Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1217/2024 02.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 02 fevral 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ona yaşa görə pensiya təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2021 -ci il tarixli, **********9 saylı məktubla müraciətinə imtina verilmişdir. 22.11 1973-cü ildən 2007-ci ilədək fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmaqla, 35 il əmək stajına malik olmuş və əlavə olaraq hal-hazırda əmək fəaliyyəti məşğul olmaqla fərdi hesabımın sığorta hissəsinə pensiya kapitalı qeydə alınmışdır. Cavabdeh təşkilata müraciəti qanunvericiliyin tələblərinə əməl edilməklə edilmişdir. Lakin inzibati orqan qeyd olunan hallara qiymət verməmiş və vətəndaşın konstitusion hüququnu pozaraq imtina məktubları göndərmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərd/ hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 2020-cı ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqanormativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun (Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüşdür) 67-cı maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətidaxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Odur ki, əmək kitabçasındakı iş stajı ilə bağlı qeydlər 2002-ci ilin yanvar ayının 1-dək olan hissədə sığorta stajı kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, qüvvədə olan qanunvericilik normaları yaşa görə əmək pensiyasını iki şərtlə mümkün sayır: şəxsin müvafiq yaş həddinə (2021-ci ildə kişilər 65 yaşına) çatması və fərdi hesabın sığorta hissəsindəki pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, bu mümkün olmadıqda azı 25 il sığorta stajının olması Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının 1973 - 1974-ci illərdə texınıki peşə məktəbində aldığı təhsil dövrü də «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinə əsasən iş stajına daxil olunur. İş stajı və texniki peşə təhsili dövrü ilə cavabdeh inzibati orqanın iş stajı kimi qəbul etdiyi müddətlə birlikdə təsdiq olunur ki, iddiaçının 25 ildən artıq ış stajı toplanmışdır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: Qaydaların 3.1.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə, və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində iş stajının təsdiq edilməsi qaydası nəzərdə tutulmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əməkkitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyıKollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarıhaqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyinedilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiyahüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövrüzrə iki hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanununqüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyasıhüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasənmüəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyənedilməsində mötəbər sübut kimi qəbul edir İddiaçının əmək kitabçasında əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi,işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraqgöstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləriilə təsdiqlənmişdir. Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1-ci maddəsinin 1.0.2ci bəndinə əsasən sosial sığorta stajı, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəflərin prosesdə iştirakını təmin etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2021-ci il tarixli **********2 nömrəli cavab məktubunda yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edərək bildirmişdir ki, təqdim edilmiş əmək kitabçasının surətinə əsasən onun xx.xx.2006-cı il tarixədək 24 il 02 ay sosia sığorta stajı mövcuddur. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmik pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şəlilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə xx.xx.2022-ci il tarixli 175 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.1-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə iş stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətlər tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akla əsasən hesablanır. İddiaçının təqdim etdiyi xx.xx.1973-cü il tarixli H3 № ******* saylı hərbi biletin və təhsil haqqında № 580 saylı attestatın surətinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək olan sığorta stajı 24 il 02 ay olduğu qəbul edilmişdir. Bununla yanaşı, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Cavabdeh orqan tərəfindən 1996-2007-ci illərdə iddiaçının Bakı Baş Tikintinin 1 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində işlədiyi dövr mübahisələndirilən dövr olaraq staja daxil edilməmişdir. Buna səbəb isə həmin dövrlərlə əlaqədar Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli arayışına əsasən müvafiq mübahisələndirilən dövrlərlə əlaqədar sənədlər arxivə təhvil verilməmişdir. Həmçinin iddiaçı 1996-2007-ci illərdə Bakı Baş Tikintinin 1 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində işlədiyini iddia etsə də, xx.xx.2006-cı il tarixdən onun fərdi hesabının sığorta hissəsində məcburi dövlət sosial sığorta haqqı qeydə alınmamışdır. Göründüyü kimi 1996-2007-ci illərdəki dövrü staja daxil etmək mümkün deyil. Digər tərəfdən iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret hada istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İddiaçı dair xx.xx.1973-cü il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1973-cü il tarixdə 307 saylı xx.xx.1973-cü il tarixli əmrə əsasən üçüncü dərəcəli dülgər vəzifəsinə qəbul edilmişdir. xx.xx.1975-ci il tarixdə 603 saylı xx.xx.1975-ci il tarixli əmrə əsasən Sovet ordusunda hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək sovet ordusunda hərbi xidmətdə olmuşdur. xx.xx.1978-ci il tarixdə 79 saylı xx.xx.1978-ci il tarixli əmrə əsasən ikinci dərəcəli dülgər vəzifəsinə təyin edilmişdir. xx.xx.1978-ci il tarixdə 286 saylı xx.xx.1978-ci il tarixli əmrə əsasən 3-cü dərəcəli dülgər təyin edilmişdir. xx.xx.1979-cu il tarixdə 96 saylı xx.xx.1979-cu il tarixli əmrə əsasən 4-cü dərəcəli dülgər təyin edilmişdir. xx.xx.1984-cü il tarixdə 680 saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən ikinci ixtisas ikinci dərəcə dülgər təyin edilmişdir. xx.xx.1984-cü il tarixdə 759 saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən briqadir təyin edilmişdir. xx.xx.1985-ci il tarixdə 351 saylı xx.xx.1985-ci il tarixli əmrə əsasən briqadirlikdən çıxarılmışdır. xx.xx.1985-ci il tarixdə 573 saylı xx.xx.1985-ci il tarixli əmrə əsasən tərəflərin razılığına əsasən işdən çıxarılmışdır. xx.xx.1985-ci il tarixdə 192/k saylı xx.xx.1985-ci il tarixli əmrə əsasən sahə kassir qəbuledici təyin edilmişdir. xx.xx.1987-ci il tarixdə 173/k saylı xx.xx.1987-ci il tarixli əmrə əsasən əvəzedici kassir qəbuledici keçirilmişdir. xx.xx.1988-ci il tarixdə 571/k saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1988-ci il tarixdə 86/k saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən qəbuledici vəzifəsinə təyin edilmişdir. xx.xx.1989-cu il tarixdə 50/k saylı xx.xx.1989-cu il tarixli əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixdə 5k saylı xx.xx.1989-cu il tarixli əmrə əsasən tikinti ustası təyin edilmişdir. xx.xx.1990-cı il tarixdə 118k saylı xx.xx.1990-cı il tarixli əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixdə 76 saylı xx.xx.1990-cı il tarixli əmrə əsasən ikinci dərəcəli işçi qəbul edilmişdir. xx.xx.1992-ci il tarixdə 17 saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən 4-cü dərəcəli dülgər ixtisası verilmişdir. xx.xx.1992-ci il tarixdə 4 saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən işdən azad edilmişdir. xx.xx.1992-ci il tarixdə 03 saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən ikinci dərəcəli işçi qəbul edilmişdir. xx.xx.1992-ci il tarixdə 17 saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən işdən azad edilmişdir. xx.xx.1992-ci il tarixdə ikinci dərəcəli işçi qəbul edilmişdir. xx.xx.1992-ci il tarixdə 54 saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən işdən azad edilmişdir. xx.xx.1992-ci il tarixdə 77k saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən “Bakıbaştikinti” SEİB-in 2 nömrəli Tikinti İdarəsinə təhcizatçı peşasinə qəbul edilmişdir. xx.xx.1996-cı il tarixdə 8/12 saylı xx.xx.1996-cı il tarixli əmrə əsasən BBTİ-nin 1 nömrəli İxtisaslaşd. İcarə idarəsinə köçürülmə yolu ilə işdən azad edilmişdir.BBTİ-nin 1 №-li İxtisaslaşdırılmış təmir tikinti İcarə Müəssisəsi. xx.xx.1996cı il tarixdə 28/k saylı xx.xx.1996-cı il tarixli əmrə əsasən dördüncü dərəcəli dülgər peşəsinə qəbul edilmişdir. xx.xx.1996-cı il tarixdə 39/k saylı xx.xx.1996-cı il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 38-ci maddəsinin 4-cü bəndinə əsasən köçürmə yolu ilə 2 №-li Tikinti İdarəsinə keçməsi ilə bağlı işdən azad edilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 184 saylı sərəncamı əsasında 2 №-li Tikinti İdarəsinin bazasında "xxxx" X3 Cəmiyyəti yaradılmışdır. xx.xx.2007-ci il tarixdə 01/k saylı xx.xx.2007-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2020-ci il tarixdə 01 saylı xx.xx.2020-ci il tarixli əmrə əsasən fərdi sahibkar N.Əkbərova məxsus su filterlərinin təmiri ofisinə satış təmsilçisi işinə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə 02 saylı xx.xx.2021-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış **********2 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxs’ərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına, məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilən xx.xx.1973-cü il tarixdə tərtib edilmiş əmək kitabçasının H3 №3328155 saylı hərbi biletin və təhsil haqqında № 580 saylı attestatı surətinə əsasən əsasən xx.xx.2006-cı il tarixədək sığorta stajı 24 il 2 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01 2006-cı il tarixindən 01.07 2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Dövət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli arayışına əsasən Bakı Baş Tikintinin 1 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinin 1996-2007-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyindən həmin dövrlərdə əmək fəaliyyətinin araşdırılması mümkün olmamışdır. Beləliklə, həmin dövrlər sığorta stajına daxil olunmur. Qeyd olunanlara əsasən yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. xx.xx.2021-ci il tarixdən yaşa görə müavinət təyin olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İddiaçı dair Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən təqdim edilmiş 580 saylı xx.xx.1973-cü il tarixli attestat iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. İddiaçı dair H3 seriyalı ******* saylı xx.xx.1975-ci il tarixli hərbi bilet (sovet ordusunda hərbi xidmət dövrü xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixədək) məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********345600 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, dövlət reyestrində “BakıBaşTikintinin 1 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi” və “BakıBaşTikinti SEİB 2 N-li Tikinti İdarəsi” adlı kommersiya qurumları aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxslərə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş edilir. Dövlət reyestr məlumatlarına əsasən xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış “Oğuz" Açıq Səhmdar Cəmiyyəti xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Oğuz" X3 Cəmiyyətinin hüquqi varisidir. xx.xx.2016-cı il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təşkilati- hüquqi forması dəyişdirilərək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (VÖEN **********) çevrilmiş və onun hüquqi varisidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfidən məhkəmənin sorğusuna cavab olaraq **********517100 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, dövlət reyestrində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə 01.04-P79-41335 nömrə ilə dövlət qeydiyyatından keçməsi və səhmdarlarının xx.xx.2016-cı il tarixli qərarına əsasən yenidən təşkil edilərək xx.xx.2016-cı il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə çevrilməsi barədə məlumat mövcuddur. Hal-hazırda Cəmiyyətin fəaliyyəti aktivdir. Uçot məlumat bazasına əsasən Cəmiyyətin fəaliyyət növü “6820002-digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyət”dir. Reyestrdə “BakıBaşTikinti” SEİB 2 nömrəli Tikinti İdarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-1/2-131386/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, iddiaçının məlumatları (FİN və ya SSN) qeyd olunmadığından tərəfindən məhkəmə iclası katibi L.Talıbova ilə işçi qaydada əlaqə saxlanılmış və danışıq zamanı İddiaçı məlumatları əldə edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmış İddiaçı **********936 saylı fərdi şəxsi hesabında məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********659600 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Dövlət Vergi Xidmətinin məlumat bazasına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisi "xxxx" Qapalı Səhmdar Cəmiyyətidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3/2-4301/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı Baş Tikintinin 1 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi və "Bakı Baş Tikinti" SEİB 2 nömrəli Tikinti İdarəsi Xidmətin sərəncamında olan müəssisələr siyahısında mövcud deyil. xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış “Oğuz" Açıq Səhmdar Cəmiyyəti xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Oğuz" X3 Cəmiyyətinin hüquqi varisidir. xx.xx.2016-cı il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təşkilati- hüquqi forması dəyişdirilərək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (VÖEN **********) çevrilmiş və onun hüquqi varisidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********112500 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, dövlət reyestrində Bakı Baş Tikintinin 1 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyil. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 3-17-1/3-1-69655/2023 saylı xidməti məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçının təqdim etdiyi diplomun surətinə əsasən onun xx.xx.1971-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək təhsil dövrü, hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək olan hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1990cı il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumi 24 il 2 ay 12 gün mübahisələndirilməyən sığorta stajı təşkil edir. Adı çəkilən şəxsin xx.xx.2006-cı il tarixinədək olan 24 il 2 ay 12 gün sığorta stajına uyğun olaraq 18441,95 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır. Mərkəzləşdirilmiş X1 “Pensiya” altsistemində olan məlumatlara əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün 2 nömrəli Tikinti İdarəsində ("xxxx" ASC) xx.xx.1996-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3/2-9546/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 184 nömrəli sərəncamı ilə Azərsənayetikinti Dövlət Şirkəti “Bakı BaşTikinti” idarəsinin SEİB-nin tabeliyində olmuş 2 nömrəli Tikinti İdarəsinin bazasında "xxxx" (Tikinti-Quraşdırma və Təmir) Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2001-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. "xxxx" (Tikinti-Quraşdırma və Təmir) Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş cəmiyyətin özəlləşdirmə planına (emissiya prospektinə) əsas iş yeri 2 nömrəli Tikinti İdarəsi olan işçilər barədə məlumatlar daxil edilməmişdir. Müraciətdə qeyd olunan Bakı Baş Tikinti İdarəsinin 1 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi keçmiş Dövlət Əmlakı Nazirliyinin 3 avqust 2000-ci il tarixli, 130 nömrəli əmri ilə özəlləşdirilməyə açıq elan edilmiş, Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, həmçinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na uyğun olaraq hərrac vasitəsilə özəlləşdirilməsi barədə xx.xx.2001-ci il tarixində qərar qəbul edilmiş, 16 oktyabr 2001 -ci il tarixində keçirilmiş hərracın qalibi olmuş (14 nəfər) əmək kollektivi tərəfindən özəlləşdirilmiş və 23 oktyabr 2001-ci il tarixli, 212 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsi bağlanılaraq 000636 nömrəli, 9 noyabr 2001-ci il tarixli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamə” verilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin arxiv sənədlərində İddiaçı adı əmək kollektivinin üzvü kimi müəssisənin işçiləri haqqında məlumat siyahısında yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, sosial müavinətlər, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş ödənişlərin (bundan sonra – sosial ödənişlər) təyin edilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış mərkəzi struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi İddiaçı xx xxxxxx 1956-cı il tarixdə doğulmuşdur. İddiaçının xx.xx.1973-cü il tarixli əmək kitabçasında qeyd edilmiş xx.xx.1971-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək təhsil dövrü, hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək olan hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1990cı il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla cavabdeh qurum tərəfindən ona 24 il 2 ay 12 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. Mübahisəli sosial sığorta stajı iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1996-cı il tarixinədən sonrakı dövrə aid, o cümlədən, xx.xx.1996-cı ildən xx.xx.2007ci il tarixdək iddiaçının Bakı Baş Tikintinin 1 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində işlədiyi əmək fəaliyyəti dövrüdür. Cavabdeh həmin dövrün nəzərə alınmamasını xx.xx.2006-cı il tarixdən xx.xx.2018ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması ilə izah edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 184 nömrəli sərəncamı ilə Azərsənayetikinti Dövlət Şirkəti “Bakı BaşTikinti” idarəsinin SEİB-nin tabeliyində olmuş 2 nömrəli Tikinti İdarəsinin bazasında "xxxx" (Tikinti-Quraşdırma və Təmir) Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2001-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. "xxxx" (Tikinti-Quraşdırma və Təmir) Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş cəmiyyətin özəlləşdirmə planına (emissiya prospektinə) əsas iş yeri 2 nömrəli Tikinti İdarəsi olan işçilər barədə məlumatlar daxil edilməmişdir. İddiaçının xx.xx.1996-cı ildən xx.xx.2006-cı il tarixədək olan iş dövrü onun əmək kitabçasında olan müvafiq qeydlərlə təsdiqini tapır. Odur ki, mərkəzləşdirilmiş X1 Pensiya altsisteminə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalının qeydə alınmaması xx.xx.1996-cı ildən xx.xx.2006-cı il tarixədək olan dövrdə də iddiaçı ilə həmin müəssisələr arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixə ən azı 25 il sığorta stajı var (33 il 06 ay 02 gün). Odur ki, məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Odur ki, məhkəmə qeyd edir ki, inzibati orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə (“qanunun analogiyası” tətbiq edilməklə) əsasən pensiyanın təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Nəticə etibarilə, iddiaçının yaşa görə pensiyanın təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Belə ki, X2 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə 2017-ci il 10 mart tarixli Azərbaycan Respublikasının Qanunu (1 iyul 2017-ci il tarixindən qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən, bu maddədən “heç bir müddət məhdudiyyəti olmadan” sözləri çıxarılmış, həmçinin yeni məzmunlu 32.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci il tarixdə yaranmışdır. İddiaçı cavabdeh quruma xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir. İddai təmin edilməli, İddiaçı yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. 1 iyul 2020 – 30 iyun 2021-ci il arası dövrdə kişilər üçün pensiya yaşı 65-dir. İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1956-cı ildə doğulduğu üçün xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı 65 yaşdan – xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-1217/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1217/2024
02.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver