Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1215/2024 26.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə (üçüncü şəxslər X21 və digərləri) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X52 küçəsi, ev 34 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı (bundan sonra – İddiaçı) mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X52 küçəsi, ev 34 ünvanında X21, X42, X22, X28, X38, X23, X29, X34, X17, X43, X9, X39 və X48 qeydiyyatdadırlar.
3. İddiaçı ərizə ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə (bundan sonra– Cavabdeh) müraciət edərək, mülkiyyətindəki yaşayış sahəsindən orada qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir.
4. Cavabdeh 49/1-N-16533/11/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, ərizədə qeyd edilən vətəndaşların iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X52 küçəsi, ev 34 ünvanından pasport qeydiyyatından çıxarılması onun səlahiyyətləri daxilində deyildir. Qeyd olunan faktla əlaqədar olaraq Bakı İnzibati Məhkəməsinə müraciət etməsi məqsədə müvafiq hesab edilir.
5. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10, X30, X11, X15, X24, X12, X16, X18, X6, X31, X2, X25 və X35 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X52 ükçəsi, ev 34 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X21, X42, X22, X28, X38, X23, X29, X34, X17, X43, X9, X39 və X48 (bundan sonra - üçüncü şəxs) üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İİ Tərəflərin əsaslandırması:
7. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X52 küçəsi, ev 34 ünvanında yerləşən, ümumi sahəsi 87.3 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin mülkiyyətçisidir. O və ailə üzvləri həmin mənzildə pasport qeydiyyatındadırlar və orada yaşayırlar. Lakin həmin mənzildə orada faktiki yaşamayan şəxslər də pasport qeydiyyatındadır. İddiaçının həmin şəxslərlə yaxın qohumluğu yoxdur. Onlar həmin mənzildə faktiki olaraq yaşamırlar, qonşuluqda yaşayırlar, öz evləri var. Bunu Mənzil-Kommunal İstismar Sahəsinin arayışı da təsdiq edir. Lakin ərazi aidiyyəti üzrə cavabdeh olan Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi onları həmin evdən qeydiyyatdan çıxarmaqdan imtina edir.
8. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. 10.Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etdi.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi
12. Məhkəmə tərəfin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
13. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
14. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
16. Hazırkı iddia üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. 17.İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.1978-ci il tarixli müqavilədən görünür ki, X7 məxsus olan ünvan 2 ünvanında olan fərdi yaşayış evinin sahəsi 11,04 kv.metr olan 1 yaşayış otağından ibarət 1/5 hissəsini X1. 18.19.06.2000-ci il tarixli 088449 saylı müqavilədən görünür ki, X19 ünvan 3 ünvanında yerləşən ona məxsus 1/5 hissə olan sahəsi 4 otaqdan ibarət yaşayış sahəsini 40.000.000 manat müqabilində X32 mülkiyyətinə vermişdir. 19.29.04.2003-cü il tarixli, 190292 saylı müqavilədən görünür ki, satıcı X44 ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X52 küçəsində yerləşən 34 saylı 1+3 otaqlı fərdi yaşayış evini alıcı İddiaçı satmışdır. 20.Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş FM seriyalı 021563 saylı xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirməmməd küçəsindəki 13 otaqlı, 208,76 kv.metr yaşayış sahəsi olan 34 saylı fərdi yaşayış evinin 4 otaqdan ibarət hissəsi İddiaçı, 7 otaqdan ibarət hissəsi X8, 2 otaqdan ibarət hissəsi isə X3 paylı mülkiyyətində olmuşdur.
21. AN-İ №0055786 nömrəli xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X19 mülkiyyətində olan ünvan 3-də yerləşən ümumi 13 otaqlı evin bir hissəsini alıcı X4 mülkiyyətinə vermişdir. 22.28.07.2011-ci il tarixli ünvan reyestrindən arayışdan görünür ki, X4 mülkiyyətinə verilmiş fərdi yaşayış sahəsinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X52 küçəsi, ev 34a ünvanı verilmiş və həmin ünvan yerləşən daşınmaz əmlaka dair Ə.Osmanovanın adına xx.xx.2011-ci il tarixli çıxarış verilmişdir. 23.İş materiallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirməmməd küçəsindəki 34 saylı evin Niftəliyev Y.P.-yə məxsus hissəsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və vərəsəlik payının bağışlanması haqqında müqavilə əsasında X26 mülkiyyətinə verilmişdir. 24.İşdə olan xx.xx.2011-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X52 küçəsi, ev 34b ünvanında yerləşən fərdi yaşayış evi X26 mülkiyyətindədir. 25.Bakı şəhəri Sabunçu Rayon məhkəməsinin 26 avqust 2014-cü il tarixli qətnaməsindən görünür ki, X39 ilə X20 arasında Bakı şəhəri, Bakıxanov (Razin) qəsəbəsi, Pirməmməd küçəsi, 34 saylı evin 4/5 hissəsinin alqı-satqısına dair əqd bağlanmış hesab edilmişdir. 26.İşdə olan xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X52 küçəsi, ev 34b saylı fərdi yaşayış evinin 2 otaqdan ibarət hissəsi X27, 4 otaqdan ibarət hissəsi isə X25 paylı mülkiyyətindədir. 27.11.12.2017-ci il tarixli ********** nömrəli çıxarışdan görünür ki, 2 otaqdan ibarət hissəsi X27, 4 otaqdan ibarət hissəsi isə X25 paylı mülkiyyətində olan fərdi yaşayış evinə yeni ünvan verilmiş, fərdi yaşayış evinin ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X52 küçəsi, ev 68 kimi müəyyən edilmişdir. 28.Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 813 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 8 ünvanında yerləşən 2 yaşayış otağından ibarət, ümumi sahəsi 87.3 kv.m olan mənzildə qeydiyyatdadır. 29.Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 9 ünvanı üzərində sorğuda sadalanan fiziki şəxslərin istifadə və ya mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir. Bəhs edilən fərdi yaşayış evinin bir hissəsi yeni poçt ünvanları almışlar (ev 34a, ev 34b). 30.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-37837/23 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X52 küçəsi, ev 34a və 34b ünvanında qeydiyyatda olan şəxslər barədə məlumat aşkar edilməmişdir. 31.Beləliklə, istinad olunan sənədlərə əsasən müəyyən olunur ki, üçüncü şəxslər mübahisəli fərdi yaşayış evinin əvvəlki paylı mülkiyyətçiləri və onların ailə üzvləri olmuş, daha sonra həmin mülkiyyətçilər öz paylarına münasibətdə yeni ünvan və ayrıca çıxarış əldə etmişlər. İddiaçı hazırda 34 saylı mənzilin mülkiyyətçi kimi həmin şəxslərin ona məxsus evdə yaşamadığını və həmin yaşayış sahəsinə heç bir hüququnun olmadığını iddia edərək hazırkı iddianı qaldırmışdır. 32.Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.
33. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.
34. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə, şəxs həmin yaşayış sahəsində yaşamırsa, onun yaşayış sahəsindən çıxarılmasına dair qətnamə mövcud olmayacaqdır.
35. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”
36. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (maddə 146.2). Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.
38. Hazırkı məhkəmə qərarının 17-30-cü bəndlərində sadalanan sübutlara əsasən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X52 küçəsi, ev 34 ünvanında yerləşən fərdi yaşayış evi X14 mülkiyyətində olmuş, o həmin evi bir neçə şəxsə satmış, nəticədə evə paylı mülkiyyət hüququ yaranmışdır. Sonradan evin paylı mülkiyyətçiləri öz paylarına münasibətdə yeni ünvan almaqla ayrıca çıxarış əldə etmiş, nəticədə X27 və X25 paylı mülkiyyətində olan fərdi yaşayış evinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X52 küçəsi, ev 68, X4 alqı-satqı müqaviləsi əsasında X5 əldə etdiyi fərdi yaşayış evinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X52 küçəsi, ev 34a ünvanı verilmişdir. Belə olan halda aydın olur ki, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X52 küçəsi, ev 34 ünvanının yeganə sahibi iddiaçıdır, üçüncü şəxslər həmin ünvana (o cümlədən ünvanda yerləşən yaşayış sahəsinə) hər hansı bir hüquq sahib deyillər və həmin ünvanda yaşamırlar. 39.Buna görə də məhkəmə hesab edir ki, üçüncü şəxslərin 34 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün tələb olunan bütün şərtlər hazırkı işdə mövcud olmuş, lakin cavabdeh əsassız olaraq iddiaçıya imtina cavabı vermişdir.
40. Məhkəmə onu da qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin olunsun. Üçüncü şəxslər xx.xx.1987-ci il təvəllüdlü X10, xx.xx.2006-cı il təvəllüdlü X30, xx.xx.1984-cü il təvəllüdlü X11, xx.xx.1983-cü il təvəllüdlü X15, xx.xx.2009-cu il təvəllüdlü X24, xx.xx.2013-cü il təvəllüdlü Qədimov (Bədəlov) Nihat Aftandil oğlunun, xx.xx.2013-cü il təvəllüdlü X16, xx.xx.2011-ci il təvəllüdlü X18, xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2006cı il təvəllüdlü X31, xx.xx.1958-ci il təvəllüdlü X2, xx.xx.1957-ci il təvəllüdlü X25 və xx.xx.2003-cü il təvəllüdlü X35 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X52 (və ya Pirməmməd) küçəsi, ev 34 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova