Məhkəmə qərarları › İş №2-1(112)-12165/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12165/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12165/2022 25.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı ləğv prosesində olan "xxxx" ASC üçüncü şəxs qismində göstərilməklə kompensasiya məbləğinin hesablanması tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı ləğv prosesində olan "xxxx" ASC üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun, yəni İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və ləğv prosesində olan "xxxx" ASC ilə bağlı İddiaçı arasında bağlanmış 25 iyun 2014-cü il tarixli, 277/14-AYİB saylı krediti müqaviləsi üzrə 5058,21 (beş min əllli səkkzi dollar iyirmi bir sent) ABŞ dolları məbləği üzrə kompensasiya məbləğinin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC ilə arasında bağlanmış 25 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə illik 30 % ödəmək şərti ilə 6.300 ABŞ dolları məbləğində kredit verilmişdir. Baş vermiş devalvasiya nəticəsində onun ödəmələrində çətinliklər yaranmış, nəticədə "Krediti Müqaviləsi" üzrə "xxxx" ASC-yə 4171,30 ABŞ dolları əsas borc, 1346,92 ABŞ dolları faiz borcu və 1060,20 ABŞ dolları məbləğində cərimə borcu yaranmışdır. Ödəmələrdə çətinliyi yarandığı üçün onun məlumatı və xəbəri olmadan Bank tərəfindən "borcun ödənilməsi" tələbi barədə məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02 sentyabr 2016-cı il tarixli, 2(011)-8932/2016 saylı məhkəmə qətnaməsi ilə ondan ödəniş gününə qüvvədə olan məzənnə ilə 4171,30 (dörd min yüz yetmiş bir dollar 30 sent) ABŞ dolları məbləğində əsas borc, 786,91 (yeddi yüz səksən altı dollar 91 sent) ABŞ dolları məbləğində faiz borcu, 100 (yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 5058,21 (beş min əlli səkkiz dollar 21 sent) ABŞ dolları məbləğində və (otuz) manat məbləğində dövlət rüsumu ondan, yəni İddiaçı, X1 və X2 müştərək qaydada alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. 2021-ci ildə icra şöbəsinə dəvət olunduğu zaman ona məlum olmuşdur ki, onun kredit borcu restrukturazasiya və ya kompensasiya siyahısına salınmamışdır. Kredit borcunun fərmanın təsiri altında düşəməsinə baxmayaraq qeyd olunan güzəştlərin hansı səbəbdən ona tətbiq olunmamısını aydınlaşdırmaq üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına və "xxxx" ASC-yə müraciət olunaraq onun, yəni İddiaçı Şahğələng oğlu ilə "xxxx" ASC arasında bağlanmış "Kredit Müqaviləsi"nə əsasən 4171,30 (dörd min yüz yetmiş bir dollar 30 sent) ABŞ dolları məbləğində əsas borc, 786,91 (yeddi yüz səksən altı dollar 91 sent) ABŞ dolları məbləğində faiz borcu, 100 (yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 5058,21 (beş min əlli səkkiz dollar 21 sent) ABŞ dolları məbləğində borcun "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına zidd olaraq hazırki vaxta qədər hansı əsaslarla restrukturizasiya edilməməsi barədə məlumat verilməsi xahiş olunmuşdur. Ləğv prosesində olan "xxxx" ASC-nin 05 may 2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, "Azərbaycan Respublikasının "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanı çərçivisində Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan banklarda maliyyə bazarlarına nəzarət orqanının xx.xx.2019-cu il tarixli "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası"na əsasən restrukturizasiya əməliyyatlarının həyata keçirilməsi təmin edilir. Əlavə olaraq bildirilmişdir ki, sözügedən Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının 07 oktyabr 2021-ci il tarixli, 25- 12513-2021 nömrəli məktubu ilə isə bildirilmişdir ki, Azərbaycan Respublikasının "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanın 3.1-ci və 7.3-cü bəndinin icrası məqsədilə xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğdə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası" (Qayda) təsdiq edilmişdir. Qaydanın 6.16-ci bəndinə əsasən fiziki şəxslərin kredit borcunun restruktıırizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu xx.xx.2019-cu il tarixinədək nəzərdə tutulmuşdur. Əlavə olaraq bildirilmişdir ki, "xxxx" ASC-yə bank əməliyyatları aparılması üçün verilmiş lisenziya maliyyə bazarlarına nəzarət orqanının 22 dekabr 2017-ci il tarixli, 49/1 saylı qərarı ilə ləğv edilmişdir və ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun (Fond) təyin olunması qərara alınmışdır. Odur ki, qalıq kredit borcunun mümkün güzəşt imkanlarının araşdırılması üçün müraciəti Fonda göndərilmişdir. Müraciətə baxılmasının nəticəsilə bağlı Fond tərəfindən ona və Mərkəzi Banka məlumat təqdim ediləcəkdir. Lakin bugünə qədər nə müraciəti araşdırılmış, nədə ki, güzəşt imkanları barədə məlumat verilmişdir. Ən əsası məlum Fərmanla bağlı o dəfələrlə bankda olmuşdur və ona güzəşt olunacağı bildirilmişdir. Əgər onun adı vaxtında siyahıya salmmayıbsa bu onun günahı deyil. Halbuki "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərman imzalandıqdan və bu Forman xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə mindikdən sonra oda 25 iyun 2014-cü il tarixli, 277/14-AYİİ3 saylı "Kredit Müqaviləsi"i üzrə 4171,30 (dörd min yüz yetmiş bir dollar 30 sent) ABŞ dolları məbləğində əsas borcunun restrukiurazasiya və ya kompensasiya siyahısına salınması barədə müraciət etmişdir. Dəfələrlə "xxxx" ASCyə və Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etməyinə baxmayaraq onun müraciətinə baxılmamış və cavablandırılmamışdır. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən liziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valvuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Mübahisələndirilən kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğ, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Fərmanın 1-ci bəndinə görə fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dolları xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz, və dəbbə pulu (cərimə, penva) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. İş materiallarına əlavə etdiyi Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02 sentyabr 2016-cı il tarixli, 2(011)-8032/2016 saylı qətnaməsindən göründüyü kimi 25 iyun 2014-cü il tarixli, 277/14-AY1B saylı "Kredit Miiqaviləsi"i üzrə əsas borcu 4171,30 (dörd min yüz yelmiş bir dollar 30 sent) ABŞ dolları təşkil edir. Cavabdeh məhkəməyə iddiaya dair yazılı müraciət ünvanlayaraq bildirmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə ləğv prosesində olan "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixində bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Belə ki, məlumat bazalarına əsasən iddiaçıya devalvasiya günlərinə olan qalıq borc məbləğində görə cəmi 3.545,61 manat kompensasiya hesablanmışdır. Bundan başqa, məlumat bazalarına ötürülmüş qeydlərə əsasən Fərmanın qüvvəyə mindiyi günə (xx.xx.2019-cu il tarixinə) iddiaçının ləğv prosesində olan "xxxx" ASC ilə bağlanmış xx.xx.2014-cü və xx.xx.2014-cü il tarixli kredit müqavilələri, habelə "xxxx" KB ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli və '‘Bank of Baku” ASC ilə bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqavilələri üzrə ödəniş müddəti keçmiş əsas kredit borcları mövcud olduğundan yuxarıda hesablanmış kompensasiya məbləği Fərmanın 2-ci hissəsinə əsasən proporsional qaydada həmin borcların ödənilməsinə yönəldilmişdir (birinci müqaviləyə - 2.356,75 manat, 2-ci müqaviləyə - 86,44 manat, 3-cü müqaviləyə - 561,04 manat, 4-cü müqaviləyə - 541,38 manat). Göründüyü kimi, iddiaçıya münasibətdə X3 üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinin tələbinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenti tərəfindən 551 nömrəli, xx.xx.2019-cu il tarixli Fərman qəbul edilmişdir. Həmin Fərmanın: - 1.2-ci hissəsinə əsasən 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi qiymətləndirilməklə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir. - 2-ci hissəsinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. - 3.1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməlidir. - 3.2-ci hissəsinə əsasən isə bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahsını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edilməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. - 7.1-ci hissəsinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi Palataya tapşırılmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" ASC ilə arasında bağlanmış 25 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə illik 30 % ödəmək şərti ilə 6.300 ABŞ dolları məbləğində kredit verilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02 sentyabr 2016-cı il tarixli, 2(011)-8932/2016 saylı məhkəmə qətnaməsinə əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 4171,30 (dörd min yüz yetmiş bir dollar 30 sent) ABŞ dolları məbləğində əsas borc, 786,91 (yeddi yüz səksən altı dollar 91 sent) ABŞ dolları məbləğində faiz borcu, 100 (yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 5058,21 (beş min əlli səkkiz dollar 21 sent) ABŞ dolları məbləğində və (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı, X1 və X2 müştərək qaydada alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının ona münasibətdə tətbiq edilməməsini əsas gətirərək inzibati məhkəmə icraatında bunun mübahisələndirir. Məhkəmə qeyd edir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə ləğv prosesində olan "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixində bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüş və iddiaçıya devalvasiya günlərinə olan qalıq borc məbləğində görə cəmi 3.545,61 manat kompensasiya hesablanmış və Fərmanın qüvvəyə mindiyi günə (xx.xx.2019-cu il tarixinə) iddiaçının ləğv prosesində olan "xxxx" ASC ilə bağlanmış xx.xx.2014-cü və xx.xx.2014-cü il tarixli kredit müqavilələri, habelə "xxxx" KB ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli və '‘Bank of Baku” ASC ilə bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqavilələri üzrə ödəniş müddəti keçmiş əsas kredit borcları mövcud olduğundan yuxarıda hesablanmış kompensasiya məbləği Fərmanın 2-ci hissəsinə əsasən proporsional qaydada həmin borcların ödənilməsinə yönəldilmişdir. Göründüyü kimi iddiaçının iddia tələbinin əsasında qeyd etdiyi "xxxx" ASC ilə bağlı arasında bağlanmış 25 iyun 2014-cü il tarixli, 277/14-AYİB saylı krediti müqaviləsi üzrə cavabdeh iznibati orqan tərəfindən xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərman tətbiq edilərək həmin kredit müqaviləsi üzrə kompensasiya məbləği hesablanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının inzibati məhkəmə icraatında mübahisələndirdiyi hal məhkəməyə müraciət etdiyi zaman artıq mövcud olmadığından, bununla da cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına toxunan hər hansı hallara yol verilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar