Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12155/2023 05.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “prokurorluq orqanlarındakı xidmət illərinin hakimlik stajı kimi nəzərə alınmaqla pensuyanın yenidən hesablanması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, prokurorluq orqanlarındakı xidmət illərinin hakimlik stajına hesablanmasından cavabdehin imtinasının əsassız hesab edilməsi, prokurorluqdakı xidmət illərinin hakimlik stajına hesablanmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun normaları tətbiq edilməklə ona əmək haqqına edilən əlavələr nəzərə alınmaqla hakimlik fəaliyyətinin son 24 ay ərzində ödənilmiş əmək haqqının 80 faizi miqdarında pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1989-1990-cı illərdə dövlət təşkilatlarında hüquqşünas, 1993-2000-ci illərdə prokurorluq orqanlarında müstəntiq, şöbə prokuroru, prokurorun müavini vəzifələrində, 2000-ci ildən 2023-cü ilin aprel ayına kimi hakim vəzifəsində (2000-ci ilin sentyabr ayından 2006-cı ilin aprel ayına kimi Ağır Cinayətlərə Dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hakimi, 2006-cı ilin aprel ayından 2007-ci ilin iyul ayına kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2007-ci ilin iyul ayından 2016-cı ilin aprel ayına kimi Şirvan Apellyasiya Məhkəməsinin sədri, 2016-cı ilin aprel ayından 2020-ci ilin may ayına kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2020-ci ilin may ayından 2023-cü ilin aprel ayına kimi Bakı Apellyasiya Məhkəməsinin hakimi) işləmiş və hakimlik səlahiyyətinin həyata keçirilməsi ucun son yas həddinə (65 yaşın tamam olması) çatmağı ilə əlaqədar xx.xx.2023-cü il tarixdə hakimlik səlahiyyətinə xitam verilmiş və müraciəti əsasında yaşa görə pensiya təyin edilmişdir. Pensiya təyin edilərkən is stajı düzgün hesablanmamış, bununla əlaqədar qanunvericiliyin tələblərinə istinad edərək təyin edilmiş pensiyanın yenidən hesablanması üçün cavebdehə tərəfindən iki dəfə müraciət edilmiş, lakin cavabdeh təyin edilmiş pensiyanın düzgün hesablanmasına bildirərək müraciətindən göstərilən əsaslara görə təyin edilmiş pensiyanın yenidən hesablanmasından imtina etmişdir. O, həm birinci, həm də ikinci müraciətində cavabdehdən xahiş etmişdir ki, onun prokurorluqdakı xidmət illərini hakimlik stajına hesablanmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hakimlik fəailiyyətinin son 24 ayı ərzində təqdim etdiyi maliyyə arayışına əsasən ona əmək haqqına edilən əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiya təyin edilməsi ucun təyin edilmiş pensiyanı yenidən hesablasın. Çünki, şəxsi hesablamasına görə bu qaydada hesablandıqda onun pensiyası təyin edilmiş pensiya məbləğindən artıq olacaqdır. Lakin, cavabdeh hər iki müraciətinə verdiyi cavabda prokurorluq orqanlarındakı xidmət illərinin hakim kimi iş stajına hesablanlanmasını qanunverciliyin tələbləri baxımından mümkün olmamasını bildirərək müraciətini təmin olunmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsasızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-196869/2023 saylı iddia tələbinə dair etirazda göstərilmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə əsasən ona xx.xx.2023-cü il tarixdə təyin edilmiş hakim kimi əmək pensiyası yenidən hesablanmışdır. Lakin iddiaçı pensiyasının yenidən hesablanmasından narazı qalmış və məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2- Ə- 119256/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-146298/2023 nömrəli məktublardan aydın olur ki, cavabdeh orqan iddiaçı üçün ən yüksək məbləği olan pensiya nəzərə alınaraq ona hakim kimi əmək pensiyası təyin etmişdir. Belə ki, iddiaçıya sabiq hakim kimi əmək pensiyası təyin edilərkən müraciətində də göstərdiyi kimi ilkin olaraq özünün şəxsi istəyi nəzərə alınmaqla pensiya məbləği son 24 ay ərzində ödənilmiş əmək haqqına uyğun qaydada hesablanmış və bu barədə telefon nömrəsinə cavabdeh orqan tərəfindən mesaj göndərilmişdir. Sonradan aparılmış araşdırma nəticəsində iddiaçıya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli müvafiq Qərarına əsasən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun, yəni 5 il üzrə orta aylıq əmək haqqının 80 faizi miqdarında təyin ediləcək pensiya məbləğinin daha yüksək olduğu müəyyən edilmişdir. Bununla əlaqədar sabiq hakim kimi əmək pensiyasının iddiaçının müraciətində göstərdiyi 6769,42 manat məbləğində deyil, son 60 ay ərzindəki əməkhaqqına dair cavabdeh orqana təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsinin 19 yanvar 2023-cü il tarixli 01/23 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 24 nömrəli arayışlarına uyğun olaraq, iddiaçıya ünvanlanmış 26 may 2023-cü il tarixli 3-17-1/2-Ə- 119256/2023 nömrəli məktubda da qeyd edildiyi kimi 6837,20 manat məbləğində təyin edilmişdir. Buna görə də cari ilin aprel (27 gün üçün) və may ayları üzrə iddiaçıya ödənilməli olan 196,56 manat fərq məbləği hesablanmışdır. Qeyd olunanları nəzərə alınmaqla, iddiaçının hakimlik səlahiyyətlərinə 3 aprel 2023-cü il tarixdən xitam verildiyindən hakim kimi pensiya hüququ növbəti gündən yaranmışdır. Həm göstərilən səbəbdən, həm də ümumilikdə əmək pensiyasının hesablanması mexanizminin hər bir mərhələsini “Əmək pensiyaları haqqında” Qanunun müxtəlif dövrlərdə qüvvədə olmuş redaksiyalarına əsasən hesablanması da qanunvericiliyin tələblərinə uyğun olmadığından iddiaçının müraciətindəki kimi, həmin Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.7.3-cü maddəsinə əsasən pensiya faiz dərəcəsinin, həmin tarixdən sonra Qanunun qüvvədə olan redaksiyasının 20.7-ci maddəsinə əsasən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqının hesablanması mümkün deyil. Bundan başqa, iddiaçının əmək pensiyası ya “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyasına, ya da Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına əsasən “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun hesablana bilər. Göstərilənlərə müvafiq olaraq, iddiaçının əmək pensiyası daha yüksək sosial təminata imkan verən müvafiq Plenum Qərarı nəzərə alınmaqla hesablanmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsininin doqquzuncu hissəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Göründüyü kimi, prokurorluq orqanlarında xidmət illəri hakimlik stajının hesablanması zamanı deyil, yalnız əlavə haqqın hesablanması zamanı nəzərə alınır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun adından, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında hakimlərə dair müddəalardan (vəzifəyə təyin və azad olunma qaydaları və s.) göründüyü kimi, məhkəmə orqanları əməkdaşları (müvafiq məhkəmənin aparatında işləyən aparat rəhbəri, şöbə müdirləri və onların müavinləri, sektor müdirləri və məsləhətçilər, məhkəmə iclas katibləri, kargüzarlar, tərcüməçilər və s.) ilə hakimlərin statusları qanunvericilikdə fərqləndirilib. Bundan başqa, qulluq stajına görə əmək pensiyasına əlavənin verilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinin bəzi müddəalarında əmək stajı müəyyən qurumdakı (məsələn, prokurorluq orqanlarında) xidməti və ya iş fəaliyyətini ehtiva etdiyi halda, həmin maddə məhkəmə hakimlərinə münasibətdə məhkəmə orqanlarındakı əmək fəaliyyətini deyil, məhz “hakim işləmiş” şəxsə “hakim vəzifəsində aldıqları” vəsaitdən hesablanan əlavəni nəzərdə tutur. Təqdim edilmiş xx.xx.2018-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ödənilmiş əməkhaqlarına dair müvafiq arayışlar nəzərə alınmaqla iddiaçıya “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 22 il 7 ay hakim kimi iş stajına uyğun olaraq vaxtilə iddiaçının işlədiyi vəzifələr üzrə orta aylıq əməkhaqqının (8546,50 manat) 80 faizi - 6837,20 manat məbləğində 4 aprel 2023-cü il tarixdən hesablanmaqla sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya müraciətində göstərdiyi qaydada, yəni vaxtilə işlədiyi vəzifələr üzrə orta aylıq əməkhaqqının 80 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. İddia ərizəsində göstərildiyi kimi iddiaçının vaxtilə prokurorluq orqanlarında çalışdğı stajın pensiya təyinatı zamanı nəzərə alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Prokurorluq orqanlarında olan staj yalnız əlavənin hesablanması zamanı nəzərə alına bilər. Həmin stajın hakimlik stajına daxil edilməsi nə qanunvericilik cəhətdən nə də praktiki cəhətdən mümkündür. Təsadüfi deyildir ki, “Əmək pensiyaları haqqında” Qanunun müddəalarında prokuror kimi və hakim kimi əmək pensiyasının təyini və yenidən hesablanması ayrılıqda tənzimlənmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.4-cü maddəsinə əsasən, prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. Prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. Yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası: 9.4.1. Prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ var idi. “Əmək pensiyaları haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən, əmək pensiyaçılarına Qanunun 20.1.4-cü və 20.7-ci maddələrinə uyğun olaraq sabiq hakim kimi əmək pensiyasına qulluq stajına görə əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 260-İİİQD №li Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin sonuncu abzasına və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 73.7-ci maddəsinin xx.xx.2007ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən pensiya yaşına çatmış Konstitusiya Məhkəməsinin sabiq hakimi fəaliyyətdə olan Konstitusiya Məhkəməsi hakiminin vəzifə maaşının 80 faizi məbləğində pensiya alır və vəzifə maaşı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 №li Qərarı ilə təsdiq edilmiş və 11 dekabr 2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.8-ci bəndinin 28-ci misalına görə “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əlavənin hesablanması üçün əsas şərt kimi şəxsin sözügedən maddədə nəzərdə tutulmuş vəzifələrdən azad olunduqdan sonra müraciət etməsi göstərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.5.8-ci bəndinə əsasən “Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavələr, Qanunun həmin maddəsi ilə müəyyən edilən vəzifələrdə işləmədikləri halda, onların yaşa görə və İ dərəcə əlilliyə görə aldıqları pensiyanın üzərinə hesablanır”. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin tələblərinə əsasən sabiq hakimin əmək pensiyasına qulluq stajına görə əlavənin ödənilməsi bu əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə çalışdığı halda mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına görə Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi həmin qanunla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinə müvafiq olaraq bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1 -ci maddəsi: 15 il hakim işləmiş sabiq hakimlər - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2-ci maddəsi: 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 20.1.4-cü, 20.7.1-ci və 20.7.2-ci maddələrinə müvafiq olaraq hakim kimi yaşa görə əmək pensiyası 15 il və daha yuxarı müddətdə hakim işləmiş şəxsə münasibətdə təyin edilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinin 9-cu hissəsinə müvafiq olaraq hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə hagg verilir. Göründüyü kimi, prokurorluğ organlarında xidmət illəri hakimlik stajının hesablanması zamanı deyil, yalnız əlavə haqqın hesablanması zamanı nəzərə alınır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə müvafiq olaraq prokurorluq işçiləri məhkəmə organlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. “Məhkəmələr və hakimlər haggında” Qanunun adından, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında hakimlərə dair müddəalardan (vəzifəyə təyin və azad olunma gaydaları və s.) göründüyü kimi, məhkəmə organları əməkdaşları (müvafig məhkəmənin aparatında işləyən aparat rəhbəri, şöbə müdirləri və onların müavinləri, sektor müdirləri və məsləhətçilər, məhkəmə iclas katibləri, kargüzarlar, tərcüməçilər və s.) ilə hakimlərin statusları ganunvericilikdə fərgləndirilmişdir. Bundan başga, gullug stajına görə əmək pensiyasına əlavənin verilməsi üçün “Əmək pensiyaları haggında” Qanunun 20-ci maddəsinin bəzi müddəalarında əmək stajı müəyyən gurumdakı (məsələn, prokurorluğ organlarında) xidməti və ya iş fəaliyyətini ehtiva etdiyi halda, həmin maddə məhkəmə hakimlərinə münasibətdə məhkəmə orqanlarındakı əmək fəaliyyətini deyil, məhz “hakim işləmiş” şəxsə “hakim vəzifəsində aldıqları” vəsaitdən hesablanan əlavəni nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası: 20.7.1-ci maddəsi: 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2-ci maddəsi: 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. xx.xx.2023-cü il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından iştirak edən DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1958-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı eyni tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan: iddiaçıya məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı məxsus 02 oktyabr 1975-ci ildə doldurulmuş əmək ktabçasının notarial qaydada təsdiq (tərcümə - təsdiq) olunmuş surətindən müəyyən olunur ki, İddiaçı əmək fəaliyyəti dövrü xx.xx.1975-ci ildən xx.xx.2023-cü ilədək olan dövrü əhatə edir. O, cümlədən hakim kimi stajı xx.xx.2000-ci ildən xx.xx.2023-cü ilədək olan dövrləri əhatə etmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, № 3-17-1/2-203146/2023 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş iddiaçıya aid (048958 №-li pensiya işi) pensiya işinə dair materiallarda olan: X1 Sisteminin “Pensiya” Alt Sistemindən əldə edilmiş məlumatlara əsasən xx.xx.2023-cü il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, №3-17-1/2-7-8193/2023 saylı Qərarının surətindən müəyyən olunur ki, hakim kimi səlahiyyətlərinə xitam verilməsi ilə bağlı İddiaçı xx.xx.2023-cü il tarixdə təyin olunmuş pensiya yenidən hesablanmış və yenidən hesablanmış və ona xx.xx.2023-cü il tarixdən müddətsiz 6769 manat 42 qəpik məbləğində pensiya təyin olunmuşdur. Pensiyanın yenidən hesablanması zamanı əsas götürülən dövlət məvacibi: vəzifə maaşı 2556 manat, vəzifə maaşına əlavə (100%) 2556 manat, qulluq stajına görə əlavə (45%) 1150,20 manat, mükafatlar 2403,85 manat, hakimiyyət səlahiyyətinə görə əlavə (25%) 639 manat, dövlət məvacibinin cəmi 9305 manat, 05 qəpik. Qərarın 11-ci bəndində pensiya faizi 72,75 %; 13-cü bəndində ötən dövrlər üzrə təyin olunmuş pensiya məbləğləri: xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq 6769,42 manat qeyd olunmuşdur. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, № 3-17-1/2-7-10158/2023 saylı Qərarının surətindən müəyyən olunur ki, hakim kimi səlahiyyətlərinə xitam verilməsi ilə bağlı İddiaçı xx.xx.2023-cü il tarixdə təyin olunmuş pensiya yenidən hesablanmış və yenidən hesablanmış pensiya məbləği 6837 manat 20 qəpik müəyyən olunmuşdur. Pensiyanın yenidən hesablanması zamanı əsas götürülən dövlət məvacibi: vəzifə maaşı 2674,33 manat, vəzifə maaşına əlavə 1869,67 manat, qulluq stajına görə əlavə 1203,45 manat, mükafatlar 1952,97 manat, dövlət məvacibinin cəmi 8546 manat, 50 qəpik. Qərarın 13-cü bəndində ötən dövrlər üzrə təyin olunmuş pensiya məbləğləri: xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq 6837,20 manat qeyd olunmuşdur. Qərarın 11-ci bəndində pensiya faizi 80 % qeyd olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 2-2-20/2-733/2023 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş arayışda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2000ci ilədək Azərbaycan Respublikasının Hərbi Prokurluğunda işləmişdir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş; xx.xx.2022-ci il tarixli 3-17-1/2-Ə-119256/2023№li imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına əsasən 30 dekabr 2005-ci il tarixinədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə uyğun hesablanmalıdır. Yəni, sözügedən Plenum Qərarına əsasən 30 dekabr 2005-ci il tarixinədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. Həmin şəxsin vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqısı istənilən beş il üzrə hesablanmalıdır. Çünki “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında 5 illik əmək haqqına uyğun hesablanma nəzərdə tutulub. Müraciətdə göstərilmiş “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında da sabiq hakimlərə əmək pensiyasının hesablanması üçün vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqısının istənilən beş il üzrə hesablanmalı olduğu göstərilib. Təqdim edilmiş xx.xx.2018-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ödənilmiş əmək haqlarlarına dair müvafiq arayışlar nəzərə alınmaqla ona “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 22 il 07 ay hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (8546,50 manat) 80 faizi - 6837,20 manat məbləğində 04 aprel 2023-cü il tarixindən hesablanmaqla sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Göründüyü kimi, ona müraciətində göstərdiyi qaydada, yəni vaxtilə işlədiyi vəzifələr üzrə orta aylıq əməl haqqının 80 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsininin doqquzuncu hissəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Göründüyü kimi, prokurorluq orqanlarında xidmət illəri hakimlik stajının hesablanması zamanı deyil, yalnız əlavə haqqın hesablanması zamanı nəzərə alınır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun adından, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında hakimlərə dair müddəalardan (vəzifəyə təyin və azad olunma qaydaları və s.) göründüyü kimi, məhkəmə orqanları əməkdaşları (müvafiq məhkəmənin aparatında işləyən aparat rəhbəri, şöbə müdirləri və onların müavinləri, sektor müdirləri və məsləhətçilər, məhkəmə iclas katibləri, kargüzarlar, tərcüməçilər və s.) ilə hakimlərin statusları qanunvericilikdə fərqləndirilib. Bundan başqa, qulluq stajına görə əmək pensiyasına əlavənin verilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinin bəzi müddəalarında əmək stajı müəyyən qurumdakı (məsələn, prokurorluq orqanlarında) xidməti və ya iş fəaliyyətini ehtiva etdiyi halda, həmin maddə məhkəmə hakimlərinə münasibətdə məhkəmə orqanlarındakı əmək fəaliyyətini deyil, məhz “hakim işləmiş” şəxsə “hakim vəzifəsində aldıqları” vəsaitdən hesablanan əlavəni nəzərdə tutur. Qeyd edilənlərə əsasən, prokurorluq orqanlarındakı xidmət illərinizin hakim kimi iş stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Bundan başqa, əmək haqqı arayışında göstərilmiş məzuniyyətlə bağlı ona ödənilmiş iki aylıq əmək haqqı həcmində ödənilmiş bütün müavinətlər əmək pensiyasına tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixli 3-17-1/2-Ə-146298/2023№li imtina məktubunda göstərilmişdir ki, ona sabiq hakim kimi əmək pensiyası təyin edilərkən müraciətində də göstərdiyi kimi ilkin olaraq şəxsi istəyi nəzərə alınmaqla pensiya məbləği son 24 ay ərzində ödənilmiş əmək haqqına uyğun qaydada hesablanıb və bu barədə telefon nömrəsi vasitəsilə tərəflərindən mesaj göndərilmişdir. Sonradan aparılmış araşdırma nəticəsində ona Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli müvafiq Qərarına əsasən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun, yəni 5 il üzrə orta aylıq əmək haqqının 80 faizi miqdarında təyin ediləcək pensiya məbləğinin daha yüksək olduğu müəyyən edilmişdir. Bununla əlaqədar sabiq hakim kimi əmək pensiyası tərəflərindən müraciətində də göstərdiyi 6769,42 manat məbləğində deyil, son 60 ay ərzindəki əmək haqqısına dair Mərkəzi Filiala təqdim etdilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsinin 19 yanvar 2023-cü il tarixli 01/23 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 24 nömrəli arayışlarına uyğun olaraq, ona ünvanlanmış 26 may 2023-cü il tarixli 3-17-1/2-Ə- 119256/2023 nömrəli məktubunda da qeyd edilmiş 6837,20 manat məbləğində təyin edilmişdir. Buna görə də cari ilin aprel (27 gün üçün) və may ayları üzrə ona ödənilməli olan 196,56 manat fərq məbləği hesablanmışdır. Həmin fərq məbləğinin cari ilin iyul ayında əmək pensiyasının (6837,20 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən əmək pensiyaçılarına Qanunun 20.1.4-cü və 20.7-ci maddələrinə uyğun olaraq, sabiq hakim kimi əmək pensiyasına qulluq stajına görə əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilirdi və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilirdi. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21 noyabr 2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş və 11 dekabr 2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.8-ci bəndinin 28-ci misalına görə “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əlavənin hesablanması üçün əsas şərt kimi şəxsin sözügedən maddədə nəzərdə tutulmuş vəzifələrdən azad olunduqdan sonra müraciət etməsi göstərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş 13 may 2022-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.5.8-ci bəndinə əsasən “Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavələr, Qanunun həmin maddəsi ilə müəyyən edilən vəzifələrdə işləmədikləri halda, onların yaşa görə və İ dərəcə əlilliyə görə aldıqları pensiyanın üzərinə hesablanır”. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin tələblərinə əsasən sabiq hakimin əmək pensiyasına qulluq stajına görə əlavənin ödənilməsi bu əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə çalışdığı halda mümkün hesab edilmir. Onun hakimlik səlahiyyətlərinə 03 aprel 2023-cü il tarixindən xitam verildiyindən hakim kimi pensiya hüququ növbəti gündən yaranıb. Həm göstərilən səbəbdən, həm də ümumilikdə əmək pensiyasının hesablanması mexanizminin hər bir mərhələsini “Əmək pensiyaları haqqında” Qanunun müxtəlif dövrlərdə qüvvədə olmuş redaksiyalarına əsasən hesablanması da qanunvericiliyin tələblərinə uyğun olmadığından müracətindəki kimi, həmin Qanunun 01 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.7.3-cü maddəsinə əsasən pensiya faiz dərəcəsini, həmin tarixdən sonra Qanunun qüvvədə olan redaksiyasının 20.7-ci maddəsinə əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqınız hesablanması mümkün deyil. Bundan başqa, sizin əmək pensiyanız ya “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyasına, ya da Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına əsasən “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun hesablana bilər. Göstərilənlərə müvafiq olaraq, əmək pensiyanız daha yüksək sosial təminata imkan verən müvafiq Plenum Qərarı nəzərə alınmaqla hesablanıb. Vaxtilə işlədiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı orta aylıq məbləği 2674,33 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavənin 1203,45 manat, yüksək hüquqi ixtisas dərəcəsinə görə əlavənin 177,50 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavənin 668,58 manat və digər növ əlavələrinin 3822,64 manat olmaqla orta aylıq əmək haqqının 8546,50 manat təşkil edir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən orta aylıq əmək haqqının (8546,50 manat) 80 faizi - 6837,20 manat məbləğində müəyyən edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 yanvar 2006-cı il tarixdən 1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiya) 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlər; ... 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: (-). 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; .... 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.7-1. Bu Qanunun 20.1.4-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş sabiq hakimin hakimlik stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun iddiaçı hakim təyin edilən zaman qüvvədə olan 109-cu maddəsinin redaksiyası: Maddə 109. Hakimlərin sosial müdafiəsi Hakimlərin həyatı və sağlamlığı dövlət büdcəsi hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimlər həlak olduqda (vəfat etdikdə) və ya onlar xidmətin davam etdirilməsinə imkan verməyən dərəcədə xəstələndikdə, xəsarət (yaralanma, travma, kontuziya) aldıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət ödənilir. Hakimlərə məxsus əmlakın xidməti fəaliyyəti ilə əlaqədar məhv olması və ya zədələnməsi nəticəsində vurulan ziyan hakimlərə və ya onların ailə üzvlərinə tam həcmdə ödənilir. Bu maddədə nəzərdə tutulmuş ziyan qanunla müəyyən olunmuş qaydada sonradan təqsirkar şəxslərdən tutulmaqla Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilir. Hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə hakim vəzifəsində işləmiş müddətdən asılı olaraq aşağıdakı miqdarda pensiya təyin edilir: 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta əmək haqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin orta əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə. Əməkhaqqı artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109cu maddəsi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.
2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə — həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə - həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır.
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun; Maddə 32. Prokurorluqda qulluq keçmənin yaş həddi 32.5. Prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir.
Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilməsi qaydası göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Qanunun Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Rüspublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pesiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl) əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır. “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 106. Hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir (12 iyul 2019-cu il tarixə olan redaksiyada). Maddə 107. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 08 iyul 2022-ci il tarixədək olan redaksiyasında). Maddə 109. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 08 iyul 2022-ci il tarixədək olan redaksiyasında). İddiaçı xx.xx.2023-cü il tarixədək hakim vəzifəsində işlədiyi üçün “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106, 107 və 109-cu maddələrində qeyd olunan əlavələr ona ödənilmişdir. İddiaçı hazırkı tələbləri irəli sürərkən onun prokurorluq orqanlarındakı xidmət illərinin hakimlik fəaliyyətin dövrünə əlavə edilməli olmasına istinad etmişdir. Cavabdeh hesab etmişdir ki, prokurorluq orqanlarında xidmət illəri hakimlik stajının hesablanması zamanı deyil, yalnız əlavə haqqın hesablanması zamanı nəzərə alınır. Məhkəmə iddia tələbini əsaslı hesab edir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək prokurorluq orqanlarında fasiləsiz olaraq tarixlərarası dövrü əhatə etməklə 06 il, 05 ay, 23 gün iş stajı vardır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun “Prokurorluqda qulluq keçmənin yaş həddi” adlanan 32-ci maddəsinin 5-ci hissəsinə görə, prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Odur ki, iddiaçı prokurorluq işçisi kimi məhkəmə orqanlarına işə keçirildiyindən onun prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsinə qanuni gözlənti hüquq mövcuddur. İddiaçının vəziyyəti yəni, hakimlikdən əvvəl prokurorluq orqanlarında xidmət etdiyindən prokurorluqdakı xidmət dövründəki müvafiq stajının hakimlik stajına əlavə əlverişlidir. Məhkəmə cavabdehin bu barədə etirazının dəlillərini əsassız hesab edərək qeyd edir ki, qeyd olunan normada məhz prokurorluq işçilərinin prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsini tənzimləyir və xidmət illəri geniş anlayış olmaqla, təkcə xidmət illərinə görə maaşa əlavələri ehtiva etmir. Bu qənaətə gələrkən məhkəmə həmçinin onu da nəzərə alır ki, Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan Respublikasının Prokurorluğunun yeri (maddə 133), Konstitusiyanın “Məhkəmə Hakimiyyəti” adlanan Vİİ fəslində təsbit edilmişdir. Məhz bu səbəbdən də, prokurorluq işçisi hakim təyin edilərkən onun prokurorluq orqanlarındakı xidmət illəri hakimlik fəlaliyyəti zamanı nəzərə alınır və xidmət illərinə daxil edilir. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə almaqla məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmasından və əmək pensiyasına əlavənin hesablanmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı prokurorluq orqanlarındakı xidmət illərinin (xx.xx.1994 - xx.xx.2000) onun hakimlik stajına (xx.xx.2000 - xx.xx.2023) hesablanmaqla, ona əmək haqqına edilən əlavələr nəzərə alınmaqla, hakimlik fəaliyyətinin son 24 ay ərzində (xx.xx.2021-06.04.23) ödənilmiş əmək haqqının 80 faizi miqdarında pensiya təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev