Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1213/2022 14.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti) “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi ziyana görə 300.000 (üç yüz min) manatın, mənəvi zərərə görə 300.000 (üç yüz min) manat pulun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, uzun müddət “Koroğlu” metrosu çıxışında yerləşən qeyri-yaşayış sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Söküntüdən sonra bu işlə əlaqədar Azərbaycan Respublikasının Prezidentinin 1255 saylı sərəncamının icra edilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti başçısı 20.02.2009-cu il tarixli 77 saylı sərəncam vermişdir. Bu sərəncama əsasən “Əzizbəyov” (indiki «Koroğlu») metrosu ərazisində fəaliyyət göstərmiş qeyri-yaşayış obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərti ilə sahibkarlara itirilmiş iş yerlərinin bərpa edilməsi göstərilmişdir. Bu sərəncama uyğun olaraq Cavabdeh tərəfindən 27.02.2009-cu il tarixli 93 saylı sərəncam verilərək onlara - 22 nəfər sahibkara Nizami rayonunda əvvəlki iş yerlərini bərpa etmək üçün 8 ünvanda torpaq sahəsi ayrılması haqqında göstəriş verilmişdir. Ona verilmiş sərəncama əsasən yeni ünvanda 20 kv.m obyektin tikintisi üçün müvafiq sənədlərin toplanması və təsdiq olunması işlərini yekunlaşdırdığı ərəfədə Bakı şəhəri İcra Hakimiyyəti başçısı tərəfindən onlara məlum olmayan səbəbdən adı çəkilən sərəncam ləğv edilmişdir. O, bununla razılaşmadığına görə hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Onun tərəfindən qaldırılmış iddiaya məhkəmə qaydasında baxılaraq 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən onun iddiası təmin edilmiş və ləğv olunmuş sərəncamın bərpa olunması haqqında qərar qəbul edilmişdir. Məhkəmə qərarları ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli 77 nömrəli sərəncamı öz hüquqi qüvvəsini bərpa etmişdir. Məhkəmə qərarları icra olunmadığından onun şikayəti əsasında qaldırılan məsələyə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral 761 №-li Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının göstərişinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurasında baxılmış və 30.04.2018-ci il tarixli 1 №-li Qərarla Azərbaycan Respublikası Ali Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qərarlarının icrası ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi Bakı şəhər Cavabdehnə həvalə edilmişdir. Həmçinin Bakı şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurası Qərar verərək bütün süni bəhanələrə son qoymuşdur. Belə ki, Apellyasiya Şuranın tərkibində olan bütün şöbə müdirləri qüvvədə olan məhkəmə qərarlarının İcra olunmasını nəzərə alaraq, bütün səlahiyyətli və cavabdeh şəxslər imza ataraq öz razılıqlarını bildirmişlər. Dəfələrlə digər ünvanlarda sahibkarlara ayrılmış torpaq sahələrində Nizami rayon icra və probasiya şöbəsinin icra məmurunun iştirakı ilə tikinti işlərinə başlamaq istəsələr də, Bakı şəhəri Cavabdeh işçiləri şəxsən başçının göstərişi ilə tikinti işlərinin aparılmasına icazə verməmişlər. Bakı şəhəri Cavabdeh bu qanunsuz müdaxilələri davamlı olduğu üçün o və digər sahibkarlar 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, Nizami Rayonu İcra Hakimiyyətinə qarşı qeyd edilən ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin qadağan edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(82)-223/16 saylı 13 may 2016-cı il tarixli Qərarı ilə iddia tələbləri təmin edilmişdir. Bu Qərar yuxarı instansiya məhkəmələri tərəfindən yekunda dəyişdirilmədən saxlamaqla qanuni qüvvəsini almışdır. Qüvvəsini almış bu məhkəmə qərarlarına da Cavabdeh laqeyd yanaşmışdır. Bakı şəhəri Cavabdehnə qeyd olunan sərəncamları, məhkəmə qərarlarını icra etməmişdir. Beləliklə, o, bir sahibkar olaraq 14 ildir ki, Cavabdeh birokratik əngəlləri üzündən ona dövlət tərəfindən ayrılmış torpaq sahələrində bütün qanuni sənədləri əldə etməsinə baxmayaraq, öz sahibkarlıq fəaliyyətini bərpa edə bilməmişdir. Nəticədə ona maddi və mənəvi ziyan vurulmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı" təsdiq edilmişdir. Tədbirlər Planının 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə, “Əzizbəyov” (indiki “Koroğlu”) metrostansiyası ətrafında yol qovşaqlarının layihələndirilməsi və tikintisi işləri aparılmışdır. Qeyd edilən ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, başqa ərazilərdə qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısı 20.02.2009-cu il tarixli 77 saylı sərəncam verərək Cavabdehnə aidiyyəti üzrə torpaq sahəsinin ayrılmasını tapşırmışdır. Rayon İcra Hakimiyyəti göstərilən sərəncamın icrasını təmin etmək məqsədilə 27.02.2009-cu il tarixli 93 saylı sərəncamı ilə rayonun müxtəlif ünvanlarında nəzərdə tutulan məqsəd üçün torpaq sahələri ayırmışdır. Sonradan Bakı şəhər İcra Hakimiyyəti başçısı 12.03.2012-ci il tarixli 113 saylı sərəncamı ilə yuxarıda göstərilən sərəncamını ləğv etmiş və sərəncamı 13.03.2012-ci il tarixli 7-156/7g nömrəli məktubla Rayon İcra Hakimiyyətinə və digər qurumlara göndərərək lazım gəldiyi təqdirdə müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Həmin sərəncam ləğv edildikdən sonra, Bakı şəhər Cavabdeh başçısının 27.02.2009-cu il tarixli 93 saylı sərəncamı öz qüvvəsini itirmiş hesab edilmişdir. Həmin müddətdə və hazırda torpaq sahələrinin ayrılmasına dair müstəqil sərəncam vermək Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinə aid olmamışdır. Rayon İcra Hakimiyyətinin başçısı yalnız Bakı şəhər İcra Hakimiyyətinin başçısının sərəncamından irəli gələn vəzifələri yerinə yetirmişdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı»nın 26 və 27-ci bəndlərində də, göstərilən tədbirlərin həyata keçirilməsi vəzifəsi Cavabdehnə tapşırılmamışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 01.08.2018-ci il tarixli 226 nömrəli Fərmanı ilə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Ona görə də, rayon ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi həmin qurum tərəfindən həyata keçirilir. Cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi ziyan vurulmamışdır. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən məhkəməyə iddia ərizəsinə etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə «Koroğlu» (əvvəlki Əzizbəyov) metrostansiyası ətrafında yerləşən qeyri-yaşayış sahələrinin sökülməsinə görə həmin ərazidə fəaliyyət göstərmiş sahibkarlara itirilmiş iş yerlərini bərpa etmək üçün torpaq sahəsi ayrılması tapşırılmışdır. Sonradan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həmin sərəncam ləğv edilsə də, məhkəmə tərəfindən sözügedən sərəncamın hüquqi qüvvəsi bərpa edilmişdir. İddiaçıya Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə torpaq sahəsi ayrıldığından, onun əlavə olaraq kompensasiya istəməsi əsassızdır. Bununla yanaşı iddiaçı mənəvi ziyan tələbi ilə bağlı ona mənəvi ziyanın vurulmasını təsdiq edən sənədlərə istinad etməmişdir və iş materiallarında iddiaçıya hər hansı mənəvi zərər dəyməsi faktı sübut olunmur. İddiaçı məhkəməyə mənəvi əzab çəkməsini, barəsində mənfi fikrin formalaşmasını sübut edəcək faktlar təqdim etməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən 01.12.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının «Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında» 20.02.2009-cu il tarixli 77 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 31.05.2008-ci il tarixli, 02/368 saylı müraciətini və 14.03.2008-ci il tarixli, 02/178 saylı məktubunda qeyd olunan təklifləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 01.02.2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasını təmin etmək məqsədilə, Əzizbəyov metrosu ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar, həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, aşağıda adlan çəkilən ünvanlarda yenidən bərpa edilməsi üçün Cavabdehnə icazə verilmişdir - Q.Qarayev prospektində 30/42 və 34/67 saylı binalann arasında; - Rüstəmov küçəsi 66 və 74 saylı binaların arasında; - E.Süleymanov küçəsi, 92 və 94 saylı binaların yaxınlığında; - B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasında; - 2387-ci məhəllənin şərqində; - Nəsimi küçəsi, İstilikxana divarı boyunca; - Ş.Mirzəyev küçəsində, RTeymurov küçəsindən T.Abbasov küçəsinə kimi; - X8 küçəsində (Şifer kombinatının arxasında). İş materiallarında olan Bakı şəhəri Cavabdeh başçısının «Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli 77 saylı sərəncamının icra edilməsi haqqında» 27.02.2009-cu il tarixli 93 saylı sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə təsdiq edilmiş «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planının 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədi ilə, «Əzizbəyov» metrostansiyası ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar, həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, aşağıda adları çəkilən ünvanlarda yenidən bərpa edilməsi üçün, Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli, 77 saylı sərəncamı ilə, Cavabdehnə icazə verilmişdir: 1. Q.Qarayev prospektində 30/42 və 34/67 saylı binaların arasında; 2. Rüstəmov küçəsi 66 və 74 saylı binaların arasında; 3. E.Süleymanov küçəsi 92 və 94 saylı binaların yaxınlığında; 4. B.Çobanzadə küçəsi 25 və 35 saylı binalann arasında; 5. 2387-ci məhəllənin şərqində; 6. Nəsimi küçəsi, İstilikxana divan boyunca; 7. Ş.Mirzəyev küçəsində, R.Teymurov küçəsindən T.Abbasov küçəsinə kimi; 8. X8 küçəsində (Şifer kombinatının arxasında). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş «Yerli İcra Hakimiyyətləri haqqında» Əsasnamənin tələblərini rəhbər tutaraq, Q.Qarayev prospekti, 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.metr torpaq sahəsində vət.X3, İddiaçı İskəndər oğluna və vət.X4 ticarət obyektinin tikintisinə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh başçısı tərəfindən məhkəməyə ünvanlanmış 26.10.2021-ci il tarixli 11-13/1283 saylı məktubda qeyd edilir: Məhkəmənin 24.09.2021-ci il tarixli 2-1(112)-7331/2021 nömrəli məktubu ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı" təsdiq edilmişdir. Tədbirlər Planının 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə, “Əzizbəyov” (indiki “Koroğlu”) metrostansiyası ətrafında yol qovşaqlarının layihələndirilməsi və tikintisi işləri aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı»nın 26-cı bəndinə əsasən Nəqliyyat Nazirliyi tərəfindən seçilmiş variant üzrə avtomobil yollarının, yol ötürücülərinin, yol qovşaqlarının, körpülərin təhkim və mühafizə zolağına düşən bütün növ mühəndis kommunikasiyalarının, binaların və qurğuların qanunvericiliklə müəyyən edilmiş qaydada köçürülməsi məsələlərinin həlli, “Əzizbəyov" metrostansiyası və “Sabunçu" dairələri arasında yerləşən kommunikasiyaların, binaların, qurğuların qanunvericiliklə müəyyən edilmiş qaydada köçürülməsinin yolun hər iki tərəfində ərazinin gələcək inkişafı nəzərə alınmaqla həyata keçirilməsi Bakı Şəhər İcra Hakimiyyətinə, Maliyyə Nazirliyinə, Xüsusi Dövlət Mühafizə Xidmətinə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Dövlət Neft Şirkətinə, “Azəriqaz" QSC-yə, ”Azərenerji” ASC-yə, “Azərsu’ ASC-yə, "xxxx" MMC-yə, Abşeron Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Bu məqsədlə, qeyd edilən ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, başqa ərazilərdə qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısı 20.02.2009-cu il tarixli 77 saylı sərəncam verərək Cavabdehnə aidiyyəti üzrə torpaq sahəsinin ayrılmasını tapşırmışdır. Rayon İcra Hakimiyyəti göstərilən sərəncamın icrasını təmin etmək məqsədilə 27.02.2009-cu il tarixli 93 saylı sərəncamı ilə rayonun müxtəlif ünvanlarında nəzərdə tutulan məqsəd üçün torpaq sahələri ayırmışdır. Sonradan Bakı şəhər İcra Hakimiyyəti başçısı 12.03.2012-ci il tarixli 113 saylı sərəncamı ilə yuxarıda göstərilən sərəncamını ləğv etmiş və sərəncamı 13.03.2012-ci il tarixli 7-156/7g nömrəli məktubla Rayon İcra Hakimiyyətinə və digər qurumlara göndərərək lazım gəldiyi təqdirdə müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Həmin sərəncam ləğv edildikdən sonra, Bakı şəhər Cavabdeh başçısının 27.02.2009-cu il tarixli 93 saylı sərəncamı öz qüvvəsini itirmiş hesab edilmişdir. Əlavə olaraq qeyd etmək istəyirik ki, həmin müddətdə və hazırda torpaq sahələrinin ayrılmasına dair müstəqil sərəncam vermək Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinə aid olmamışdır. Rayon İcra Hakimiyyətinin başçısı yalnız, Bakı şəhər İcra Hakimiyyətinin başçısının sərəncamından irəli gələn vəzifələri yerinə yetirmişdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı»nın 26 və 27-ci bəndlərində də, göstərilən tədbirlərin həyata keçirilməsi vəzifəsi Cavabdehnə tapşırılmamışdır. Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 01.08.2018-ci il tarixli 226 nömrəli Fərmanı ilə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Ona görə də, rayon ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi həmin qurum tərəfindən həyata keçirilir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh başçısı tərəfindən məhkəməyə ünvanlanmış 29.11.2021-ci il tarixli 11-13/1438 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 01.02.2006-cı il tarixli 1255 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üzrə Tədbirlər Planı’’na əsasən “Koroğlu" metrostansiyası ətrafındakı obyektlər sökülmüşdür. Hal-hazırda Rayon İcra Hakimiyyətində sözügedən obyektlərin hansı qurumlar tərəfindən sökülməsi barədə rəsmi məlumat yoxdur. Sökülmüş obyektlərin sahiblərinə kompensasiya ödənilməsi üçün Rayon İcra Hakimiyyətinin hesabına vəsait ayrılmamışdır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh başçısı tərəfindən məhkəməyə ünvanlanmış 13.08.2021-ci il tarixli 11-13/895 saylı məktubda qeyd edilir: Məhkəmənin 09.06.2021-ci il tarixli 2-1(112)-7331/2021 №-li sərəncamının icrası ilə əlaqədar bildiririk ki, İddiaçı Cavabdehnə müraciət edərək maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsini xahiş etmişdir Bildiririk ki, qeyri-yaşayış sahələrinin tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti başçısı 20.02.2009-cu il tarixli 77 saylı sərəncam verərək Cavabdehnə aidiyyəti üzrə torpaq sahəsinin ayrılmasını tapşırmışdır. Rayon İcra Hakimiyyəti göstərilən sərəncamın icrasını təmin etmək məqsədilə 27.02.2009-cu il tarixli 93 saylı sərəncamı ilə rayonun müxtəlif ünvanlarında nəzərdə tutulan məqsəd üçün torpaq sahələri ayırmışdır. Sonradan Bakı şəhər İcra Hakimiyyəti başçısı 12.03.2012-ci il tarixli 113 saylı sərəncamı ilə yuxarıda göstərilən öz sərəncamını ləğv etmişdir. Həmin sərəncam ləğv edildikdən sonra, Bakı şəhər Cavabdeh başçısının 27.02.2009-cu il tarixli 93 saylı sərəncamı öz qüvvəsini itirmiş hesab edilmişdir. Əlavə olaraq qeyd etmək istəyirik ki, həmin müddətdə və hazırda torpaq sahələrinin ayrılmasına dair müstəqil sərəncam vermək Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinə aid olmamışdır. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin "Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 01.08.2018-ci il tarixli 226 nömrəli Fərmanı ilə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır; 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi zərərin vurulduğunu bildirsə də və həmin zərərin əvəzi olaraq cavabdehdən onun xeyrinə maddi ziyana görə 300.000 manat və mənəvi zərərə görə 300.000 manat məbləğində pulun tutulmasını tələb etsə də, cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona qeyd olunan zərərin vurulmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1213/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1213/2022
14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver