Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12190/2025 04.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X12 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon icra şöbəsinə qarşı “ziddiyətli və bir birinə zidd olan qanuni qüvvəsi məhkəmələr tərəfindən ləğv edilməyən dörd ədəd məhkəmə qərarlarının yekun icra qaydası ilə ali məhkəmənin yekun qərarının alınmasına kimi icranın dayandırılması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati məhkəmə icraatının mümkünlüyünün müəyyənləşdirilməsi məsələsinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon icra şöbəsinə qarşı “ziddiyətli və bir birinə zidd olan qanuni qüvvəsi məhkəmələr tərəfindən ləğv edilməyən dörd ədəd məhkəmə qərarlarının yekun icra qaydası ilə ali məhkəmənin yekun qərarının alınmasına kimi icranın dayandırılması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4.-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində göstərilmişdir ki, 2-(103)-4739/2024-013 saylı məhkəmə qərarını xx.xx.2025 -ci il tarixli Suraxanı rayon İcra Şöbəsinin qərarı faktiki istifadəçi kimi iddiaçının marağına ziddir. İddiaçı ailəsi ilə birgə yuxarıdakı ünvanda 20 ildən də çoxdur ki, daimi yaşayır. 20 il ərzində indiki tələbkar X25 oglu tərəfindən onun və ailəsinin bu ünvandan çıxarılmağı barədə qanuni qüvvəsini almış heç bir halda ləğv edilməyən 4 (dörd) ədəd birbirinə zidd olan məhkəmə qərarı mövcuddur. Belə ki, iddiaçı burda məskunlaşdıqdan sonra saxta mülkiyyət hüququ - çıxarış əldə edən tələbkar Həsənov N.F icarəsində olduğu bu qeyri yaşayış sahəsini pul borcu olduğu adamlara qeyri –rəsmi satmış onlar da öz növbəsində başqalarına qeyri resmi satmışlar. Mən də indi yaşadığım bu sahəni Həsənov N.F. özünün pul borcu qarşılığında satdığı X6 alaraq buranı mənzil kimi istifadə etmişdir. Sonradan DƏDRX- nin dələduz əməkdaşları ilə cinayət əlaqəsinə girən Həsənov N.F. 2012-ci ildə məskunlaşmadan 10 ildən də sonra RX ******* saylı saxta mülkiyyət hüququçıxariş əldə edib 3 dəfə iddiaçının və ailənin digər üzvlərinin burdan çıxarılması ilə bağlı 3 iddia, 1 halda da qarşıliqlı iddia qaldırmışdır ki, bu iddialarla bağli qəbul olunmuş bir birinə zidd olan müxtəlif məhkəmə qərarları mövcuddur. Bu da qanunvericik ve hüquq tədbiqi baxımından anomaliya və hüquqi xaos- hüquqi kolliziya yaradıbdir. Belə olan halda icra orqanı icranı mütləq dayandirmah, Az.Res.nın İcra haqqında Qanunun 31.4 cü maddəsinə əsasən Ali məhkəməyə icranın hüquqi əsasına aydınlıq gətirilməsi ilə bağlı vəsatət verməlidir Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçının iddiası mülki məhkəmə icratında baxılmış iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-4739/202024-013 nömrəli qətnaməsinin icrası üçün verilmiş icra sənədi üzrə Suraxanı rayon icra şöbəsində icraata başlanılmış icranın dayandırılması tələbindən ibarətdir. Belə ki, xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərarına əsasən, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuri X5 xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4739/2024 -013 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədini nəzərdən keşirərək müəyyən etdi: Tələbkar "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 aprel 2024-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin Tələbkar "xxxx" MMC-nin borclular X8 və başqalarına qarşı irəli sürdüyü “qeyri-yaşayış sahəsindən çıxarılma tələbi barədə iddiası təmin edilsin.İş üzrə borclular X9, X1, X24, X13, X10, X3, X4, X2, X14, kərimov Bəhruz Sərvan oğlu, X7, X17 və borcluların yetkinlik yaşına çatmamış uşaqlar tələbkar "xxxx" MMC –nin (Lalə) firmasının hüquqi varisi mülkiyyətində olan və ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalıdırlar.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
- 26. icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir - 29.1.tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. - 87.1. icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Burada qanunverici tərəfindən inzibati iddia olmayan şikayət nəzərdə tutulmuşdur. Belə ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlməmişdir və onların inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. İcra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən icra sənədi üzrə icraatı zamanı məcburi hərəkəti etmədikdə və ya qanuna zidd hərəkətləri etdikdə, həmin hərəkətləri məhkəmə qərarının icrası ilə bağlı olduğundan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamıdır, bu halda icra vərəqi Bakı İnzibati Məhkəməsi tərəfindən verilmədiyi üçün həmin hərəkətlərlə (hərəkətsizliklə) bağlı məsələyə inzibati mübahisə qaydasında Bakı İnzibati Məhkəməsində deyil, mülki işin davamı kimi şikayət formasında baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon icra şöbəsinə qarşı “ziddiyətli və bir birinə zidd olan qanuni qüvvəsi məhkəmələr tərəfindən ləğv edilməyən dörd ədəd məhkəmə qərarlarının yekun icra qaydası ilə ali məhkəmənin yekun qərarının alınmasına kimi icranın dayandırılması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hacıbəyova