Məhkəmə qərarları › İş №2-1(112)-1213/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1213/2020

17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1213/2020 17.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 79 saylı sərəncamının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1213/2020 saylı, 18 mart 2020-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən 3-cü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya, eləcədə, ünvan 2 ünvanında yaşayan digər şəxslərə qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edilərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 79 saylı sərəncamı ilə Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 790-cı məhəllədə yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün "xxxx" MMC-nə ayrılmış torpaq sahəsində yerləşən tikililərdə yaşayan yuxarıda adları qeyd olunan sakinlərin mülkiyyətlərində olan mənzillərin qanuni sahələrinə 10-20% əlavə etməklə "xxxx" MMC-nin vəsaiti hesabına mənzil sahəsi ilə təmin edilməsi, həmin mənzillərə köçürülməsi və istifadələrində olan tikililərin sökülməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı Nərimanov Rayon Məhkəməsinin icraatında olan qeyd olunan iş üzrə materiallarla tanış olarkən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 79 saylı Sərəncamını əldə etmişdir. Həmin Sərəncama əsasən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 79 saylı sərəncamı ilə Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci i ltarixli, 1/217 saylı razılıq məktubu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2005-ci il tarixli, 02 saylı müraciəti, Bakı şəhəri 42 saylı Notariat Kontorunun xx.xx.2005-ci il tarixli, AN-İ №0034389 saylı və xx.xx.2005-ci il tarixli, AN-1 №0034390, AN-1 № ******* saylı alğı-satqı müqavilələri nəzərə alınaraq, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 790-cı məhəllədə 0.882 ha torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi, ərazidə yerləşən tikililərin sökülməsi və sakinlərin mövcud qanunvericilik əsasında köçürülməsi, həmçinin vətəndaşlara müavinət ödənilməsinin "xxxx" MMC-nin vəsaiti hesabına həyata keçirilməsi müəyyən edilmişdir. Məhkəmənin sorğusuna əsasən Nərimanov Rayon Məhkəməsi tərəfindən 2(005)- 162/19 saylı məktubla cavab verilərək bildirilmişdir ki, iddiaçı Bakı şəhər icra Hakimiyyətinin cavabdehlər Uçaykina (Ağakişiyeva) İrina Nikolayevna və qeyrilərinə qarşı X2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, mənzil sahəsi verilmədən çıxarılma və tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə icraata xx.xx.2019-cu il tarixdə xitam verilmiş və həmin qərardaddan şikayət verilməmişdir. İddiaçı hazırda mübahisəli sərəncamın onun mülkiyyət hüquqlarını pozduğuna istinad edərək sərəncamın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, ünvan 2, mənzil 7 hazırda iddiaçının xüsusi mülkiyyətində olduğundan, mübahisəli yaşayış binası sökülmədiyindən, hazırda iddiaçıya qarşı mənzil sahəsindən çıxarılma və tikililərin sökülməsi tələbi mövcud olmadığından, bununla da, mövcud vəziyyətdə mübahisəli sərəncamla iddiaçının hüquqlarının pozulması halı və onun hüquqi müdafiəyə ehtiyacı olması halı müəyyən edilmədiyindən iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 4.1-ci maddəsinə əsasən İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin Qərarın 6.2-ci maddəsinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar