Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12161/2024 20.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya əlilliyin təyin edildiyi xx.xx.2020-ci ildən əvvəlki 3 il üçün ödənişin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ.
1. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2005-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixədək 80 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2005-ci ildə doğulmuş və səhhətində anadangəlmə problemləri olmuşdur. Cavabdeh tərəfindən keçirilən sonuncu müayinəyə görə xx.xx.2020-ci ildə ağırlaşmış M41 skolioz, ağırlaşmış M24.5 oynaqların kontrakturası və Q68 digər anadangəlmə sümük-əzələ deformasiyaları diaqnozu olduğundan, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müayinət təyin olunmuşdur. Bu müddətdən xx.xx.2023-cü ilədək həmin müavinəti almağa davam etmişdir. Həmçinin 5 nömrəli uşaq poliklinikasında dəfələrlə müayində olmuş və nəticə olaraq xəstəliyinin doğulduğu andan yarandığı poliklinikanın verdiyi cavabda öz əksini tapmışdır. 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət olunması üçün müraciət ediyi tarixdən əvvəlki 3 il üçün ödənişin həyata keçirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdehin 06 iyul 2024-cü il tarixli qərarı ilə əvvəlki 3 il üzrə ödənişin edilməsi haqqında inzibati aktın qəbulundan imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddia tələbinə etirazını təqdim edərək göstərmişdir ki, Mərkəzi Filial tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli 3-17-1/2- D-156804/2024 nömrəli məktubla iddiaçının müraciətinə imtina edilmişdir. Həmin məktuba əsasən MEİS-İn “Əlillik” altsistemində iddiaçının ilkin əlilliyi xx.xx.2020-ci il tarixdə müəyyən edildiyi üçün iddiaçının ərizədə qeyd etdiyi dövr üzrə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əlillik” altsistemində olan məlumatlara əsasən iddiaçının xx.xx.2020-ci il tarixdən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyi üçün ona həmin tarixdən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət təyin edilmiş, ödənişi xx.xx.2023- cü il tarixədək davam etdirilmişdir. “Əlillik” altsisteminə əsasən iddiaçının ilkin əlilliyi xx.xx.2020-ci il tarixdə müəyyən edildiyi üçün ona əlilliyin təyin edildiyi tarixdən əvvəlki 3 il üçün - xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dövr üzrə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınmaqla qeyd edilməlidir ki, iddiaçının müraciətindən imtina etməkdə inzibati orqan haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü 5.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
6. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
Faktiki hallar və sübutlar.
AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.2005-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair” xx.xx.2020-ci il tarixli məlumatından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümumi xəstəlik səbəbindən (sağlamlıq imkanları məhdud uşaq) əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınin iddiaçıya ünvanlandığı 06 iyul 2024-cü il tarixli, 3-17-1/2-D-156804/2/2024 nömrəli məktubuna əsaəsn bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 7.0.4-cü maddəsinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.3-cü maddəsinə uyğun olaraq 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin olunurdu. Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra-MEİS) “Əlillik” altsistemində olan məlumatlara əsasən xx.xx.2020-ci il tarixindən 18 yaşınadək sağlamlıq imkanlarınızın məhdudluğu müəyyən edildiyi üçün sizə həmin tarixdən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət təyin edilmiş, ödənişi xx.xx.2023-cü il tarixinədək davam etdirilmişdir, MEİS-in “Əlillik” altsisteminə əsasən ilkin əlilliyiniz xx.xx.2020-ci il tarixində müəyyən edildiyi üçün sizə ərizənizdə qeyd etdiyiniz dövr üzrə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı məhkəməyə əlavə olaraq tibbi sənədlər təqdim etmişdir.
Tətbiq edilən hüquq
10. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs.
Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
Maddə 28. Əlilliyi olan şəxslərin sosial təminatı 28.1. Əlilliyi olan şəxslərə əmək pensiyasının təyin edilməsi şərtləri və qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.2. Əlilliyi olan şəxslərə sosial müavinət təyin edilməsi şərtləri və qaydası “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əlilliyi olan şəxslərə təqaüd verilir.
10. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; Maddə 4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət;
Maddə 7. Müavinətlərin təyin olunması şərtləri - 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: (...) -7.0.3. əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda;
9. Müavinətlərin təyin edilməsi müddəti - 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: (...) -9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək;
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən
-1. Ümumi müddəalar -1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İşin faktiki hallarına əsasən, iddiaçıya sağlamlıq imkanları məhdud uşaq olduğundan ümumi xəstəlik səbəbindən xx.xx.2020-ci il tarixdən əlillik təyin edilmiş,əlillik və ya sağlamlıq imkanların məhdudluq müddəti xx.xx.2023-cü ilədək müəyyən edilmişdir. İddiaçıya əlillik təyin edildiyi tarixdən, yəni xx.xx.2020-ci ildən sosial müavinət təyin edilmiş və ödənilmişdir. İddiaçı 2024-cü il tarixdə cavabdehə müraciət edərək, ona 2020-ci ildə təyin edilmiş müavinətin əvvəlki 3 il üçün, yəni xx.xx.2017-ci ildən ödənilməsini xahiş etsə də, cavabdeh tərəfindən haqlı olaraq iddiaçının müraciətindən imtina edilmişdir. Göründüyü kimi, qanunvericilik müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. İddiaçının sosial müavinət almaq hüququ 2020-ci il tarixdə yarandığı üçün, onun həmin tarixdən əvvəlki dövrlər üçün müavinət almaq hüququ mövcud olmamışdır. Belə ki, iddiaçının hazırkı tələbi onun hüququnun yaranmadığı dövrü əhatə etdiyi üçün o, öz iddia tələbində haqlı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, belə olan halda cavabdeh tərəfindən iddiaçının sosial təminat hüquqları pozulmamışdır və iddiaçının iddia tələbinin təmin edilməsinin hüquqi əsasları mövcud deyildir.
14.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6.inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Maddə 11. Qanunçuluq prinsipi 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının sosial təminat hüquqları pozulmamışdır və iddiaçının iddia tələbinin təmin edilməsinin hüquqi əsasları mövcud deyildir.
15.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 16.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 17.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddiaçıya əlilliyin təyin edildiyi xx.xx.2020-ci ildən əvvəlki 3 il üçün ödənişin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ 18.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cı, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova