Məhkəmə qərarları › İş №2-1(112)-1213/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1213/2021

02.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1213/2021 02.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun KB 018675 saylı, xx.xx.1983-cü il tarixli diplomda qeyd edilmiş 1978-1983-cü illər ərzində olan təhsil müddətinin sosial sığorta stajına daxil olunaraq, ona 57 yaşdan yəni hüququnun yarandığı, xx.xx.2018-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisdi Məhkəməsinin 2-1(085)-1286/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı cavabdeh KB 018675 saylı diplomda qeyd edilmiş 1978-1983-cü illər ərzində olan təhsil müddətinin sosial sığorta stajına daxil olunaraq ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSF-nun Sumqayıt şəhər Şöbəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-73/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli, 2-1(085)-1268/2019 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-954/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Sumqayıt şəhər Şöbəsinə qarşı “təhsil müddətlərinin sosial stajına daxil olunmaqla ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair inzibati iş üzrə cavabdeh DSMF-nun Sumqayıt şəhər Şöbəsi əsl cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-un Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-954/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Sumqayıt şəhər Şöbəsinə qarşı “təhsil müddətlərinin sosial sığota stajına daxil olunmaqla ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavbdehin üzərinə qoyulması tələbinə” dair inzibati iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci il tarixdə Masallı rayonu Kəlbəhüseynli kəndində anadan olmuşdur. xx.xx.1978-xx.xx.1983-cü ilə kimi “M.Əzizbəyov adına X6 Ordenli Azərbaycan Neft və Kimya” İnstitutunda “istilik energetik mühəndisi” ixtisası üzrə ali təhsil almışdır. xx.xx.1983-cü il tarixdən etibarən əmək fəaliyyəinə başlamaqla müxtəlif müəssisələrdə işləmişdir. Məhkəməyə təqdim etdiyi əmək kitabçasından da, görünür ki, müxtəlif vəzifələrdə çalışmaqla 25 ildən artıq sosial sığorta stajı var və bu müddətin 12 il 6 ayından artıq bir müddətini (xx.xx.1983-xx.xx.1984; xx.xx.1984-xx.xx.1986; xx.xx.1986-xx.xx.1990; xx.xx.1990-xx.xx.1999; 01.0.1999-xx.xx.2000-ci illər ərzində) “Sumqayıt İEM-2”-də xüsusi-zərərli iş şəraitində işləmişdir. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının Xİİİ bəndinə əsasən 2 saylı siyahısında qeyd olunmuş göstərişə əsasən ona güzəştli şərtlərlə pensiya hüququ verir. xx.xx.2019-cu il tarixdə o, cavabdeə ərizə ilə rəsmi qaydada müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin, cavabdeh təşkilat xx.xx.2019-cu il tarixli cavabı ilə onun müraciətini təmin etməmiş və ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyinatı üçün tələb olunan 25 il ümumi stajın yalnız 22 il 29 günün mövcud olduğunu göstərmişdir. Hesab edir ki, cavabdehin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Həmçinin bu imtina onun sosial təminat kimi konstitusion hüquqlarını kobud şəkildə pozur. Belə ki, onun müraciətinə baxılması ilə əlaqədar cavabdeh təşkilat tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 24, 18, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət (etiraz) bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, hal-hazıradək cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin mülahizələrinə və dəlillərinə qiymət verərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. İşdə olan iddiaçının adına açılmış ИТ-İ seriyalı, ******* seriyalı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1983-cü ildə əmək fəaliyyətinə başlamış, o cümlədən xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək “Sumqayıt İstilik Elektrik stansiyası 2”-də qazan turbin sexində növbə rəisi, xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək qazan turbin sexində qazan maşinisti, xx.xx.1986-cı ildən xx.xx.1990-cı ilədək qazan turbin sexində növbə rəisi, xx.xx.1990-cı ildən xx.xx.1999-cu ilədək qazan turbin sexində rəsi müavini və xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilədək qazan turbin sexində rəis vəzifəsində; xx.xx.2000ci ildən xx.xx.2018-ci il tarixədək “Etilen Polietilen” Zavodu nəzdində “İEM” müəssisəsində istismar xidmətinin rəisi, istehsalat rəisinin müavini, 16-cı dərəcəli rəis, xx.xx.2018-ci il tarixdən hazıradək “xxxx” MMC-də “BEEİ”-nin rəisi işləyir. İşdə olan “xxxx” MMC tərəfindən verilmiş 10-KS saylı, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək “Sumqayıt İstilik Elektrik Stansiyası 2”-də qazan turbin sexində növbə rəisi, xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək qazan turbin sexində qazan maşinisti, xx.xx.1986-cı ildən xx.xx.1990-cı ilədək qazan turbin sexində növbə rəisi, xx.xx.1990-cı ildən xx.xx.1999-cu il tarixədək qazan turbin sexində rəis müavini və xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilədək qazan turbin sexinin rəisi vəzifəsində işləmişdir və işlədiyi vəzifələr 2 nömrəli Siyahının Xİİİ bəndinə uyğun olan peşələri yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verir. İşdə olan əvvəlki cavabdeh DSMF-nun Sumqayıt şəhər Şöbəsi tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli, **********2 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının Sumqayıt Asan Xidmət mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar ərizəsinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışdırsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Şöbəyə təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlüdür, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il ümumi sosial sığorta stajına qarşı, 22 il 29 gün sosial sığorta stajı olduğundan, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asııl olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 25-ci madəsinə əsasən, sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Həmin Qanunun 25-ci maddəsinə əsasən, sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. O, 1978-ci il tarixdən 1983-cü il tarixədək məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibətləri yaranmır. İşdə olan M.Əzizbəyov adına X6 Ordenli Azərbaycan Neft və Kimya İnstitutu tərəfindən verilmiş KB seriyalı, 018675 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1978-1983-cü illərdə M.Əzizbəyov adına X6 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda “istilik energetik mühəndis” ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş 08-49 nömrəli, xx xxxxxx 2021-ci il tarixli arxiv arayışından görünür ki, M.Əzizbəyov adına X6 Ordenli Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arxiv sənədlərini əsas tutaraq bildirirlər ki, İddiaçı 1978-ci ildə Energetika fakültəsinin “İstilik elektrik stansiyaları” ixtisası üzrə əyani şbənin İ kursuna daxil olmuşdur (əmr № 012/734, xx.xx.1978-ci il). İddiaçı 1983-cü ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir (əmr № 02/1004, xx.xx.1983-cü il). КБ seriyalı, 018675 nömrəli diplom verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən ümumi iş stajının olmadığına istinad edilərək imtina edilmişdir. Halbuki ki, iş materiallarına əlavə edilmiş sənədlərlə (əmək kitabçası, diplomun surəti, arayışlar, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüddür. Onun xx.xx.2018-ci il il tarixdə 57 yaşı olmuş, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. Bununla da, o, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi xx xxxxxx 1997-ci ildən başlayaraq xx xxxxxx 2000-ci ilədək hər il 6 ay artırılır. Həmin artırılma nəzərə alındıqda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Eləcə də, məhkəmə iddiaçının 1978-1983-cü il tarixlərdə M.Əzizbəyov adına X6 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda “istilik energetik mühəndis” ixtisası üzrə təhsil aldığı illərin onun ümumi iş stajına əlavə edilməsi tələbi ilə bağlı qeyd edir ki, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Bu səbəbdən də, iddiaçının təhsil aldığı müddət onun ümumi iş stajına daxil edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş “xxxx” MMC tərəfindən verilmiş arayışlar iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olunduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı KB 018675 saylı, xx.xx.1983-cü il tarixli diplomda qeyd edilmiş 1978-1983-cü illər ərzində olan təhsil müddətinin sosial sığorta stajına daxil olunaraq, ona 57 yaşdan yəni hüququnun yarandığı, xx.xx.2018-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar