Məhkəmə qərarları › İş №2-1(112)-1215/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1215/2022

19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1215/2022 19.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «dəymiş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Bakı şəhəri Nizami RİH-ə qarşı «dəymiş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) uzun müddət Bakı Meropoliteninin “Koroğlu” (əvvəlki Məşədi Əzizbəyov) stansiyasının çıxışında yerləşən qeyri-yaşayış sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Söküntüdən sonra həmin işlərlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 1255 nömrəli 1 fevral 2006-cı il tarixli Sərəncamının icrasını təmin etmək istiqamətində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı 77 nömrəli 20 fevral 2009-cu il tarixli sərəncam qəbul etmişdir. Həmin sərəncama əsasən “Əzizbəyov” (Koroğlu) metrostansiyasının ərazisində fəaliyyət göstərmiş qeyri-yaşayış obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərti ilə sahibkarlara itirilmiş iş yerlərinin bərpa edilməsi nəzərdə tutulmuşdur. Bu sərəncama uyğun olaraq, Bakı şəhəri Cavabdeh başçısı tərəfindən verilmiş 27 fevral 2009-cu il tarixdə 93 nömrəli sərəncamla həmin 22 nəfər həmin sahibkara Nizami rayonunda əvvəlki iş yerlərini bərpa etmək üçün 8 ünvanda torpaq sahəsi ayrılmışdır. Hazırkı iddiaçı ona ayrılmış yeni ünvandakı torpaq sahəsində 300 kv.m ölçüdə obyektin tikintisi üçün müvafiq sənədlərin toplanması və təsdiqlənməsi işlərinin yekunlaşdığı ərəfədə məlum olmuşdur ki, Bakı ŞİH başçısı naməlum səbəblərdən həmin sərəncamın ləğvi barədə yeni sərəncam vermişdir. İddiaçı bununla razılaşmadığından, məhkəməyə müraciət etmişdir. İş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəmənin qərarları ilə nəticədə iddia təmin olunaraq sərəncam bərpa edilmişdir. Beləliklə, Bakı şəhəri 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 27 may 2016-cı il tarixli 2-1(82)-223/2016 saylı qərarı, Bakı Apellyasiya Məhkəməsinin qüvvədə olan 15 may 2013-cü il tarixli 2-1inz(103)-562/2013 saylı, 1 noyabr 2016-cı il tarixli 2-1(103)-2017/2016 saylı, 29 mart 2017-ci il tarixli 2-1(103)-942/2017 saylı, Azərbaycan Respublikası Ali Məhkəməsinin qüvvədə olan 17 iyul 2013-cü il tarixli 2-2(102)-702/2013 saylı, 25 yanvar 2017-ci il tarixli 2-1(102)-545/2017 saylı, 29 avqust 2017-ci il tarixli 2-1(102)-1376/2017 saylı qərarları ilə Bakı ŞİH başçısının 20 fevral 2009-cu il tarixli 77 nömrəli sərəncamı öz qüvvəsini bərpa etmişdir. Məhkəmə qərarları icra olunmadığından, iddiaçının şikayəti əsasında qaldırılan məsələyə Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikası Prezidentinin yanında Apellyasiya Şurasının göstərişinə əsasən Bakı ŞİH-in Apellyasiya Şurasında baxılmış və 30 aprel 2018-ci il tarixli 1 nömrəli qərarla Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qərarlarının icrası ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi Bakı şəhəri Nizami RİH-ə həvalə edilmişdir. Bakı ŞİH-in Apellyasiya Şurası qərar verərək bütün süni maneələrə son qoymuşdur. Belə ki, Şuranın tərkibində olan bütün şöbə müdirləri qüvvədə olan məhkəmə qərarlarının icra olunmasını nəzərə alaraq, bütün səlahiyyətli və cavabdeh şəxslər imza ataraq öz razılıqlarını bildirmişlər. İddiaçı dəfələrlə digər ünvanlarda sahibkarlara ayrılmış torpaq sahələrində Nizami rayon İcra və Probasiya şöbəsinin icra məmurunun (Fəxrəddin Şahbazovun) iştirakı ilə tikinti işlərinə başlamaq istəsə də, Nizami RİH-in işçiləri şəxsən başçının göstərişi ilə tikinti işlərininin aparılmasına icazə verməmişlər. Nizami RİH-in bu qanunsuz müdaxilələrini davamlı olduğu üçün iddiaçı və digər sahibkarlar 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Nizami RİH-ə qarşı onlara qeyd edilən ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin qadağan edilməsi barədə qərarın verilməsini xahiş etmişlər. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi 2-1(82)-223/16 saylı 13 may 2016-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bu qərar Nizami RİH tərəfindən verilmiş kassasiya şikayətinə görə yuxarı məhkəmədə mübahisələndirilsə də, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-942/2017 saylı 29 mart 2017-ci il tarixli və Ali Məhkəməsinin 2-1(102)-1376/2017 saylı 29 avqust 2017-ci il tarixli qərarları ilə yekunda dəyişdirilmədən saxlamaqla qanuni qüvvəsini almışdır. Qüvvəsini almış bu məhkəmə qərarlarına da Nizami RİH laqeyd yanaşmışdır. Beləliklə, 1255 nömrəli 1 fevral 2006-cı il tarixli Sərəncam, Bakı ŞİH-in 77 nömrəli 20 fevral 2009-cu il tarixli sərəncamı, dövlət orqanlarının rəsmi rəyləri, qüvvədə qalan çoxsaylı məhkəmə qərarları, Apellyasiya Şurasının qərarları Nizami RİH tərəfindən icra olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1255 nömrəli 1 fevral 2006-cı il tarixli sərəncamı imzalandığı tarixdən qüvvəyə minmişdir və haı-hazıradək öz qüvvəsini saxlayır. Həmin Sərəncamı icra etmək Nizami RİH-in, bütün dövlət orqanlarının və orada çalışan bütün məmurların birbaşa vəzifə borcudur. İddiaçı sahibkar kimi on dörd ildir ki, Nizami RİH-in bürökratik əngəllərindən ona dövlət tərəfindən ayrılmış torpaq sahəsində bütün müvafiq (qanuni) sənədləri əldə etsə də, sahibkarlıq fəaliyyətini bərpa edə bilməmişdir. Nizami RİH yenə də qanunvericiliyin, o cümlədən icra qanunvericiliyinin tələblərinə riayət etmir, məhkəmə qərarlarının icrasından boyun qaçırır. Göründüyü kimi, qətnamənin icra edilməməsi iddiaçını qətnamənin ona verəcəyi bütün faydalı səmərəsindən məhrum etmişdir. İddiaçıya əmlakının sökülməsindən başlayaraq əmlak hüquqlarının kobud şəkildə pozulması dərin zərbə vurmuşdur. O, artıq 14 ildir ki, məhkəmələrdə, İcra Hakimiyyəti və məhkəmə icra orqanlarında əziyyət çəkir. Mübahisədə iddiası təmin olunub, səbirsizliklə torpaq sahəsinii alacağını gözlədiyi halda da onu məyus edən əməllər törətməklə ona mənəvi zərbə vurulub və vurulmaqda davam etdirilir. İddiaçının illərlə bu işdə əziyyət çəkməsindən başqa, sonda qətnamənin icrasına da maneçilik törədilmişdir. Bütün bunların əvəzində isə iddiaçıya və digər şəxslərə rəsmi surətdə ayrılmış 350 kv.m torpaq sahəsinin təxminən 100 kv.m sahəsini heç bir rəsmi sənədi olmayan, orda olan bütün yaşıllıqları gecə vaxtı məhv edərək, ərazini qeyriqanuni zəbt etmiş şəxslərə verilmişdir. Baxmayaraq ki, bütün qanuni sənədlər iddiaçıya Nizami RİH də daxil olmaqla dövlət və aidiyyati orqanlar tərəfindən verilmişdir. Beləliklə, Nizami RİH-in hərəkətləri onun verdiyi sərəncama qarşıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 20.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının müddəalarına əsaslanaraq, cavabdehdən iddiaçıya vurulmuş maddi ziyana görə 1.500.000 manat və mənəvi ziyana görə 1.000.000 manat pul vəsaitinin ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Nizami RİH-in iddia ilə bağlı məhkəməyə ünvanlanmış 10 sentyabr 2021-ci il tarixli məktubunda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli 1255 saylı Sərəncamı ilə “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006 – 2007-ci illər üçün Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planının 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə, “Əzizbəyov” (indiki “Koroğlu”) metro stansiyası ətrafında yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar, həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, başqa ərazilərdə qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulurdu. Tədbirlər Planının 26-cı bəndinə əsasən Nəqliyyat Nazirliyi tərəfindən seçilmiş variant üzrə avtomobil yollarının, yol ötürücülərinin, yol qovşaqlarının, körpülərin təhkim və mühafizə zolağına düşən bütün növ mühəndis kommunikasiyalarının, binaların və qurğuların qanunvericiliklə müəyyən edilmiş qaydada köçürülməsi məsələlkərinin həlli, “Əzizbəyov” metro stansiyası və “Sabunçu" dairələri arasında yerləşən kommunikasiyaların, binaların, qurğuların qanunvericiliklə müəyyən edilmiş qaydada köçürülməsinin yolun hər iki tərəfində ərazinin gələcək inkişafı nəzərə alınmaqla həyata keçirilməsi Bakı ŞİH-ə, Maliyyə Nazirliyinə, Xüsusi Dövlət Mühafizə Xidmətinə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Dövlət Neft Şirkətinə, "xxxx" QSC-yə, "xxxx" ASC-yə, "xxxx" ASC-yə, "xxxx" MMC-yə, Abşeron RİH-ə tapşırılmışdır. Bu məqsədlə, qeyd edilən ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, başqa ərazilərdə qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Bakı ŞİH başçısı 20 fevral 2009-cu il tarixli 77 saylı sərəncam verərək Nizami RİH-ə aidiyyəti üzrə torpaq sahəsinin ayrılmasını tapşırmışdır. RİH göstərilən sərəncamın icrasını təmin etmək məqsədilə 27 fevral 2009-cu il tarixli 93 saylı sərəncamı ilə rayonun müxtəlif ünvanlarında nəzərdə tutulan məqsəd üçün torpaq sahələri ayırmışdır. Sonradan Bakı ŞİH başçısı 12 mart 2012-ci il tarixli 113 saylı sərəncamı ilə yuxarıda göstərilən sərəncamını ləğv etmiş və sərəncamı 13 mart 2012-ci il tarixli 7-156/7g nömrəli məktubla RİH-ə və digər qurumlara göndərərək lazım gəldiyi təqdirdə müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Həmin sərəncam ləğv edildikdən sonra, Bakı şəhəri Nizami RİH başçısının 27 fevral 2009-cu il tarixli 93 saylı sərəncamı öz qüvvəsini itirmiş hesab edilmişdir. Bundan sonra İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı ŞİH başçısının “Koroğlu" (Əzizbəyov) metro stansiyası ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə bərpa edilməsi haqqında verilmiş sərəncamın ləğv edilməsinə dair” 12 mart 2012-ci il tarixli 113 saylı sərəncamının ləğv edilməsi, “Əzizbəyov" metro stansiyası ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında verilmiş Bakı ŞİH başçısının 20 fevral 2009-cu il tarixli 77 saylı sərəncamının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddiaçının iddia tələbi təmin edilərək, Bakı ŞİH başçısının 12 mart 2012-ci il tarixli 113 saylı sərəncamının ləğv edilməsi, “Əzizbəyov” metro stansiyası ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında verilmiş Bakı ŞİH başçısının 20 fevral 2009-cu il tarixli 77 saylı sərəncamını qüvvədə saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qərarlarını dəyişdirmədən öz qüvvəsində saxlamışdır. Lakin İddiaçı ona ayrılmış torpaq sahəsində tikinti işlərinə başlamaq istədikdə müdaxilələrin olduğu qənaətinə gələrək, yenidən Nizami RİH-ə qarşı “Ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin qadağan edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 may 2016-cı il tarixli qərarı ilə iddiaçının iddia tələbi təmin edilmişdir. Qərar qüvvəyə mindikdən sonra, məhkəmə qərarın icrasını təmin etmək məqsədilə 2 aprel 2018-ci il tarixli 2-1(82)-1379/2017 saylı icra sənədini Nizami rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. Həmin qurum 18 aprel 2018-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edərək RİH-ə göndərmiş və qərarın icrasının təmin edilməsini təklif etmişdir. İddiaçı guya RİH-in tikinti işlərinin aparılmasına maneçilik törətməsi və buna görə maddi və mənəvi ziyan tələb etməsi əsassızdır. RİH nəinki qərarın icra edilməsinə maneçilik törətməmiş, əksinə, Rayon İcra və Probasiya şöbəsinin yuxarıda qeyd edilən məktubuna 4 may 2018-ci il tarixli 11-13/861 nömrəli məktubla cavab verərək icra məmuru tərəfindən qərarın icrasına RİH-in səlahiyyətləri daxilində müvafiq köməklik göstəriləcəyi qeyd edilmişdir. Həmin müddətdə və hazırda torpaq sahələrinin ayrılmasına dair müstəqil sərəncam vermək RİH başçısının səlahiyyətlərinə aid olmamışdır. RİH-in başçısı yalnız, Bakı ŞİH başçısının sərəncamından irəli gələn vəzifələri yerinə yetirmişdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Plam”nın 26 və 27-ci bəndlərində göstərilən tədbirlərin həyata keçirilməsi vəzifəsi Nizami RİH-ə tapşırılmamışdır. Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanı ilə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Ona görə də, rayon ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi həmin qurum tərəfindən həyata keçirilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququ yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bu Qanun qüvvəyə mindiyi gündən sonra yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş normalara uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada satılır. Həmin Qanunun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli 6 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16-cı bəndinə görə aşağıdakılar yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir: - (4.16.1) şəhərin, rayonun və şəhər rayonunun icra hakimiyyəti orqanının istifadəsində olan əmlaka münasibətdə hüquqi hərəkətlər etmək və həmin əmlakın qorunmasını təşkil etmək; - (4.16.2) idarəçiliyində olan qeyri-yaşayış fondu obyektlərinin icarəyə verilməsinə razılıq vermək; - (4.16.3) müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; - (4.16.4) müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla). «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 yanvar 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumları və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək, müəyyən etdiyi aşağıdakı xüsusatları diqqətə çəkir: Hazırkı İddiaçı və digərlərinə məxsus olmuş, “Bakı Metropoliteni”nin “Əzizbəyov” (indiki Koroğlu) metrostansiyasının yaxınlığında yerləşən və Azərbaycan Respublikası Prezidentinin 1255 saylı 1 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2005 – 2007-ci illər üçün Tədbirlər Planı»nın müddəalarının icrasını təmin etmək istiqamətində sökülmüş ticarət obyektinin bərpa olunması üçün Bakı şəhəri Nizami RİH-ə icazə verilməsi barədə Bakı ŞİH 20 fevral 2009-cu il tarxdə 77 nömrəli sərəncam vermiş və həmin sərəncam əsasında Bakı şəhəri Nizami RİH 27 fevral 2009-cu il tarixdə 93 nömrəli sərəncam vermişdir. Sonradan Bakı ŞİH-in 12 mart 2012-ci il tarixli 113 nömrəli sərəncamı ilə həmin sərəncam ləğv edilmişdir. Lakin hazırkı iddiaçı sözügedən 12 mart 2012-ci il tarxli sərəncamı ona aid hissədə mübahisələndirmiş və məhkəmə qərarı ilə iddia təmin edilərək sərəncam həmin hissədə ləğv edilmişdir. Hazırda iddaçı İddiaçı bərpasına icazə verilmiş müvafiq obyektin sahibi kimi cavabdeh Bakı şəhəri RİH-in qurumun həmin sərəncamını icrası və icrasına şərait yaradılması istiqamətində hərəkət və hərəkətsizliyini mübahisələndirir və ona dəymiş maddi və mənəvi ziyanı tələb edir. Nəzərə alınmalıdır ki, məhkəmənin müvafiq sorğusuna cavab olaraq Bakı şəhəri Nizami RİH-dən daxil olmuş 29 dekabr 201-ci il tarixli xx-xx/1646 saylı məktubda bildirilir: Bakı şəhəri Nizami RİH tərəfindən Qara Qarayev prospekti, 30/42 və 34/67 saylı binaların arasında tikinti aparılması üçün torpaq sahəsi ayrılmamış və tikinti işlərinin aparılmasına icazə verilməmişdir. Bundan başqa, Bakı şəhəri Nizami RİH-in məhkəməyə ünvanlanmış 1113/1014 saylı 16 sentyabr 2022-ci il tarxli məktubunda bildirilir: Bakı şəhəri Nizami RİH tərəfindən Qara Qarayev prospekti, 30/42 və 34/67 saylı binaların arasında tikinti aparılması üçün torpaq sahəsi ayrılmamışdır. Qeyd edilən ünvanda Bakı ŞİH-in 6 avqust 1997-ci il tarixli 677 nömrəli sərəncamına əsasən “Qarabağ Qaziləri” İctimai Birliyinə ictimai iaşə obyektlərinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır (“Qarabağ Qaziləri” İB-nin 8 sentyabr 2022-ci il tarixli 12 nömrəli arayışı əlavə olunur). Məhkəmənin tərəflərin dəlillərinə münasibətdə qənaəti aşağıdakılardan ibarətdir: 1) Cavabdeh Bakı şəhəri Nizami RİH-in 1 yanvar 2001-ci il tarixdən sonra torpaq ayırmaq səlahiyyəti olmadığından, habelə 27 fevral 2009-cu il tarixdə 93 nömrəli sərəncamın qəbulundan sonra cavabdehin hər hansı hərəkəti və ya hərəkətsizliyi zəruri olmadığından, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə icraatında öz təsdiqini tapmır. İddiaçıya Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində ayrımış müvafiq torpaq ərazisində başqa şəxslər tərəfindən tikinti işlərnin aparılmasına hazırkı cavabdeh tərəfindən icazə, bununla bağlı sərəncam verilməsi məhkəmə icraatında müəyyən edilmədiyindən, iddiaçı müvafiq tələblə ayrıca icraatda başqa cavabdehə qarşı iddia qaldıra bilər; 2) Yuxarıda qeyd olunan hərəkət və ya hərəkətsizliyi mövcud olmaqla hüquqa zidd qiymətləndirilsə belə, iddiaçının tələb etdiyi 1.500.000 manat maddi ziyanın məbləğinin nədə – real zərər, əldən çıxmış fayda və s. formada ifadə olunduğu müəyyən edilmir və bu tələb əsaslı sayıla bilməz; 3) Həmçinin qeyd olunan hal mövcud olduğu təqdirdə, iddiaçıya 1.000.000 manat mənəvi zərərin vurulması, yəni iztirab və sarsıntı keçirilməsi ilə bağlı hər hansı sübut təqdim edilmədiyindən, iddia həmin tələb hissəsində də təmin olunmamalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «dəymiş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «dəymiş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar