Məhkəmə qərarları › İş №2-1(112)-12156/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12156/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12156/2022 13.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçıların, onların nümayəndəsi və vəkili Vəkil 3-cü şəxsin prezidenti X10, X17 üzvü X3, X1 iştirakları ilə, İddiaçılar X15 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Hüquqi Şəxslər və Vətəndaşlıq Vəziyyəti İdarəsinə qarşı "sənədlərin etibarsız hesab edilməsi və dövlət reyestrində aparılmış dəyişikliklərin ləğv edilməsi" tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 ə y y ə n e t d i: İddiaçılar X15 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Hüquqi Şəxslər və Vətəndaşlıq Vəziyyəti İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21 dekabr 2020-ci il tarixli, №001/20TQ olan “Azərbaycan Karlar Cəmiyyəti” X14 Qrupunun yığıncağının protokolu adlı, 25 dekabr 2020-ci il tarixli, № 001/20TK olan Təşkilat Komitəsinin yığıncağının protokolu adlı, 22 yanvar 2021-ci il tarixli, № 002/20 olan Təşkilat Komitəsinin yığıncağının protokolu adlı, “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin 25 yanvar 2021-ci il tarixli növbədənkənar XVİ Qurultayının (onlayn) iclas protokolu adlı, “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin 05-06 aprel 2022-ci il tarixli Ümumi yığıncağının № 001-QR/0422 iclas protokolu adlı sənədlərin, 19 aprel 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin 3-cü redaksiyada Nizamnaməsinin etibarsız hesab edilməsi və dövlət reyestrində aparılmış qeydiyyat nömrəsi 03/681/3-14 olan, xx.xx.2021-ci il tarixli dəyişikliklərin ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12156/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyi məhkəmə icraatına 3-cü şəxs qismində zəruri olaraq cəlb olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin üzvləridirlər. Bəhram Hüseynov qanunsuz sənədlər tərtib edərək özünü “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin seçilmiş prezidenti kimi cavabdehə təqdim edərək, Birliyin prezidenti qismində səlahiyyətlərinin dövlət qeydiyyatına alınmasına nail olmuşdur. Belə ki, cavabdehin xx.xx.2021-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Karlar Cəmiyyəti” ictimai birliyinin qanuni təmsilçisinin seçilməsi və icra orqanlarının formalaşdırılması faktlarının dövlət qeydiyyatına alınması ilə bağlı nazirliyə təqdim edilən qanunvericiliklə nəzərdə tutulmuş sənədlər əsasında müvafiq məlumatlar xx.xx.2021-ci il tarixdə X2 reyestrinə daxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş “sənədlərlə” müəyyən olunmuşdur ki, rəsmi olaraq “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin hər hansı səlahiyyətli icra orqanında təmsil olunmayan şəxslər 21 dekabr 2020-ci il tarixdə öz təşəbbüsləri ilə yığıncaq keçirərək, “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin “Təşəbbüs Qrupu”nu və Təşkilat Komitəsini yaratmışlar. Ümumi yığıncağının iclas protokolu adı altında təqdim edilmiş “sənədlər” səlahiyyətsiz şəxslər tərəfindən imzalanıb, saxtalaşdırılaraq cavabdehə təqdim edilmiş, cavabdeh aldadılmış və bunun nəticəsi olaraq cavabdeh tərəfindən üçüncü şəxsin 3-cü redaksiyada Nizamnaməsi təsdiq edilməsinə nail olunmuşdur. X6 “Təşəbbüs Qrupu” və “Təşkilat Komitəsi” adlı orqanlar yoxdur və Nizamnamədə onlara hər-hansı səlahiyyətlərin verilməsi nəzərdə tutulmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən X11 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 05/681/15-13 nömrəli məktubunun surətinə əsasən bildirilmişdir ki, “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin qanuni təmsilçisinin seçilməsi və icra orqanlarının formalaşdırılması faktlarının dövlət qeydiyyatına alınması ilə bağlı nazirliyə təqdim edilən qanunvericiliklə nəzərdə tutulmuş sənədlər əsasında müvafiq məlumatlar xx.xx.2021-ci il tarixdə X2 reyestrinə daxil edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X2 Reyestrindən xx.xx.2022-ci il tarixli, 05/2067/3-14 nömrəli çıxarışın surətinə əsasən “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyi xx.xx.1993-cü il tarixdə qeydiyyatdan keçmişdir. İctimai Birliyinin qanuni təmsilçisi və icra orqanının prezidenti X12r. İcra orqanlarının səlahiyyət müddəti xx.xx.2026-cı il tarixinədəkdir. İctimai birliyinin üzvlərinin sayı 465 (dörd yüz altmış beş) üzvdür. Hazırkı fəaliyyət predmeti və məqsədi: eşitmə və nitq qabiliyyəti məhdud əlilləri birləşdirmək, onların hüquq və mənafelərini müdafiə etmək, əmək, təhsil, tibb, peşə hazırlığı, idman və mədəni həyat tərzinə əlilləri cəlb etməklə sosial müdafiələrini və ictimai fəallıqlarını inkişaf etdirmək (bununla bağlı sosial–iqtisadi layihələri icra etmək və ya belə layihələrin icrasında iştirak etmək), habelə onların maddi-məişət şəraitlərinin yaxşılaşdırılmasına kömək etməkdir. Qeydiyyata alınmanın hüquqi əsasları: qurultayın 05-06 aprel 2022-ci il tarixli qərarı və digər sənədlər. Dəyişikliklərin qeydiyyat tarixi: xx.xx.2022-ci il tarixidir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddia tələbinin irəli sürülməsi üçün iddiaçıların subyektiv hüququnun olduğunu təsdiq edən sənədlərin təqdim edilməsi təklif edilmiş, iddiaçılar birliyin üzvü olduqlarını bildirmiş, bununla baglı hazırlıq icraatı üzrə iclasda iddianın mümkünlük məsələsinə baxılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) iddianın mümkün sayılaraq işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. 3-cü şəxsin prezidenti və 3-cü şəxsin X17 üzvü X5 iddiaçıların birliyin üzvlüyündan xaric edildiklərindən iddia tələbinin irəli sürülməsi üçün subyektiv hüququnun olmadıgını bildirərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdilər. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1 və 2-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçılarının subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün subyektiv hüququnun mövcudluğunu təsdiq edən sənədlərin mövcud olması zəruridir. Belə ki, iddiaçıların hüquqi maragına görə onlar “Azərbaycan Karlar Cəmiyyəti” X14 Qrupunun yığıncağının iclas protokollarının və dövlət qeydiyyatına alınmış X7 etibarsız hesab edilməsi və dövlət reyestrində aparılmış dəyişikliklərin ləğv edilməsini xahiş edirlər. Lakin məhkəmə hesab edir ki, iddiaçılar sözügedən tələbləri irəli sürməyə subyektiv hüquq daşıyıcısı deyillər. Belə ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə görə ictimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır. Həmin Qanununun 8.2.-ci maddəsinə görə ictimai birliyin yetkinlik yaşına çatmamış üzvləri Azərbaycan Respublikasının mülki qanunvericiliyə əsasən hüquqlar əldə edir və vəzifələr daşıyır. Həmin Qanununun 10.2.-ci maddəsinə görə ictimai birliyin üzvləri bərabərhüquqludurlar. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər. 10.3. İctimai birliyin üzvlüyünün əldə edilməsi və üzvlüyə xitam verilməsi məsələləri nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir. 10.4. İctimai birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin etməlidir. 10.5. Qeyri-hökumət təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulmasına yol verilməməlidir. Qeyri-hökumət təşkilatlarının üzvləri ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Məhkəmə tərəfindən işə baxılarkən təşkilatın üzvlərinin hüquqlarının pozulduğu müəyyən edildikdə qeyri-hökumət təşkilatının fəaliyyəti məhkəmə qərarı ilə bu Qanunun 31.3-cü maddəsində nəzərdə tutulmuş müddətə dayandırıla bilər. İşdə olan “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin 07 oktyabr 2022-ci il tarixli qərarının surətindən isə görünür ki, “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin Bakı təşkilatının təqdimatını və çoxsaylı şikayətləri nəzərə alaraq, fəaliyyətlərində Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdiklərinə, mütəmadi olaraq olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqlarına, Nizamnamə məqsədlərinə zidd hərəkət etdiklərinə görə “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin Bakı təşkilatının üzvləri olan İddiaçı2 və X16, barələrində “cəmiyyətin üzvlüyündən xaric edilmə” tənbeh tədbiri tətbiq edilərək, üzvlüklərinə xitam verilmişdır. Belə oldugu halda İctimai Birliyin üzvü olmadıgından və ona münasibətdə iddiaçıların subyektiv hüququ yaranmadıgından onlar cavabdehdən müəyyən hərəkətləri etməyi tələb edə bilməzlər. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçılar iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 1.2-ci, 23-cü, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3akim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar