Məhkəmə qərarları › İş №2-1(112)-12174/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12174/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12174/2024 17.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X6 “dövlət reyestrində qeydə alınmış ünvana dəyişiklik edilərək yeni ünvanın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7, üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X6) dövlət reyestrində qeydə alınmış ünvana dəyişiklik edilərək yeni ünvanın verilməsi tələbinə dair iddiası üzrə inzibati işə 17 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri, Nərimanov rayonu, N.Süleymanov küçəsi, ev 1, mənzil 2 ilkin olaraq X4 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 21 saylı NK-nın 3M-A-145 reyestr nömrəli xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzil X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı NK-nın 3MA-5/572 reyestr nömrəli xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin 1 otağı (13.2 kv.m) İddiaçı adına qeydiyyatdan keçmişdir. Nərimanov RlH-nın 855 nömrəli xx.xx.2001-ci il tarixli sərəncamına əsasən N.Süleymanov küçəsindı yerləşən 1 saylı evin 30 kv.m yaşayış sahəsi olan 2 otağında yaşayan X3 mənzilinə 2 nömrə, 132 kv.m yaşayış ahəsi olan 1 otağında yaşayan İddiaçı mənzilinə isə 2a nömrə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Seriya ÖM 103560 №-li Qeydiyyat Vəsiqəsinə əsasən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, N.Süleymanov küçəsi, 1 otaqlı 2a saylı mənzili adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barəə 700 saylı reyestr kitabında 105 133 səhifə 30/4535 № ilə xx.xx.2002-ci il tarixində qeydiyyat aparılmışdır. Nərimanov Rayon Məhkəməsinin 2-7/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən 2 nömrəli mənzilin 1/2 hissəsi X5 və 1/2 hissəsi X3 adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı NK-nın 4Ə-660 reyestr nömrəli xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən A.H.Zeynalovaya məxsus 1/2 hissəsi X1 adına qeydiyyatdan keçmişdir. Nərimanov RlH-nın 377 nömrəli xx.xx.2008-ci il tarixli və 518 nömrəli xx.xx.2014-cü il tarixli sərəncamlarına, Nərimanov Rayon Məhkəməsinin 2(005)-471/16 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsinə və icra vərəqəsinə əsasən N.Süleymanov küçəsindəki 1 nömrəli evin 2 nömrəli mənzilin paylı mülkiyyət hüququ ilə 1/2 hissəs üzrə N.Q.Qulamova məxsus olan hissənin yaşayış sahəsi 30.55 kv.m (33.1 kv.m. 1/2+14.0 kv.m) hesab edilmişdir və həmin hissəyə yeni ünvan verilmişdir (ünvan 1maz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2016-ci il tarixli çıxarışa əsasən ünvan 2 üzərində X3 xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının 180 №-li, xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli 2-1(82)-2946/2016 №-li iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası təmin edilmiş, Bakı şəhəri,N.Süleymanov küçəsi, ev № 1, paylı mülkiyyətdə olan 2A №-li mənzilin X3 payına düşən ½ hissəsi üzrə mənzilin yenidən planlaşdırılması qəbul edilməklə 2 otaqlı, yaşayış sahəsi 30,55 kv.m., köməkçi sahəsi isə 8,6 kv.m. hesab edilmişdir. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək üçüncü X2 mülkiyyətində olan mənzilin ünvanının dəyişdirilməsini xahiş etmişdir. Həmin müraciətin təmin edilməsindən cavabdeh tərəfindən imtina edilmiş və xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, “...müraciətinizdə göstərilən mənzil sahəsinin ünvan 2 ünvan rekviziti arxiv və baza məlumatlarına əsasən təkrarlanır. **********33-05101-093037 reyestr nömrəli mənzil sahəsinə dair hüquqmüəyyənedici sənədlər və ünvanda yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin notarial qaydada təsdiq olunmuş razılıq ərizələri idarəyə təqdim olunacağı təqdirdə köhnə ünvan rekvizitində düzəliş edilməsi məsələsinə baxılacaqdır”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxs X9 adına dövlət reyestrində qeydə alınmış ünvan 3 ünvanına dəyişiklik edilərək yeni ünvanının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, 2002-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin 103560 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Nərimanov rayonu Nürəddin Süleymanov 1 mənzil 2a olaraq ailə üzvləri ilə birlikdə N.Süleymanov mənzil 2a-da qeydiyyata düşərək həmin ünvanda yaşayır və həmin ünvana onun adına qoyulmuş bütün kommunal sayğaclardan istifadə edir. Bir neçə ay bundan öncə iddiaçı Daxili İşlər Nazirliyinin qeydiyyat idarəsindən arayış alarkən X3 ona məxsus olan N.Süleymanov 1 mənzil 2a-da ailə üzvləri ilə birlikdə qeydiyyatda olduğu ona məlum olmuşdur. Qulamov Natiqin öz yaşadığı mənzildə cavabdeh İdarə tərəfindən səhvən mənzili 2a kimi ünvan olaraq qeydiyyatdan keçdiyini bildirmişdir. Bu məsələ ilə əlaqədar iddiaçı dəfələrlə yazılı və şifahi şəkildə cavabdehə müraciət etməsinə baxmayaraq həmin ünvanın rekvizit arxiv və baza məlumatlarına əsasən səhvən təkrarlanmasını etiraf etməklərinə baxmayaraq Qulamov Natiqin ünvanının dəyişdirilməsi üçün heç bir qanuni tədbir görməmişdirlər. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya qarşı verilmiş etirazı müdafiə edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Üçüncü şəxs iddiaya etiraz edərək iddia tələbinin rədd olunmasını xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, həqiqətən də onlara məxsus ünvan təkrarlanır. Lakin bu cavabdeh İdarənin səhvidir. Onun ünvanının dəyişdirilməsinə razı deyil, çünki bütün sənədləri, VÖEN-i həmin ünvanla baölıdır. İddiaçının ünvanının dəyişməsi məqsədəuyğundur. Üçüncü şəxs daha sonra izahatında bildirdi ki, cavabdeh tərəfindən ünvanın dəyişdirilməsi ilə bağlı yeni çıxarış verilərkən ondan hər hansı rüsum tələb edilməməlidir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”: 1.4. Ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. 1.5. Ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir. 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: ... 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; ... 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi, tikintisi başa çatmayan daşınmaz əmlak obyektlərinə münasibətdə həmçinin sifarişçisi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Dövlət Xidmətinə müraciət edir. 3.4. Ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. 3.6. Daşınmaz əmlak obyektinə ünvanın verilməsi bu qaydaların 3.7-ci bəndində göstərilən rekvizitlərin həmin daşınmaz əmlak obyektinə təhkim və müvafiq məlumatların ünvan reyestrinə daxil edilməsi ilə həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: İşin mübahisələndirilməyən halıdır ki, Bakı şəhəri, Nurəddin Süleymanov küçəsi, ev 1, 2a ünvanı həm iddiaçının mülkiyyətində olan mənzilə, həm də, üçüncü şəxsin mülkiyyətində olan mənzilə verilmişdir. Belə ki, xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin 1 otağı (13.2 kv.m) İddiaçı adına qeydiyyatdan keçmişdir. Nərimanov RlH-nın 855 nömrəli xx.xx.2001-ci il tarixli sərəncamına əsasən N.Süleymanov küçəsində yerləşən 1 saylı evin 30 kv.m yaşayış sahəsi olan 2 otağında yaşayan X3 mənzilinə 2 nömrə, 132 kv.m yaşayış ahəsi olan 1 otağında yaşayan İddiaçı mənzilinə isə 2a nömrə verilmişdir. Sonradan isə, mənzilin üçüncü şəxsdə qalan, digər 2 otağı Nərimanov Rayon Məhkəməsinin 2-7/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən paylara bölünmüş və icra vərəqəsinə əsasən N.Süleymanov küçəsindəki 1 nömrəli evin 2 nömrəli mənzilin paylı mülkiyyət hüququ ilə 1/2 hissəs üzrə N.Q.Qulamova məxsus olan hissənin yaşayış sahəsi 30.55 kv.m (33.1 kv.m. 1/2+14.0 kv.m) hesab edilmiş və həmin hissəyə yenidən iddiaçının ünvanı olan ünvan 5b edir ki, həmin ünvan ilkin olaraq ona verildiyindən üçüncü şəxsin ünvanı dəyişməlidir. Cavabdeh müraciəti təmin etməkdən imtina edərəkı bildirir ki, mənzilin hüquqmüəyyənedici sənədləri və mənzildə yaşayanların notarial razılıq ərizələri təqdim edilməlidir. Üçüncü şəxs iddiaya etiraz edir və bildirir ki, onun bütün sənədləri həmin ünvanla bağlıdır. Bu cavabdehin səhvidir və cavabdeh rüsum almadan səhvi aradan qaldırmalı və iddiaçının ünvanını dəyişdirilməlidir. Tərəflər arasında razılıq əldə olunmadığından, iddiaçı və üçüncü şəxsdən heç biri təkrarlanan ünvanın dəyişdirilməsinə razı olmadığından hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Çünki, həm iddiaçıda, həm də üçüncü şəxs eyni ünvanın olması onların hər ikisinə həmin əmlak üzərində müstəqil sərəncam vermək hüquqlarını məhdudlaşdırır. İşin mübahisələndirilməyən halların görə, Bakı şəhəri, Nurəddin Süleymanov küçəsi, ev 1, 2a ünvanı ilkin olaraq Nərimanov RlH-nın 855 nömrəli xx.xx.2001-ci il tarixli sərəncamına əsasən iddiaçıya verildiyindən və üçüncü şəxsə həmin ünvan sonradan, yəni Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının 180 №-li, xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən verildiyindən üçüncü şəxsin ünvanı dəyişməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X9 adına dövlət reyestrində qeydə alınmış ünvan 3 ünvanına dəyişiklik edilərək yeni ünvanın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar