Məhkəmə qərarları › İş №2-1(112)-12165/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12165/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12165/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********610100 nömrəli, xx.xx.2024-cü il **********671100 nömrəli, xx.xx.2024-cü il **********191400 nömrəli, xx.xx.2024-cü il tarixli **********718600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” inzibati aktların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı MMC-nin nümayəndəsi və vəkili X5 xx.xx.2024-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş mənfəət vergisi üzrə 90976,40 manat məbləğində əlavə verginin hesablanmasına dair xx.xx.2024-cü il **********671100 nömrəli, əlavə dəyər vergisi üzrə 32549,49 manat məbləğində əlavə verginin hesablanmasına dair xx.xx.2024-cü il tarixli **********191400 nömrəli və yenə əlavə dəyər vergisi üzrə 72819,92 manat məbləğində əlavə verginin hesablanmasına dair xx.xx.2024-cü il tarixli **********718600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC təsis edildiyi 2017-ci ildən indiyədək orta sahibkarlıq subyekti olmaqla, fasiləsiz və səmərəli kommersiya fəaliyyətini həyata keçirir. Vicdanlı vergi ödəyicisi olan -İddiaçı MMC vergi qanunvericiliyindən irəli gələn öhdəliklərini həmişə vaxtında, tam və düzgün yerinə yetirmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən kameral vergi yoxlaması ilə İddiaçı MMC əsassız olaraq, 25628,60 manat məbləğində əlavə mənfəət vergisinin hesablanmasına dair xx.xx.2024-cü il tarixli **********610100 nömrəli və 90976,40 manat məbləğində əlavə mənfəət vergisinin hesablanmasına dair xx.xx.2024-cü il tarixli **********671100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar qəbul edildiyinə görə həmin qərarların ləğv edilməsi və əlavə hesablanmış ümumilikdə 116605,00 manat verginin azaldılması barədə qərar qəbul edilməsi üçün inzibati şikayətlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Aparatının İnzibati şikayətlərə baxılması baş idarəsinə (bundan sonra-İnzibati şikayətlərə baxılması baş idarəsi) müraciət etmişlər. İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 18 iyul 2024-cü il tarixli **********696000 nömrəli qərarı ilə maraqlı şəxs İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğlərinin ləğv edilməsi barədə xx.xx.2024-cü tarixli inzibati şikayətinin təmin edilməməsi, Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********671100 nömrəli, xx.xx.2024-cü il tarixli **********191400 nömrəli və xx.xx.2024-cü il tarixli **********718600 nömrəli qərarlarının dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin İddiaçı MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (bundan sonra-"xxxx" MMC) əldə edilən xx.xx.2023-cü il tarixli EBDV seriyalı 947779 nömrəli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (bundan sonra-"xxxx" MMC) əldə edilən xx.xx.2023-cü il tarixli EBDW seriyalı 234866 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatların əmtəəsiz olub-olmaması barədə müvafiq araşdırmanın aparılması və nəticəsi üzrə qanunamüvafıq tədbirlərin görülməsini təmin etməsi Lokal Gəlirlər Baş İdarəsininə tapşırılmışdır. İnzibati şikayətlərə baxılması baş idarəsinin gəldiyi nəticəyə görə uçot baza məlumatlarına və bəyannamə göstəricilərinə əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-dən və "xxxx" MMC-dən ümumilikdə 658 685,5 manat (ƏDV-si 118 563,41 manat) məbləğində mal, iş və xidmətlərin (Polad tikişsiz boru (530x101 -12 metr: QOST 8732-78)) əldə edilməsi ilə bağlı elektron qaimə-fakturalar əldə edilmiş, "xxxx" MMC və "xxxx" MMC üzrə aparılan operativ vergi nəzarəti zamanı təqdim edilən malların əmtəəsiz əməliyyatlar çərçivəsində təqdim edildiyi müəyyən edilmişdir. Bu hal da əmtəəsiz əməliyyatlar kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmamışdır. "xxxx" MMC və "xxxx" MMC tərəfindən İddiaçı MMC- nə təqdim edilən malların "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən əldə edildiyi, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC üzrə aparılan araşdırma zamanı təqdim edilən malların əmtəəsiz əməliyyatlar çərçivəsində təqdim edildiyi müəyyən edilmişdir. "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə və "xxxx" MMC-yə təqdim edilən malların "xxxx" MMC-dən əldə edildiyi, qeyd edilən malların "xxxx" MMC-nin alışında və idxalında müəyyən edilmədiyi, qeyd edilən əməliyyatların vergi üstünlüyü əldə etmək məqsədilə vergidən yayınma sxeminin tətbiq edilməsi riskini yaratdığı aydın olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra-Vergi Məcəlləsi) 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlərin bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermədiyi, həmçinin 2023-cü il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə 583025,0 manat məbləğin xərc məbləği kimi nəzərə alımnadığı, habelə "xxxx" MMC və "xxxx" MMC üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlan”na uyğun qəbul olunmuş qərarların qüvvədə olduğu məlum olmuş, vergi ödəyicisinin şikayətinin təmin edilməsinə əsas verən faktiki və hüquqi hallar barədə təsdiqedici sənədlər inzibati araşdırma dövründə müəyyən edilməmişdir. Qeyd edilən qərardan həm də görünür ki, aparılan əlavə araşdırma zamanı "xxxx" MMC və "xxxx" MMC tərəfindən İddiaçı MMC-nə təqdim edilən EBDS seriyalı 291666 nömrəli, EBDS seriyalı 763892 nömrəli, EBDT seriyalı 262105 nömrəli, EBDT seriyalı 884875 nömrəli, EBDT seriyalı 964912 nömrəli, EBDU seriyalı 420525 nömrəli, EBDU seriyalı 554737 nömrəli, EBDU seriyalı 891624 nömrəli, EBDV seriyalı 181044 nömrəli, EBDV seriyalı 679879 nömrəli elektron qaimə-fakturalar üzrə malların (Polad tikişsiz boru (530x101 =12 metr: QOST 8732-78)) "xxxx" MMC-dən "xxxx" MMC-dən və "xxxx" MMC-dən əldə etdiyi, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2024-cü il tarixli **********362400 nömrəli, xx.xx.2024-cü il tarixli **********416100 nömrəli və xx.xx.2024-cü il tarixli **********349700 nömrəli qərarların qəbul edildiyi, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən malların Polad tikişsiz boru (530x101 =12 metr: QOST 8732-78)) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) əldə edildiyi, qeyd edilən malların "xxxx" MMC-nin alışında müəyyən edilmədiyi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1 -ci, 2.1,3-cü,3.1.1- ci yarımbəndlərinə "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2023-cü il tarixli **********563000 nömrəli qərarın qəbul edildiyi müəyyən edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, İddiaçı MMC tərəfindən (530x101 =12 metr: QOST 8732-78)) markalı polad tikişsiz boruları bilavasitə xx.xx.2023-cü il tarixli **********563000 nömrəli qərarla riskli vergi ödəyicisi olduğu hazırda məlum olan "xxxx" MMC-dən, xx.xx.2024-cü il tarixli **********362400 nömrəli qərarla riskli vergi ödəyicisi olduğu hazırda məlum olan "xxxx" MMC-dən, xx.xx.2024-cü il tarixli 243 912013 ******* nömrəli qərarla riskli vergi ödəyicisi olduğu hazırda məlum olan "xxxx" MMC-dən və xx.xx.2024-cü il tarixli **********349700 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilən "xxxx" MMC-dən əldə edilməmişdir. Həmin polad tikişsiz borular İddiaçı MMC ilə "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********) və "xxxx" MMC (VÖEN **********) arasında birbaşa bağlanmış müqavilələr əsasında əldə edilmişdir. Həmin şirkətlərlə bütün müqavilələr 2023-cü ilin oktyabr-dekabr aylarında bağlanmış, elektron qaimə-fakturalar bu dövrdə tərtib edilmiş, aldığımız mallar yəni, (530x101 =12 metr: QOST 8732-78)) markalı polad tikişsiz borular həmin dövrdə yük avtomobilləri ilə (qeydiyyat nömrələri göstərilib) daşınıb, "xxxx" QSC-nə çatdırılmış, təhvil qəbul aktlarına əsasən təhvil verilmişlər. Bütün bunlar rəsmi sənədlərlə də təsdiq edilir. Belə ki, İddiaçı MMC 4630.0 metr polad tikişsiz boruların (530x10 mm (L=12 metr) QOST 8732-78) satınalınması üçün "xxxx" QSC ilə xx.xx.2023-cü il tarixli MA-1543 saylı müqavilə bağlamışdır. Polad tikişsiz boruların alınması məqsədi ilə "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli XT-YG/05-2023 saylı müqaviləyə əsasən, dəyəri 424555.0 manat (ƏDV-siz) olan, "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli XT-LG/07-2023 saylı müqaviləyə əsasən dəyəri 234130.50 manat (ƏDV- siz) olan və "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli XT-NT/08- 2023 saylı müqaviləyə əsasən dəyəri 73800.0 manat (ƏDV-siz) olan, yekun dəyəri 735485.50 (ƏDV-siz) manat olan müqavilələr bağlanmışdır. Ona görə də 2023-cü ilin noyabr-dekabr aylarında "xxxx" MMC-dən 8 ədəd e-qaimə faktura əsasında 424555,00 manat əsas məbləğ və 76 419,90 manat ƏDV olmaqla, cəmi 500974,90 manat dəyərində polad tikişsiz boru, 2023-cü ilin dekabr ayında "xxxx" MMC-dən 4 ədəd e-qaimə faktura əsasında 234130,50 manat əsas məbləğ və 32549,49 manat ƏDV olmaqla, cəmi 266679,99 manat dəyərində polad tikişsiz boru və həmin ilin dekabr ayında "xxxx" MMCdən 1 ədəd e-qaimə faktura əsasında 73800,00 manat əsas məbləğ və 13284,00 manat ƏDV olmaqla, cəmi 87084,00 manat dəyərində polad tikişsiz boru əldə etmişlər. Həmin polad tikişsiz boruların məlum qaimə-fakturalara, müqaviləyə əsasən "xxxx" QSC-yə təhvil verilmiş, malların daşınması zamanı yol-nəqliyyat qaimələri, müqavilələr, qaimə fakturalar və digər sənədlər vergi orqanına təqdim edilmişdir. Təsdiq olunmuş qaimə-faktura və aktlarda polad tikişsiz borular təhvil verildikdən sonra dəyəri hesablaşma hesabı və ƏDV depozit hesabından həmin şirkətlərə tam şəkildə ödənilmişdir. Bu əməliyyatların araşdırılaraq yerinə yetirilməsi zamanı qeyd olunan polad tikişsiz boruların anbarlarında olamaları barədə adıçəkilən şirkətlər ("xxxx" MMC, "xxxx" MMC və “NUBOSTA TRADE" MMC” qaimə fakturaları bizə təqdim etmişlər. 2023- cü ilin oktyabr-dekabr aylarında qeyd olunan şirkətlərin riskli vergi ödəyicisi olmaları barəsində Bank və vergi orqanlarında heç bir məlumat aşkar edilməmişdir. Mübahisənin faktiki halları ilə bağlı qeyd edirik ki, müqavilə öhdəliklərinə müvafiq olaraq, İddiaçı MMC (53 0x101 =12 metr: QOST 8732-78)) markalı polad tikişsiz boruların əldə edilməsi məqsədi ilə araşdırma apararaq, bu növ boruların Bakı şəhərində “Baksol” adlanan ərazidə olduğunu müəyyən etmiş, onların satışının "xxxx" MMC və "xxxx" MMC tərəfindən həyata keçirildiyi məlum olmuş, bundan sonra həmin boruların əldə edilməsi və müvafiq qaydada rəsmiləşdirilməsi məqsədilə rekvizitlər tələb edilmiş, adları göstərilən şirkətlər tərəfindən rekvizitlər təqdim edilmişdir. Bundan sonra həmişə olduğu kimi bu dəfə də "xxxx" MMC və "xxxx" MMC ilə bağlı onların “Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi” modulu üzrə DVX-nin müvafiq saytında və banklarda yoxlama aparılmış və həmin tarixdə adları qeyd edilən şirkətlərin riskli vergi ödəyicisi hesab edilmədiyi məlum olmuşdur. Daha sonra, "xxxx" MMC-dən və "xxxx" MMC-dən adıçəkilən polad tikişsiz boruların anbarlarında mövcud olub-olmaması barədə sorğu apardıqda, boruların alışını təsdiq edən elektron qaimə-fakturaların təqdim edilmişdir. "xxxx" MMC-dən və "xxxx" MMC-dən əldə edilən polad tikişsiz borular təqdim edilərkən əmtəə nəqliyyat qaimələrində dövlət qeydiyyat nişanları qeyd olunan avtomobillər vasitəsilə daşınaraq, “X9 Gəmiçiliyi” QSC-nin ərazisinə boşaldıldıqdan və müvafiq qaydada təhvil verildikdən soma polad tikişsiz boruların dəyəri "xxxx" MMC-nə və "xxxx" MMC-nə ödənilmişdir. "xxxx" MMC və "xxxx" MMC tərəfindən İddiaçı MMC-nə təqdim edilən polad tikişsiz boruların "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMCdən əldə edilməsi, sonuncuların əmtəəsiz əməliyyatlar aparmaları və onların riskili vergi ödəyicisi olmaları barədə həmin vaxtlar İddiaçı MMC-nə heç nə məlum olmamışdır. Bu faktlar İddiaçı MMC-nə yalnız İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 18 iyul 2024-cü il tarixli 241713 ********** nömrəli qərarı ilə tanış olandan sonra məlum olmuşdur. Bütün bunlara baxmayaraq, İddiaçı MMCnin 2023-cü il üçün təqdim etdiyi mənfəət vergisi bəyannaməsi və 2024-cü ilin fevral, mart ayları üçün təqdim etdiyi əlavə dəyər vergisi bəyannamələri üzrə Lokal Gəlirlər Baş İdarəsi tərəfindən kameral vergi yoxlaması nəticəsində mənfəət vergisi üzrə 25628,60 manat məbləğində əlavə verginin hesablanmasına dair xx.xx.2024-cü il tarixli **********610100 nömrəli, yenə mənfəət vergisi üzrə 90976,40 manat məbləğində əlavə verginin hesablanmasına dair xx.xx.2024-cü il tarixli **********671100 nömrəli, əlavə dəyər vergisi üzrə 32549,49 manat məbləğində əlavə verginin hesablanmasına dair xx.xx.2024-cü il tarixli **********191400 nömrəli və yenə əlavə dəyər vergisi üzrə 72819,92 manat məbləğində əlavə verginin hesablanmasına dair xx.xx.2024-cü il tarixli **********718600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul edilmişdir. Ümumiyyətlə, istinad etdiyimiz müqavilələri bağlayanda və həmin müqavilələr üzrə öhdəliklərini yerinə yetirəndə İddiaçı MMC-nin həqiqi niyyəti xidmətlər göstərmək və onun müqabilində gəlir əldə etmək olmuşdur. Hər bir vergi ödəyicisi ilə yazılı müqavilə bağlanılan hər bir anda vergi ödəyicinin riskli olmaması barədə tərəfimizdən zəruri məlumatlar əldə edilmişdir. O cümlədən, 2023-cü ilin noyabr-dekabr aylarında eqaimə faktura əsasında mal aldığımız "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMCnin riskli vergi ödəyicisi hesab edilmələrinə dair DVX-nin İnternet vergi idarəsində heç bir məlumat yerləşdirilməmişdir. İnzibati şikayətlərə baxılması baş idarəsinin adıçəkilən qərarından aydın olur ki, “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1-ci və 2.1.2-ci yarımbəndlərinə əsasən DVX tərəfindən "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən başqa, "xxxx" MMC(xx.xx.2024-cü il tarixli **********646100 nömrəli qərarla) və "xxxx" MMC də (xx.xx.2024-cü il tarixli **********383500 nömrəli qərarla) riskli vergi ödəyicisi hesab edilmişlər. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 3.12-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslərin vergilərə aid normativ hüquqi aktlarla azad tanış olmaq imkanı təmin edilməlidir. Qanunun istinad edilən normasının tələbi baxımından müqavilə münasibətlərində olduğumuz "xxxx" MMCnin riskli vergi ödəyicisi hesab edilməsi barədə vergi orqanı tərəfindən **********383500 nömrəli qərarl4.02.2024-cü il tarixdə və "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********646100 nömrəli qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Beləliklə, 2023-cü ilin oktyabr-dekabr aylarında müqavilə bağlayaraq, mal aldığımız "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC barədə onların riskli vergi ödəyicisi olmalarına dair DVX tərəfindən qərar qəbul edilmədiyinə və vergi orqanının internet saytında bununla bağlı məlumatlar yerləşdirilmədiyinə görə İddiaçı MMC tərəfindən onlarla kommersiya münasibətləri qurulmuş və həmin vaxt vergi qanunvericiliyinin tələbləri pozulmayıbdır. 2023-cü ilin oktyabr-dekabr aylarında adıçəkilən üç kommersiya qurumları tərəfindən riskli əməliyyatlar aparılması barədə sübut mövcud olsaydı, onda DVX onların riskli vergi ödəyicisi olmalarına dair elə 2023-cü ildə qərar qəbul edərdi. Lakin bu belə olmayıbdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə informasiya” sistemi vasitəsilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, № 3-21-2-3/2-27711/2024 saylı iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, № 3-21-2-3/2- 27711/2024 saylı iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) göstərilmişdir ki, iddiaçı daha sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi təqdim edərək cavabdeh orqanın xx.xx.2024-cü il tarixli **********671100 nömrəli, xx.xx.2024-cü il tarixli **********191400 nömrəli və xx.xx.2024-cü il tarixli **********718600 nömrəli qərarların ləğv edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının irəli sürdüyü iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara, hüquq normalarına əsaslanaraq etiraz edir. Mübahisələndirilən 2023-cü ilin mənfəət vergisi bəyannaməsi üzrə cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixli **********671100 nömrəli qərar qəbul edildikdən sonra iddiaçı tərəfindən vergi orqanına həmin dövr üzrə xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə bəyannamə təqdim edilmiş, lakin cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət nəzərə alınaraq müvafiq qərar qəbul edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72- ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Mübahisə dair vergilərin düzgün hesablanmasına, tam və vaxtında Ödənilməsinə nəzarət etmək Vergi Məcəlləsinin 24.0.1ci maddəsi ilə vergi orqanlarının vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 32.1ci maddəsinə görə vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Bu Məcəllənin 32.4-cü maddəsinə uyğun olaraq, vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin uçot və hesabat məlumatlarını yoxlamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Vergi Məcəlləsinin 10.0.3-cü maddəsinə görə Azərbaycan Respublikasının dövlət vergi orqanları vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarıdırlar. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnamə”nin 3.0.7-ci bəndinə əsasən vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin edən orqanıdır. Həmçinin Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyıcısı tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 37.4-ci maddəsinə əsasən Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Yuxarıda qeyd edilən Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il üzrə mənfəət, 2024-cü ilin mart və fevral ayları üzrə ƏDV vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Cəmiyyətin 2023-cü il ərzində riskli vergi ödəyicisi hesab edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN:**********) 424555,0 manat və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 180830,5 manat olmaqla, ümumilikdə riskli əməliyyatlar üzrə 605385,5 manat dəyərində elektron qaimə-fakturanın əldə etməsi və həmin məbləğin müvafiq dövr üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində xərc məbləği kimi bəyan edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" 15.04 2024-cü il tarixli **********802600 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən məktubda göstərilən müddət ərzində dəqiqləşmiş bəyannamə təqdim etmədiyi, eyni zamanda ətraflı və əsaslı məlumatlar təqdim etmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü il üçün mənfəət vergisi bəyannaməsi üzrə 25628,6 manat vergi məbləği hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********610100 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Daha sonra Cəmiyyət tərəfindən 2023-cü il üçün təqdim edilən mənfəət vergisi bəyannaməsi üzrə aparılmış əlavə kameral vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü il üçün mənfəət vergisi bəyannaməsi üzrə 90976,4 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********671100 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2024-cü il tarixli təqdim edilmiş 2023- cü il üzrə təqdim edilmiş bəyannamənin araşdırılması zamanı 583025 manat sənədlərlə təsdiqini tapmayan xərc məbləği və 605383,5 manat əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş elektron qaimə fakturanın olduğu müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 2023cü ilin noyabr və dekabr ayları üçün təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə üçün təqdim edilmiş 585385,5 manat (ƏDV-si 105369,41 manat) dəyərində elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyinin müəyyən edilməsinə baxmayaraq, həmin elektron qaimə-fakturalar üzrə 105369,41 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq, 2024-cü ilin fevral və mart ayları üçün təqdim edilmiş bəyannamələrin 324-cü sətirlərində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2024-cü il tarixli **********495800 nömrəli və xx.xx.2024-cü il tarixli **********681200 nömrəli məktublar göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən məktubda göstərilən müddət ərzində dəqiqləşmiş bəyannamə və əsaslı məlumatlar təqdim etmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83- cü maddələrinə əsasən 2024-cü ilin fevral ayı üçün 32549,49 manat, 2024-cü ilin mart ayı üçün isə 72819,92 manat əlavə vergi məbləği məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” müvafiq olaraq xx.xx.2024-cü il tarixli **********191400 nömrəli və xx.xx.2024-cü il tarixli **********718600 nömrəli qərarlar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Həmçinin iddiaçı vergi orqanına şikayət ilə müraciət edərək 2023-cü il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi və 2024-cü ilin fevral, mart ayları üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələri üzrə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğlərinin ləğv edilməsini xahiş etmişdir. Vergi Məcəlləsinin 63.1-ci maddəsinə əsasən şikayət üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə inzibati şikayətin icra müddəti artırılmış və bu barədə maraqlı şəxsə xx.xx.2024-cü il tarixli **********074300 nömrəli məktubla məlumat verilmişdir. Araşdırma nəticəsində cəmiyyət tərəfindən xx.xx.2024-cü il tarixdə hesablama metodu tətbiq edilməklə 2023-cü il üçün təqdim edilən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində 2261297,60 manat ümumi gəlirlər (çıxılmalardan sonra), 2077265,16 manat ümumi gəlirdən çıxılan xərc (o cümlədən 927476,02 manat malın dəyəri və 859314,33 manat xammal və materiallar üzrə xərclər) göstərilərək, 184032,44 manat mənfəət bəyan edilmişdir. Kameral vergi yoxlaması zamanı 2023-cü ilin mənfəət vergisi bəyannaməsində Xərclər bölməsinin “Malın dəyəri” sətrində qeyd olunan 927476,02 manat məbləğin 583025,0 manat məbləğində olan hissəsi qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş və bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə alınmamış, ümumilikdə 116605,0 manat mənfəət vergisi hesablanmışdır. Şikayətin araşdırılması məqsədi ilə Cəmiyyətin rəhbərinin araşdırmada şəxsən və ya səlahiyyətli nümayəndəsi (qanuni nümayəndəsi) və ya vəkili vasitəsilə iştirak etməsi barədə “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********152000 nömrəli məktub göndərilərək Cəmiyyətin rəhbəri (və ya səlahiyyətli nümayəndəsi) Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmiş, Cəmiyyətin baş mühasibi X3 xx.xx.2024-cü il tarixdə araşdırmada iştirak etmişdir. Y.Dərziyev araşdırmaya təqdim etdiyi izahatda Cəmiyyətin fəaliyyətinin avtomobil yolları, yollar və küçələrin salınması, avadanlıqların satışı və digər xidmətlərin göstərilməsindən ibarət olduğunu, şikayətlərinin 2023-cü il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi və 2024-cü ilin fevral, mart ayları üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələri üzrə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğlərindən olduğunu, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC ilə bağlanmış müqaviləyə əsasən 4630,0 metr polad tikişsiz boru (530*10 mm L=12) təhvil verilməli olduğunu, həmin boruların təmin edilməsi məqsədilə Cəmiyyət tərəfindən aparılan araşdırma zamanı boruların "Baksol’’ adlanan ərazidə müəyyən edildiyini, boruların əldə edilməsi və müvafiq qaydada rəsmiləşdirilməsi məqsədilə rekvizitlərin tələb edildiyini, boruların satışını həyata keçirən şəxslər tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) rekvizitlərinin təqdim edildiyini, daha sonra “Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi” modulu üzrə müvafiq yoxlama aparıldığını, həmin tarixdə adları qeyd edilən Cəmiyyətlərin riskli vergi ödəyicisi hesab edilmədiyini, Cəmiyyətlərdən boruların anbarlarında mövcud olub-olmaması barədə sorğu apardıqda boruların alışını təsdiq edən elektron qaimə-fakturaların təqdim edildiyini, "xxxx" MMC-dən və "xxxx" MMC-dən əldə edilən mallar təqdim edilərkən əmtəə nəqliyyat qaimələrində dövlət qeydiyyat nişanları qeyd olunan nəqliyyat vasitələri vasitəsiylə daşınaraq Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin ərazisinə boşaldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra malların dəyərinin "xxxx" MMC və "xxxx" MMC-yə ödənildiyini bildirərək kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğlərinin ləğv edilməsini xahiş etmişdir. Cəmiyyət tərəfindən hesablama metodu tətbiq edilməklə 2023cü il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin gəlirləri hissəsində 2261297,60 manat ümumi gəlirlər (çıxılmalardan sonra), 2077265,16 manat ümumi gəlirdən çıxılan xərc (o cümlədən 927476,02 manat malın dəyəri və 859314,33 manat xammal və materiallar üzrə xərclər) bəyan edildiyi və malın dəyəri sətrində bəyan edilmiş 583025,0 manat məbləğin "xxxx" MMC-dən və "xxxx" MMC-dən əldə edildiyi, adları qeyd edilən MMC-nin fəaliyyəti üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı həmin əməliyyatların əmtəəsiz əməliyyatlar olduğu aşkar edildiyindən 583025,0 manat məbləğin xərc məbləği kimi nəzərə alınmadığı müəyyən edilmişdir. Cəmiyyətin 2024-cü ilin fevral və mart ayları üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələri üzrə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğindən şikayətləri üzrə aparılan araşdırma zamanı Cəmiyyət tərəfindən 2023-cü ilin noyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinin “Əvəzləşdirilən” bölməsinin 308-ci sətrində "Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütununda qeyd olunan 236512,71 manat (ƏDV-sı 42572,29 manat) məbləğin 204631,0 manat (ƏDV-si 36 833,59 manat) məbləğində olan hissəsi üzrə, 2023cü ilin dekabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinin “Əvəzləşdirilən” bölməsinin 308-ci sətrində “Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütünunda qeyd olunan 508556.30 manat (ƏDV-si 91540.13 manat) məbləğin 380754,5 manat (ƏDV-si 68535,82 manat) məbləğində olan hissəsi üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi müəyyən edilmişdir. "xxxx" MMC (VÖEN **********) və "xxxx" MMC (VÖEN:**********) üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı adları qeyd edilən Cəmiyyətlər tərəfindən təqdim olunmuş elektron qaimə-fakturalarda əmtəəsiz əməliyyatlar aparılması faktları aşkar edildiyindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlan”nın 2.1 2-ci yarımbəndlərinə əsasən ”YASKUCO GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyicisi olması barədə xx.xx.2024-cü il tarixli **********646100 nömrəli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyicisi olması barədə xx.xx.2024-cü il tarixli **********383500 nömrəli qərarlar qəbul edilmişdir. Aparılmış əməliyyatların dəqiqləşdirilməsi və müvafiq zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli **********159900 nömrəli, "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli **********161000 nömrəli araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə məktublar göndərilmiş və Cəmiyyətlərin rəhbəri (səlahiyyətli nümayəndəsi) Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmişdir. Lakin qeyd edilən vergi ödəyicilərinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi araşdırmada iştirak etməmiş və heç bir təsdiqedici sənədləri araşdırmaya təqdim etməmişdir. Qeyd olunan hal xx.xx.2024-cü il tarixli Aktla rəsmiləşdirilmişdir. Eyni zamanda aparılan əlavə araşdırma zamanı "xxxx" MMC və "xxxx" MMC tərəfindən Cəmiyyətə təqdim edilən EBDS seriyalı 291666 nömrəli, EBDS seriyalı 763892 nömrəli, EBDT seriyalı 262105 nömrəli, EBDT seriyalı 884875 nömrəli, EBDT seriyalı 964912 nömrəli, EBDU seriyalı 420525 nömrəli, EBDU seriyalı 554737 nömrəli, EBDU seriyalı 891624 nömrəli, EBDV seriyalı 181044 nömrəli, EBDV seriyalı 679879 nömrəli elektron qaimə-fakturalar üzrə malların (Polad tikişsiz boru (530x101 =12 metr: QOST 8732-78)) "xxxx" MMC-dən (VÖEN:**********), "xxxx" MMC-dən və "xxxx" MMC-dən əldə etdiyi, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2024-cü il tarixli **********362400 nömrəli, xx.xx.2024-cü il tarixli **********416100 nömrəli və xx.xx.2024-cü il tarixli **********349700 nömrəli qərarların qəbul edildiyi, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən malların Polad tikişsiz boru (530 x 101 =12 metr: QOST 8732-78)) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN:**********) əldə edildiyi, qeyd edilən malların "xxxx" MMC-nin alışında müəyyən edilmədiyi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci, 2.1.3-cü,3.1.1-ci yarımbəndlərinə "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2023-cü il tarixli **********563000 nömrəli qərarın qəbul edildiyi müəyyən edilmişdir. Beləliklə, uçot baza məlumatlarına və bəyannamə göstəricilərinə əsasən Cəmiyyət tərəfindən "xxxx" MMC-dən və "xxxx" MMC-dən ümumilikdə 658685,5 manat (ƏDV-si 118563,41 manat) məbləğində mal, iş və xidmətlərin (Polad tikişsiz boru (530 x 101 -12 metr: QOST 8732-78)) əldə edilməsi ilə bağlı elektron qaimə-fakturaların əldə edildiyinin və "xxxx" MMC, "xxxx" MMC üzrə aparılan operativ vergi nəzarəti zamanı təqdim edilən malların əmtəəsiz əməliyyatlar çərçivəsində təqdim edildiyinin müəyyən edildiyini, bu halın da əmtəəsiz əməliyyatlar kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmadığını, "xxxx" MMC, "xxxx" MMC tərəfindən Cəmiyyətə təqdim edilən malların "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən əldə edildiyini, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC üzrə aparılan araşdırma zamanı təqdim edilən malların əmtəəsiz əməliyyatlar çərçivəsində təqdim edildiyinin müəyyən edildiyini, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə və "xxxx" MMC-yə təqdim edilən malların "xxxx" MMC-dən əldə edildiyini, qeyd edilən malların "xxxx" MMC-nin alışında və idxalında müəyyən edilmədiyini, qeyd edilən əməliyyatların vergi üstünlüyü əldə etmək məqsədilə vergidən yayınma sxeminin tədbiq edilməsi riskinin yaratdığını, Vergi Məcələsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlərin bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermədiyini, həmçinin 2023- cü il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə 583025,0 manat məbləğin xərc məbləği kimi nəzərə alınmadığını, habelə "xxxx" MMC və "xxxx" MMC üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına uyğun qəbul olunmuş qərarların qüvvədə olduğunu, vergi ödəyicisinin şikayətinin təmin edilməsinə əsas verən faktiki və hüquqi hallar barədə təsdiqedici sənədlərin inzibatı araşdırma dövründə müəyyən edilmədiyini nəzərə alaraq Cəmiyyətin inzibati şikayətləri təmin edilməmiş və Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********671100 nömrəli, xx.xx.2024-cü il tarixli **********191400 nömrəli və xx.xx.2024-cü il tarixli **********718600 nömrəli Qərarlar dəyişdirilmədən saxlanılmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək, məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə, mübahisələndirilən inzibati aktdan verilmiş İnzibati şikayət üzrə qəbul edilmiş xx.xx.2024cü il tarixli qərarın təqdim olunduğu vaxtdan 30 gün müddətində yəni, xx.xx.2024-cü il tarixdə (məhkəməyə göndərilməsi üçün poçta təqdim olunmuşdur) müraciət etmişdir. İddia mümkündür.

Faktiki hallar və sübutlar:

İş materiallarında olan:

Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********671100 №-li qərarının surətindən müəyyən olunur ki, 2023-cü il mənfəət vergisi üzrə; - Təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı MMC tərəfindən hesablanmış vergi və sığorta haqqı – 62.435,09 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 62.435,09 manat; - Vergi orqanı tərəfindən aparılmmış kameral vergi yoxlama nəticəsində müəyyən ediliş vergi və sığorta haqqı – 153.411,49 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 90.976,40 manat; Verginin azaldılmış məbləği və ya sığorta haqqı – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır: - təqdim etdilmiş bəyannamənin “Xammal və materiallar”, “Malın dəyəri” " Hüquqi şəxslər üzrə icarə&quot:. “Enerji xərcləri”, “Qaz xərcləri”, “Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri”, “Rabitə xərcləri”, “Mühafizə xərcləri”, “Reklam xərcləri”, “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər”, “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstrukior işlərinə çəkilən xərclər”, "Nəqliyyat xərcləri". “Digər xərclər” &quot:Royalti xərcləri " &quot: Sığorta xərcləri". bəyannamənin 1 №-li Əlavəsində "Əsas vəsaitlər”in dövr ərzində daxil olması (Kapilallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla). “Kapitallaşdırma üçün aktivlər”in dövr ərzində daxil olması məbləğlərin cəmi ilə hesabat dövrünün əvvəlinə &quoi:Ehtiyatlar"ın qalıq dəyərinin cari il ərzində əldə edilmiş e-qaimə-lakturaların (riskli e-qaimə-fakuıralarm məbləği istisna olmaqla), alış aktlarıma YGB məlumatlarına əsasən alınmış mal-materialların məbləğinin bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alman gəlirlər istisna olmaqla işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (fiziki şəxslər üzrə gəlirlər) sətirlərinin cəmindən “Hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 583025 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.

Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********191400 №-li qərarının surətindən müəyyən olunur ki, fevral 2024-cü il mənfəət vergisi üzrə; - Təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı MMC tərəfindən hesablanmış vergi və sığorta haqqı – 23.168,82 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat; - Vergi orqanı tərəfindən aparılmmış kameral vergi yoxlama nəticəsində müəyyən ediliş vergi və sığorta haqqı – 55,718,31 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 32.549,49 manat; Verginin azaldılmış məbləği və ya sığorta haqqı – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır: - Vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən veıgi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-niıı bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 32 549 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir.

Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********718600 №-li qərarının surətindən müəyyən olunur ki, mart 2024-cü il əlavə dəyər vergisi üzrə; - Təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı MMC tərəfindən hesablanmış vergi və sığorta haqqı – 12.844,76 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat; - Vergi orqanı tərəfindən aparılmmış kameral vergi yoxlama nəticəsində müəyyən ediliş vergi və sığorta haqqı – 85,664,68 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 72,819,92 manat; Verginin azaldılmış məbləği və ya sığorta haqqı – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır: - vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatarın azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 105369,41 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli, № **********696000 saylı Qərarının surətindən müəyyən olunur ki, aşağıdakılar qərara alınmışdır:

1. İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğlərinin ləğv edilməsi barədə xx.xx.2024-cü tarixli inzibati şikayəti təmin edilməsin.

2. Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********671100 nömrəli, xx.xx.2024-cü il tarixli **********191400 nömrəli və xx.xx.2024-cü il tarixli **********718600 nömrəli Qərarları dəyişdirilmədən saxlanılsın.

3. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsininə tapşırılsın ki, Cəmiyyət tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə edilən xx.xx.2023-cü il tarixli EBDV seriyalı 947779 nömrəli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə edilən xx.xx.2023-cü il tarixli EBDW seriyalı 234866 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatların əmtəəsiz olub-olmaması barədə müvafiq araşdırmanın aparılmasını və nəticəsi üzrə qanunamüvafiq tədbirlərin görülməsini təmin etsin.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Vergi Məcəlləsi

Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar

... 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur.

... 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar (mübahisəli dövrdə qüvvədə olan redaksiyada). 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;

... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. ... Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.

...

Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışlabağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır.

… Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları

... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.

Maddə 83.7. Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır.

Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV (mübahisəli dövrdə qüvvədə olan redaksiyada) 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt;

... 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

... Maddə 47. Sübutların qiymətləndirilməsi 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”. - 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. - 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. - 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. - 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: - 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; - 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; - 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); - 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; - 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; - 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; - 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; - 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər.

3. Riskli əməliyyatların meyarları 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

İPM: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi.

Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı işdə iddiaçının hüquqi marağı vergi orqanı tərəfindən onun barəsində kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş müvafiq olaraq mənfəət və əlavə dəyər vergiləri üzrə əlavə verginin hesablanmasına dair xx.xx.2024-cü il **********671100 nömrəli, xx.xx.2024-cü il tarixli **********191400 nömrəli və xx.xx.2024-cü il tarixli **********718600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğvinə yönəlmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, hazırki iş üzrə iddiaçı olan vergi ödəyicisi 2023-cü il ərzində elektron-qaimə faktura əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN:**********) 424555,0 manat və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 180830,5 manat manat dəyərində mal (iş, xidmət) almışdır. Sözügedən müəssisələr barəsində digər əməliyyatlara görə, həmçinin iddiaçı ilə aparılmış yuxarıda qeyd olunan əməliyyatlara görə riskli vergi ödəyicisi olma barədə qərarlar qəbul edilmiş və həmin qərarlarda təqdim edilmiş elektron qaimə fakturalarda əks olunan malların vergi ödəyicilərinin idxalında və e-qaimə üzrə alışında müəyyən edilmədiyi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edildiyi qeyd olunmuşdur. Həmin müəssisələr İddiaçı MMC - yə də mal (iş,xidmət) təqdim ediyindən, onlarla 605385,5 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin İddiaçı MMC-nin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı müəyyən edilmişdir. Qeyd olunan hal həmçinin iddiaçı barəsində Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur. Həmçinin iddiaçı cəmiyyət tərəfindən 2023- cü ilin noyabr və dekabr ayları üçün təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə üçün təqdim edilmiş 585385,5 manat (ƏDV-si 105369,41 manat) dəyərində elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü ilin fevral ayı üçün 32549,49 manat, 2024-cü ilin mart ayı üçün isə 72819,92 manat əlavə vergi məbləği məbləği hesablanmışdır. Göründüyü kimi, vergi orqanı iddiaçıya mənfəət vergisini Vergi Məcəlləsinin 109.9cu maddəsinə əsasən hesablamışdır. Hesablanmış verginin qanuniliyinin qiymətləndirilməsindən öncə məhkəmə riskli vergi ödəyiciləri və onlarla aparılan qarşılıqlı əməliyyatların hüquqi nəticələrinin qanunvericiliyin normaları baxımından təhlilini zəruri hesab edir. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edilmişdir. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrini təsbit etmiş, həmin vəzifələrin arasında malların alınması zamanı satıcının idxalında və ya onun tərəfindən rəsmi qaydada həmin malların alınmasının araşdırılması göstərilməmiş, o cümlədən rəsmi qaydada alış sənədləri olmayan satıcıdan malların alınmasını qadağan edən də hər hansı imperativ norma mövcud deyildir. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı iddiaçıya Vergi Məcəlləsinin 175.11ci maddəsinə əsasən ƏDV hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxsin (mal aldığı şəxsin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. İş materiallarından görünür ki, cavabdeh heç bir nəzarət tədbiri ilə aşkar etmədiyi halda, iddiaçının mallar aldığı əməliyyatları əmtəəsiz əməliyyatlar kimi qiymətləndirmişdir. Cavabdeh tərəfindən bu yanaşmanın əsası kimi mal satan həmin müəssisələrin mülkiyyətlərində həmin malların olmadığına istinad edilmişdir. İddiaçı mal alarkən ona mal satan şəxsin həmin malı hansı qaydada aldığına dair heç bir məlumat almaq imkanına malik deyil. Həmçinin belə məlumatlar satıcının kommersiya sirrini təşkil edir və yalnız könüllü şəkildə təqdim oluna bilər. Nəzərə alınmalıdır ki, cavabdeh vergi orqanı əməliyyatın əmtəəsiz olduğuna istinad etmək üçün, həmin əməliyyat baş verən anda bunun əmtəəsiz həyata keçirildiyini real olaraq müəyyən etməlidir. Yalnız satıcının mülkiyyətində həmin malın olmaması əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli sayıla bilməz. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Bundan başqa, cavabdeh əməliyyatları əmtəəsiz hesab edərək iddiaçının bununla bağlı xərcini bəyannamədən silsə də, həmin hissəyə mütənasib olan gəlir hissəsini bəyannamədə saxlamışdır və bu da həmin yanaşma ilə ziddiyyət təşkil edir. Əgər əməliyyatlar əmtəəsizdirsə, onda gəlirin də formalaşmadığı nəzərə alınmalıdır. İddiaçı ilə adıçəkilən müəssisələr arasında əməliyyatların sonuncuların riskli vergi ödəyicisi qrupunda olmadığı zaman aparıldığına istinad edilmişdir. Halbuki əməliyyatın əmtəəsiz hesab olunması şəxsin riskli vergi ödəyicisi qrupunda olubolmamasından asılı deyildir. Belə ki, iddiaçı riskli vergi ödəyicisi qrupunda olan şəxslə də alqı-satqı əməliyyatı apara bilər və bu zaman həmin əməliyyatın da real olması istisna edilə bilməz. Başqa sözlə, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olması yetərli deyil, bunun üçün həm də əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Hazırkı iş üzrə cavabdeh əməliyyatların əmtəəsiz olduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, xüsusilə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə görə, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Göründüyü kimi, qanunverici hətta əməliyyatın əmtəəsiz olduğu halda belə gəlirdən çəkilən xərclərin çıxılması qaydasını müəyyən etmişdir. Buna baxmayaraq, cavabdeh hazırkı mübahisəyə münasibətdə əməliyyatları əsassız olaraq əmtəəsiz hesab etsə də, bu yanaşmasına uyğun normanı tətbiq etməmiş, gəlirdən çıxılmalı məbləği bazar qiyməti və əlaqəli məlumatlar əsasında müəyyən etməmişdir (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)- 2208/2023 nömrəli qərarı) Riskli əməliyyatlarla bağlı isə aşağıdakılar qeyd edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Hazırda Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrini təsbit etmiş, həmin vəzifələrin arasında malların alınması zamanı satıcının idxalında və ya onun tərəfindən rəsmi qaydada həmin malların alınmasının araşdırılması göstərilməmiş, o cümlədən rəsmi qaydada alış sənədləri olmayan satıcıdan malların alınmasını qadağan edən də hər hansı imperativ norma mövcud deyildir. Bununla yanaşı həm də qeyd olunmalıdır ki, hətta tərəflər arasında baş tutan əməliyyat “əmtəəsiz” olsa idi belə, cavabdeh vergi orqanı iddiaçı barəsində əlavə mənfəət vergisini 109.9-cu maddəsinin tələblərini pozmaqla hesablamışdır. Belə ki, həmin maddədə təqdim edilən malların (işlərin, xidmətlərin) dəyərinin bu Məcəllənin 14-cü, 14-1ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılmalı olması qeyd edilsə də, cavabdeh əməliyyatların məbləğinə qeyd olunan müddəalar nəzərə alınmadan birbaşa 20%-lə mənfəət vergisi hesablamışdır. Nəzərə alınmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilərkən və yoxlamanın nəticələri rəsmiləşdirilərkən, vergi qanunvericiliyinin tələbləri pozulmuş, inzibati icraatın prinsiplərinə riayət edilməmiş, nəticədə inzibati icraat haqqında qanunvericilik normalarının və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan əlverişsiz inzibati akt qəbul edilmişdir. Bundan əlavə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının ilə "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC arasında mübahisələndirilən qərarların qəbul olunmasına əsas olmuş əməliyyatlar sonuncunun riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsindən əvvəl həyata keçirilmişdir. Həmin müəssisələrin riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi isə iddiaçıya yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”ına əsasən, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edildikdən məlum ola bilərdi. Lakin cavabdeh vergi orqanı tərəfindən qeyd olunan hallar nəzərə alınmadan hazırda mübahisələndilən qərarlar qəbul edilmişdir. Halbuki, Vergi Məcəlləsinin: - 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. - 24.0 və 24.1-ci maddələrinə görə, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. - 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. - 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il **********671100 nömrəli, xx.xx.2024-cü il tarixli **********191400 nömrəli və xx.xx.2024-cü il tarixli **********718600 nömrəli qərarları ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar