Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1214/2021 28.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 13 fevral 2019-cu il tarixindən, 57 yaşdan «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin birdəfəlik ödənişlə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu 13.02.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, onun 57 yaşının tamam olduğu 13 fevral 2019-cu il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi xahişi ilə cavabdehə rəsmi müraciət etmişdir. Lakin cavabdeh 03 iyun 2020-ci il tarixli **********9 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, «26.09.1984- 15.02.1996-cı il tarixləri arasındakı dövrdə Şirvanneft NQÇİ-də çalışdığı sürücü-motorçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün deyildir». Onun xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, xx xxxxxx 1962-ci ildə Salyan rayonunda doğulmuşdur. Orta təhsilini başa vurduqdan sonra 18 sentyabr 1979 - 30 oktyabr 1980 tarixlərində X17 Alətlər Bazasında təmirçi-çilingər işləmiş, 10 noyabr 1980 - 21 noyabr 1982-ci il tarixlərində həqiqi hərbi xidmətdə olmuş, 17 yanvar 1983 - 24 oktyabr 1983-cü il tarixində Əli-Bayramlı Cihazlar zavodunda elektrik montyoru işləmiş, 14 noyabr 1983 - 26 sentyabr 1984-cü ilə kimi Şirvanneft NQÇİ-nin X8 səyyar buxar qurğusu maşinisti vəzifəsində işləmiş, 26 sentyabr 1984 - 15 fevral 1996-cı il tarixinə kimi Şirvanneft NQÇİnin X9 3-cü avtobölməsində sementləyici aqreqatda sürücü-motorçu vəzifəsində işləmiş, 15 fevral 1996 - 30 noyabr 2000-ci il tarixinə kimi X1rıcı maşinist vəzifəsində işləmiş, 01 dekabr 2000-ci ildən 25 sentyabr 2001-ci ilə kimi Qarasu Əməliyyat Şirkətində qaldırıcı maşinist, 25 sentyabr 2001 - 11 yanvar 2002-ci ilə kimi həmin müəssisədə fəhlə, 11 yanvar 2002 - 01 dekabr 2003-cü ilə kimi yenə də orada qaldırıcı maşinist, 01 dekabr 2003 - 01 noyabr 2008-ci ilə kimi mexanik-sürücü, 01 noyabr 2008 - 01 yanvar 2009-cu ilə kimi avtomobil sürücüsü, 01 yanvar 2009-cu ildən hal-hazıra kimi həmin müəssisədə avtomobil sürücüsü peşəsində çalışır. Onun əmək fəaliyyəti dövründə 01 yanvar 2006-cı il tarixinə kimi qeyd edilən vəzifələrdə 25 ildən çox ümumi, 19 ildən çox güzəştli pensiya hüququ verən iş stajı vardır. Güzəştli iş stajı, 14 noyabr 1983 - 26 sentyabr 1984-cü ilə kimi Şirvanneft NQÇİ-nin X8 səyyar buxar qurğusu maşinisti- 2 saylı Siyahıda - 2.Neft-qaz və qaz kondensatının hasilatı- 2136200a-13969 buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri - 10 ay 12 gün, 26 sentyabr 1984 - 15 fevral 1996-cı tarixinə kimi Şirvanneft NQÇİ-nin X9 3-cü avtobölməsində sementləyici aqreqatda sürücü-motorçu - 2 saylı Siyahıda 2.Neft-qaz və qaz kondensatının hasilatı - 2130200a-14754 sementləşdirici aqreqatların motorçuları - 11 il 4 ay 19 gün, 15 fevral 1996 - 30 noyabr 2000-ci il tarixinə kimi X1rıcı maşinist - 2 saylı Siyahıda 2.Neft-qaz və qaz kondensatının hasilatı - 2130200a-14012 qaldırıcıların maşinistləri - 4 il 9 ay 15 gün, 01 dekabr 2000 - 25 sentyabr 2001-ci ildə Qarasu Əməliyyat Şirkətində qaldırıcı maşinist - 2 saylı Siyahı 2.Neft-qaz və qaz kondensatının hasilatı - 2130200a-14012 qaldırıcıların maşinistləri - 9 ay 24 gün, yenə də orada 11 yanvar 2002 - 01 dekabr 2003-cü il tarixində qaldırıcı maşinist - 2 saylı Siyahı 2.Neft-qaz və qaz kondensatının hasilatı - 2130200a-14012 qaldırıcıların maşinistləri - 1 il 10 ay 20 gün olmaqla toplanmışdır. Cavabdeh öz imtina məktubunda ona təqdim etdiyi güzəştli iş stajını təsdiq edən arayışları nəzərə almamışdır. Onun 26 sentyabr 1984 - 15 fevral 1996-cı il tarixinə kimi Şirvanneft NQÇİ-nin X9 3-cü avtobölməsində sementləyici aqreqatda sürücü-motorçu peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmadığını bildirmişdir. Bu fikir əsassız və qərəzlidir, çünki həmin vəzifə qeyd edilən Siyahıda mövcuddur, sadəcə motorçu peşəsinin əvvəlinə sürücü sözünün əlavə edilməsini cavabdeh bəhanə gətirərək Siyahıda məhz sürücü-motorçu peşəsinin göstərilmədiyini bildirərək xahişini yerinə yetirməkdən imtina etmişdir. Onun çalışdığı motorçu peşəsinin qarşısında həm də sürücü sözünün qeyd edilməsi onunla bağlıdır ki, işlətdiyi sementləyici aqreqat avtomobil şassisi üzərində yığılmışdır. Həmin nəqliyyat vasitəsini sürücü idarə edərək neft quyularının meydançasına sürür və orada saxlayır. Motorçu isə avtomaşın meydançada tərpənməz səkildə dayandıqdan sonra onun arxa hissəsində yığılmış sementləyici aqreqatı işə salaraq, neft quyularında sementləmə işlərini həyata keçirir. Bəzi şirkətlər əlavə işçi qüvvəsinə ehtiyac yaratmamaq məqsədilə həmin avtomaşının quyu meydançasına sürülməsini həmin aqreqatı işlədəcək motorçuya həvalə edirlər. Motorçu, sementləyici aqreqatı çalışdırmaqdan əlavə həm də həmin aqreqatın quraşdırıldığı avtomaşını neft quyularına idarə edərək aparmalı olur. Bu səbəblə də onun peşəsi artıq sadəcə motorçu deyil, sürücü-motorçu olaraq qeyd edilmişdir. Onun işlədiyi sürücü-motorçu vəzifəsinin sementləyici aqreqat motorçuları vəzifəsi ilə eynilik təşkil etməsi barədə təqdim etdiyi aydınlaşdırıcı sənəddə bu barədə açıq-aydın təsdiqini tapsa da, cavabdeh «İnzibati icraat haqqında» Qanunun 24.2-ci maddəsinə görə «inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz» - müddəasını pozaraq hüquqi mahiyyətinə görə hazırki mübahisədə onun xeyrinə olan məqamları nəzərə almamışdır. «İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Yəni əslində onun xeyrinə olan sübutların toplanması nəzərdə tutulur. Lakin cavabdeh bu mənada hərəkətsizlik etmiş, onun təqdim etdiyi sübutları (güzəştli arayışları) isə qəbul etməyərək, qərəzli qərar qəbul etmişdir. Göründüyü kimi, cavabdeh işin düzgün həlli üçün tam, obyektiv, xidməti vəzifəsində irəli gələn araşdırma aparmamış, onun xeyrinə olan halları nəzərə almamış, onun təqdim etdiyi sənədlərin mötəbərliyini əks sübutlarla təkzib etməmiş, öz tərəfindən nə onun xeyrinə, nə də onun maraqlarına əks sübutlar toplamamışdır. Cavabdeh inzibati orqan yuxarıda qeyd olunan icraat qaydalarına lazımınca riayət etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Həmçinin imtina kifayət qədər əsaslandırılmamış, mümkün hüquqi müdafiə məsələləri vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsinin neft, qaz və qaz kondensatının hasilatı (10.2) bəndində sementləşdirici aqreqatların motorçuları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 18.09.1979-cu il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən 26.09.1984-15.02.1996-cı il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” NQÇ-nin Traktor Nəqliyyat sexində sürücümotorçu vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi onun işlədiyi vəzifə yuxarıda qeyd olunan vəzifəyə uyğun deyil. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 03.06.2020-ci il tarixli **********9 saylı məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bir daha bildiririk ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İdarəyə təqdim etdiyiniz sənədlərdə qeyd olunanlara əsasən 26.09.1984-15.02.1996-cı il tarixləri arasındakı dövr ərzində "Şirvannneft” NQÇİnin X8 əmək fəaliyyəti ilə məşğul olduğunuz sürücü-motorçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İş materiallarında olan iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 10.11.1980-cı il tarixdən 21.11.1982-ci il tarixdək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan «X22 Alətləri» ASC-nin 05.04.2020-ci il tarixli 14 nömrəli arayışından görünür ki, İddiaçı 18.09.1979-cu ildə X17 Alətlər Bazasında 1-ci dərəcəli təmirçi-çilingər ştatına işə qəbul edilmişdir (əmr 89/k, 17.09.1979-cu il), 30.10.1980-ci ildə hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad edilmişdir (əmr 87/r, 29.10.1980-ci il). İddiaçı göstərilən vəzifədə 01 il 01 ay 12 gün iş stajı vardır. X20 X23 X6 27.03.2002-ci il 32 nömrəli əmri ilə onun struktur tərkibindən çıxarılmış və onun bazasında X21 Alətləri ASC yaradılmışdır. İş materiallarında olan SOCAR tərəfindən məhkəməyə ünvanlanmış 10 oktyabr 2019-cu il tarixli arayışında qeyd olunur: SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən 14.11.1983-cü il (əmr № 179/k, 14.11.1983-cü il) X10 İdarəsinin 3 saylı avto kolonuna iki həftəlik təcrübə müddəti ilə PPU-3, 51-84 № maşına 3-cü dərəcəli maşinist (PPU-3) peşəsinə işə qəbul edilmişdir. 28.11.1983-cü ildə (əmr № 188/k, 30.11.1983-cü il) təcrübə müddətindən sonra sərbəst işə başlamışdır. 26.09.1984-cü ildə (əmr № 158/k, 26.09.1984-cü il) iki həftəlik təcrübə müddəti ilə "AZİNMAŞ-37”-yə 6-cı dərəcəli motorçu sürücü peşəsinə keçirilmişdir. 10.10.1984-cü ildə (əmr № 166/k, 09.10.1984-cü il) təcrübə müddətindən sonra sərbəst işə başlamışdır. 10.02.1987-ci ildə (əmr № 22/k, 10.02.1987-ci il) yeni alınmış “AZİNMAŞ- 37”-yə təhkim olunmuşdur. Quruda NQÇ İB-nin 24.02.1995-ci il tarixli, 52 saylı əmrinə əsasən Şirvan TNİ 01.03.1995-ci ildən struktur bölmə kimi TNS adı ilə “Şirvanneft” NQÇİnin tabeliyinə keçirilmişdir. 15.02.1996-cı ildə (əmr № 11/k-A, 15.02.1996-cı il) Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndi ilə “xxxx” Müştərək Müəssisəsinə köçürülmə yolu ilə işdən azad olunmuşdur. 01.02.1996-cı ildə (əmr № 7/p, 09.02.1996-cı il) “xxxx” MM-nin TNS-nə 6-cı dərəcəli qaldırıcı maşinist peşəsinə işə qəbul edilmişdir. 15.02.1996-cı ildə (əmr № 11/p) Mişovdağ sahəsinə 6-cı dərəcəli sürücü (UBA 50) peşəsinə keçirilmişdir. 12.01.1998-ci ildə (əmr № 27, 28.01.1998-ci il) TNS-yə 01-03 AQO №-li avtomaşına sürücü peşəsinə keçirilmişdir. 17.05.1999-cu ildə (əmr № 24/p, 20.05.1999-cu il) UPA 50, KRAZ-255 avtomaşınına 6-cı dərəcəli maşinist peşəsinə keçirilmişdir. Haqq-hesab cədvəllərində olan qeydə əsasən 01.01.2000-ci ildən (əmr № 7/p, 26.01.2000-ci il) UPA4, UPA2 və “AUDEKO" qaldırıcı qurğularını idarə etmək üçün 8ci dərəcəli sürücü peşəsinə keçirilmiş, 2000-ci ilin iyul ayınadək 8, avqust-oktyabr aylarında isə 6-cı dərəcəli sürücü kimi əmək haqqı almışdır. İşdən azad olunma barədə qeyd aşkar olunmamışdır. Məlumat üçün bildirilmişdir ki, ARDNŞ-nin 18.01.2001-ci il tarixli, 4 nömrəli əmrinə əsasən 22.11.2000-ci ildə “xxxx” MM ləğv edilmiş və onun bazasında Qarasu Əməliyyat Şirkəti yaradılmışdır. İş materiallarında olan SOCAR tərəfindən məhkəməyə ünvanlanmış 21 dekabr 2020ci il tarixli arayışında qeyd olunur: SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən 14.11.1983-cü il (əmr № 179/k, 14.11.1983-cü il) X10 İdarəsinin 3 saylı avto kolonuna iki həftəlik təcrübə müddəti ilə PPU-3, 51-84 № maşına 3-cü dərəcəli maşinist (PPU-3) peşəsinə işə qəbul edilmişdir. 28.11.1983-cü ildə (əmr № 188/k, 30.11.1983-cü il) təcrübə müddətindən sonra sərbəst işə başlamışdır. 26.09.1984-cü ildə (əmr № 158/k, 26.09.1984-cü il) iki həftəlik təcrübə müddəti ilə "AZİNMAŞ- 37”-yə 6-cı dərəcəli motorçu sürücü peşəsinə keçirilmişdir. 10.10.1984-cü ildə (əmr № 166/k, 09.10.1984-cü il) təcrübə müddətindən sonra sərbəst işə başlamışdır. 10.02.1987-ci ildə (əmr № 22/k, 10.02.1987-ci il) yeni alınmış “AZİNMAŞ- 37”-yə təhkim olunmuşdur. Quruda NQÇ İB-nin 24.02.1995-ci il tarixli, 52 saylı əmrinə əsasən Şirvan TNİ 01.03.1995-ci ildən struktur bölmə kimi TNS adı ilə “Şirvanneft” NQÇİnin tabeliyinə keçirilmişdir. 15.02.1996-cı ildə (əmr № 11/k-A, 15.02.1996-cı il) Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndi ilə “xxxx” Müştərək Müəssisəsinə köçürülmə yolu ilə işdən azad olunmuşdur. 01.02.1996-cı ildə (əmr № 7/p, 09.02.1996-cı il) “xxxx” MM-nin TNS-nə 6-cı dərəcəli qaldırıcı maşinist peşəsinə işə qəbul edilmişdir. 15.02.1996-cı ildə (əmr № 11/p) Mişovdağ sahəsinə 6-cı dərəcəli sürücü (UBA 50) peşəsinə keçirilmişdir. 12.01.1998-ci ildə (əmr № 27, 28.01.1998-ci il) TNS-yə 01-03 AQO №-li avtomaşına sürücü peşəsinə keçirilmişdir. 17.05.1999-cu ildə (əmr № 24/p, 20.05.1999-cu il) UPA 50, KRAZ-255 avtomaşınına 6-cı dərəcəli maşinist peşəsinə keçirilmişdir. Haqq-hesab cədvəllərində olan qeydə əsasən 01.01.2000-ci ildən (əmr № 7/p, 26.01.2000-ci il) UPA4, UPA2 və “AUDEKO" qaldırıcı qurğularını idarə etmək üçün 8ci dərəcəli sürücü peşəsinə keçirilmiş, 2000-ci ilin iyul ayınadək 8, avqust-oktyabr aylarında isə 6-cı dərəcəli sürücü kimi əmək haqqı almışdır. İşdən azad olunma barədə qeyd aşkar olunmamışdır. Məlumat üçün bildirilmişdir ki, ARDNŞ-nin 18.01.2001-ci il tarixli, 4 nömrəli əmrinə əsasən 22.11.2000-ci ildə “xxxx” MM ləğv edilmiş və onun bazasında Qarasu Əməliyyat Şirkəti yaradılmışdır. 15.02.1996-cı il tarixli, 11/k-A nömrəli işdən azad olunma əmrində peşəsi “AZİNMAŞ’’-37-nin 6-cı dərəcəli qaldırıcı maşinisti kimi göstərildiyindən, araşdırmaq məqsədi ilə 1984-1996-cı illər üzrə haqq-hesab cədvəlləri izlənilmiş, cədvəllərdə peşəsi mot.Az-37 olaraq göstərilmişdir. ARDNŞ-nin 22.08.1997-ci il tarixli 158 nömrəli və Quruda Neft və X4 26.08.1997-ci il tarixli 179 nömrəli əmrləri ilə “Şirvanneft” NQÇİ 01.09.1997-ci ildən ləğv olunmuş və onun bazasında “xxxx” BMMM yaradılmışdır. “Şirvanneft” NQÇİ-nin arxiv sənədləri Baş ofisin Mərkəzi Arxivinə təhvil verilmişdir. Vətəndaşın iş stajı barədə arayış arxiv sənədlərinə (əmrlər və şəxsi vərəqə) istinadən verildiyindən tərəflərindən güzəştli iş stajının olub-olmaması barədə qeydin göstərilməsi imkan xaricindədir. İş materiallarında olan “X13 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 24 fevral 2020-ci il tarixli 03 saylı arayışında qeyd olunur: İddiaçı həqiqətən “Şirvanneft ” NQÇİ-nin Traktor Nəqliyyat sexinin 3-cü avtobölməsində SBQ-3 maşinisti və 6-cı dərəcə sementləyici aqreqatın motorçusu peşəsində işləmişdir. “xxxx" Şirkətində saxlanılan arxiv sənədlərinə əsasən İddiaçı Adgiil oğlunun “Şirvanneft " NQÇİ-də 12 il, 02 ay, 29 gün əmək stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarının 10-cu bəndinin 10.2 yarımbəndinə əsasən (Neft, qaz və qaz kondensatının hasilatı) İddiaçı “Şirvanneft ” NQÇİ-də güzəştli şərtlərlə 12 il, 02 ay, 29 gün əmək stajı vardır. Belə ki, 179/k saylı 14.11.1983-cü il tarixli əmrlə 14.11.1983-cü ildən 26.09.1984-cü il tarixədək “X11 İdarəsinin 3-cü avtobölməsində SBQ-3 (Səyyar buxar qurğusu) maşinisti peşəsində işləmişdir. 00-il-10 ay 12 gün. Buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri. 158/k saylı 26.09.1984-cü il tarixli əmrlə 26.09.1984-cü il tarixdən 15.02.1996cı il tarixədək “Şirvanneft ” NQÇİ-nin Traktor Nəqliyyat sexinin 3-cü avtobölməsində 6-cı dərəcə sementləyici aqreqatın motorçusu peşəsində işləmişdir. -(11 il, 04 ay, 19 gün.) - (səh. 66. -sementləşdirici aqreqatların motorçuları). X14 15.02.1996-cı il tarixli 11/k-a saylı əmrlə “xxxx” Müştərək Müəssisəsinə keçirilməsilə ilə əlaqədar 15.02.1996-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndilə işdən azad edilmişdir. İş materiallarında olan “X13 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 07 aprel 2021-ci il tarixli 20 saylı arayışında qeyd olunur: İddiaçı həqiqətən “Şirvanneft ” NQÇİ-nin Traktor Nəqliyyat sexinin 3-cü avtobölməsində SBQ-3 maşinisti və 6-cı dərəcə sementləyici aqreqatın motorçusu peşəsində işləmişdir. “xxxx" Şirkətində saxlanılan arxiv sənədlərinə əsasən İddiaçı Adgiil oğlunun “Şirvanneft " NQÇİ-də 12 il, 02 ay, 29 gün əmək stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının 12-ci bəndinin 2-ci yarımbəndinə əsasən (21302000 Neft, qaz və qaz kondensatının hasilatı) İddiaçı “Şirvanneft ” NQÇİ-də güzəştli şərtlərlə 12 il, 02 ay, 29 gün əmək stajı vardır. Belə ki, 179/k saylı 14.11.1983-cü il tarixli əmrlə 14.11.1983-cü ildən 26.09.1984-cü il tarixədək “X11 İdarəsinin 3-cü avtobölməsində SBQ-3 (Səyyar buxar qurğusu) maşinisti peşəsində işləmişdir. 00-il-10 ay 12 gün, 2136200a—13969 buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri). 158/k saylı 26.09.1984-cü il tarixli əmrlə 26.09.1984-cü il tarixdən 15.02.1996-cı il tarixədək “Şirvanneft ” NQÇİ-nin Traktor Nəqliyyat sexinin 3-cü avtobölməsində 6-cı dərəcə sementləyici aqreqatın motorçusu peşəsində işləmişdir. -(11 il, 04 ay, 19 gün.) - (2130200a—14754. -sementləşdirici aqreqatların motorçuları). Sementləşdirici aqreqatlar keçmiş SSRİ dövründə KRAZ markalı avtomaşınların bazasında yığılmış AZİNMAŞ markalı qurğulardır. Həmin qurğular neft-qaz quyularının qazılması zamanı və artıq istismar edilən neft-qaz quyularında sementləşdirmə işlərinin həyata keçirilməsində istifadə edilir. “Sürücü-motorçu” sementləşdirici aqreqat motorçusu peşəsinin öhdəliklərini və sürücünün də peşə öhdəliklərini həyata keçirir. X14 15.02.1996-cı il tarixli 11/k-a saylı əmrlə “xxxx” Müştərək Müəssisəsinə keçirilməsilə ilə əlaqədar 15.02.1996-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndilə işdən azad edilmişdir. İş materiallarında olan xxxx Əməliyyat Şirkətinin 30 may 2019-cu il tarixli güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr üzrə iş stajı haqqında arayışından görünür ki, İddiaçı xxxx Əməliyyat Şirkətində Nəqliyyat sexində, Avtomobil sürücüsü vəzifəsində işləyir. İddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə xxxx Əməliyyat Şirkətində iş stajı haqqında qeydlər aşağıda göstərilmişdir: 1.X8 6 (altıncı) dərəcəli qaldırıcı maşinist (01.12.2000-25.09.2001). 2.Quyuların Əsaslı və Yeraltı təmiri sexində fəhlə (25.09.2001-11.01.2002). 3. Texnoloji Nəqliyyat sexi UPA-2-də qaldırıcı maşinist (11.01.2002-01.12.2003) 4. Əsaslı Təmir sahəsinə mexanik-sürücü: (01.12.2003-01.11.2008). 5. Ağır Avadanlıqlar şöbəsində avtomobil sürücüsü (01.11.2008-01.01.2009). 6. Nəqliyyat sexində avtomobil sürücüsü (01.01.2009-31.05.2019) - cəmi: 3 il. X5 Traktor Nəqliyyat sexində 6 (altıncı) dərəcəli qaldırıcı maşinist qəbul edilmişdir (01.02.1996-01.12.2000). Qeyd: Əmək kitabçasında göstərilən 9, 10, 11 nömrəli qeydlərə əsasən cəmi: 4 il 10 ay. Ümumi 7 il 10 ay. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən aşağıda qeyd olunan çıxarışlar üzrə İddiaçı 7 il 10 ay imtiyazlı iş stajına malikdir – 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şiştin emalı: 10.2. Neft, qaz və qaz kondensatının hasilatı a) fəhlələr: qaldırıcıların maşinistləri. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin “xxxx” MMC-nin 07 aprel 2020-ci il tarixli 100/02-161 saylı arxiv arayışda qeyd olunur: İddiaçı həqiqətən Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin Əli Bayramlı şəhər “Cihazlar” zavodunun (Hal-hazırda Müdafiə Sənayesi Nazirliyinin “xxxx” MMC) Mexaniki təmir sexinə 17.01.1983-cü il tarixində 6/K №-li əmrlə 3cü dərəcəli elektrik montyoru peşəsi işinə qəbul edilmişdir. İddiaçı Azərbaycan SSR ƏQMnin 37-ci maddəsinə əsasən (öz təşəbbüsü) 24.10.1983-cü il tarixli 165 saylı əmrlə işdən azad edilmişdir. Qeyd: Cihazqayırma Nazirliyinin 523 saylı 19.10.1988-ci il tarixli ləğv olunmuş əmrinə əsasən SSRİ-nin 60 illiyi adına Əli Bayramlı şəhər “Cihazlar” zavodunun heyət və əmlakı Əli Bayramlı şəhər “Sənaye Avtomatika və Telemexanika” zavoduna daxil edilmişdir. Elektrotexnika Sənayesi və Cihazqayırma Nazirliyinin 153 saylı 04.07.1991-ci il tarixli əmrinə əsasən Əli Bayramlı şəhər “Sənaye Avtomatika və Telemexanika” zavodu Əli Bayramlı şəhər “Telemexanika” İstehsalat Birliyi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli 1181 nömrəli Fərman ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilmiş və onun bazasına Müdafiə Sənayesi Nazirliyi yaradılmış Əli Bayramlı şəhər “Telemexanika” İstehsalat Birliyi “Telemexanika” zavodu adlanmışdır. İş materiallarında olan İddiaçı məxsus İT-İ № ******* saylı əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 18.09.1979-cu ildə “Azneft” Birliyinin Boru-instrumental bazasında instrumental sahədə kontora 1-ci dərəcəli çilingər-təmirçi vəzifəsinə qəbul edilmiş, 30.10.1980-cı ildə Sovet ordusu sıralarına getdiyinə görə tutduğu vəzifədən azad edilmiş, 10.11.1980-cı ildən 21.11.1982-ci ilədək Sovet Ordusunda xidmət etmiş, 17.01.1983-cü ildə Əli Bayramlı cihazlar zavodunda təmir mexanika sexinə 3-cü dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmiş, 24.10.1983-cü ildə 3-cü dərəcəli elektrik montyoru vəzifəsindən azad edilmiş, 14.11.1983-cü ildə Şirvan TNİ-də 3 saylı avtomobil dəstəsi 3-cü dərəcəli 3 Səyyar buxar deaksilyasiya qurğusunun maşinisti vəzifəsinə qəbul edilmiş, 26.09.1984cü ildə “AZİNMAŞ-37”-yə 6-cı dərəcəli motorçu sürücü vəzifəsinə keçirilmiş, Quruda Neft və X4 24.02.1995-ci il tarixli 52 saylı əmrinə əsasən Şirvan TNİ-si 01.03.1995-cı ildən struktur bölmə kimi traktor nəqliyyat sexi adı ilə “Şirvanneft” NQÇİ-nin tabeçiliyinə keçirilmişdir, 15.02.1996-cı ildə Azərbaycan Respublikasının ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndi ilə “Azərpetoil” müştərək müəssisəsinə köçürülmə yolu ilə işdən azad olunmuş, 01.02.1996-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X16 Şirkətinin X3 Traktor nəqliyyat sexinə 6-cı dərəcəli qaldırıcı maşinist qəbul edilmiş, 30.11.2000-ci ildə “Azərpetoıl” MM-nin ləğvi ilə əlaqədar olaraq bağlanmış 01.02.1996cı il müddətində fərdi əmək müqavilələrinə Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin "a" bəndinə əsasən xitam verilmişdir, 01.12.2000-ci ildə “xxxx” Əməliyyat Şirkətində Texnoloji nəqliyyat sexinə 6-cı dərəcəli maşinist-qazmaçı qəbul edilmiş, 25.09.2001-ci ildə Quruların Əsaslı və Yeraltı Təmir sexinə fəhlə keçirilmiş, 11.01.2002ci ildə Texnoloji nəqliyyat sexinə UPA-2 qaldırıcı maşına sürücü maşinist keçirilmiş, 01.12.2003-cü ildə əsaslı təmir sahəsinə mexanik-sürücü vəzifəsinə təyin edilmiş, 01.11.2008-ci ildə Ağır avadanlıqlar şöbəsində avtomobil sürücüsü işinə təyin edilmiş, 01.01.2009-cu ildə Nəqliyyat sexində avtomobil sürücüsü işinə keçirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. İddiaçı 18.09.1979-cu ildə “Azneft” Birliyinin Boru-instrumental bazasında instrumental sahədə kontora 1-ci dərəcəli çilingər-təmirçi vəzifəsinə qəbul edilmiş, 30.10.1980-cı ildə Sovet ordusu sıralarına getdiyinə görə tutduğu vəzifədən azad edilmiş, 10.11.1980-cı ildən 21.11.1982-ci ilədək həqiqi hərbi xidmət keçmiş, 17.01.1983-cü ildə Əli Bayramlı cihazlar zavodunda təmir mexanika sexinə 3-cü dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmiş, 24.10.1983-cü ildə 3-cü dərəcəli elektrik montyoru vəzifəsindən azad edilmiş, 14.11.1983-cü ildə Şirvan TNİ-də 3 saylı avtomobil dəstəsi 3-cü dərəcəli 3 Səyyar buxar deaksilyasiya qurğusunun maşinisti vəzifəsinə qəbul edilmiş, 26.09.1984-cü ildə “AZİNMAŞ-37” müəssisəsinə 6-cı dərəcəli motorçu sürücü vəzifəsinə keçirilmiş, 15.02.1996-cı ildə Azərbaycan Respublikasının ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndi ilə “Azərpetoil” müştərək müəssisəsinə köçürülmə yolu ilə işdən azad olunmuş, 01.02.1996-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X16 Şirkətinin X3 Traktor nəqliyyat sexinə 6-cı dərəcəli qaldırıcı maşinist qəbul edilmiş, 30.11.2000-ci ildə “Azərpetoıl” MM-nin ləğvi ilə əlaqədar olaraq bağlanmış 01.02.1996-cı il müddətində fərdi əmək müqavilələrinə Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin "a" bəndinə əsasən xitam verilmişdir, 01.12.2000-ci ildə “xxxx” Əməliyyat Şirkətində Texnoloji nəqliyyat sexinə 6-cı dərəcəli maşinist-qazmaçı qəbul edilmiş, 25.09.2001-ci ildə Quruların Əsaslı və Yeraltı Təmir sexinə fəhlə keçirilmiş, 11.01.2002-ci ildə Texnoloji nəqliyyat sexinə UPA-2 qaldırıcı maşına sürücü maşinist keçirilmiş, 01.12.2003-cü ildə əsaslı təmir sahəsinə mexaniksürücü vəzifəsinə təyin edilmiş, 01.11.2008-ci ildə Ağır avadanlıqlar şöbəsində avtomobil sürücüsü işinə təyin edilmiş, 01.01.2009-cu ildə Nəqliyyat sexində avtomobil sürücüsü işinə keçirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Hərbi xidmət müddəti də daxil olmaqla 01.01.2006-cı il tarixədək iddiaçı 26 il 21 gün ümumi sığorta stajına malikdir. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı 14.11.1983-cü ildən 26.09.1984-cü ilədək Şirvan TNİ-də 3 saylı avtomobil dəstəsi 3-cü dərəcəli 3 Səyyar buxar deaksilyasiya qurğusunun maşinisti, 26.09.1984-cü ildən 01.02.1996-cı ilədək “AZİNMAŞ-37” 6-cı dərəcəli motorçu sürücü, 01.02.1996-cı ildən 30.11.2000-ci ilədək X3 Traktor nəqliyyat sexində 6-cı dərəcəli qaldırıcı maşinist, 01.12.2000-ci ildən 25.09.2001-ci ilədək “xxxx” Əməliyyat Şirkətində Texnoloji nəqliyyat sexinə 6-cı dərəcəli qaldırıcı maşinist, 11.01.2002-ci ildən 01.12.2003-cü ilədək Texnoloji nəqliyyat sexinə UPA-2 qaldırıcı maşinist vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur (14.11.1983-cü ildən 26.09.1984-cü ilədək Şirvan TNİdə 3 saylı avtomobil dəstəsi 3-cü dərəcəli 3 Səyyar buxar deaksilyasiya qurğusunun maşinisti – Xİİ Bölmə Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı, 2-ci yarımbölmə Neft-qaz və qaz kondensatının hasilatı, kod 2136200a—13969 - buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri; 26.09.1984-cü ildən 01.02.1996-cı ilədək “AZİNMAŞ-37” 6-cı dərəcəli motorçu sürücü - Xİİ Bölmə Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı, 2-ci yarımbölmə Neft-qaz və qaz kondensatının hasilatı, kod 2130200a—14754 - sementləşdirici aqreqatların motorçuları; 01.02.1996-cı ildən 30.11.2000-ci ilədək X3 Traktor nəqliyyat sexində 6-cı dərəcəli qaldırıcı maşinist, 01.12.2000-ci ildən 25.09.2001-ci ilədək “xxxx” Əməliyyat Şirkətində Texnoloji nəqliyyat sexinə 6-cı dərəcəli qaldırıcı maşinist, 11.01.2002-ci ildən 01.12.2003-cü ilədək Texnoloji nəqliyyat sexinə UPA-2 qaldırıcı maşinist - Xİİ Bölmə Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı, 2-ci yarımbölmə Neft-qaz və qaz kondensatının hasilatı, kod 2130200a—14012 - qaldırıcıların maşinistləri). Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahıya uyğundur. İddiaçının təqdim etdiyi iş yerindən arayışlarda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Cavabdeh imtina məktubunda 26.09.1984-15.02.1996-cı il tarixləri arasındakı dövr ərzində "Şirvannneft” NQÇİ-nin X8 iddiaçının işlədiyi sürücü-motorçu peşəsinin qeyd olunan siyahıda nəzərdə tutulmadığını bildirsə də, “X13 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 07 aprel 2021-ci il tarixli 20 saylı arayışında qeyd etmişdir ki, iddiaçı 26.09.1984-cü il tarixdən 15.02.1996-cı il tarixədək “Şirvanneft ” NQÇİ-nin Traktor Nəqliyyat sexinin 3-cü avtobölməsində 6-cı dərəcə sementləyici aqreqatın motorçusu peşəsində işləmişdir (2130200a—14754. sementləşdirici aqreqatların motorçuları), sementləşdirici aqreqatlar keçmiş SSRİ dövründə KRAZ markalı avtomaşınların bazasında yığılmış AZİNMAŞ markalı qurğulardır, həmin qurğular neft-qaz quyularının qazılması zamanı və artıq istismar edilən neft-qaz quyularında sementləşdirmə işlərinin həyata keçirilməsində istifadə edilir, “Sürücümotorçu” sementləşdirici aqreqat motorçusu peşəsinin öhdəliklərini və sürücünün də peşə öhdəliklərini həyata keçirir. Qeyd olunan əsasən məhkəmə hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 19 il 9 ay). Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının həqiqi hərbi xidmət keçdiyi müddət, yuxarıda qeyd olunan güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı da daxil olmaqla, işlədiyi dövr nəzərə alınmaqla, ona 57 yaşdan, yəni hüququnun yarandığı 13.02.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 13.02.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1214/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1214/2021
28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver