Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12220/2024 07.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması tələbinə dair iddiası üzrə inzibati işə 7 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X2 yaşa görə əmək pensiyası təyin edilərək müvafiq məbləğdə ödənişlər edilmişdir. X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Lakin bu barədə vaxtında məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına noyabr ayı üzrə əmək pesiyası köçürülmüşdür. Həmçinin, “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən X1 dəfn xərci əlaqədar əmək əmək pensiyası yenidən hesablanmış və X1 ölümündən sonra kart hesabına köçürülmüş pensiya məbləğindən 600 manat dəfn xərci çıxılmışdır. İddiaçı cavabdehə 25 may 2022-ci il tarixdə məktubla bildirmişdir ki, ““Əmək pensiyaları haqqında 37.8.1-ci maddəsinə əsasən əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısının vəfat etdiyi gündən dayanır. Mərkəzi Filial tərəfindən əmək pensiyası ödənilən X3 26 oktyabr 2021-ci il tarixində vəfat etmiş, lakin vaxtında Mərkəzi Filiala məlumat verilmədiyindən onun müvafiq kart hesabına noyabr ayı üzrə əmək pensiyası tam məbləğdə köçürülmüşdür. 2021-ci ilin noyabr ayı üzrə ümumilikdə 723.88 manat mərhuma məxsus kart hesabından götürülmüşdür. Mərkəzi Filiala dəfn müavinətinin alınması ilə bağlı müraciətinizə əsasən yuxarıda qeyd olunan Qanunun 42.2-ci maddəsinə uyğun olaraq sizə ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 723.88 manat məbləğindən çıxılmış, qalan 123.88 manat məbləğində pul vəsaiti isə bugünədək Mərkəzi Filialın hesabına qaytarılmışdır. Qeyd olunanlara əsasən artıq ödənilmiş 123.88 manat borc məbləğinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılmasını xahiş edirik. Əks halda tərəfimizdən məhkəmədə iddia qaldırılacaqdır”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazı və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 123.88 manat dövlət vəsaitinin iddiaçının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni Mərkəzi Filiala vaxtında təqdim etmədiyindən, onun müvafiq kart hesabına xx.xx.2021-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Adıçəkilən şəxs tərəfindən 723.88 (yeddi yüz iyirmi üç manat səksən səkkiz qəpik) manat mərhuma məxsus kart hesabından götürülmüşdür. Həmçinin , X1 vəfa etməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq Cavabdeh ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 723.88 manat məbləğindən çıxılmış, qalan 123.88 manat məbləğində pul vəsaiti isə bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə icasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə icasında cavabdeh izahatında kartda vəsitin köçürüldüyünü bildirdi. İddiaya etiraz etmədiyini, pulu ödəməyə hazır olduğunu bildirdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İrəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Belə ki, hazırki iddianın növü İPM-in 2.2.7-ci maddəsinə nəzərdə tutulmuş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddiadır. Belə iddialarda isə inzibati orqanın iddiaçı kimi çıxış etməsi mümkündür. Bu cür yanaşma “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli 10 № li qərarında ifadə edilmiş hüquqi mövqedən irəli gəlir. Həmin qərarın 10-cu bəndində qeyd edilmişdir ki, ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Baxılan işdə də, inzibati orqan olan iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsində təsbit edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndəririlməyən hallarına görə cavabdehin əmisi X2 yaşa görə əmək pensiyası təyin edilərək müvafiq məbləğdə ödənişlər edilmişdir. X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Onun ölümü barədə cavabdeh tərəfindən iddiaçıya vaxtında məlumat verilmədiyindən, noyabr ayı üzrə tam şəkildə artıq pensiya ödənilmişdir. Cavabdeh iddiaçıya müraciət edərək, mərhum Məmmədrza Əliyevin vəfat etməsini bildirmiş və dəfn xərcinin ona ödənilməsini xahiş etmişdir. İddiçı isə artıq ödənilmiş 723.88 manat pensiya məbləğindən 600 manat dəfn xərcini çıxmışdır. Hazırda iddiaçı cavabdehdən artıq ödənilmiş yerdə qalan 123.88 manat pulu tələb edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 37.1. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; ... 38.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İşin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən mərhum Məmmədrza Əliyevə əmək pensiyası təyin edilmiş, sonuncu hər ay mütəmadi olaraq əmək pensiyası almış, xx.xx.2021-ci il tarixdə vəfat etmiş, cavabdeh ölüm haqqında şəhadətnamənini iddiaçıya təqdim etməmiş, nəticədə iddiaçı bu barədə məlumatlı olmamış, cavabdehə məxsus kart hesabına xx.xx.2021-ci il tarixinədək əmək pensiyası tam məbləğdə (723.88 manat) köçürülmüşdür. İddiaçı yalnız cavabdehin dəfn xərcinin ödənilməsi ilə bağlı müraciətindən sonra bu barədə məlumatlı olmuşdur. İşin göstərilən halları cavabdehin etirafı ilə təsdiq edilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh artıq ödənilmiş 123,88 manat dövlət vəsaitinin geri ödənilməsini təmin etmədiyindən iddiaçı həmin vəsaitin iddiaçının hesabına ödənilməsini tələb etməkdə haqlıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Artıq ödənilmiş 123,88 manat vəsaitin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyi Cavabdeh həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-12220/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12220/2024
07.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver