Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12195/2023 07.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçın Barat qızının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydində soyadın Qarayevadan Piriyevaya, adın isə Aytəkindən Aytəkiyə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı Cavabdehnə qarşı “Cavabdehndə İddiaçı aid olan doğum akt qeydlərində “Qarayeva”dan “Piriyeva”ya düzəliş (dəyişiklik) edilməsi və həmin akt qeydlərində iddiaçının ata adının “Barat” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Azərbaycan Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, doğum akt qeydində soyadın Qarayevadan Piriyevaya, adın isə Aytəkindən Aytəkiyə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 07 noyabr 2023-cü il tarixli Qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1966-cı il tarixdə Zəngilan rayonunda anadan olmuş, müstəqillik əldə etdikdan sonra müxtəlif səbəblərə görə indiyə kimi şəxsiyyət vəsiqəsi almadığına görə, vəsiqə əldə etmək üçün müraciət etmişdir. Müraciət edilən zaman Cavabdeh arxivindən sənəd tələb olunmuşdur. Buna görə də Cavabdehnə müraciat edərək xx.xx.1997-ci il tarixdə tərtib edilmiş 07 nömrəli doğum haqqnda akt qeydində səhv qeyd olunmuş soyadının "Qarayeva"dan "Piriyeva"ya düzəliş (dəyişiklik) edilməsinə və atalığının müəyyən edilməsinin qeydə alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən müraciətinə baxılmış və 15 yanvar 2023-cü il tarixli imtina məktubu göndərilmişdir. Doğum haqqında akt qeydində olan yanlışlığın əsas səbəbi qeydiyyat kitabında soyadının yanlışlıqla anası X2 yazılması olmuşdur. Əslində isə bütün rəsmi sənədlərdə ad, soyad va ata adı düzgün qeyd olunmuşdur. İddiaçının soyadı anasının deyil, atası X1 götürülmüşdür. Doğum haqqında şəhadətnamə də adı İddiaçı kimi qeyd olunmuş və bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 16 yanvar 1967-ci il tarixli, 7 nömrəli lazımi qeyd edildiyi qeyd olunmuşdur. Eyni zamanda ad, soyad və ata adımı tasdiq edən digər sənədlərə isə 1983-cü ilə aid səkkizillik təhsil haqqında şəhadətnamə, 1985-ci ildə aldığım XİX-ЖГ N 596489 SSRİ pasportu, 1989-cu il tarixli dipom, 1990-cı ilə aid nikah haqqında şəhadətnamə, 1991-ci ilə aid qızı X4 doğum haqqında şəhadətnaməsi, 1997-ci ilə aid oğlu X5 doğum haqqında şəhadətnaməsində də qeyd edilmişdir. Dövlət Miqrasiya Xidmətinin 09 sentyabr 2022-ci il tarixli, ******* nömrəli, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” Qərarla onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyət hüququ da tanınmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Tədqiq edilmiş sübutlar.
HT-İ 545036 nömrəli diplomun surətinə əsasən, İddiaçı 1986-cı ildə Sumqayıt kimya texnologiya texnikomuna daxil olmuş və 1989-cu ildə tam kursu bitirmişdir. V- ЖГ 352110 nömrəli “Nikahın bağlanılması haqqında şəhadətnamə”yə əsasən, X13 ilə İddiaçı 10 mart 1990-cı ildə nikah bağlamışlar. XX-ЖГ 331365 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, X6 21 fevral 1996-cı ildə doğulmuş, ana qrafasında İddiaçı qeyd edilmişdir. AZ-İİ 251810 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən, X10 xx.xx.1971-ci ildə ölmüşdür. AZ-İİ 251809 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən, X11 xx.xx.1978-ci ildə ölmüşdür. Dövlət Miqrasiya Xidməti “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” 09 sentyabr 2022-ci il tarixli, ******* nömrəli Qərarına əsasən, 10 noyabr 1966-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 05Q-112/15 nömrəli məktubuna əsasən bildirilmişdir ki, doğum haqqında akt qeydində soyadın “Qarayeva”dan “Piriyeva”ya dəyişiklik (düzəliş) edilməsi və ya atalığın müəyyən edilməsinin qeydə alınmasına kifayət qədər əsaslar olmadığına görə və şöbənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi səlahiyyəti olmadığı üçün ərizələrin təmin edilməsi imkan xaricindədir.Göstərilənlərə əsasən məhkəmyəə müraciət edilməsi tövsiyə olunur. İddiaçı əlavə olaraq məhkəməyə XİX- ЖГ 596489 nömrəli Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportunun surətini, A3Б 010693 nömrəli, A3Б 010692 nömrəli, A3 ******* nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətlərini təqdim etmişdir. Məhkəmə sorğusu əsasında X3 Reystri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli, 3- 16-5/4-13-8240/2023 nömrəli məktubunda əsasən, İddiaçın Barat qızının doğumu haqqında akt qeydinin təsdiq edilmiş kserosurəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsi 43-cü polis bölməsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 46-6/2-12741 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, xx.xx.1996-cı ildə Zəngilan rayonu, Məmmədbəyli kəndində doğulmuş, ünvan 3 ünvanda müvəqqəti yaşayn İddiaçı barəsində Binəqədi RPİ-nin 43-cü PB-də heç bir təqsirləndirici və onun Azərbaycan Respublikası hüdudlarından kənara çıxması ilə əlaqədar hər hansı məhdudiyyət tədbirlərinin qoyulması barədə məlumat qeydə alınmamışdır. Məhkəmə sorğusu əsasında Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-37/2-22xxxx/2023 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı digər ölkələrdən deportasiya olunması, eləcə də hər hansı ölkəyə girişinin məhdudlaşdırılması barədə Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir. Məhkəmə sorğusu əsasında Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-38-33/2-3294/23 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhdə Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır.
İV. Məhkəmənin mövqeyi
7. Azərbaycan Respublikası Konstitusiyasının
- 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən - 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.2. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. - 26.3. Qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər. - 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. -26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır.
11. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən
- 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. -161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. - 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”na əsasən:
- 1.4. qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 7.2. bəndinə əsasən ad, ata adı və soyad dəyişdirildikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən bu barədə akt qeydi tərtib edilməklə qeydiyyat aparılır.
İşin faktiki hallarına əsasən ilkin vətəndaşlıq vəziyyəti aktı olan doğum haqqında akt qeydində iddiaçının soyadı “Qarayeva”, adı “Aytəkin” göstərilsə də, iddiaçıya məxsus digər sənədlərdə (şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənədlərdə, özünün və övladlarının doğum haqqında şəhadətnamələr) soyadı “Piriyeva”, adı “Aytəki” kimi qeyd edilmişdir. Sənədlərdə olan uyğunsuzluğu aradan qaldırılması üçün iddiaçı yetkinlik yaşına çatmış şəxs olduğundan yuxarıda istinad edilən normalara əsasən doğum haqqında akt qeydində soyadının “Qarayeva”dan “Piriyeva”ya, adın “Aytəkin”dən “Aytəki”yə dəyişdirilməsi tələbində haqlıdır.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
17. Məhkəmə yuxarıda qeyd edilən halları və qanunvericilik normalarını rəhbər tutaraq hеsаb еdir ki, iddia tələbi təmin edilməli, doğum akt qeydində soyadın Qarayevadan Piriyevaya, adın isə Aytəkindən Aytəkiyə dəyişdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. 14.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
15. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRАRА АLDİ:
İddia tələbi təmin edilsin. İddiaçı doğum akt soyadın Qarayevadan Piriyevaya, adın isə Aytəkindən Aytəkiyə dəyişdirilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа