Məhkəmə qərarları › İş №2-1(112)-12218/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12218/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12218/2023 24.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «müharibə əlili kimi mənzil növbəsinə götürülməsi ilə bağlı müvafiq sərəncamın verilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «müharibə əlili kimi mənzil növbəsinə götürülməsi ilə bağlı müvafiq sərəncamın verilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə müraciət edərək, yaşayış yeri üzrə müharibə əlili kimi mənzil növbəsinə götürülməsi ilə bağlı müvafiq sərəncamın verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nümayəndə ilə X3 birgə nikahından X7, X4, X5, X11 və İddiaçı dünyaya gəlmişdir. İddiaçı 2020-ci il tarixdə işğal olunmuş torpaqların azad olunması üçün keçirilən əməliyyatlarda fəal şəkildə iştirak edərək 6 medalla təltif edilmiş, yaralanaraq İİİ qrup dərəcəsində əlillik və müharibə veteranı statusu almışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə zəruri sənədləri təqdim etməklə müvafiq olaraq yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi haqqında ərizə ilə Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etmiş, lakin Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti onun mənzil növbəsinə qəbul edilməsindən imtina etmişdir. Belə ki, Cavabdeh xx.xx.2023-cü il tarixli cavab məktubunda imtinanı onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində son 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olmadığından xahişinin yerinə yetirilməsi mümkün deyildir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qannunvericiliyin tələblərinə ziddir və onun konstitusion hüququ pozulmuşdur. Ona görə də, mənzil hüququnun təmin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində keçmiş mülkiyyət hüquqlarının qeydiyyatı idarələrinin arxiv məlumatlarında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə baxışı iclası xx.xx.2023cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Bakı şəhəri Cavabdeh başçısının Aparatının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 5-21/2-14-170-174/23 nömrəli məktubunda bildirilmişdir ki, onun Cavabdehnə ünvanladığı müraciəti baxılmışdır. Müraciət ilə əlaqədar olaraq bildirilir ki, mövcud mənzil qanunvericiliyinə əsasən onun son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığından xahişinin yerinə yetirilməsi mümkün deyildir. Müvafiq qanunvericiliyə əsasən göstərilən tarixdən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilər; İş materiallarında olan xx.xx.1995-ci il tarixli 430186 nömrəli “Nikahın bağlanması haqqında” Şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə X8 arasında xx.xx.1995-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” X10 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05/09İS/075134-23 saylı arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Nümayəndə ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: xx.xx.1975-ci il təvəllüdlü X12 (arvadı), xx.xx.1995-ci il təvəllüdlü X7, xx.xx.1997-ci il təvəllüdlü X2 (qızı), xx.xx.1998-ci il təvəllüdlü X5 (qızı), xx.xx.2001-ci il təvəllüdlü İddiaçı (oğlu), xx.xx.2002-ci il təvəllüdlü X11 (qızı). İş materiallarında olan, iddiaşıya məxsus xx.xx.2019-cu il tarixli ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı Hüseynxan oğlu 2019-2021-ci illərdə hərbi xidmətdə olmuş və N nömrəli hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixdən Füzuli-Cəbrayıl-Şuşa istiqamətində olan döyüşlərdə iştirak etmiş və xx.xx.2020-ci il tarixdə yaralanmışdır. İddiaçıya məxsus hərbi biletdən görünür ki, o, xx.xx.2022-ci il tarixdə SHXÇDX-nin Yasamal rayon idarasi tərəfindən hərbi qeydiyyata alınıb. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzinin stasionar reabilitasiya kartasından çıxarışların surətindən görünür ki, İİ Vətən müharibəsi əlili, İİİ dərəcəli əlil İddiaçı müxtəlif dövrlərdə stasionar müalicə almışdır; - xx.xx.2019-cu il tarixli 114837 nömrəli ilk peşə-ixtisas təhsili haqqında diplomun surətindən görünür ki, İddiaçı 9 nömrəli Bakı Peşə Liseyində “kompüterlərin təmiri və xidməti üzrə texnik” istisası üzrə təhsil almışdır; - xx.xx.2001-ci il tarixli AZ-İ№122002 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuşdur; - məhkəmənin sorğusuna əsasən Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 769/g nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı Yasamal rayon ərazisində hansı tarixdən və hansı ünvanda qeydiyyatsız yaşaması barədə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyində məlumat yoxdur; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin “daşınmaz əmlakın dövlət reyestrindən” arayışlarından görünür ki, İddiaçı və ailə üzvlərinin adına Respublika ərazisində daşınmaz əmlak aşkar edilməmişdir. - xx.xx.2019-cu il tarixli ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı Hüseynxan oğlu 2019-2021-ci illərdə hərbi xidmətdə olmuş və N nömrəli hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixdən Füzuli-Cəbrayıl-Şuşa istiqamətində olan döyüşlərdə iştirak etmişdir; İş materiallarında olan sənədlərdən də görünür ki, N nömrəli hərbi hissənin komandiri tərəfindən Muradlılar ailəsinə “Təşəkkür məktubu” ünvanlayaraq, Muradın xidmət etdiyi hərbi hissədə özünü nizam intizamlı bir hərbi qulluqçu kimi göstərdiyi, komandiri və silahdaşları tərəfindən dərin hörmət qazandığını bildirmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Medalının Vəsiqələrindən görünür ki, İddiaçı; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 dekabr tarixli 2353 nömrəli Sərəncamı ilə - İ-4369 nömrəli “Cəsur döyüşçü” medalı, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2712 nömrəli Sərəncamı ilə - İ-17449 nömrəli “Xocavəndin azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2712 nömrəli Sərəncamı ilə - İ-20697 nömrəli “Cəbrayılın azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2712 nömrəli Sərəncamı ilə- İ-23084 nömrəli “Füzulinin azad olunmasına görə medalı, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2712 nömrəli Sərəncamı ilə- İ-9475 nömrəli “Şuşanın azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə- “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-17-7/2-M-7218/2023 nömrəli Arayışından görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ qrup əlilliyə görə 150 (bir yüz əlli) manat sosial müavinət və 330 (üç yüz otuz) manat məbləğində Prezident təqaüdü alır. (Təyinatın bitmə tarixi: Sosial müavinət – xx.xx.2026-cı il; Prezident təqaüdü – xx.xx.2026-cı il) İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Əlil və ya sağlamlıq imkanları məhdudluğu müəyyən edilməsi barədə məlumatından görünür ki, xx.xx.2021-ci il təvəllüdlü İddiaçı 3-cü dərəcə əlillik təyin edilərək, Diaqnozun mətni: partlayış travması 05.10.20. Hər iki sağrı nahiyyəsinin, sağ budunun qəlpə yaralanması, Sağ oruraq sinirin postravmatik zədələnməsi ilə dərin distal parezə səbəb olan nəticəsi, sağ oturaq sümüyün qəlpəli,yerdəyişmiş, açıq sınığa görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, metal qəlpələrin xaric edilməsi və konservativ müalicədən sonrakı oturaq sümüyün kafi bitişmiş sınığı və dartıcı bərkimiş dəri çapıqları. Yumuşaq toxumaların, yad cisimlərin (metal qəlpələr). Partlayış travması (xx.xx.2020) Sağ bud-çanaq oynağının çapıq əzələ mənşəli kontrakturası təyin edilərək, Əlillik səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, Əmək zəmanəti: Yüngül oturaq işlərdə işləyə bilər- bu məlumat şəxsin sonuncu müayinə aktından görülmüşdür. İş materiallarında olan Bakı şəhəri Yasamal bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 602 nömrəli Arayışından görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olanlar İddiaçı, atası Nümayəndə, anası X12, bacısı X13, X5 həqiqətən Yasamal Bələdiyyəsindən torpaq sahəsi almamışlar. İş materiallarında olan, Bakı şəhəri Yasamal rayon Polis İdarəsi QVŞV şöbəsi tərəfindən verilmiş “Müvəqqəti qeydiyyat vəsiqəsindən” görünür ki, İddiaçı (iddiaçı) ailə üzvləri ilə birlikdə ünvan 6 ünvanında yaşayırlar. İş materiallarında olan “X24” MTK-nın xx.xx.2022-ci il tarixli 122 nömrəli Arayışından görünür ki, Muradov X1 rayonu, Moskva prospekti, 3168-ci məhəllə ünvanında yerləşən “X24” MTK-da çoxmərtəbəli yaşayış binalarından 45 saylı binanın 43cü mənzilində 15 fevral 2020-ci ildən bu günədək kirayədə yaşayır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə X14 məxsusdur. İş materiallarında olan, Azərbaycan Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X9 (iddiaçının bacısı) xx.xx.2022-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-nin Sosial işin təşkili kafedrasında müəllim vəzifəsində işləyir. İş materiallarında olan, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X12 (iddiaçının anası) xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək Bakı şəhərində "xxxx" MMC-də təndir ustası vəzifəsində çalışır. İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli Arayışlarda qeyd edilmişdir ki, İddiaçı və ailə üzvlərinin adına Respublika ərazisində daşınmaz əmlak aşkar edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının ünvan 9 ünvanda qeydiyyatda olmasını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini məhkəmə mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin araşdırılmış halları və iş materialları ilə müəyyən edilir ki, İddiaçı müharibə iştirakçısı və müharibə əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması tələbi ilə Cavabdehnə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, mövcud mənzil qanunvericiliyinə əsasən sizin son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığınızdan xahişiniizin yerinə yetirilməsi mümkün deyildir. Müvafiq qanunvericiliyə əsasən göstərilən tarixdən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərsiniz. Cavabdeh tərəfindən verilmiş cavabdan razı qalmayan iddiaçı məhkəməyə müraciət edərək, onun müharibə iştirakçısı və müharibə əlili kimi mənzil növbəsinə götürülməsi öhdəliyinin Cavabdehn həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, cavadeh inzibati orqan imtina məktubunda mənzil qanunvericiliyinin konkret maddəsinə istinad göstərilməsə də, Mənzil Məcəlləsinin 52-ci maddəsindən çıxış edərək (5 il) mövqeyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı] İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vİİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikasının Konstitusiyasın Keçid Müddəalarına 6-cı bəndinə əsasən Bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli xalq Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikasının Konstitusiyasın Keçid Müddəalarına 8-ci bəndinə əsasən. Bu Konstitusiyanın qəbul edildiyi günədək Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanunlar və başqa normativ hüquqi aktlar bu Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlayır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrinin verildiyi təsbit edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 3. Mənzil hüquqlarının məhdudlaşdırılması 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. 3.2. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Maddə 10. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələri 10.0. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: ... 10.0.3. sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi əsaslarını və qaydasını müəyyən etmək; ... 10.0.6. kateqoriyaları qanunvericiliklə müəyyənləşdirilən və yaşayış sahələrinə ehtiyacı olan vətəndaşlara dövlət mənzil fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən etmək; Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması ... 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X6 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X6 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. ... 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir. Maddə 31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Mənzil-məişət şəraitinin yaxşılaşdırılması Veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın (cavabdehin) üzərinə düşür. Göründüyü kimi, mənzil növbəsinə alınma ilə bağlı müvafiq inzibati aktın (sərəncamın) qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdeh inizbati orqan olan Cavabdeh üzərində olduğundan iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətlərə yol verdiyini sübut etmək vəzifəsi də onun üzərinə düşür. Məhkəmə araşdırması zamanı da cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair heç bir etiraz ərizəsi məhkəməyə təqdim edilməmişdir. Beləliklə də məhkəmə hesab edir ki, Cavabdeh imtina dəlili əsassızdır, belə ki, həmin dəlil sırf ehtimal və formal xarakterlidir, imtina dəlili heç bir mötəbər sübutla təsdiq olunmur. Əlavə olaraq yuxarıda qeyd edilənlərə əsasən məhkəmə bildirir ki, iddiaçının Bakı şəhərində müvəqqəti qeydiyyata alınaraq, yaşamasına əsas Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti olmamışdır. Belə ki, yuxarıda sadalanan sənədlərdən də görünür ki, iddiaçı və ailə üzvləri uzun illərdir ki, Bakı şəhərində yaşayırlar. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçının anası X12 xx.xx.2016-cı il tarixdən hal-hazıradək Bakı şəhərində "xxxx" MMC-də təndir ustası, bacısı isə X7 xx.xx.2022-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-nin Sosial işin təşkili kafedrasında müəllim vəzifəsində çalışır. Göründüyü kimi, iddiaçının uzun müddət bundan əvvəl, yəni 15 yaşından (2016-cı ildən) Bakı şəhərində yaşadığı müəyyən olunmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ailə üzvləri olan anası, atası və bacıları ilə birgə təsərrüfat aparmaqla yanaşı köməyə və qulluğa ehtiyacı olan şəxsdir. Məhkəmə eyni zamanda cavabdeh inzibati orqanın imtina dəlili olaraq qeyd etdiyi Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verməsi dəlili ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının hərbi xidmətə gedib əlil olacağı və sağlamlıq imkanı məhdud olaraq ailə üzvlərinin köməyinə ehtiyacı olan şəxs kimi nə vaxtsa mənzil növbəsinə alınacağını əvvəlcədən düşünüb proqnozlaşdıra bilməzdi. Əlavə olaraq məhkəmə bildirir ki, iddiaçının və onun ailə üzvlərinin adına hər hansı daşınmaz əmak qeydiyyata alınmamışdır. Beləliklə də iddiaçının yaşayış yeri üzrə pasport qeydiyyatının formal xarakter daşımaqla, faktiki yaşayış yerinin Bakı şəhəri olmaqla yanaşı onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətlərə yol verdiyi sübuta yetirilmir. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin” Nümunəvi Qaydaları təsdiq edilmişdir.

1. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və dövlət, ictimai mənzil fondu evlərində yaşayış sahələri verilməsi ictimai nəzarət altında həyata keçirilir.

2. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar — mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər.

4. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Respublikanın rəhbər orqanlarının qərarı ilə başqa yerə işə keçirilən işçilər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna həmin yaşayış məntəqəsində yaşamaq müddətindən asılı olmayaraq, hər bir ayrı halda rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə götürülə bilərlər. Böyük Vətən müharibəsi əlilləri, həlak olmuş və ya xəbərsiz itkin düşmüş döyüşçülərin (partizanların) ailələri və müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslər üçün, habelə vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi dövründə və SSRİnin müdafiəsi üzrə digər döyüş əməliyyatları zamanı döyüşən ordu tərkibində olmuş şəxslər, vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi partizanları, habelə SSRİ-nin müdafiəsi üzrə döyüş əməliyyatlarında iştirak etmiş başqa şəxslər üçün, eyni müəssisədə, idarədə, təşkilatda azı 15 il, əmək şəraiti zərərli olan işlərdə isə azı 10 il işləmiş və vicdanla işləməkdə olan şəxslər üçün müvafiq yerli xalq deputatları Sovetləri mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sırasına onların aid edilməsinin güzəştli şərtlərini nəzərdə tuta bilərlər. Vətəndaşlar SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə nəzərdə tutulan başqa əsaslara görə də mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan sayıla bilərlər.

6. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 10.2. Normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. 10.4 Eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalar və Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş Qaydalar öz hüquqi qüvvəsini 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyaya zidd olmayan hissədə öz hüquqi qüvvəsini saxlayır. Həmin Qaydalardakı Bakı şəhərində 5 il daimi yaşamaq tələbi Konstitusiyaya zidd olduğundan Konstitusiyanın Keçid müdəalarının 8-ci bəndinə uyğun olaraq hüquqi qüvvəsi yoxdur. Həmçinin, Konstitusiya ilə təsbit edilən hüquqlar, o cümlədən mənzil hüququ "5 il daimi yaşama” kimi tələblərlə məhdudlaşdırıla biməz. Bundan əlavə, AR Mənzil Məcəlləsinin 3.2-cü maddəsinə görə vətəndaşların yaşamaq üçün sərbəst yaşayş sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsində isə, vətəndaşların mənzil uçotuna götürülməsi üçün ümumiyyətlə, daimi yaşaması tələbi yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı əlil kimi mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh qanunvericiliyin tələblərinə əsasən müraciətin təmin edilməsindən imtina edərək yuxarıda qeyd edilən normaların tələblərini pozmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının adına hər hansı başqa daşınmaz əmlak (ev və ya ev tikmək üçün torpaq sahəsi) olması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmadığından və beləliklə də iddiaçının mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olduğu müəyyən olduğundan, həmçinin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü dərəcə əlilliyi müəyyən olunduğundan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətlərə yol verdiyi sübut yetirilmədiyindən yuxarıda qeyd edilən qanunvericiliyin normalarına uyğun olaraq, Cavabdeh imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı müharibə əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə (uçota) alınması barədə sərəncam vermək vəzifəsi Cavabdehnə həvalə olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə əlili kimi (üçüncü dərəcə əlil kimi) yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə (uçota) alınması vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar