görünür ki, xidmətini davam etdirmək üçün gəlmiş İddiaçı Qəşəm oğlu N №-li hərbi hissə komandirinin 2N avqust N992-ci il tarixli 49 №-li əmrilə (əsas: §-N, səh-63, sıra-N, əmrdə atasının adı qaralanmışdır) xx.xx.N992-ci ildən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlarına salınmaqla “baş çavuş” hərbi rütbəsi verilərək Mi-24-də atıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli 67 №-li əmrində (əsas: §-7, sıra-7, əmrdə adı və atasının adı tam yazılmamışdır, haradan gəldiyi qeyd edilməmişdir) çavuş V. Q. Mustafayevin gəlmiş hesab edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli 70 №-li əmrində (əsas: §-8, sıra-9, əmrdə adı tam, atasının adı yazılmamışdıq hərbi rütbəsi “çavuş” yazılmışdır) çavuş İddiaçı döyüş əməliyyatları rayonundan, ezamiyyətdən gəlmiş hesab edilməsi barədə məlumat vardır. Mi-24-də atıcı vəzifəsində xidmət edən kiçik çavuş İddiaçı Qəşəm oğlu 46-cı maddənin “j” bəndinə əsasən ehtiyata tərxis olunduğuna görə N №-li hərbi hissə komandirinin N9 noyabr N992-ci il tarixli 93 №-li əmrilə (əsas: §-3, səh-NN7, hərbi rütbəsi “kiçik çavuş” yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün rayon hərbi komissarlığına göndərilmişdir. N №-li hərbi hissə komandirinin N99N-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixi 9/2-NNN24 nömrəli arayışında qeyd olunmuş ezamiyyətin yeri və təyinatı (yəni döyüş tapşırığını yerinə yetirmək üçün) bilinmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əlavə olaraq, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. İşdə olan Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-225N/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsini xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərarda məhkəmə qeyd etmişdir ki, “Məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi, eləcə də hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması təsdiq olunmadığından, iddia təmin edilə bilməz.” Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-NN03/202N saylı, xx.xx.202N-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)- 225N/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Görünüdüyü kimi, iddiaçı hazırda ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etsə də, yuxarıda sadalananlardan görünür ki, iddiaçı daha əvvəl bu tələblə məhkəməyə müraciət etmiş, məhkəmə isə iddianı təmin etməmişdir. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Məhz qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddiaya daha əvvəl baxılmaqla yekun qiymət verildiyindən artıq həmin mübahisə eyni tərəflər arasında hər hansı bir məhkəmədə mübahisə predmeti ola və baxıla bilməz. Bundan əlavə, işdə olan Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-6207/2022 saylı, xx.xx.2022-ci il tarixli qəraradından görünür ki, iddiaçının hazırkı cavabdehə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası eyni əsasla mümkün sayılmamış, iddiaçının həmin qərardaddan verdiyi şikayət yuxarı instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli 5 saylı qərarında da göstərilmişdir ki, İPM-in 45.5.N-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra N0 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 3ahova
Məhkəmə qərarları › İş №2-1(112)-12122/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12122/2024
11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver