Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12133/2023 18.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı “pensiyanın düzgün qaydada hesablanması və pensiya kapitalının verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı “pensiyanın düzgün qaydada hesablanması və pensiya kapitalının verilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “pensiyanın düzgün qaydada hesablanması və pensiya kapitalının verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1958-ci ildə anadan olmuşdur. Bakı Ali Partiya məktəbini bitirdikdən sonra 1995-ci ildə Yasamal Rayon İcra Hakimiyyətinə işə qəbul olunmuşdur. 18 il qaçqınlar və məcburi köçkünlərlə şöbənin müdiri olaraq çalışmışdır. 2013-cü ildə cənab Prezidentin sərəncamı ilə yerli icra hakimiyyətlərində olan bu şöbə Qaçqınkomun balansına verilmişdir. Orada 5 il sektor müdiri vəzifəsində çalışmışdır. xx.xx.2023-cü il tarixdən pensiya hüququ yaranmış və müraciət etmişdir. 2023-cü ildə yeni qaydalara əsaslanaraq DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi ona yeni arayış forması təqdim etməyini bildirmişdir. O, həmin arayışı Yasamal Rayon İcra Hakimiyyətindən alaraq ora təqdim etmişdir. Hal-hazırda pensiyası köhnə qayda ilə hesablanmış, yeni qaydalara istinad edilmir. İddiaçı 1-ci dərəcəli dövlət qulluqçusu olduğu halda 980 azn pensiya göstərilir. Dəfələrlə ərizə yazmasına baxmayaraq həmin idarə hesablanma haqqında heç bir yazılı sənəd və əsaslı cavab verməmişdir. Dəfələrlə ərizə ilə müraciət etməsinə baxmayaraq heç bir əsaslı cavab verilmir. DSMF yığılan penaiya kapitalını vermək istəmir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iddiaçıya izah edilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu poçt vasitəsilə iddiaçıya təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən “iddianın mümkün sayılmaması barədə” ərizə məhkəməyə təqdim edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək qeyd etmişdir ki, ona xx.xx.2023-cü il tarixdə təyin edilmiş dövlət qulluqçusu kimi pensiya düzgün hesablanmamış və onun pensiya kapitalı istifadə edilməmişdir. İnzibati orqan iddiaçının müraciətinə uyğun olaraq bildirmişdir ki, iddiaçıya 3- 17-1/3-7-5839/2023 nömrəli xx.xx.2023-cü il tarixli inzibati aktla dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki cavabdeh orqan iddiaçının müraciətinə uyğun olaraq onun yaşa görə əmək pensiyasını yenidən hesablamışdır, nəticə etibarı ilə, iddiaçıya ünvanlanan məktub imtina məktubu deyil yenidən hesablanma barədə iddiaçıya verilən məlumatdır. Buradan da aydın olur ki, cavabdeh orqan iddiaçının hər hansı hüququnu və ya qanunla qorunan maraqlarını pozmamışdır. Beləliklə, iddiaçı iddia ərizəsində cavabdeh orqanın inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi səbəbindən onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddiaya İPM-nin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İddia tələbindən görünür ki, iddiaçının tələbi pensiyanın düzgün qaydada hesablanması və pensiya kapitalının verilməsindən ibarətdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır:
1. mümkünlük;
2. əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;
3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək iddia tələbinin inzibati məhkəmə icraatında baxılan iddiaya uyğun dəqiqləşdirməsini təklif edilsə də, iddiaçı tərəfindən ərizədə dəqiləqləşdirilmə aparılmamışdır.
İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına ərizə ilə müraciət edərək təqaüdünün düzgün hesablanmağına və kapitalının əlavə olunmasına göstəriş verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, inzibati orqan tərəfindən iddiaçının müraciətinə uyğun olaraq “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-7-5839/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərar qəbul etmiş və cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixli məktub ilə cavab verərək bildirmişdir ki, Sizə 10 yanvar 2023-cü il tarixindən 799,67 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Təqdim etdiyiniz müvafiq arayışa əsasən əmək pensiyanızın məbləği cari ilin may ayından 799,67 manatdan 980,95 manata artırılıb, həmçinin xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə sizə ödənilməli olan 1456,36 manat pul vəsaiti hesablanıb. Həmin vəsaitin 728,18 manat hissəsi cari ilin may ayında sizə ödənilib, qalan 728,18 manat hissəsinin isə cari ilin iyun ayında pensiyanızın (980,95 manat) üzərinə əlavə edilərək müvafiq kart hesabınıza köçürülməsi nəzərdə tutulub. Buradan da aydın olur ki, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktub imtina xarakterli deyil, iddiaçının müraciətinə cavab olaraq əmək pensiyasının hesablanması haqqında verilən məlumat xarakterli olmuşdur. Hazırki iddia da öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə məhkəməyə müraciət etməmişdən əvvəl hüququ pozulmuş şəxs tərəfindən əvvəlcə inzibati orqana hazırki tələb ilə müraciət etməsi eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Lakin, iş materialları ilə də müəyyən edilir ki, iddiaçı qeyd edilən iddia tələbi ilə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etmiş və həmin müraciət əsasında cavabadeh inzibati orqan tərəfindən əmək pensiyasının yenidən hesablanması barədə qərar qıbul edilərək idddiaçıya cavab verilmişdir. Beləliklə, iddiaçı iddia ərizəsində cavabdeh orqanın inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi səbəbindən onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Həmçinin xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia ərizəsində göstərdiyi yeni qaydalarla pensiyanın hesablanması dedikdə, hansı qaydaları nəzərdə tutduğunu göstərə bilməmişdir. Odur ki, cavabdeh orqan tərəfindən iddiaçının qanunla qorunan hər hansı hüquqların pozulduğu, eyni zamanda iddiaçının tələbinin dəqiq və anlaşılan olmaması (iddia ərizəsinin əsaslandırmaması) və cavabdeh inzibati orqanın qeyd edilən tələb üzrə hər hansı öhdəliyinin olmaması məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya edilən hüquqi yardıma və bununla bağlı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçıyla edilmiş müzakirəyə baxmayaraq iddia tələbini inzibati məhkəmə icraatı qaydasında baxılan İPM-in 2.2-ci maddəsində göstərilən iddia növünə uyğun dəqiqləşdirməsi (nail olmaq istədiyi hüquqi marağa uyğun olaraq konkretləşdirməsi) üçün iddiaçı tərəfə kifayət qədər şərait yaradılsa da, iddia tələbi inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növünə uyğunlaşdırmamış və dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı “pensiyanın düzgün qaydada hesablanması və pensiya kapitalının verilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər.
Hakim Elvin Əliyev