Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12132/2022 03.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Yasamal rayon İcra Şöbəsi və Səbail rayon İcra Şöbəsinə qarşı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsi üçüncü şəxs qismində göstərilməklə «avtomobilin üzərindəki məhdudiyyətin götürülməsi barədə müvafiq aktın göndərilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Yasamal rayon İcra Şöbəsi və Səbail rayon İcra Şöbəsinə qarşı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsi üçüncü şəxs qismində göstərilməklə «Mercedes E220 CDİ markalı, ** VN *** dövlət nömrə nişanlı avtomobilin üzərində olan məhdudiyyətin götürülməsi barədə müvafiq aktın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinə göndərilməsi vəzifəsinin Səbail və Yasamal rayon İcra Şöbələrinə həvalə edilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqısı” müqaviləsinə əsasən X4 məxsus olan “Mercedes E 220 CDİ” markalı, ** RV *** dövlət nömrə nişanlı avtomobili almışdır. Sonradan ona məlum olmuşdur ki, həmin avtomobilə dair X8 ilə X5 arasında birgə nikah dövründə əldə edilmiş əmlaka dair məhkəmə mübahisəsi vardır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(009)- 523/2020 nömrəli qətnaməsi ilə X8 ilə X9 arasında “Mercedes E 220 CDİ” markalı, ** RV *** dövlət nömrə nişanlı avtomobilə dair bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, “Mercedes E 220 CDİ” markalı, ** RV *** dövlət nömrə nişanlı avtomobil X8 ilə X2 birgə nikah dövründə əldə edilmiş əmlakı kimi bərabər paylarda ümumi əmlakı hesab edilməklə həmi əmlakın ½ (50%) hissəsinə X3 digər ½ (50 %) hissədə isə X2 mülkiyyət hüququnun tanınması qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş, Səbail və Yasamal rayon İcra Şöbələri tərəfindən həmin avtomobilin üzərinə məhdudiyyət qoyulmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-523/2020 saylı qətnaməsindən maraqlarına toxunan şəxs qismində tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-5276/2021 saylı qətnaməsi ilə “Mercedes E 220 CDİ” markalı, ** RV *** dövlət nömrə nişanlı avtomobilin ½ (50%) hissəsinə X3 digər ½ (50 %) hissədə isə X2 mülkiyyət hüququnun tanınması hissəsində ləğv edilmişdir. X5 daha sonra Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək X9 ilə İddiaçı arasında “Mercedes E 220 CDİ” markalı, ** RV *** dövlət nömrə nişanlı avtomobilə dair bağlanmış xx.xx.2020-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqısı” müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-4382/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2020- ci il tarixli alqı-satqı müqaviləsinin tərəfi olan alıcı İddiaçı müqavilə bağlanarkən əmlakla bağlı mübahisə olduğunu bilmədiyindən vicdanlı alıcı hesab olunur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-4382/2021 saylı qətnaməsindən X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmış və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilməmiş və qüvvəyə minmişdir. Məhkəmə qətnamələri ilə onun vicdanlı alıcı olmağı öz təsdiqini tapmış və X9 ilə arasında “Mercedes E 220 CDİ” markalı, ** RV *** dövlət nömrə nişanlı avtomobilə dair bağlanmış (hazırkı X13 ** VN ***) xx.xx.2020-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqısı” müqaviləsi etibarsız hesab edilməmişdir. Hazırda həmin müqavilə qüvvədədir və avtomobilinin üzərində olan məhdudiyyət götürülməlidir. Bundan başqa məhkəmənin nəzərinə çatdırır ki, hazırda X1 Nizami Qərib oğluna qarşı birgə nigah dövründə əldə edilmiş avtomobilin satışından əldə edilən gəlirin (10 000 manat) bölünməsinə dair Bakı şəhəri Səbail rayon Məhkəməsində iddia qaldırmışdır. Avtomobilin üzərində olan məhdudiyyətlərin götürülməsi üçün dəfələrlə Səbail və Yasamal rayon İcra Şöbələrinə etdiyi müraciətlərlə bağlı heç bir nəticə olmamışdır. xx.xx.2022-ci il tarixində hər iki icra şöbəsinə göndərdiyi ərizəyə Yasamal rayon İcra Şöbəsi tərəfindən xx.xx.2022ci il tarixində cavab verilmiş və mübahisənin yalnız məhkəmə qaydasında həll edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra iş üzrə məhkəmənin mümkünlük iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iştirak etmiş, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddiaçıya hüquqi yardım göstərərək iddia tələbinin mülki iş üzrə icra sənədinin icrası ilə bağlı olduğundan çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdaifə vasitəsinin icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin icrası ilə bağlı (icrada dönüş) və ya avtomobilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi ilə bağlı müvafiq tələblə aidiyyəti üzrə ümumi məhkəməyə müraciət edilməsi izah olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbini müdafiə etdi. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 236-1-ci maddəsinə əsasən: - 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. - 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. - 236-1.3. Məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. - 236-1.4. İcrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər. - 236-1.5. İşə kassasiya, əlavə kassasiya, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə məhkəmə icraatı qaydasında baxan məhkəmə, yeni qərar qəbul edirsə və ya iş üzrə icraata xitam verirsə, yaxud iddianı baxılmamış saxlayırsa, qətnamənin icrasında dönüş barədə məsələni həll etməli, yaxud da onu apellyasiya instansiyası məhkəməsinin həllinə verməlidir. - 236-1.6. Bu maddənin müddəaları ilə müəyyən edilmiş qaydalar icra edilmiş məhkəmə qərardadlarına münasibətdə müvafiq olaraq tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, işin mahiyyəti üzrə qərarın çıxarılmasından sonrakı mərhələ də daxil olmaqla, "... mülki hüquq və vəzifələrin müəyyən edilməsi" üzrə məhkəmə araşdırmasının bütün mərhələlərinə tətbiq olunur. Hər hansı məhkəmə tərəfindən verilən qərarın icra edilməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın 6-cı maddəsinin məqsədləri çərçivəsində "məhkəmə araşdırmasının" ayrılmaz hissəsini təşkil etməlidir (Hornsby Yunanıstana qarşı, § 40). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd). Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq məhkəmə müəyyən edir ki, iddiaçının tələbi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5276/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlıdır. Odur ki, iddia mümükün hesab edilməməlidir. İddiaçıya icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin icrası ilə bağlı müvafiq tələblə (avtomobilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi və ya icrada dönüş edilməsi ilə bağlı müvafiq ərizə ilə) aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-12132/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12132/2022
03.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver