Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1218/2021 08.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X25 Ağa qızının katibliyi, İddiaçı X6, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X11 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********137099 nömrəli, 09.06.2020-ci il tarixli qərarının ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 09.06.2020-ci il tarixli, **********137099 nömrəli qərara əsasən vergi ödəyicisi kimi vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilmişdir. Qərar rəsmi qaydada verilməmişdir, lakin elektron kargüzarlıq vasitəsilə məlumat almışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də, həmin qərarla razılaşmır və hesab edir ki, aşağıda qeyd etdiklərinə əsasən qərar ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 13.12.2018-ci il tarixli, **********171330 nömrəli qərarına əsasən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Həmin qərarla yoxlama ilə əhatə olunan vergi dövrü “fevral 2016 - oktyabr 2018” kimi müəyyən edilmişdir. Qərarın 3-cü bəndində göstərilmişdir ki, yoxlamanın müddəti 30 (otuz) iş günü müəyyən edilsin. 13 dekabr 2018-ci il tarixli, KY181321060 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən yoxlamanın müddəti (başlama, sona çatma tarixi) 14.12.2018 - 29.01.2019, yoxlanılan dövr 01.02.2016 - 01.11.2018 kimi müəyyən edilmiş və yoxlamanın təyin edilməsi üçün əsas kimi vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər-hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi göstərilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsində göstərilir ki, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Göründüyü kimi, vergi orqanı 30 günü 30 iş günü kimi nəzərdə tutmuş, kameral vergi yoxlaması üçün nəzərdə tutulmuş müddəti səyyar vergi yoxlamasının keçirilməsi üçün tətbiq etmiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. SVY keçirilməsi barədə qərarda yoxlama müddətinin 30 (otuz) iş günü göstərilməsinə baxmayaraq, 21.01.2020-ci il tarixində **********171888 nömrəli və 24.04.2020-ci il tarixində **********171888 nömrəli SVY aktı tərib olunmuşdur. SVY keçirilməsi haqqında bir qərarla yoxlama keçirilmiş, müxtəlif tarixlərdə eyni nömrə ilə SVY aktı tərtib olunmuşdur ki, bu da, qanunvericiliyin tələblərinin pozulmasıdır. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Heç bir əsas olmadan 01.04.2020-ci il tarixli, **********198697 nömrəli əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar çıxarılmışdır. Halbuki, SVY başa çatmış, akt tərtib olunmuşdur, həmin akt kənarda qalmış və vergi orqanı yenidən SVY davam etdirmişdir. SVY həyata keçirilərkən sonuncu dəfə 29.11.2019-cu il tarixli, **********194151 nömrəli qərarla SVY müddəti 30 gün uzadılmış və 21.01.2020-ci il tarixində, **********171888 nömrəli və SVY aktı tərib olunmuşdur. Bundan 3 ay sonra isə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar çıxarılmışdır. Daha sonra isə 24.04.2020-ci il tarixində, **********171888 nömrəli SVY aktı tərtib olnumuşdur. Bununla da, vergi orqanı qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Vergi Məcəlləsinin 49.1.3-cü maddəsinə əsasən SVY materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar çıxara bilərdi. Həmin Məcəllənin 49.5-ci maddəsində göstərilmişdir ki, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. 21.01.2020-ci il tarixli, **********171888 nömrəli və 24.04.2020-ci il tarixli **********171888 nömrəli SVY aktının 1.1-ci bəndində göstərilmişdir ki, yoxlama 14.12.2018-ci il tarixində başlamış və 21.01.2020 tarixdə başa çatdırılmışdır. Bir ildən artıq davam edən yoxlama əsassız səbəblərdən müvəqqəti dayandırılmış, müddətlərə əməl olunmamış və qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. SVY 30 gündən artıq davam edə bilməz, yəni, 14.12.2018-ci il tarixində yoxlama başlamış, 13.01.2019-cu il tarixində başa çatmalı idi. Lakin, SVY başa çatmamış, müddət düzgün olmadan 24.04.2020-ci il tarixədək davam etmiş və sonra 60 gün uzadılmışdır. SVY əsassız olaraq 274 gün müddətinə dayandırılmışdır. SVY-nın davam etmə müddəti ümumilikdə 496 gün olmuşdur. SVY 15.10.2019-cu il tarixində, **********191583 nömrəli və 29.11.2019-cu il tarixində, **********194151 nömrəli qərarla 60 gün müddətinə uzadılsa da, 175 gün davam etmişdir. SVY müddəti 496 gün davam etmiş, lakin aktın 1-ci vərəqində göstərilən müddət dayandırılma, müddət artırılma, əlavə vergi yoxlaması tədbirləri nəzərə alınmaqla 274 günlük müddət əlavə müəyyən edilmişdir. Vergi Məcəlləsinə əsasən SVY müddəti iş günləri ilə deyil, günlərin sayı ilə müəyyən edilmişdir. Lakin, SVY aktında müddətlər iş günləri ilə hesablanmışdır. Həmçinin SVY barədə 21.01.2020-ci il tarixli, **********171888 nömrəli və 24.04.2020-ci il tarixli, **********171888 nömrəli SVY aktı 5 gün müddətində vergi ödəyicisinə göndərilməli olduğu halda, aktlar vergi ödəyicisinə göndərilməmişdir. Vergi Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1.vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6.yeni qərarın qəbul edilməsi. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərildiyi kimi, Vergi Məcəlləsinin 49.5 maddəsinə əsasən 09.06.2020-ci il tarixli, **********137099 nömrəli vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarı ləğv edilməlidir. Mülki Məcəllədə müddət anlayışı 367, 368, 369, 370, 371-ci maddələrində göstərilmişdir. Hazırki məhkəmə mübahisəsinin predmetini təşkil edən həmin 09.06.2020-ci il tarixli, **********137099 nömrəli qərarın qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyi, eyni zamanda SVY-nm həyata keçirilməsi zamanı kobud pozuntulara (müddət pozuntuları) yol verildiyi iddia ərizəsinə əlavə edilmiş sənədlərlə sübut olunur. SVY həyata keçirildiyi müddətdə 3 SVY aktı tərtib olunub ki, bu aktların heç biri digəri ilə uyğunluq təşkil etmir. Həmçinin, 2016-cı il hesabat dövrü üçün gəlir vergisi üzrə yoxlama 25.05.2017-ci il tarixli, **********096266 nömrəli qərarla təyin edilən və 22.06.2018-ci il tarixli, **********105522 nömrəli SVY aktında da öz əksini tapmışdır. Vergi orqanı qanunvericiliyin tələblərini pozaraq, vergi orqanı tərəfindən yoxlanılmış vergi dövrü üçün vergi ödəyicisinin ödədiyi və ya ödəməli olduğu vergilər üzrə səyyar vergi yoxlamalarını həyata keçirmişdir. Həmçinin, 2020-ci ilin aprel ayında 2016-cı il hesabat dövrü üçün gəlir vergisi üzrə SVY həyata keçirilə bilməzdi. Vergi Məcəlləsinin 36.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Əlavə olaraq qeyd etmək istəyir ki, hər iki SVY aktı rəsmiləşdirilərkən vergi yoxlaması aktı ilə razılaşmamışdır və vergi orqanına aktı imzalamamağının səbəblərini izah etmişdir. Həmçinin ilkin sənədlər tərəfindən vergi orqanına təqdim edilməsinə baxmayaraq, yoxlamanın materiallarına mənim və ya nümayəndəsinin iştirakı olmadan baxılmışdır. Bu hal da vergi orqanın qərəzli mövqe tutduğunu bir daha sübut edir. Tərəflərindən 2016- 2017-ci illər üzrə kassa metodu ilə gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Lakin vergi orqanı əsassız olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı Qərarını əsas götürərək, 20 % şərti rentabellik səviyyəsi tətbiq etməklə Vergi Məcəlləsinin 83.9cu maddəsinə əsasən 2016 və 2017-ci illər üzrə gəlir vergisi hesablamışdır. Vergi Məcəlləsinin 83.9cu maddəsində göstərilmişdir ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Halbuki, vergi orqanına təqdim edilmiş bəyannamələrdən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün idi. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8, 3.11, 15.1, 38.2, 38.4, 38.7, 39.1, 39.4, 39.5, 39.6, 39.7, 53.3, 62.1, 62.2, 64, 94.0.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1, 72.1, 72.2-ci, 89.1-ci, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci, 32.1-ci, 32.2.1-ci və 35.1-ci maddələrinə istinad edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, 23.1.2-ci maddəsinə əsasən isə vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımı izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formada aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılardakı məlumatlarının verilməsini, həmin məlumatlarla birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək hüququ vardır. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında 29.04.2019-cu il tarixli **********181970 nömrəli qərarına əsasən X4 vergi yoxlaması (yoxlanılan dövr fevral 2016 oktyabr 2018) tarixədək olan dövr əhatə edilməklə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlanılan dövr ərzində vergi ödəyicisi faktiki olaraq ixtisaslaşdırılmış pərakəndə satış (meşə materialları) ilə məşğul olmuşdur. Səyyar vergi yoxlamasının nəticəsi 24.04.2020-ci il tarixli **********171888 nömrəli aktla rəsmiləşdirilmiş, Səyyar vergi yoxlamasının nəticəsinə əsasən 09.06.2020-ci il tarixli **********137099 nömrəli “Vergi ödəyicisnin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən 2016-cı il üzrə 78 359,99 manat, 2017-ci il üzrə 36 348,73 manat olmaqla, ümumilikdə 114 709,84 manat gəlir vergisinin və 1,12 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin azaldılması müəyyən edilmiş və 18 174,37 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2016-cı ilin Gəlir vergisi üzrə M1 - vergi ödəyicisinin gəliri, X1 - xərc (ƏDV nəzərə alınmadan) və R -şərti rentabellik norması. Yoxlama ilə 2016-cı il üzrə vergi ödəyicisinin mallların alınmasına çəkdiyi 2 186 371.27 manat,18058,22 manat nəqliyyat xərcləri, əmək haqqı 2800,00 manat, sosial sığorta haqları 1023.00 manat,icarə haqqı 1746.64 manat,bank xidmətləri üzrə xərclər 1300.52 manat, ümumilikdə 2 211 299,65 manat xərcləri (ƏDV nəzərə alınmadan) əsasında gəliri aşağıdakı kimi hesablanmışdır: M1=2 221 299,65/100 × 20 = 442 259.93 2016-cı il üzrə hesablanmış 442 259.93 manat gəlirdən 20% dərəcə ilə 88 451.99 manat gəlir vergisi hesablandı. Yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104- cu maddəsinin tələbləri pozulmaqla 2016-cı il üzrə gəlir vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 78 359.99 manat azaldılması müəyyən edilib. 2017-ci ilin Gəlir vergisi üzrə M1 - vergi ödəyicisinin gəliri, X1 - xərc (ƏDV nəzərə alınmadan) və R -şərti rentabellik norması. Yoxlama ilə 2017-ci il üzrə vergi ödəyicisinin malların alınmasına çəkdiyi 828 450.39 manat,nəqliyyat xərcləri 183 583.02 manat, əmək haqqı 2240.00 manat, icarə haqqı 1600.00, sosial sığorta haqları 492.80 manat, ümumilikdə 1 016 366.21 manat xərcləri (ƏDV nəzərə alınmadan) əsasında gəliri aşağıdakı kimi hesablanmışdır: M1 = 1 016 366.21/100 × 20 = 203 273.25 2017-ci il üzrə hesablanmış 203 273.25 manat gəlirdən 20% dərəcə ilə 40 654.65 manat gəlir vergisi hesablandı. Yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104- cu maddəsinin tələbləri pozulmaqla 2017-ci il üzrə gəlir vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 36 348.73 manat azaldılması müəyyən edilib. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən gəlir vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 36 348.73 manat gəlir vergisi məbləğinə 50 % miqdarında 18 174.37 manat maliyyə sanksiyası tətbiq edilib. Təqdim olunmuş bəyannamənin düzgünlüyü yoxlanarkən 1.12 manat kənarlaşma aşkar edilib. İşin hüquqi hallarına gəldikdə, iddiaçı iddia ərizəsində səyyar vergi yoxlamasının vergi qanunvericiliyi ilə müəyyən edilmiş yoxlamanın keçirilməsi müddəti haqqında müddəaların tələblərinin pozulması ilə həyata keçirildiyini iddia etmişdir. İddiaçının qeyd edilən mövqeyinə münasibətdə bildirirlər ki, səyyar vergi yoxlamasının keçirilməsi müddəti 30 günlük müddətdə məhdudlaşmır. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbinə əsasən səyyar vergi yoxlamasının müddətinin 90 günədək artırılması, Məcəllənin 38.7-ci maddəsinə əsasən yoxlamanın 9 aydan çox olmamaqla dayandırılması, Məcəllənin 39.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması aktının aktın tərtib olunduğu tarixdən 5 gündən gec olmayaraq aktın göndərilməsi, Məcəllənin 39.5-ci maddəsinə əsasən aktla razılaşmayan vergi ödəyicisinin aktın verildiyi gündən 30 gün müddətində aktla razılaşmaması barəsində yazılı etirazını təqdim etməsi, Məcəllənin 39.6-cı maddəsinə əsasən 15 gündən gec olmayan müddətdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə vergi orqanı tərəfindən baxılması, Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) tərəfindən 10 gün müddətində yekun qərar, o cümlədən əlavə vergi yoxlaması tədbirləri barədə qərar qəbul etməsi müddətləri də səyyar vergi yoxlamasının müddətini təşkil edir. Odur ki, vergi yoxlamasının müddətinin ötürülməsi ilə bağlı iddiaçının arqumenti öz təsdiqini tapmır. İddiaçı həmçinin bildirir ki, səyyar vergi yoxlamasının nəticələrinin rəşmiləşdirilməsi məsələsində ödəyicinin iştirakı təmin edilməməklə onun hüquqları pozulmuşdur. Bildirirlər ki, vergi ödəyicisinə ünvanlanmış 18.02.2020-ci il tarixli **********361200 saylı məktubda 30 gün müddətində yoxlamanı həyata keçirən vergi orqanına aktı imzalamamasının səbəblərini izah etməsi, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını bildirməsi təklif olunmuş və 26.02.2020-ci il tarixli **********027300 saylı məktubla isə vergi yoxlaması aktına vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə 02.03.2020-ci il tarixdə saat 11:00-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılacağı barədə məlumat verilmişdir. Başqa sözlə vergi ödəyicisinə öz mövqeyini və aktla razılaşmamasının səbəblərini bildirməsi üçün qanunvericiliklə müəyyən edilmiş şərait yaradılmış, lakin vergi ödəyicisi həmin hüququndan istifadə etməmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirirlər ki, X1 fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib edilmiş akta əsasən qəbul edilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09 iyun 2020-ci il tarixli **********137099 nömrəli qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********171330 nömrəli, 13.12.2018-ci il tarixli qərarının surətindən görünür ki, X11 (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə fevral 2016 - oktyabr 2018 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilməsi qərara alınmışdır. Yoxlamanın müddəti 30 (otuz) iş günü müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 13 dekabr 2018-ci il tarixli, KY181321060 nömrəli Çıxarışdan görünür ki, yoxlayıcı orqanın adı Azərbaycan Respublikasının Vergilər Nazirliyi, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı İddiaçı, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i **********, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) 14.12.2018-29.01.2019, yoxlanılan dövr 01.02.2016-01.11.2018, yoxlamanın predmeti və hüquqi əsasları Vergi qanunvericiliyinə əməl olunması (operativ vergi nəzarəti istisna olmaqla) Azərbaycan Respublikasının Vergi Məcəlləsi, yoxlanılan təsərrüfat obyektinin kodu, ünvanı və fəaliyyət növü bütün təsərrüfat obyektləri, yoxlamanın növü növbədən kənar səyyar vergi yoxlaması, yoxlamanın tipi plandankənar (növbədənkənar), plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi, Vergi Məcəlləsi, maddə 38.3.5, yoxlayıcı şəxslər X21 (Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi) qeyd olunmuşdur. İşdə olan vergi orqanı tərəfindən iddiaçıya ünvanlanmış “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 19.12.2018-ci il tarixli, **********171891 nömrəli tələbnamənin surətindən görünür ki, X3 (kameral) vergi yoxlamasının aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-ci maddələrini əsas tutaraq, 01.02.2016-cı il tarixdən 31.10.2018-ci il tarixədək olan dövr üzrə sifarişçilər və mal göndərənlərlə, xidmət göstərənlərlə bağlanmış müqavilələr, malların, əsas vəsaitlərin alışına və təqdim edilməsinə dair qaimələr, gömrük bəyannamələri, bank və kassa ödəniş sənədləri, mühasibatlıqda müxabirləşmənin verilməsini əks etdirən sənədlər, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin qəbul aktları (Forma- 2), aylıq əmtəə-material hesabatları (malların çeşidləri üzrə), NKA-dan aylıq dövrü hesabatlar, işçilərlə bağlanmış əmək müqavilələri və əmək haqqının hesablanması və ödənilməsi cədvəlləri, yoxlanılan dövrün əvvəlinə və sonuna balans heabları üzrə qalıqlar barədə arayış və digər aparılmış qarşılıqlı əməliyyatlara dair sənədlər, mal-materialların aylar üzrə hərəkəti cədvəli (elektron daşıyıcıda), yoxlama dövrünün sonuna mal alğı barədə, qeyd edilən əməliyyatlara dair elektron daşıyıcılar üzərində olan məlumatların 15 iş günü müddətində vergi orqanına təqdim edilməsi tələb edilmişdir. İşdə olan vergi orqanının 17.01.2019-cu il tarixli, **********174473 nömrəli “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarından görünür ki, X5 01.02.2016-31.10.2018-ci il dövr ərzində kassa kitabı və kassa sənədlərinin, bank sənədlərinin, aylar üzrə dövriyyə hesabatlarının, müqavilələrinin, əmək haqqı cədvəllərinin, gəlir və xərclər barədə təsdiqedici sənədlərin, debitor və kreditor hesablaşmaları kitabının, alış aktlarının, kassa mədaxil və məxaric orderlərinin, qaimə-fakturaların, vergilərin hesablanması üçün zəruri olan digər ilkin mühasibat sənədlərinin təsdiq edilmiş surətləri, uçot aparılan elektron daşıyıcıları və “Nəzarət kitabçası”sının götürülməsinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. İşdə olan vergi orqanın vəzifəli şəxslərinin və iddiaçının iştirakı ilə tərtib edilmiş “sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” 23.01.2019-cu il tarixli aktdan görünür ki, vergi orqanının vəzifəli şəxsləri tərfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrinə uyğun olaraq sənədlərin və nümunə kimi əşyaların götürülməsi həyata keçirilməzdən əvvəl fərdi sahibkar X2 və nümunə kimi əşyaların götürülməsi haqqında 17.01.2019-cu il tarixli, **********174473 nömrəli qərar təqdim edilmiş və 19.12.2019-cu il tarixli tələbnamədə göstərilən sənədlər (yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi təklif olundu, qeyd oluna qərar və xidməti vəsiqələr təqdim olunduqdan sonra heç bir səbəb olmadan sənədlərin verilməsindən T.Muxtarov tərəfindən imtina olunmuşdur. İşdə olan 21.01.2020-ci il tarixli, **********171888 nömrəli “Səyyar vergi yoxlaması” aktının surətindən görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 13.12.2018-ci il tarixli, **********171330 saylı qərarına əsasən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin dövlət vergi müfəttişi 3-cü dərəcəli müfəttiş X20, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İqtisadi Təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X12 tərəfindən X11 (VÖEN **********) üzrə aşağıdakı siyahısı verilən tədiyyə və dövrlərdə (mədən vergisi fevral 2016 – oktyabr 2018, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2016-cı il – 2017-ci il, aksiz vergisi fevral 2016 – oktyabr 2018, əmlak vergisi 2016-cı il – 2017-ci il, əlavə dəyər vergisi fevral 2016- oktyarb 2018, torpaq vergisi 2016-cı il – 2018-ci il, ödəmə mənbəyindən tutulan vergi 1-ci rüb 2016- 3-cü Rüb 2018, sadələşdirilmiş vergi 1-ci rüb 2016- 3-cü rüb 2018, gəlir vergisi 2016-cı il – 2017-ci il) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 14.12.2018-ci il tarixdə başlanılmış və 21.01.2020-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama aşağıdakı qərarlar (lar)a əsasən müvəqqəti uzadılmış və (və ya) müvəqqəti dayandırılmışdır: müvəqqəti dayandırma - 28.01.2019-cu il tarixli, **********175264 nömrəli qərarla 32 gün müddətinə; müvəqqəti dayandırma - 01.03.2019-cu il tarixli, **********177923 nömrəli qərarla 29 gün müddətinə; müvəqqəti dayandırma - 29.03.2019-cu il tarixli, **********179794 nömrəli qərarla 32 gün müddətinə; müvəqqəti dayandırma - 29.04.2019-cu il tarixli, **********181943 nömrəli qərarla 31 gün müddətinə; müvəqqəti dayandırma - 29.05.2019-cu il tarixli, **********183883 nömrəli qərarla 34 gün müddətinə; müvəqqəti dayandırma - 01.07.2019-cu il tarixli, **********186096 nömrəli qərarla 32 gün müddətinə; müvəqqəti dayandırma - 01.08.2019-cu il tarixli, **********187833 nömrəli qərarla 33 gün müddətinə; müvəqqəti dayandırma - 02.09.2019-cu il tarixli, **********189325 nömrəli qərarla 31 gün müddətinə; müvəqqəti dayandırma - 02.10.2019-cu il tarixli, **********190980 nömrəli qərarla 20 gün müddətinə; müvəqqəti uzadılma - 15.10.2019-cu il tarixli, **********191583 nömrəli qərarla 30 gün müddətinə; müddət uzadılma – 29.11.2019-cu il tarixli, **********194151 nömrəli qərarla 30 gün müddətinə. İşdə olan vergi orqanının “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” 01.04.2020-ci il tarixli, **********198697 nömrəli, 01.04.2020-ci il tarixli qərarın surətindən görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini baş vergi xidməti müşaviri X13, X11 (VÖEN **********) keçirilmiş səyyar vergi yoxlamasının 21.01.2020-ci il tarixli aktına və həmçinin 17.01.2019-cu il tarixli “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqıda” **********174473 nömrəli qərara və ilkin mühasibat sənədlərinə baxıb müəyyən edilmişdir ki, daxil olmuş sənədlərin düzgünlüyünün yerində araşdırılması üçün əlavə vergi tədbirlərinin keçirilməsinə zərurət yaranmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq, 21.01.2020-ci il tarixli, **********171888 nömrəli səyyar vergi yoxlaması aktı üzrə hesablanmış vergilərin düzgünlüyü daxil olmuş sənədlər əsasında yenidən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi müddəti 30 (otuz) iş günü müəyyən edilməsi qərar alınmışdır. İşdə olan vergi orqanının “səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əlavələr (dəyişiklilər) edilməsi barədə” 03.04.2020-ci il tarixli, **********198744 nömrəli qərarın surətindən görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəinin 13.12.2018-ci il tarixli, **********171330 saylı qərarı əsasında X11 (VÖEN **********) üzrə səyyar vergi yoxlamasının keçirilməsi zamanı 03.04.2020-ci il tarixli, **********877300 nöməli xidməti məruzəyə əsasən yoxlama qrupunun tərkibinin dəyişdirilməsi zərurəti ilə əlaqədar olaraq, səyyar vergi yoxlamasının keçirilməsi haqında 13.12.2018-ci il tarixli, **********171330 saylı qərara aşağıdakı əlavələr (dəyişikliklər) edilmişdir: səyyar vergi yoxlamasının keçirilməsi Vergilər Nazirliyinn Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin Ticarət sahəsi üzrə şöbəsinin dövlət vergi müfəttişi 3-cü dərəcəli müfəttş X14 tapşırılsın. İşdə olan 24.04.2020-ci il tarixli, **********171888 nömrəli “Səyyar vergi yoxlaması” aktının surətindən görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 13.12.2018-ci il tarixli, **********171330 saylı qərarına əsasən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviti X12, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin dövlət vergi müfəttişi 3-cü dərəcəli müfəttiş X20 tərəfindən X11 (VÖEN **********) üzrə aşağıdakı siyahısı verilən tədiyyə və dövrlərdə (mədən vergisi fevral 2016 – oktyabr 2018, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2016-cı il – 2017-ci il, aksiz vergisi fevral 2016 – oktyabr 2018, əmlak vergisi 2016-cı il – 2017-ci il, əlavə dəyər vergisi fevral 2016- oktyabr 2018, torpaq vergisi 2016-cı il – 2018-ci il, ödəmə mənbəyindən tutulan vergi 1-ci rüb 2016- 3-cü Rüb 2018, sadələşdirilmiş vergi 1-ci rüb 2016- 3-cü rüb 2018, gəlir vergisi 2016-cı il – 2017-ci il) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 14.12.2018-ci il tarixdə başlanılmış və 21.04.2020-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama aşağıdakı qərarla (lar)a əsasən müvəqqəti uzadılmış və (və ya) müvəqqəti dayandırılmışdır: müvəqqəti dayandırma - 28.01.2019-cu il tarixli, **********175264 nömrəli qərarla 32 gün müddətinə; müvəqqəti dayandırma - 01.03.2019-cu il tarixli, **********177923 nömrəli qərarla 29 gün müddətinə; müvəqqəti dayandırma - 29.03.2019-cu il tarixli, **********179794 nömrəli qərarla 32 gün müddətinə; müvəqqəti dayandırma - 29.04.2019-cu il tarixli, **********181943 nömrəli qərarla 31 gün müddətinə; müvəqqəti dayandırma - 29.05.2019-cu il tarixli, **********183883 nömrəli qərarla 34 gün müddətinə; müvəqqəti dayandırma - 01.07.2019-cu il tarixli, **********186096 nömrəli qərarla 32 gün müddətinə; müvəqqəti dayandırma - 01.08.2019-cu il tarixli, **********187833 nömrəli qərarla 33 gün müddətinə; müvəqqəti dayandırma - 02.09.2019-cu il tarixli, **********189325 nömrəli qərarla 31 gün müddətinə; müvəqqəti dayandırma - 02.10.2019-cu il tarixli, **********190980 nömrəli qərarla 20 gün müddətinə; müvəqqəti uzadılma - 15.10.2019-cu il tarixli, **********191583 nömrəli qərarla 30 gün müddətinə; müddət uzadılma – 29.11.2019-cu il tarixli, **********194151 nömrəli qərarla 30 gün müddətinə; əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi – 01.04.2020-ci il tarixli, **********198697 nömrəli qərarla 30 gün müddətinə. Sözügedən aktın 1.10-cu bəndində vergi ödəyicisində bundan əvvəl səyyar vergi yoxlamasının keçirilməməsi qeyd olunmuşdur. İşdə olan iddiaçı tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanlamış 12.05.2020-ci il tarixli şikayət ərizəsinin surətindən görünür ki, vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edilərək, 25.05.2017-ci il tarixindən onda səyyar vergi yoxlamasının təyin edildiyini, bugünədək onun barəsində qanunsuz üç səyyar vergi yoxlaması aktınının tərtib edildiyini, bundan əvvəlki iki səyyar vergi yoxlaması aktının ləğv olunduğnu, bu aktların 22.06.2018, 21.01.2020-ci il tarixlərində tərtib olunduğunu, sonuncu səyyar vergi yoxlamasının 24.04.2020-ci il tarixində tərtib olunduğunu, fevral 2016- oktyabr 2018-ci il dövrü əhatə etdiyini, faktiki onun 2017-ci ildən fəaliyyətinin olmadığını, 3 ildir ki, işləmədiyini, 09.06.2017-ci ildə başlamış yoxlamanın 24.04.2020-ci il tarixində başa çatdığını, yoxlama ilə 114709.84 manat gəlir vergisi hesablandığını, bu vergi hesablanan dövrün 2016-2017-ci illərin gəlir vergisini əhatə etdiyini, səyyar vergi yoxlaması aktının 8, 9, 10, 11-ci səhifələrində gəlir vergisi barədə hesablamaların qeyd olunduğunu, gəlir vergisini hesablanmasına əsas göstərilməməsini, aktın 4-cü səhifəsində isə Ali Məhkəməsinin 04.02.2020-ci il tarixli Qərardadı ilə iş üzrə icraata xitam verilməsinin qeyd olunmasını bildirərək, Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikası Vergi Məcəlləsini, “İnzibati icraat haqqında” qanunu tələblərini nəzərə alaraq və 24.04.2020-ci il tarixli, **********171888 saylı səyyar vergi yoxlaması aktının ləğv edilməsi xahiş edilmişdir. İşdə olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.06.2020-ci il tarixli, **********137099 nömrəli qərarın surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin 1-ci müavini kiçik vergi xidməti müşaviri X15, X11 (VÖEN **********) üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 24.04.2020-ci il tarixli, **********171888 nömrəli aktına və 02.06.2020-ci il tarixli, **********00900 nömrəli sənədə baxıb müəyyən edilmişdir ki, təyin olunmuş səyyar vergi yoxlaması Baş İdarənin 13.12.2018-ci il tarixli, **********838100 nömrəli xidməti məlumatına əsasən təyin edilmişdir. Yoxlama ilə əhatə olunan vergi dövrü: fevral 2016 – oktyabr 2018 Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən yoxlamanın predmetinə aid sənədlərin götürlməsi, müvafiq izahatların alınması mümkün olmamışdır. 19.12.2019-cu il tarixli, **********171891 nömrəli Tələbnamə və 17.01.2019-cu il tarixli **********174473 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar vergi ödəyicisinə təqdim olunmuş və vergi ödəyicisi tərəfindən müvafiq sənədlər təqdim edilmədiyindən “Sənədlərin təqdim olunmasından imtina edilməsi barədə” AKT tərtib olunmuşdur. Yoxlama zamanı yoxlanılan dövr üzrə bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı gəlirləri təsdiq edən rəsmi sənədlər yoxlamaya təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli, 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin çəkdiyi xərcləri (ƏDV nəzərə alınmadan) əsasında 2016 və 2017-ci illər üzrə gəlirləri müəyyən edildi. 2016-cı il üzrə hesablanmış 442 259.93 manat gəlirdən 20 % dərəcə ilə 88 451.99 manat gəlir vergisi hesablanmışdır. Yoxlama ailə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104-cü maddəsinin tələbləri pozulmaqla 2016-cı il üzrə glir vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 78 359.99 manat azaldılması müəyyən edilmişdir. 2017-ci il üzrə hesablanmış 203 273.25 manat gəlirdən 20 % dərəcə ilə 40654.65 manat gəlir vergisi hsablanmışdır. Yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104-cü maddəsinin tələbləri pozulmaqla 2017-ci il üzrə gəlir vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 36 348.73 manat azaldılması müəyyən edilmiş, 2016-cı il üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi bəyannamələrinin düzgünlüyü yoxlanarkən 1.12 manat kənarlaşma aşkar edilmiş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən gəlir vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, ümumilikdə 18 174.37 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. Vergi ödəyicisinin özünü müdafiəsi üçün gətirdiyi dəlillər və digər sənədlər: vergi ödəyicisi 30.04.2020-ci il tarixli **********512100 nömrəli, 01.05.2020-ci il tarixli **********825600 nömrəli, 01.05.2020-ci il tarixli **********356700 nömrəli, 04.05.2020-ci il tarixli **********352200 nömrəli, 04.05.2020-ci il tarixli **********635600 nömrəli, 06.05.2020-ci il tarixli **********893900 nömrəli, 08.05.2020-ci il tarixli, **********748500 nömrəli, 12.05.2020-ci il tarixli **********639200 nömrəli, 13.05.2020-ci il tarixli, **********937300 nömrəli məktublarla müraciət edərək, 24.04.2020-ci il tarixli, **********171888 nömrəli səyyar vergi yoxlaması aktı ilə razı olmadığını, gəlir vergisi hesablamalarının əsasının göstərilmədiyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 04.02.2020-ci il tarixli qərardadı ilə iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin səyyar vergi yoxlaması keçirilməsi üçün sənədlərin cavabdeh X5 götürülməsi tələbinə dair iş üzrə icraata xitam verildiyini bildirmişdir. Vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılması üçün vergi ödəyicisi və ya səlahiyyətli nümayəndəsi 02.06.2020-ci il tarixdə, saat 11:00-da Baş İdarəyə dəvət edilmişdir. Lakin, vergi ödəyicisi və ya səlahiyyətli nümayəndəsi səyyar vergi yoxlaması aktına baxılması üçün müzakirədə iştirak etməmişdir. Vergi ödəyəciyinin səyyar vergi yoxlaması aktına dair etiraz məktubları digər sənədlərlə birlikdə araşdırılmış və araşdırma zamanı etiraz məktublarında göstərilənlər öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq, X11 gəlir vergisi üzrə 114 709.84 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmənin 2-1(112)-1218/2021 saylı, 16.03.2021-ci il tarixli qərardadı ilə mübahisəli qərar ilə vergi məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı məzmunda suallar qoyulmuşdur: 1. 2016-2017-ci illər üzrə gəlir vergisi düzgün hesablanıbmı? 2. 2016-2017-ci illər üzrə gəlir vergisindən yayınmalar olmuşdurmu? Əgər olubsa nə qədər məbləğdə olub? 3. Gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırmı? 4. Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi) nədən ibarətdir? 5. Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birində əks olunmuş məbləğ ayrılıqda nə qədərdir və bu sənədləri hansı vergi ödəyiciləri təqdim (tərtib) etmişdir? 6. Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birinin əks etdirdiyi təsərrüfat əməliyyatının məzmunu ayrılıqda nədən ibarətdir? 7. Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması ididaçının tətbiq etdiyi kassa və ya hesablama metodunun tələblərinə uyğundurmu? 8. Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması vergi qanunvericiliyinin tələblərinə uyğundurmu? 9.Gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlər ciddi hesabat sənədləridirmi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmənin sözügedən qərardadının icrası ilə əlaqədar olaraq 9/2415 nömrəli, 30 aprel 2021-ci il tarixli ekspert rəyi təqdim edilərək, rəyin nəticə hissəsində göstərilmişdir ki, birinci və ikinci suallar üzrə: səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs X11 tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış 114709/84 manat məbləğində gəlir vergisi düzgün hesablanmamışdır. Üçüncü-doqquzuncu suallar üzrə: iş materiallarında fiziki şəxs X6 ayrı-ayrı vergi ödəyiciləri ilə apardığı əməliyyatlara dair gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri (gömrük bəyannamələrinin əlavələri, bank sənədləri, müqavilələri və s.) mövcuddur ki, həmin sənədlərin ciddi hesabat sənədləri olması və həmçinin həmin sənədlərin vergi ödəyicisinin tətbiq etdiyi metodun və vergi qanunvericiliyinin tələblərinə uyğun olması müəyyən olunur. Bununla yanaşı qeyd edilir ki, xərc sənədlərinin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğləri və əks etdirdiyi təsərrüfat əməliyyatının məzmunu (uzununa mişarlanmış meşə materialları, taxta, 6 mm-dən çox qalınlığı olan şalban başı birləşmələri olan və ya olmayan meşə materialları və s.) təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Həmçinin qeyd edilmişdir ki, 2016 – 2017-ci illər üzrə vergi ödəyicisinin xərcləri aşağıdakı kimi olmuşdur: - 2016-cı il üzrə xərc ----------- 2.428.646.50 manat (ƏDV-siz), - 2017-ci il üzrə xərc ---------- 926.889.70 manat (ƏDV-siz). Beləliklə sadalanan xüsusatlara hüquqi qiymət verərək, məhkəmə mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edərək, qeyd edir ki, cavabdeh tərəfindən mübahisəli qərarın qəbul edilməsi zamanı aparılan inzibati icraat zamanı maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, ilk öncə cavabdeh tərəfindən X11 üzrə 13.12.2018-ci il tarixli, **********171330 saylı, “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarla fevral 2016 – oktyabr 2018 vergi dövrü üzrə növbədən kənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama 24.04.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə başa çatmışdır. Cavabdeh səyyar vergi yoxlaması aktında səyyar vergi yoxlamasının müvəqqəti dayandırma və müddət uzadılması barədə qərarların olmasını göstərmişdir ki, həmin qərarlar məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edilməmiş, bununla da, sözügedən növbədənkənar səyyar vergi yoxlamasının müddətinin dayandırılması və müddət uzadılması barədə qərarların əsaslı olmasını müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə qarşı etiraz ərizəsində də, səyyar vergi yoxlamasının müddətinin uzadılmasına əsas olmuş hallar barədə mötəbər sübutlar göstərilməmişdir. Sadəcə qanunvericiliyin normaları sadalanmaqla kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələblərinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: - (38.3.5) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı qanunvericiliyin yuxarıda sadalanan normalarında göstərilən səyyar vergi yoxlaması müddətinin uzadılması ilə bağlı əsaslar müəyyən edilməmişdir. Digər tərəfdən, iş materiallarında eyni nömrəli, eyni dövrü əhadət edən, lakin, ayrı-ayrı tarixli və fərqli vergi məbləği müəyyən olunmuş səyyar vergi yoxlaması aktları (21.01.2020-ci il tarixli, **********171888 saylı və 24.04.2020-ci il tarixli, **********171888 saylı) mövcuddur ki, belə halın tədbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Bu isə, vergi orqanı tərəfindən qanunvericiliyin normalarının pozulması deməkdir. Bununla yanaşı, 24.04.2020-ci il tarixli, **********171888 saylı səyyar vergi yoxlaması aktında bundan əvvəl səyyar vergi yoxlamasının keçirilməməsi qeyd olunmuş, halbuki, iş materiallarında bu halı təkzib edən eyni nömrəli, eyni dövrü əhatə edən, lakin, ayrı-ayrı tarixli və fərqli vergi məbləği müəyyən olunmuş 21.01.2020-ci il tarixli, **********171888 nömrəli səyyar vergi yoxlaması aktı mövcuddur. Eləcə də, mübahisəli qərarın tərtib edilməsinə əsas olmuş 24 aprel 2020-ci il tarixl səyyar vergi yoxlaması aktında vergi ödəyicisinə 2016-cı il üzrə gəlir vergisi hesablanmışdır ki, həmin gəlir vergisi Vergi Məcəlləsinin 36.3 və 85.4-cü maddəsinin tələblərinə uyğun olaraq hesablanmamışdır. Belə ki, səyyar vergi yoxlaması son 3 ildən çox olmayan fəaliyyəti əhatə etməli olduğu halda, yoxlama ilə 24 aprel 2020-ci il tarixinə 2016-cı ilin gəlir vergisi hesablanmışdır. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bundan başqa, iş materiallarında X11 tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış 114 709.84 manat məbləğində gəlir vergisinin düzgün hesablanmaması və vergi ödəyicisinin 2016-cı və 2017-ci il üzrə ƏDV nəzərə alınmadan xərc məbləğlərinin müxtəlif olması barədə ekspert rəyi mövcuddur ki, məhkəmə həmin rəyi də, nəzərə alaraq, iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iş üzrə mübahisəli qərarla vergi məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən işin faktiki və hüquqi halları düzgün araşdırılmayaraq, iddiaçıya münasibətdə qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən, mübahisəli qərar əsassız olmaqla ləğv edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. Həmin Qanunun 17.2.7-ci maddəsinə görə yoxlamanın aparılması haqqında qərarda yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) göstərilir. Həmin Qanunun 18-ci maddəsinə görə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir. Yoxlamanın dayandırıldığı müddət yoxlamanın ümumi müddətinə daxil edilmir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 3.4-cü bəndinə görə reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (3.4.11) yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə), (3.4.16) yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanununun 24-cü maddəsinin tələblərinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanununun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli, 9/2415 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manatdır və iddiaçıdan 145 (yüz qırx beş) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında barədə” 09.06.2020-ci il tarixli, **********137099 nömrəli qərar ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğində pul iddiaçı X5 Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X9, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1218/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1218/2021
08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver