Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1214/2022 02.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “maddi ziyanın və mənəvi zərərin ödənilməsi” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi ziyana görə 450.000 (dörd yüz əlli min) manat və mənəvi zərərə görə 150.000 (bir yüz əlli min) manat pulun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, Əzizbəyov (indiki “Koroğlu”) metrostansiyasının çıxışında yerləşən qeyri-yaşayış (ticarət) obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə əlaqədar 2007-ci ilin may ayında ona məxsus olan həmin ticarət obyekti sökülmüşdür. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20 fevral 2009-cu il tarixli, 77 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə “Əzizbəyov” metrostansiyası ətrafında fəaliyyət göstərmiş qeyriyaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi üçün Bakı şəhəri Cavabdehnə icazə verilmişdir. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının 27 fevral 2009-cu il tarixli, 93 saylı Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində, 25 və 35 saylı binaların arasında 360 kv. metr torpaq sahəsində iddiaçıya 45 kv.metr torpaq sahəsi ayrılaraq ticarət obyektinin tikintisinə icazə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2018-ci il tarixli qərarı ilə iddiaçı və digər iddiaçılar X3 və X4 apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1379/2015 saylı iş üzrə qəbul etdiyi 13 may 2015ci il tarixli qərarı qismən - iddiaçı və digər iddiaçılar X2 və X6 aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli 77 nömrəli və Cavabdeh başçısının 27.02.2009-cu il tarixli 93 nömrəli sərəncamları ilə iddiaçı və digər iddiaçılar X2, X6 qeyd edilən ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı qanunsuz müdaxilələr Cavabdehnə qadağan edilmişdir. Üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyəti kassasiya şikayəti verərək qərarın ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1650/2018 saylı 08 avqust 2018-ci il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-104/18 saylı 25 aprel 2018-ci il tarixli qərarı üçüncü şəxsin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Borclu tərəf Bakı şəhəri Cavabdeh yenə də heç bir qərara, qayda-qanuna məhəl qoymayaraq, məhkəməyə və məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyə hörmətsizlik edərək qətnamənin icrasını təmin etməkdən yayınır. Borclu çalışır ki, qətnamənin icrasının təmin etmək məsuliyyətini öz üzərindən yayındırsın. Belə ki, göründüyü kimi, sərəncamda qeyd edilən sahə borclunun balansındadır və sərəncam da həmin orqan tərəfindən verilmişdir. Hətta Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasının iddiaçıların xeyrinə olan qərarına da məhəl qoyulmur. Bundan əlavə qeyd olunmalıdır ki, torpaq sahəsinin ayrılması barədə sərəncamın ləğv edilməsi və qanunsuzluğu ucbatından qətnamənin icrasının qeyrimümkünlüyü barədə arqumentlər məhkəmə tərəfindən də qəbul edilməmişdir. Məhkəmələrin qətnamə çıxarması pozulmuş hüquqların bərpa edilməsinə kifayət etmir. Gərək həmin qətnamələrin icrasını təmin etməli olan orqanlar da öz işlərini lazımi qaydada görsünlər ki, hansısa pozulmuş hüququn bərpasından söhbət gedə bilsin. Hazırkı işdə yekun qətnamənin icrasının təmin edilməməsi iddiaçını qətnamənin ona verəcəyi bütün faydalı səmərəsindən məhrum etmişdir. Qeyd edir ki, borclu tərəf əmlakının sökülməsindən başlayaraq ona qarşı öz qanunsuz əməllərini davam etdirir. İddiaçının əmlak hüquqlarının kobud şəkildə pozulması ona dərin mənəvi zərbə vurub. O, artıq 15 ilə yaxındır ki, məhkəmələrdə, icra hakimiyyəti və məhkəmə icra orqanlarında sürünür. İşi udub səbirsizliklə torpaq sahəsini alacağını unutduğu halda da onu məyus edən əməllər törətməklə ona mənəvi zərbə vurulub və vurulmaqda davam etdirilir. Azərbaycan Respublikası İnzibati - Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdeh Bakı şəhəri Cavabdehnə göndərilmiş və cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim etdiyi etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planının 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə, “Əzizbəyov” (indiki “Koroğlu”) metrostansiyası ətrafında yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar, həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, başqa ərazilərdə qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulurdu. Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nın 26-cı bəndinə əsasən Nəqliyyat Nazirliyi tərəfindən seçilmiş variant üzrə avtomobil yollarının, yol ötürücülərinin, yol qovşaqlarının, körpülərin təhkim və mühafizə zolağına düşən bütün növ mühəndis kommunikasiyalarının, binaların və qurğuların qanunvericiliklə müəyyən edilmiş qaydada köçürülməsi məsələlərinin həlli, “Əzizbəyov” metrostansiyası və “Sabunçu” dairələri arasında yerləşən kommunikasiyaların, binaların, qurğuların qanunvericiliklə müəyyən edilmiş qaydada köçürülməsinin yolun hər iki tərəfində ərazinin gələcək inkişafı nəzərə alınmaqla həyata keçirilməsi Bakı Şəhər İcra Hakimiyyətinə, Maliyyə Nazirliyinə, Xüsusi Dövlət Mühafizə Xidmətinə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Dövlət Neft Şirkətinə, "xxxx" QSCyə,”Azərenerji” ASC-yə, "xxxx" ASC-yə, "xxxx" MMC-yə, Abşeron Rayon İcra Hakimiyyətınə tapşırılmışdır. Bu məqsədlə, qeyd edilən ərazidə fəaliyyət göstərmiş qeyriyaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, başqa ərazilərdə qeyriyaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısı 20.02.2009-cu il tarixli 77 saylı sərəncam verərək Cavabdehnə aidiyyəti üzrə torpaq sahəsinin ayrılmasını tapşırmışdır. Rayon İcra Hakimiyyəti göstərilən sərəncamın icrasını təmin etmək məqsədilə 27.02.2009-cu il tarixli 93 saylı sərəncamı ilə rayonun müxtəlif ünvanlarında nəzərdə tutulan məqsəd üçün torpaq sahələri ayırmışdır. Sonradan Bakı Şəhər İcra Hakimiyyəti başçısı 12.03.2012-ci il tarixli 113 saylı sərəncamı ilə yuxarıda göstərilən sərəncamını ləğv etmiş və sərəncamı 13.03.2012-ci il tarixli 7- 156/7g nömrəli məktubla Rayon İcra Hakimiyyətinə və digər qurumlara göndərərək lazım gəldiyi təqdirdə müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Həmin sərəncam ləğv edildikdən sonra, Bakı şəhər Cavabdeh başçısının 27.02.2009-cu il tarixli 93 saylı sərəncamı öz qüvvəsini itirmiş hesab edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, həmin müddətdə və hazırda torpaq sahələrinin ayrılmasına dair müstəqil sərəncam vermək Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinə aid deyildir. Rayon İcra Hakimiyyətinin başçısı yalnız, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sərəncamından irəli gələn vəzifələri yerinə yetirmişdir. Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 01.08.2018-ci il tarixli 226 nömrəli Fərmanı ilə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Ona görə də, rayon ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi həmin qurum tərəfindən həyata keçirilir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Cavabdeh N-77-039 nömrəli 13.11.2020-ci il tarixli məktubunda bildirilmişdir ki, “qeyri-yaşayış binalarının tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli 77 №-li sərəncamı ilə Cavabdehnə aidiyyəti üzrə torpaq sahələri ayrılması tapşırılmışdır. Rayon İcra Hakimiyyəti göstərilən sərəncamın icrası olaraq 27.02.2009-cu il tarixli 93 №-li sərəncamla rayonun müxtəlif ünvanlarında nəzərdə tutulan məqsəd üçün torpaq sahələri ayırmışdır. Sonradan Bakı Şəhər icra Hakimiyyəti başçısının 12.03.2012-ci il tarixli 113 №-li sərəncamı ilə yuxarıda göstərilən 20 02.2009-cu il tarixli 77 №-li sərəncam əsaslı səbəblərə görə ləğv edilmişdir. Bununla əlaqədar Rayon İcra Hakimiyyəti başçısının 27.02.2009-cu il tarixli 93 №-li sərəncamı öz qüvvəsini itirmiş hesab edilmişdir. Buna görə də ləğv olunmuş sərəncam bərpa olunmayana qədər sözügedən məsələ ilə əlaqədar torpaq sahələrinin ayrılmasına heç bir hüquqi əsas yoxdur. - Bakı şəhəri Cavabdeh Başçısının 93 nömrəli, 27 fevral 2009-cu il tarixli Sərəncamından Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sasteminin təkmilləşdirilmiş üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədi ilə, “Əzizbəyov” metro stansiyası ərazisində yol qovşaqlarına layihələndirilməsi və tikintisi ilə əlaqədar, həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, Q.Qarayev prospektində 30/42 və 34/67 saylı binaların arasında; Rüstəmov küçəsi 66 və 74 saylı binaların arasında; E.Süleymanov küçəsi 92 və 94 saylı binaların yaxınlığında; B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasında; 2387-ci məhəllənin şərqində; Nəsimi küçəsi, İstilikxana divarı boyunca; Ş.Mirzəyev küçəsində, R.Teymurov küçəsindən T.Abbasov küçəsinə kimi və X25 küçəsində (Şifer kombinatının arxasında) ünvanlarda yenidən bərpa edilməsi üçün, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli, 77 saylı sərəncamı ilə, Cavabdehnə icazə verilmişdir. B. Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv. metr torpaq sahəsinə X9, İddiaçı və vətəndaş Zeynal Abdullayevə ticarət obyektinin tikintisinə icazə verilmişdir. Həmçinin ayrılmış sahələrə görə Memarlıq və Şəhərsalma Baş İdarəsindən inşaat pasportunu alınmasını təmin edilməsi; sahəni yerində qəbul etməklə, onun sanitar vəziyyətinə nəzarət edilməsi və ərazinin və obyektin memarlıq planlaşdırılmasının eskiz həllini layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılması və layihələndirmə başa çatdıqdan sonra, işçi layihəsini tam həcmdə baş idarəyə təqdim edilməsi ayrılmış torpaq sahələrinin sifarişçilərinə tapşırılmışdır. Layihələrin hazırlanmasına nəzarəti təşkil etmək məqsədilə, onların Rayon Layihə Smeta bürosunda hazırlanmaları sifarişçilərə tövsiyyə olunmuşdur. Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş sənəd qeydiyyatdan keçirilməsi və tikintiyə icazə verilməsi üçün Bakı Şəhər Tikintiyə İcazə və Qeydiyyat Müfəttişliyinə təqdim edilməsi; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66 və 67-ci maddələrinə uyğun sifarişçilər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində torpaq sahəsi üzərində hüququnu təsdiq edən çıxarışı alınması; qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməzsə sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması; Sərəncamın icrasına nəzarət, İcra Hakimiyyəti Başçısının İ müavini Ə.Həsənova və məsləhətçi-memar R.Həsənova həvalə edilməsi qərara alınmışdır. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 77 nömrəli 20.02.2009-cu il tarixli “Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında” Sərəncamından görünür ki, Cavabdeh 31.05.2008-ci il tarixli, 02/368 saylı müraciətini və 14.03.2008-ci il tarixli, 02/178 saylı məktubunda qeyd olunan təklifləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 01.02.2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2097-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasını təmin etmək məqsədilə, Əzizbəyov metrosu ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar, həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, Q.Qarayev prospektində 30/42 və 34/67 saylı binaların arasında; Rüstəmov küçəsi, 66 və 74 saylı binaların arasında; E.Süleymanov küçəsi, 92 və 94 saylı binaların yaxınlığında; B.Çobanzadə küçəsində, 25 və 35 saylı binaların arasında; 2387-ci məhəllənin şərqində; Nəsimi küçəsi, İstilikxana divarı boyunca; Ş.Mirzəyev küçəsində, R.Teymurov küçəsindən T.Abbasov küçəsinə kimi; X25 küçəsində (Şifer kombinatının arxasında) ünvanlarda yenidən bərpa edilməsi üçün Cavabdehnə icazə verilmişdir. Təklif olunan torpaq sahələrində tikinti işlərinin aparılmasına nəzarət Rayon İcra Hakimiyyətinin Başçısı cənab M.Əliyevə tapşırılmışdır. Sifarişçiyə sahəni yerində qəbul edilməsi, onun sanitar vəziyyətinə nəzarət edilməsi, ərazinin və obyektin memarlıq-planlaşdırmasının eskiz həllini layihələndirmə ərəfəsində Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırılması, layihələndirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş idarəyə təqdim edilməsi və layihə təşkilatı layihə-axtarış işləri apararkən inşaat pasportunda göstərilməmiş mühəndis kommunikasiyaları aşkar etdikdə, Baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və şəhərsalma baş idarəsi və əlaqədar təşkilatlarla razılaşdırılması tapşırılmışdır. Həmçinin sərəncamda layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş sənədlər qeydiyyatdan keçirilməsi və tikintiyə icazə verilməsi üçün Bakı Şəhər Tikintiyə İcazə və Qeydiyyat Müfəttişliyinə təqdim edilməsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66 və 67-ci maddələrinə uyğun olaraq, sifarişçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən çıxarışın alınması və layihə sənədləri, mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurasının 1 nömrəli, 30 aprel 2018-ci il tarixli Qərarından görünür ki, iddiaçı sahibkarların iddia tələbi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qüvvədə olan 17.07.2013-cü il tarixli 2- 2(102)-702/2013 saylı, 25.09.2013-cü il tarixli 2-2(102)-835/2013 saylı, 25.09.2013-cü il tarixli 2-2(102)-897/2013 saylı, 25.01.2017-ci il tarixli 2-1(102)-545/2017 saylı, 03.05.2017ci il tarixli 2-1(102)-1063/2017 saylı, 29.08.2017-ci il tarixli 2-1(102)-1063/2017 saylı, 29.08.2017-ci il tarixli 2-1(102)-1063/2017 saylı, 29.08.2017-ci il tarixli 2-1(102)-1376/2017 saylı və Bakı Apellyasiya Məhkəməsinin 15.05.2013-cü il tarixli, 2-1inz(103)-562/2013 saylı, 26.11.2013-cü il tarixli 2-1inz(103)-1681/2013 saylı qərarların nəzərə alınması; Azərbaycan Respublikası Ali Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarlarının icrası ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi Bakı şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-104/2018 qərarından görünür ki, iddiaçılar X16 və qeyrilərinin apellyasiya şikayəti təmin edilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1379/2015 saylı iş üzrə qəbul etdiyi 13 may 2015-ci il tarixli qərarı iddiaçılar X16, X12, X14, X7, İddiaçı, X3, X8, X5, X13 və X1 aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilmiş, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.02.2009-cu il tarixli 77 nömrəli və Cavabdeh Başçısının 27.02.2009-cu il tarixli 93 nömrəli sərəncamları ilə iddiaçılar X16, X12, X14, X7, İddiaçı, X3, X8, X5, X13 və X1 qeyd edilən ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı qanunsuz müdaxilələr Cavabdehnə qadağan edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1650/2018 nömrəli, 08 avqust 2018-ci il tarixli qərarından görünür ki, cavabdeh Bakı şəhəri Cavabdeh kassasiya şikayəti təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-104/2018 saylı iş üzrə 25 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Cavabdehin 02/154 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.02.2009-cu il tarixli, 77 saylı sərəncamı əsasında, Cavabdeh tərəfindən 27.02.2009-cu il tarixində, 93 sayda qəbul edilmiş sərəncamda, B.Çobanzadə küçəsi 25 və 31 saylı binaların arasındakı 360 kv, metr torpaq sahəsinin bir hissəsində Sizə birlikdə, ticarət obyektinin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Rayon İcra Hakimiyyətində olan məlumata əsasən, vət.E. Nəbiyevin mülkiyyətində 192,2 kv. metr torpaq sahəsi, vət.İddiaçı mülkiyyətində 44,2 kv. metr və vət.Z.Abdullayevin istifadəsində isə, 81.C kv.metr ticarət sahəsi olmuşdur. Sizlərin ticarət obyektlərinizin əvvəlki ölçülərini saxlamaq şərti ilə, yeni təyin edilmiş 360 kv, metr torpaq sahəsinin bir hissəsində, yenidən bərpa edilməsi üçün, tələb olunan qeyri-yaşayış sahəsinin layihələndirilməsinə etiraz etmirik. Bununla bağlı olaraq, layihələndiriləcək sahədəki obyektin 200 kv. metr vət.F.Nəbiyevə, 45,0 kv. metri vət.İddiaçı və 80,0 kv. metri Z.Abdullayevə aid olmalıdır. Yerdə qalan qeyri-yaşayış sahəsi, isə, tərəfimizdən digər mülkiyyət sahibinə veriləcəkdir. Eyni zamanda xatırladırıq ki, Sizin obyektə aidiyyatı olan digər fiziki və hüquqi şəxslərə mənsub olan qeyri-yaşayış sahələri, məhz Sizə təyin olurmuş torpaq sahəsində inşa edəcəyiniz obyekt daxilində yerləşdirilməlidir. Bununla bağlı olaraq, həmin sərəncamdan çıxarışları Sizə təqdim edir və onun şərtlərinə əməl etməyini xahiş edirik”. İddiaçı hazırki iddia tələbi ilə cavabdehdən ona vurulmuş maddi ziyana görə 450.000 (dörd yüz əlli min) manat və mənəvi zərərə görə 150.000 (bir yüz əlli min) manat pulun ödənilməsini tələb edir. İnzibati Prosessual Məcəllənin 2.2.4 və 2.2.7 maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) və inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. Məhkəmə tərəfindən araşdırılan işin halları ilə müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 77 nömrəli 20.02.2009-cu il tarixli “Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında” Sərəncamı ilə Cavabdeh 31.05.2008-ci il tarixli, 02/368 saylı müraciəti və 14.03.2008-ci il tarixli, 02/178 saylı məktubunda qeyd olunan təklifləri nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 01.02.2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2097-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasını təmin etmək məqsədilə, Əzizbəyov metrosu ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar, həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, Q.Qarayev prospektində 30/42 və 34/67 saylı binaların arasında; Rüstəmov küçəsi, 66 və 74 saylı binaların arasında; E.Süleymanov küçəsi, 92 və 94 saylı binaların yaxınlığında; B.Çobanzadə küçəsində, 25 və 35 saylı binaların arasında; 2387-ci məhəllənin şərqində; Nəsimi küçəsi, İstilikxana divarı boyunca; Ş.Mirzəyev küçəsində, R.Teymurov küçəsindən T.Abbasov küçəsinə kimi; X25 küçəsində (Şifer kombinatının arxasında) ünvanlarda yenidən bərpa edilməsi üçün Cavabdehnə icazə verilmişdir. Daha sonra Bakı şəhəri Cavabdeh Başçısının 93 nömrəli, 27 fevral 2009-cu il tarixli Sərəncamı ilə B. Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv. metr torpaq sahəsinə X9, İddiaçı və vətəndaş Zeynal Abdullayevə ticarət obyektinin tikintisinə icazə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-104/2018 qərarı ilə iddiaçılar X16 və qeyrilərinin apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1379/2015 saylı iş üzrə qəbul etdiyi 13 may 2015-ci il tarixli qərarı iddiaçılar X16, X12, X14, X7, İddiaçı, X3, X8, X5, X13 və X1 aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.02.2009-cu il tarixli 77 nömrəli və Cavabdeh Başçısının 27.02.2009-cu il tarixli 93 nömrəli sərəncamları ilə iddiaçılar X16, X12, X14, X7, İddiaçı, X3, X8, X5, X13 və X1 qeyd edilən ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı qanunsuz müdaxilələrin Cavabdehnə qadağan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1650/2018 nömrəli, 08 avqust 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-104/2018 saylı iş üzrə 25 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurasının 1 nömrəli, 30 aprel 2018-ci il tarixli Qərarı ilə iddiaçı sahibkarların iddia tələbi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qüvvədə olan 17.07.2013-cü il tarixli 2-2(102)-702/2013 saylı, 25.09.2013-cü il tarixli 2-2(102)-835/2013 saylı, 25.09.2013-cü il tarixli 2-2(102)-897/2013 saylı, 25.01.2017-ci il tarixli 2-1(102)- 545/2017 saylı, 03.05.2017-ci il tarixli 2-1(102)-1063/2017 saylı, 29.08.2017-ci il tarixli 2- 1(102)-1063/2017 saylı, 29.08.2017-ci il tarixli 2-1(102)-1063/2017 saylı, 29.08.2017-ci il tarixli 2-1(102)-1376/2017 saylı və Bakı Apellyasiya Məhkəməsinin 15.05.2013-cü il tarixli, 2-1inz(103)-562/2013 saylı, 26.11.2013-cü il tarixli 2-1inz(103)-1681/2013 saylı qərarların nəzərə alınması, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarlarının icrası ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi Bakı şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. İddiaçının dəlillərinə görə cavabdeh məhkəmə qərarlarının icrasını təmin etməkdən yayındıgından, ona obyektin tikintisinə şərait yaratmadıgından ona maddi və mənəvi ziyanın dəymişdir. Cavabdeh isə etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 01.08.2018-ci il tarixli 226 nömrəli Fərmanı ilə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aid edildiyindən rayon ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi həmin qurum tərəfindən həyata keçirilir. İddiaçının tələbinin qanunsuz və əsassız hərəkətləri nəticəsində maddi ziyana görə 450.000 (dörd yüz əlli min) manat və mənəvi zərərə görə 150.000 (bir yüz əlli min) manat məbləğində pulun tutulması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə məhkəmə araşdırması zamanı hər-hansı qanunsuz və əsassız hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Əksinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş fəaliyyət sferasında tədbirlər görülərək müvafiq sərəncam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100.-ci maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “İnzibati icraat haqqında” Qanunun 89.1.-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2.-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə MMnin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. İddia tələbinin mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “mənəvi zərərin ödənilməsi” barədə hüquqi mövqeyindən göründüyü kimi, sözügedən iddia o zaman təmin edilə bilər ki, cavabdehi hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə müəyyən edilmiş olsun. İşə məhkəmədə baxılarkən isə belə əlaqə müəyyən edilməmişdir. İddiaçı cavabdehin hərəkətsizliyi nəticəsində iztirab keçirdiyini, bu səbəbdən mənəvi zərər tələbinin əsaslı olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Ali Məhkəmə Plenumunun göstərilən qərarında qeyd edilmişdir ki, şəxsin iztirab keçirməsi dedikdə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin məhkəmədə araşdırılan hallarından isə cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının sağlamlığının pozulması, bunun nəticəsində fiziki əzab çəkməsi öz təsdiqini tapmamışdır. Beləliklə də hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Odur ki, cavabdehin mülki hüquq məsuliyyət daşıması, hər hansı zərərin əvəzinin ödənilməli olması istisna olunduğundan iddia əsassızdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı cavabdehdən ona vurulmuş maddi ziyana görə 450.000 (dörd yüz əlli min) manat və mənəvi zərərə görə 150.000 (bir yüz əlli min) manat pulun ödənilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16-cı, 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-1214/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1214/2022
02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver