Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12134/2024 15.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “90000 manat vurulmuş ziyanın – kirayə pulunun- ödənilməsi” iddia tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ:
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia qaldırarq “90000 manat vurulmuş ziyanın – kirayə pulununödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-ci ildə "xxxx" ASC-də əmək qabiliyyətini 80% itirməklə peşə xəstəliyinə görə 2-ci qrup əlil hesab edilmişdir. İnsan səhhəti üçün zərərli, tozlu işdə işləmiş olduğundan sonra onda əlavə ağır xroniki xəstəliklər əmələ gəldiyindən faktiki olaraq 1-ci qrup əlildir. 2-ci dərəcəli damar çatışmamazlığı, ürəyin işemik xəstəliyi, nevralgiya xəstəliklərindən əlavə yaranan ağır xroniki xəstəliklər ağ ciyərin AXOX, ürəyin aritmeriyası və prostatit anomiyasıdır. İddiaçı məskunlaşdırılmamış ermənistanlı qaçqındır. 27 ildir Xətai rayon İcra Hakimiyyətində mənzil növbəsindədir. İddiaçı özü Xətai rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatdadır. Ailəsinin qalan üzvləri mənzil hüququ olmadan qaynatasının evində qeydiyyatdadırlar. Sığınacaq yeri olmadığı üçün kirayə qalır. Oğlu və gəlini olduğu halda mənzil növbəsində ailə tərkibi 1 nəfər kimi göstərilmiş, əmək əlili olduğu halda ümumi əlil kimi göstərilmişdir. Əllil olduğu müəssisədən 1992-ci ildən aylıq zərərin ödənilmə məbləği ödənilmir. Borc hesabına kirayədə qalır, Ermənistanda zəlzələ nəticəsində evi məhv olmuşdur. Hazırki vəziyyətinə görə ailə qura bilmir. Dövlət məmurlarının günahı ucbatından 90.000 manat kirayə pulu iddiaçıya ödənilməlidir. İddiaçının növbəlilik hüququ da pozulub, 12 ildən çox növbədə olmamalıdır, o 27 ildir mənzil növbəsindədir. Köçkünlərə təmirli, əmlakla təchiz olunmuş mənzillər verilib. Azad olunmuş rayonlara qayıdan köçkünlərə tikilkmiş mənzillər ƏƏSMN tərəfindən satışa çıxarılır. Əlavə 1128 sosial mənzil tikilib. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir.
5. Məhkəmə məhkəmə iclasında iştirak edən iddiaçını və cavabdehin nümayəndəsini dinlədikdən sonra iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır, 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır; 8.4-cü bəndinə görə, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.”
6. İddiaçının hazırki tələbi -90000 manat vurulmuş ziyanın – kirayə pulununödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsindən ibarətdir. Məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının yaşayış sahəsi ilə təmin edilməməsi ilə bağlı cavabdehin məsuliyyəti yaranmadığı üçün, cavabdehdən hərəkətsizliyə görə kompensasiyanın ödənilməsi tələbi əsaslı deyildir. Belə ki, cavabdehin iddiaçını yaşayış sahəsi ilə təmin etmək vəzifəsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilsə də, iddiaçı hazırki mərhələdə işə mahiyyəti üzrə baxılmasını məhkəmədən tələb etmişdir. Odur ki, göstərilən hallarına əsasən, iddiaçının iddia ərizəsi mümkün deyildir.
7. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
8. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (ünvan ünvan 2əyova