Məhkəmə qərarları › İş №2-1(112)-12221/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12221/2023

07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12221/2023 07.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «qərarın ləğv edilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü ildən etibarən azaldılmış əmək pensiyasının əvvəlki vəziyyətinə bərpa edilməsi, azalma nəticəsində ötən aylar üzrə yaranmış fərq məbləğlərinin ödənilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı uzun illər dəniz platformasında neft sənayesi sahəsində çalışmışdır. Əməyinin nəticəsi olaraq 2008-ci ildə 50 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya hüququ əldə etmişdir. Qanunvericiliyin köhnə müddəalarına əsasən xx.xx.1997-ci il tarixədək həm ümumi sahə üzrə azı 20 il staj tələbini, həm də zərərli sahə üzrə azı 10 il staj tələbini ödəyir. Bununla da, o, yuxarıda qeyd etdiyi tarixdə əmək pensiyası hüququ əldə etmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı onun əmək pensiyasının məbləğini xx.xx.2023-cü il tarixdən etibarən kəskin şəkildə azaltmış və bunu onunla əsaslandırmışdır ki, pensiya hüququ 2008-ci ildə deyil 2010-cu ildə yaranmalı idi. Həmçinin, xx.xx.2010-cu ildən qanunvericilikdə baş tutan dəyişikliklərin nəticəsində pensiya məbləğini əməkhaqqının müvafiq faizinə əsasən deyil, staj hesablamasına əsasən etmişdir. Nəticədə, pensiya ödənişimdə ciddi şəkildə azalma müşahidə edilmişdir. Üstəlik, pensiya ödənişini azaltmaqları azmış kimi əlavə olaraq son 3 ilin artıq ödəməsini də öhdəliyinə qoymuşdurlar. İddiaçı bunu tamamilə yanlış hesab edir. 15 il ərzində müvafiq yoxlamalardan keçərək heç bir nöqsan aşkarlanmadığı halda bunun indi baş verməsi səhv və qanunaziddir. X2, eləcə də Nazirliyin müvafiq audit bölməsi bu xarakterli işləri yoxlayıb müsbət rəy verdiyi halda indiki atılmış addım tamamilə çaşdırıcı və yanlışdır. Eləcə də indiyədək məhkəmə orqanları xx.xx.1997-ci il tarixədək həm ümumi, həm zərərli staj tələbini ödəyənlərin 50 yaşdan hüququnu bərpa edib. Deməli, belə çıxır ki, son on beş il ərzində bütün məhkəmə orqanlarının qərarı yanlış oldu, tək bu İdarənin qərarı düzgündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək iddia tələbində dəqiqləşmə apararaq “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli “Əmək pensiyalarının yenidən hesablanması haqqında” 3-17-1/3-3-10504/2023 saylı qərarının ləğv edilməsi” kimi qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-12221/2023 nömrəli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənləri müdafiə edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövr üzrə müəyyən edilmiş əmək pensiyasının baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyası tərəfimizdən qanunauyğun olaraq aşağıdakı qaydada hesablanıb. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 29 il 1 ay 7 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 34,35 manat (29,10 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 53,24 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 17278,56 manat sığorta kapitalına uyğun 119,99 (17278,56:144) manat və baza hissəsi (85,00 manat) əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixinə 258,23 (53,24+119,99+85,00) manat məbləğində əmək pensiyası müəyyən edilib (xx.xx.2014-cü il tarixinədək indeksləşdirilməklə 304,54 manat). Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Belə ki, iddiaçının xx.xx.2014-cü il tarixində işdən azad olmağı ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 13110,52 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (13110,52 : 97 ay (144 ay-47 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı))=135,16 manat) yenidən hesablanaraq 304,54 manatdan 439,70 manata artırılıb. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 103167,38 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. İddiaçının pensiya hüququna yuxarıda göstərilən əsaslarla yenidən baxılması məqsədilə tərəfimizdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada inzibati icraata başlanılıb. Bu məqsədlə sözügedən Qanunun tələblərinə uyğun olaraq, iddiaçının mülahizələrinin dinlənilməsi üçün onun iştirakı ilə 23 may 2023-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə ona ətraflı məlumat verilməklə mülahizələrinizin dinlənilməsinə dair birgə akt tərtib olunub. Daha sonra onun əmək pensiyasının yenidən hesablanması haqqında qərar qəbul edilib. Belə ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Eyni zamanda bildirlirk ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada - “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmçinin şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui- istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləri olduğuna görə, birinci instansiya məhkəməsi hazırkı iş üzrə “etimadın qorunması prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad edərkən həm də qeyd edilənləri nəzərə almamışdır. Əlavə olaraq bildirilir ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, 67.5-ci maddənin ilkin şərtlərinin ödənilib- ödənilmədiyini yoxlasınlar. Başqa sözlə qanunsuz əlverişli inzibati akt “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşıdırılmaqla qərar qəbul edilməlidir. Bu nöqteyi- nəzərdən yanaşdıqda görürük ki, 67.5-ci maddədə etimad hüququna istinad edilə bilməyən halları müəyyən edən şərtlər də nəzərdə tutulur. Məhkəmələr təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərarlar qəbul edərkən həmin istisna halları da hər bir halda nəzərə almalıdırlar. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı bu qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın məzmununa görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda maddi hüquq normaları cəhətdən iddiaçının pensiya təyinatı düzgün aparılmadığından, inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarı formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Əlavə olaraq bildirilir ki, iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən 766,29 manat, 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 878,93 manat təşkil edir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-F-147544/2023 nömrəli məktubunda aşağıdakılar qeyd edilmişdir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Araşdırma zamanı, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşınızın tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşınızın tamam olduğu xx.xx.2008-ci il tarixindən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, sizə əmək pensiyası tərəfimizdən aşağıdakı qaydada hesablanıb. Belə ki, pensiya işinizə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək sizin ümumi iş stajınız 29 il 1 ay 7 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajınıza uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanızın sığorta hissəsi 34,35 manat (29,10 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 53,24 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyiniz dövr ərzində fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 17278,56 manat sığorta kapitalına uyğun 119,99 (17278,56:144) manat və baza hissəsi (85,00 manat) əlavə edilərək pensiya hüququnuzun yarandığı xx.xx.2010- cu il tarixinə 258,23 (53,24+119,99+85,00) manat məbləğində əmək pensiyası müəyyən edilib (xx.xx.2014-cü il tarixinədək indeksləşdirilməklə 304,54 manat). Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2014-cü il tarixində işdən azad olmağınız ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğunuz dövrdə qazandığınız 13110,52 manat sığorta kapitalına görə əmək pensiyanız “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (13110,52 : 97 ay (144 ay-47 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz tarixədək işlədiyiniz ayların sayı))=135,16 manat) yenidən hesablanaraq 304,54 manatdan 439,70 manata artırılıb. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla sizə 103167,38 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 103167,38 manatın əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığınızı mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyinizi xahiş edirik. Əks halda qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək. Həmçinin iştirakınız ilə 23 may 2023-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə sizə ətraflı məlumat verilməklə mülahizələrinizin dinlənilməsinə dair birgə akt tərtib olunub. Əlavə olaraq bildiririk ki, əmək pensiyanız “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən 766,29 manat, 29.1- ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 878,93 manat təşkil edir; - “Bayıl Liman” X7 İdarəsinin xx.xx.2008-ci il tarixli 29-03/177 nömrəli güzəştli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən «Xəzərdənizneftqaz» İstehsalat Birliyinin Xüsusiləşdirilmiş X3 Kəşfiyyat Qazma İdarəsində xx.xx.1989-cu il tarixdən (xx.xx.1989-cu il tarixli 252-k saylı əmr) - xx.xx.1995-ci il tarixədək (xx.xx.1995-ci il tarixli 31-k sayh əmr) «Kaspmorneft» YÜQQ-da , tam iş günü ilə, 5-ci dərəcəli Neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazma köməkçisi vəzifəsində işləmişdir. İdarə hal-hazırda Kompleks qazma işləri trestinin «Bayıl Limanı» X7 İdarəsi adlanır.

s Ə\k İşlədiyi tarix İşlədiyi müddət Vəzifəsi, İxtisasın kodu s Qeyd. İl ay gün

№-si

1. 9-11 xx.xx.1989İ1 05 10 07 1100000 «a» — 11297 -Neft və qaz üçün istismar xx.xx.1995İ1 və kəşfiyyat qazma quyularının qazmaçıları.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Əmr-Qərarının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin göstəricilərinin təsdiq edilməsi haqqında olan 1 №-li siyahının X -cu bölmənin «a» bəndinə əsasən dəniz neftçisi kimi güzəştli şərtlərlə pensiya təyin edilməsinə icazə verilir. 05 il 10 ay 07 gün təşkil edir. Arxiv sənədi 1995-ci il T-2 şəxsi vərəqəsinə əsasən verilir. «Xəzərdənizneftqaz» İstehsalat Birliyinin 10 mart 1993-cü il 78 №li əmrinə əsasən 01 aprel 1993-cü il tarixindən idarənin adı dəyişdirilərək X4 Qazma İdarəsi adlandırılmışdır. xx.xx.2003-cü il tarixdən ARDNŞ-nin 28 saylı və «Azneft» İB-nin strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2003-cü il tarixli 8 №li əmri ilə X4 Qazma İdarəsi Qazma sexi kimi «Bayıl Limanı» DKQİ-nin tərkibinə verilib; -X9 İdarəsinin xx.xx.2008-ci il tarixli 04/5583 nömrəli güzəştli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən X10 İşləri İdarəsində xx.xx.1979-cu il tarixdən (Əmr № 122-k, xx.xx.1979-cu il) xx.xx.1989-cu il tarixədək (Əmr № 115-k, xx.xx.1989-cu il) qazmaçıköməkçisi peşəsində işləmişdir. X10 İşləri İdarəsi ləğv edilib, onun bazasında X5 Təmiri İdarəsi yaradılıb. (Dənizdə Neft və Qaz Çıxarma İB-nin əmri № 58, xx.xx.1996-cı il) X5 Təmiri İdarəsi ləğv edilib onun bazasında X8 İşləri İdarəsi yaradılıb. (Dənizdə Neft və Qaz Çıxarma İB-nin Əmr № 111,xx.xx.1998-ci il) X8 İşləri İdarəsi qazma sexi kimi "Abşeronneft" X11 İdarəsinin tərkibinə verilmişdir. ("Azneft” İB-nin əmri № 244,xx.xx.2004cü il) "Azneft” İB-nin xx.xx.2006-cı il tarixli 349 saylı əmrinə əsasən qazma sexi Abşeron Qİİ-nin tərkibinə verilmişdir. Odur ki, arxiv bazası bizim idarədə yerləşdiyi üçün İddiaçı şəxsi işi bizim idarədədir və onun şəxsi işindən götürülmüş məlumata əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 1 saylı siyahısına əsasən (xıı. 1.Qazma 1100000а-11297) güzəştli şərtlərlə təqaüd almaq imkanına malikdir, güzəştli əmək stajı - 09 il 10 ay, 23 gündür. Əsas: əmək kitabçası, T - 2 şəxsi vərəqəsi, əmrlər kitabı; -xx.xx.1984-cü il tarixli ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur; -xx.xx.1976-cı il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1974-2011-ci illərdə müxtəlif müəssisələrdə işləmişdir; -Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-197008/2023 nömrəli məktubu ilə İddiaçı pensiya işinə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir; - DSMF-nin İri sığortaedənlərlə İş üzrə departamentin sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə xx.xx.2015-ci il tarixli 99/xx/xx-3331 nömrəli arayışının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı SSN: (**********776) xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək 8 il sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 29.317,43 manat pensiya kapitalı vardır.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 2.2.1-ci və 32.1-cü maddələri). İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını (ünvan 1 işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iddiaçıya Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Qaradağ rayon Şöbəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə iddiaçıya 50 yaşdan, yəni xx.xx.2008-ci il tarixdən orta əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli yenidən hesablama barədə qərarı ilə iddiaçının pensiya hüququnun yarandığı tarix 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixə çəkilmiş, yenidən hesablama nəticəsində iddiaçının aylıq əmək pensiyası 4284,53 manatdan 878,93 manata yendirilmişdir. Cavabdehin mövqeyinə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən orta əməkhaqqına əsasən hesablanaraq təyin edilmişdir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmış və nəticə etibarı ilə 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Yəni 1 avqust 1997-ci il tarixinədək ümumi və güzəştli iş stajını tamamlamış, lakin 50 yaşı tamam olmamış şəxslərə həmin tarixdən sonra sözügedən dəyişikliyə uyğun olaraq 52 yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçının mövqeyinə görə 01 avqust 1997-ci il tarixədək 20 il ümumi və 10 il güzəştli iş stajı tamam olduğundan onun pensiya hüququ 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən yaranmışdır. Odur ki, cavabdehin pensiyanın yenidən hesablanması ilə bağlı qərarı əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.1997-ci il tarixdə dəyişiklik edildikdən sonra 2000-ci ilin avqustun 1-dək yaş hədləri hər il 6 ay artırılmış, xx.xx.2000-ci ildən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə kişilər-52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini zərərli işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşlar. Qeyd olunmalıdır ki, ƏPQ-nin istinad olunan 9.8-ci maddəsi əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş yaşa və staja görə tələbləri nəzərdə tutarkən ƏPQ qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək qüvvədə olan Qanunu nəzərdə tutur ki, bu da “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2005-ci il tarixə qüvvədə olan redaksiyasıdır, hansı ki, həmin Qanunda 1 nömrəli siyahıda nəzərdə tutulmuş işlərdə işləyən şəxslərin 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun olması təsbit olunmuşdur. Belə ki, xx.xx.2006-cı ildə aparılan pensiya islahatları çərçivəsində qüvvəyə minən və yeni pensiya sistemini müəyyən edən ƏPQ-nin qəbul edilməsi ilə pensiya təyinatında köklü dəyişikliklər edilmiş, bu zaman ƏPQ-yə daxil edilən Qanunun 9.8-ci maddəsi həmin tarixədək, yəni xx.xx.2006-cı il tarixədək olan təminatların qorunub saxlanılması məqsədi daşımışdır. Başqa sözlə, ƏPQ-nun 9.8-ci maddəsi məhz əvvəlki qanunla (“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun son redaksiyasına uyğun) qazanılmış hüququn saxlanılmasına təminat vermək məqsədi daşıyır, ƏPQ-nun qəbul edilməsindən 10 il əvvəl qüvvədə olmuş və qüvvəsini itirmiş xx.xx.1997-ci il tarixədək olan təminatların deyil. Qanuna 9.8-ci maddənin daxil edilməsi ilə qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri gözlənilmişdir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsi və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməməzliyində əminlik yaratmaq məqsədi daşıyır. O da qeyd edilməlidir ki, bu yanaşmanın əksi həm ƏPQ-nin 9.8-ci maddəsinin təsbit edilmə məqsədinə, həm də 1 nömrəli siyahı üzrə xx.xx.1997-ci ildən xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya təyin edilən şəxslərin hüquqlarına zidd olmaqla, hüquq bərabərliyi prinsipinin pozulması deməkdir. Yəni, xx.xx.1997- xx.xx.2005-ci illər arasında 50 yaşı tamam olan şəxslərlə, xx.xx.2006-cı ildən sonra 50 yaşı tamam olan şəxslər arasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatında fərqləndirmə aparılması legitim məqsədlərə xidmət etmək, istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsindən məhrumdur. Məsələn: Mübahisəli dövrə qayıdaq. xx.xx.1997-ci il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün pensiya təyinatını həyata keçirən orqana müraciət edən şəxsin hüquqi vəziyyətində Qanunun həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən 3 şərtin ödənilib-ödənilməməsi yoxlanılırdı: 20 il ümumi, 10 il güzəştli iş stajının toplanması və 50 yaş həddinə çatma. Göstərilən 3 şərtdən birinin ödənilmədiyi, o cümlədən 50 yaşı tamam olmadığı təqdirdə şəxsə 1 nömrəli siyahı üzrə 13-cü maddənin a bəndinə əsasən pensiya təyin edilmirdi. Başqa sözlə, pensiya təyinatı üçün hər üç şərtin eyni vaxtda mövcud olması tələb olunurdu. Stajla bağlı şərti ödənilsə də xx.xx.1997-ci il tarixədək 50 yaşı tamam olmamış, növbəti dəfə pensiya təyinatı üçün xx.xx.1997-ci il tarixdən sonra müraciət edən şəxsə 50 yaşdan deyil, artıq həmin vaxt qüvvədə olan Qanunun tələbinə əsasən yeni dəyişikliyə uyğun olaraq pensiya təyinatı aparılırdı. Yəni 50 və ondan yuxarı yaş həddi ilə. Belə ki, xx.xx.1997-ci il tarixdən sonra həmin ilin növbəti aylarında (məsələn, oktyabr, noyabr və s.) 50 yaşı tamam olmuş və həmin vaxt pensiya təyinatı üçün müraciət edən şəxslərə pensiya təyinatı 50 yaşdan deyil, artıq yaş həddinin xx.xx.1997-ci ildən 2000-ci ilin avqustun 1-dək olan hər il üçün 6 ay artımına müvafiq olaraq məs, 50 yaş 06 ay, 51 yaş, (....)., xx.xx.2000-ci ildən sonra isə 52 yaşdan pensiya təyinatı aparılırdı. Qeyd edilən şəkildə pensiya təyinatı xx.xx.2006-cı il tarixli ƏPQ qəbul edilənədək aparılmışdır. xx.xx.2006-cı il tarixli ƏPQ-nu qəbul edildikdən sonra ƏPQ-nun 9.8-ci maddəsi əsasında pensiya təyinatı aparılarkən şəxsin “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun xx.xx.1997-ci il tarixədək 20 il ümumi, 10 il güzəştli iş stajını toplamasına istinad edib xx.xx.2006-cı il tarixdən sonrakı tarixlərdə 50 yaşın tamam olduğu vaxtdan pensiya təyinatnın aparılması Qanunun məqsədinə xidmət etməməklə yanaşı bərabərlik prinsipinə də ziddir. Yəni, xx.xx.1997-ci ilədək 50 yaşı olmamış, xx.xx.2006-cı il tarixədək 50 yaşı tamam olmuşlara “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun xx.xx.1997-ci il tarixli dəyişikliklə tələb olunan 52 yaşdan pensiya təyin edildiyi halda, xx.xx.2006-cı il tarixdən sonra 50 yaşı tamam olmuşlara münasibətdə onların yalnız xx.xx.1997-ci il tarixədək 20 il ümumi və 10 il güzəştli iş stajı topladığına əsaslanaraq pensiyanın 50 yaşdan təyin edilməsinin izahı yoxdur. Qeyd edilən sonuncu kateqoriya şəxslərin digərlərindən hüquq üstünlüyün əldə etmələrinin zəruriliyi qanunvericiliyin tələbləri baxımından müəyyən olunmur. Bu hal isə: - xx.xx.1997-ci il tarixədək 1 nömrəli siyahı üzrə 20 il ümumi, 10 il xüsusi stajı olan, xx.xx.1997- xx.xx.2005-ci illər arasında 50 yaşı tamam olan şəxsin həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən 50 yaşdan güzəşli şərtlərlə pensiya təyin edilməməsinə; - xx.xx.1997-ci il tarixədək 1 nömrəli siyahı üzrə 20 il ümumi, 10 il xüsusi stajı olan, xx.xx.2006-cı ildən sonra 50 yaşı tamam olan şəxsin isə 50 yaşdan güzəşli şərtlərlə pensiya təyin edilməsinə gətirib çıxarır. Halbuki qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqil olsa da, bütün hallarda belə tənzimləmə bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Pensiya təminatı sahəsində ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun ağlabatan və qanuni əsaslar olmadan fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli qaydada tətbiq edilməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Fərqləndirmə yalnız o zaman yolverilən hesab edilə bilər ki, onlar obyektiv hallara əsaslansın, legitim məqsədlərə xidmət etsin və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olsun («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı). Başqa sözlə, məhkəmənin qənaətinə görə 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin xx.xx.1997-ci ilədək qüvvədə olan redaksiyasına əsasən məhz xx.xx.1997-ci ilədək 20 il ümumi, 10 il güzəştli iş stajı toplayıb və xx.xx.1997-ci ilədək 50 yaşı tamam olmuş şəxslərə, yəni hər üç şərtin eyni vaxtda xx.xx.1997-ci ilədək ödənildiyi halda 50 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməlidir. ƏPQ-nun 9.8-ci maddəsi məhz əvvəlki qanunla qazanılmış hüququn saxlanılmasına təminat vermək məqsədi daşıyır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə xx.xx.2000-ci ildən etibarən şəxsin güzəştli pensiya hüququ gözləntisi 52 yaş idi. Vətəndaş tələb olunan 20 il ümumi və 10 il güzəştli iş stajı toplasa da, 52 yaşının tamam olmasını gözləməli idi ki, ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilsin. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş ƏPQ-nun 9.1-ci maddəsi ilə güzəştli pensiya təyinatı üçün stajla yanaşı yaş həddi də- 57 yaşadək artırılmışdır. Bu zaman Qanunun 9.8ci maddəsi məhz xx.xx.2006-cı il tarixədək olan keçmiş Qanunla “52 yaş üçün pensiyaya gözlənti” hüququ, yaxud qazanılmış hüququ” olanların yeni hüquqi tənzimləmə nəticəsində pensiya hüququnun itməməsinə rəvac vermiş, həmin maddə əvvəlki qanunla hüququ olan şəxslərin pensiya təyin edilməsinə təminat vermişdir. Beləliklə də, ƏPQ-nun 9.8-ci maddəsi ilə nəzərdə tutulan qazanılmış pensiya hüququ xx.xx.1997-ci il tarixdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə olan hüququn deyil, xx.xx.2006-cı il tarixədək olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə yaranmış hüququn, qazanılmış və ya gözlənti hüququnun saxlanılmasını nəzərdə tutur. ƏPQ-nun 9.8-ci maddədə olan “yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə” ifadəsi bütövlükdə onu deməyə əsas verir ki, qazanılmış və ya təminat altına alınan pensiya hüququ tək stajın toplanması əsasında olan hüququn deyil, həm yaş, həm də staj əsasında yaranan hüququn təminatıdır. Nəzərə alınmalıdır ki, mübahisəyə başqa cür yanaşma xx.xx.2000-xx.xx.2006-cı il tarixədək olan dövrdə 52 yaşdan pensiya təyin edilmiş şəxslərin ümumi və güzəştli stajını xx.xx.1997-ci il tarixədək toplamalarına əsaslanaraq 50 yaşının tamam olduğu vaxtdan pensiya təyin edilməsi ilə bağlı yeni mübahisələrin yaranmasına əsas verir. Məhkəmə qeyd edir ki, oxşar hüquqi mövqe digər pensiya təyinatlarında, eləcə də “Əmək Pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək olan redaksiyasına münasibətdə də keçərlidir. Belə ki, xx.xx.2017-ci il tarixədək ƏPQ-nun 9.1-ci maddəsinə əsasən pensiya təyin edilməsi üçün şəxsin: 1) həmin tarixədək 57 yaşının tamam olması; 2) həmin tarixə azı 25 il sığorta stajına malik olması; 3) bu stajın azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması, yəni eyni vaxtda 3 şərtin ödənilməsi tələb olunur. Həmin maddəyə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş və yaş həddi 57-dən 60-a qaldırılmışdır. Qeyd edilən dəyişiklik 01 iyul 2017-ci ildən qüvvəyə minmişdir. 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Şəxsin pensiya hüququ əldə etməsi isə tələb olunan bütün şərtlərin ödənilməsi halında baş verir. Məsələn: iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla xx.xx.2017-ci il tarixədək tələb olunan 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajına malik olmuş, lakin 57 yaşı xx.xx.2018ci ildə tamam olduğundan ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməyəcəkdir. Çünki qeyd edilən tarixdə artıq “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli pensiya hüququ verən yaş həddi 60 yaş olmuşdur. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək olan redaksiyası üzrə pensiya təyinatlarında xx.xx.2017-ci il tarixədək 3 şərtdən ikisi-ümumi və güzəştli stajı ödənilən, yaş tələbi isə ödəməyənlərə pensiya təyin edilmədiyi halda, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun xx.xx.1997-ci il tarixədək ümumi və güzəştli staj ödənildiyi, lakin yaş tələbi ödənilmədiyi halda qazanılmış hüquq anlayışından çıxış edərək pensiya təyin edilməsində fərqli yanaşmanın tətbiqi yolverilməzdir. Məhkəmə qeyd edir ki, ƏPQ-nun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə pensiya təyinatı aparılarkən pensiya yaş həddinin müəyyən edilməsi həm də pensiya təyin edilərkən pensiya məbləğinin hesablanması ilə bağlı normaların tətbiqi baxımından da əhəmiyyətli hesab olunur. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz -71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Məhkəmə qeyd edir ki, 27 oktyabr 2009-cu il tarixli, 904-İİİQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Qanun ilə “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsi yeni redaksiyada verilmiş və aşağıdakı şəkildə göstərilmişdir: Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qeyd edilən Qanuna dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmişdir. Beləliklə, göründüyü kimi xx.xx.2010-cu il tarixədək əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün vətəndaş “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi tarixə xx.xx.2006-cı il tarixədək olan iş stajı dövrü üzrə son 24 ay və yaxud xx.xx.2006-cı il tarixədək ardıcıl gələn istənilən 60 ay, yəni 5 ilin orta aylıq əmək haqqı barədə arayış təqdim edirdisə həmin orta aylıq əmək haqqının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsi ilə nəzərdə tutulmuş faizi müəyyən edilərək pensiyanın baza hissəsi çıxıldıqdan sonra pensiyanın sığorta hissəsi müəyyənləşirdi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904- İİİ QD Qanununa müvafiq olaraq edilmiş dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmiş, bu dəyişikliklərlə xx.xx.2010-cu il tarixdən sonra qazanılmış hüquqlara münasibətdə xx.xx.2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmış, əmək pensiyalarının hesablanması zamanı bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevirməklə onların fərdi hesabında nəzərə alınması nəzərdə tutulmuşdur. Başqa sözlə, pensiya hüququ xx.xx.2010-cu il tarixədək yaranmış şəxslərə pensiya həmin dövrdə qüvvədə olmuş orta aylıq əmək haqqı əsasında hesablanaraq ödənilir. Belə ki, xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş qanunla “pensiya hüququnun yarandığı” əsası ilə xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək 50 yaşı tamam olmuş şəxslərə təyin edilmiş pensiyanın məbləği məhz orta əmək haqqına istinadla hesablanır və bu halda orta əmək haqqı əsasında təyin edilmiş pensiya sonrakı tarixlərdə illik inflyasiya faizləri nəzərə alınmaqla yenidən hesablanarkən pensiya məbləğinin ölkə üzrə minimum pensiya məbləğindən və ya məcburi dövlət sosial sığorta haqqları hesabına formalaşan pensiya kapitalı ilə təyin edilmiş pensiya məbləğlərindən kəskin fərq edəcək məbləğlərdə ödənilir. Beləliklə, cavabdeh inzibati orqan mübahisə predmeti olan inzibati aktı qəbul edərkən hər hansı maddi hüquq normalarının tələblərini pozmamış, əksinə vaxtı ilə yol verilmiş qanun pozuntusunun davam etməməsi və onun aradan qaldırılması üçün müvafiq inzibati aktı qəbul etmişdir. Həmçinin məhkəmə mübahisə premdeti olan inzibati aktın aktın qanunsuz olsa da əlverişli olması ilə bağlı aşağıdakları qeyd edir. “İnzibati icraat haqqında” Qanunun (bundan sonra mətndə- İİQ) 67.1-ci maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt: - İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının pozulması; - İnzibati orqan tərəfindən maddi hüquq normalarının pozulması; - İnzibati orqan tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati aktdır. Qeyd edilməlidir ki, hüquq normasının tətbiqi hüquq normasının həyata keçirilməsinin forması olub səlahiyyətli dövlət orqanlarını hüquq normalarının konkret münasibətə tətbiqi sahəsindəki fəaliyyətini nəzərdə tutur. Hüquq normalarının tətbiqi prosesində qanunçuluğa riayət edilməsi hüquq normalarının göstərişlərinin düzgün yerinə yetirilməsinin əsasını təşkil edir. Hüquq normasının tətbiqi özündə 3 ayrı mərhələni birləşdirir: 1) işin faktik əsaslarının müəyyən edilməsi; 2) işin hüquqi əsaslarının müəyyən edilməsi; 3) iş üzrə qərar qəbul edilməsi. Birinci mərhələdə inzibati orqan ilk növbədə hüquqi işi düzgün həll etmək üçün zəruri olan bu faktları seçib ayırmalıdır. İkinci mərhələdə tədqiq edilən faktik hallara tətbiq olunmalı hüquq normasının seçilir və təhlil edilir. Bunun üçün inzibati orqanın qarşısında seçilmiş normanı təhlil edərkən onun zamana, məkana və şəxslərə görə qüvvəsini dərindən və hərtərəfli yoxlamaq, həmin normanın mətninin qanunçuluq baxımdan dəqiqliyini və əslinə uyğunluğunu, normanın dəyişib-dəyişmədiyini müəyyən etmək tələb olunur. Başqa sözlə, hüquqtətbiqetmə orqanı aşağıdakı halları dəqiq müəyyən etməlidir: - konkret işin həll edilməsi üçün əsas götürülmüş hüquq norması həmin vaxt qüvvədədirmi; - bu norma həmin işin həll edilməli olduğu ərazidə qüvvədədirmi; - normanın qüvvəsi onun tətbiq edilməli olduğu şəxsə şamil edilirmi. Üçüncü mərhələ - inzibati orqanın qərar çıxarması və bu qərarın maraqlı şəxslərə və təşkilatlara çatdırılmasıdır ki, bununla da hüquq normasının tətbiqi prosesi başa çatır və bundan sonra konkret hüquq və vəzifələri əks etdirən hüquq normasının tətbiqi aktının yerinə yetirilməsi prosesi başlayır. Beləliklə, maddi hüquq o zaman düzgün tətbiq olunmamış hesab edilir ki, inzibati orqan hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan normanı tətbiq etməsin, yaxud normanı səhv təfsir etsin. Hazırkı mübahisə ilə bağlı yuxarıda qeyd edildiyi kimi ƏPQ-nun 9.8-ci maddəsi ilə nəzərdə tutulmuş “yaşa görə və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin xx.xx.1997-ci il tarixədək olan redaksiyası əsasında güzəştli pensiya təyinatına əsas verməmişdir. Cavabdeh inzibati orqan pensiya təyin edilməsi ilə bağlı müraciətə baxarkən hüquqtəbiqetmə prosesində yalnışlığa yol vermiş, hüquq münasibətlərinin tənzimləməsində qüvvədə olmayan hüquq normasını seçərək pensiya təyinatını aparmışdır. Başqa sözlə, işin hüquqi əsaslarını düzgün müəyyən etmədiyi nəticə etibarı ilə maddi hüquq anlamında 50 yaşdan pensiya hüququ yaranmadığı halda pensiya təyin edilməsi ilə bağlı qəbul edilmiş inzibati akt İİQ-nun 67.1-ci maddəsinin tələbinə uyğun olaraq inzibati orqan tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilən əlverişli və qanunsuz inzibati akt hesab olunur. İİQ-nun 67.2-ci maddəsinin göstərişi qanunsuz əliverişli inzibati aktın inzibati orqanın özü, yuxarı inzibati orqanı və yaxud məhkəmə qaydasında ləğv oluna bilməsi imkanını nəzərdə tutur. Belə olan halda aşağıdakıları qeyd etmək zərurəti yaranır. - İİQ-nun 67.4-cü maddəsi qanunsuz əliverişli inzibati aktın “müəyyən məhdudiyyətlər daxilində ləğv oluna bilmə” əsasını; - İİQ-nun 67.5-ci maddəsi qanunsuz əliverişli inzibati aktın “ləğv edilməsinə yol verilmədiyi” əsasları; - İİQ-nun 67.6-cı maddəsi “qanunsuz əliverişli inzibati aktın birbaşa ləğv edilməli olması” əsasını tənzimləyir. Qanunun 67.4-cü maddəsi qanunsuz əliverişli inzibati aktın ləğvini mümkün sayır, lakin müəyyən məhdudiyyət daxilində ləğvini nəzərdə tutur. Bu məhdudiyyətin nədən ibarət olduğu 67.4-cü maddədə birbaşa göstərilməsə də, lakin həmin normada “yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində” müddəasının yer alması bir sonrakı normaların xüsusən də 67.5-ci maddənin bütövlükdə həm də, 67.4-cü maddə üçün bir növ blanket xarakterli norma qismində çıxış etdiyi müəyyən edilir. Beləliklə, qanunsuz əlverişli inzibati akt ləğv edilə bilən inzibati aktdırsa bu akt yalnız 67.5-ci maddədəki məhdudiyyətlər daxilində ləğv edilə bilər. Qanunun 67.5-ci maddəsindəki məhdudiyyətlər aşağıdakılardan ibarətdir: İİQ-nun 67.5-ci maddəsinin birinci cümləsi qanunsuz əliverişli inzibati aktın “ləğv edilməsinə yol verilmədiyi” əsasları sadalayır, başqa sözlə, həmin normada sadalanan hallardan başqa digər hallarda qanunsuz əlverişli inzibati akt ləğv edilə bilər. Daha dəqiq qeyd edilərsə, sözügedən normadakı halların əksi qanunsuz əlverişli inzibati aktın (xüsusən də maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş) ləğv edilməsinə əsas verən hallardır: - Maraqlı şəxs məzmununa etimad göstərsə də, lakin həmin etimad qanunla qorunmamalıdır; - Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmalıdır. Qeyd olunanları hazırkı mübahisəli pensiya təyinatı ilə bağlı qanunsuz əlverişli inzibati akta tətbiq etdikdə müəyyən olunur ki, pensiya təyinatı ilə bağlı qərarın ləğv edilə bilməsi üçün hər iki əsas mövcuddur: - 1. Pensiya təyinatı barədə qərarı inzibati orqan öz təşəbbüsü ilə, hüquq tətbiqetmə prosesində qüvvədə olmayan normanı seçmək və tətbiq etməklə qəbul etdiyindən həmin inzibati akta etimad varsa da, lakin həmin etimadın qanuni əsası yoxdur. - 2. Pensiya təyinatı ilə bağlı əlverişli inzibati akt qanunsuz olmaqla davam edən ictimai münasibətlərə birbaşa tətbiq edilir, hazırda və bundan sonra da ictimai və dövlət maraqlarına zərər vurmaqda davam edir. Belə ki, məlum olduğu kimi pensiya siyasəti əsasən hazırkı halda işləyən və əmək haqlarından məcburi sosial sığorta haqları tutulan vətəndaşların sosial sığorta ödəmələri hesabına büdəcədə yığılan vəsait hesabına həyata keçirilir. Bu halda qanununun yalnış tətbiqi yüksək məbləğdə pensiya təyinatına əsas verməklə yanaşı illik infilyasiya faizləri dəyişdikcə ildən-ilə həmin məbləğin indeksləşdirilməsinə, nəticə etibarı ilə təyin olunmuş pensiya məbləğinin daha da artmasına və yekun olaraq pensiya siyasəti, ictimai maraq və dövlət büdcəsinin yüklənməsi baxımından zərər vurulmasına gətirib çıxarır. Məhkəmə qeyd edir ki, qanunsuz əlverişli inzibati aktın ləğvinə mülkiyyət hüququna müdaxilə, mülkiyyətdən məhrumetmə anlamında da yanaşılmamalıdır. Əvvəla, ona görə ki, ölkənin pensiya siyasəti ilk növbədə pensiya kapitalının fərdi hesabda “maddi anlamda pul vəsaiti” kimi yığılması hesabına aparılmır. Fərdi hesabda olan pensiya kapitalı yuxarıda da qeyd edildiyi kimi məcburi sığorta haqları hesabına formalaşır və əmək haqqından olan sosial sığorta ayırmaları kapital təminat olaraq hesabda cəmlənir və “dövriyəyə buraxılmış” vəsait olaraq bu günkü pensiyaçıların təqaüd, pensiya haqlarının təmin edilməsinə xərclənir. Təsadüfi deyildir ki, qanunvericilikdə fərdi hesaba yığılmış kapitalın pensiya hüququndan istifadə etmədən birdəfəlik vətəndaşa ödənilməsi ilə bağlı hər hansı norma mövcud deyildir. İkincisi, bu növ pensiya təyinatları pensiya kapitalı əsasında deyil, məhz xx.xx.2010- cu il tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinin tələbinə əsasən 2004-2005-ci illərin orta əmək haqlarının faizi şəklində hesablanmış və hazırda ölkə üzrə minimal pensiya məbləğindən kəskin fərqlənən pensiya məbləğləri məhz bugünkü sığorta haqları hesabına formalaşan büdcə məbləğindən ödənilir. Dolayısı ilə, qanunsuz əlverişli inzibati aktla təyin edilən pensiya hüququ maddi anlamda mülkiyyət hüququ ilə əhatə olunmur və bu halda inzibati orqanın yenidən hesablama barədə qərarı mülkiyyət hüququna müdaxilə hesab olunmur. İİQ-nun 67.5-ci maddəsinin ikinci cümləsi 1-ci cümlədə olan hallar olduğu, lakin həmin qanunsuz əlverişli inzbati aktın ləğvi nəticəsində vətəndaşın məruz qalacağı əhəmiyyətli ziyandan qoruma halını tənzimləyir. Bu normanın hazırkı qanunsuz əlverişli inzibati aktın ləğvi halına tətbiq edilməsi mümkündür. Belə ki, formalaşmış məhkəmə təcrübəsi onu göstərir ki, qanunsuz əlverişli inzibati aktın ləğvi (dəyişdirilməsi) nəticəsində vətəndaşdan ona verilmiş, xərclədiyi və qaytarmaq iqtidarında olmadığı məbləği artıq ödənilmiş məbləğ qismində cavabdeh inzibati orqan tərəfindən tələb edilən işlər üzrə sözügedən 67.5-ci maddənin ikinci cümləsi tətbiq edilərək keçmiş dövr üzrə ödənilmiş məbləğə etimad hüququ anlamında yanaşılaraq DSMF-nin bu cür iddia tələbləri rədd edilir. Lakin heç bir halda etimad hüququ vətəndaşa səhv təyin edilmiş pensiya təyinatı barədə qərarın sonradan inzibati orqanın yeni inzibati aktı ilə dəyişdirilməsi kimi qanunla tanınmış imkandan məhrum edilməsinə rəvac verməməldir. Pensiya təyin edilməsi barədə qərar bir dəfə üçün tətbiq edilən inzibati akt deyildir, bu akt və onun yaratdığı hüquqi nəticə davam edən ictimai münasibətlərə qüvvədə qaldığı, ləğv edilmədiyi və ya dəyişdirilmədiyi müddətdə tətbiq edilməkdə davam edir. Odur ki, qanunsuz əlverişli inzibati aktın ləğvinə dar mənada “vətəndaş üçün əlverişli” inzibati aktın ləğvi baxımından deyil, geniş mənada “ictimai, dövlət maraqlarına əlverişsiz” baxımından yanaşılmalı və inzibati orqanın qanunla yol verdiyi “səhv”i düzəltmə imkanı tanınmalıdır. Məhkəmə mübahisə predmeti olan inzibati aktın formal tələblər riayət olunmaması əsasından irəli gələrək ləğv edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İİQ-nun 67.13-cü maddəsi qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilməsini tələb edir. İİQ-nun inzibati aktın qəbul olunması haqqında məlumat verilməsi qaydasını tənzimləyən 62-ci maddəsi inzibati icraatda vətəndaşın iştirakını təmin etməklə vətəndaşa inzibati orqanın fərqli qərar qəbul edilməsinə səbəb ola biləcək əlavə sübutları təqdim etmək, bununla da inzibati orqanın nəticəsinə təsir göstərmək imkanını (məsələn güzəştli pensiya təyinatı ilə bağlı əlavə olaraq iş yerindən güzəştli arayışın, arxiv arayışının və s. təqdim edilməsi), inzibati orqanın isə icraat qaydalarını gözləmədən vətəndaş barəsində əlverişsiz inzibati akt qəbul etməkdə sui-istifadəsinə yol verilməməsi məqsədini daşıyır. Eyni zamanda onu qeyd etməyi zəruridir ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın məzmununa görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Bu baxımdan hazırkı halda maddi hüquq normaları, xüsusən də düzgün hüquq normasının seçilməsi və tətbiqi cəhətdən pensiya təyinatı düzgün aparılmadığından, vətəndaşın isə inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarı formal tələblərin (prosessual) əsaların gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Bu halda hüquqtətbiqetmə prosesi birbaşa inzibati orqana aid olduğu üçün vətəndaşın hüquqtətbiqetməni dəyişdirmə və ya hər hansı mənada təsir etmə imkanı olmadığından inzibati icraatın nəticəsində fərqli qərar qəbul edilməsinə nail olma əsası da mövcud deyildir. Buna görə də qanunsuz əlverişli inzibati aktın ləğv edilməsi (konkret olaraq mübahisələndirilən hazırkı əlverişli inzibati aktın ləğvi və ya dəyişdirilməsi barədə inzibati akta münasibətdə) ilə bağlı inzibati icraat inzibati orqanın vətəndaşın dinlənilmə üçün çağırılması, vətəndaşın barəsində qəbul edildiyi əlverişsiz inzibati aktdan, əldə etdiyi və ya məhdudlaşdırıldığı hüquqları barədə məlumatlandırılması, bununla da hüquqi statusundakı dəyişikliyi bilməklə öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan müəyyən edərək ona uyğun davranmasının təmin edilməsi kimi passiv iştirakı ilə məhdudlaşır. Eyni zamanda məhkəmə qeyd edir ki, pensiya təyinatı ilə bağlı inzibati akt qanuni əlverişli inzibati akt qismində qəbul edilə bilməz. Belə ki, İİQ-nun 68.2-ci maddəsinə görə qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: - 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; - 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; - 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; - 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Sadalanan normalarda qanuni əlverişli inzibati aktarı birləşdirən vahid cəhət ondan ibarətdir ki, burada bəhs edilən əlverişli inzibati aktların hüquqi əsası var, istinad olunduqları hüquq norması dəqiqdir, inzibati orqan hüquq normasını düzgün seçmiş, düzgün təfsir etmiş, maddi hüquq normasının hüquq tətbiqetməsində yalnışlığa yol verməmişdir. Başqa sözlə, qanuni əlverişli inzibati aktların 68.2-ci maddədə sadalandığı ləğvinə yol verildiyi hallar inzibati aktın qanunsuzluğu, yaxud onu tətbiq edən inzibati orqanın iradə ifadəsi, bilavasitə hərəkəti, hüquq normasının seçimi və ya tətbiqi ilə bağlı deyildir. Bu hallar əsasən: - inzibati aktın ləğvinin birbaşa qanunla nəzərdə tutulduğu, yəni inzibati aktın ləğvinin inzibati orqanın hər hansı qərarı əsasında deyil, birbaşa normativ hüquqi aktla nəzərdə tutulduğu; - inzibati aktın əsasının dəyişmədiyi, lakin verdiyi imtiyazdan vətəndaşın istifadə etmədiyi, bu zaman belə aktın qüvvədə qalmasının əhəmiyyətsiz olduğu; - qəbul edildiyi vaxt, eləcə də hazırda da qanuni olan, lakin sonradan faktiki və hüquqi vəziyyətin dəyişməsi ilə bərabər həmin inzibati aktın qüvvədə qalmasının birbaşa dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurması ilə bağlıdır. Hazırkı pensiya təyinatı barədə qərar İİQ-nun 68.2-ci maddəsi ilə sadalanan hallara uyğun qanuni əlverişli inzibati akt qismində çıxış etmir. Əvvəla ona görə ki, qeyd edildiyi kimi mübahisəli pensiya təyinatı qərarı qanunun qüvvədə olan normasına əsaslanmadığından və inzibati orqanın hüquq tətbiqetmə prosesində səhvə yol verməsi nəticəsində qəbul edildiyindən qanuni əsasla qəbul edilmiş inzibati akt sayılmır. Eyni zamanda sözügedən əlverişli inzibati akt İİQ-nun 68.2-ci maddəsinin yuxarıda sadalanan hallarına da uyğun deyildir. Konkret olaraq İİQ-nun sözügedən akta 68.2.4-cü maddənin tələbindən yanaşılması üçün dispozisiya şərtləri də ödənilmir. Belə ki, adıçəkilən normada “inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi” dedikdə, inzibati orqanın hüquqtətbiqetmə zamanı seçdiyi, qüvvədə olan hüquq normasının hüquqtətbiqetmə zamanı deyil, sonradan normayaradıcılıq prosesi ilə əlaqədar dəyişməsini ifadə etdiyindən sözügedən maddə məhz bu dəyişmə nəticəsində qəbul edilmiş qanuni əlverişli inzibati aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurduğundan ləğvini nəzərdə tutur. Hazırkı halda vətəndaş barəsində güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı xx.xx.2010-cu il tarixli qərar qəbul edilərkən tətbiq edilməli olan norma qanunvericilik prosesi ilə əlaqədar dəyişməmişdi. İnzibati orqanın tətbiq etdiyi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi hüquq tətbiqetmədən 12 il əvvəl, yəni 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişdirilmiş, yaş həddi xx.xx.1997-ci il tarixdən etibarən hər il 6 ay olmaqla 52 yaş həddinə qaldırılmışdı. Başqa sözlə, ƏPQ-nun qüvvədə olduğu xx.xx.2006-cı il tarixdən sonra ƏPQ-nun 9.8- ci maddəsinə əsasən pensiya təyinatı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin həmin vaxt qüvvədə olan normasının tələbi əsasında deyil, 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla ləğv edilmiş redaksiyadakı məzmununa uyğun təyin edilmişdir. Belə olan halda aydındır ki, hüquq tətbiqetmə prosesindən sonra normanın dəyişməsi halı hazırkı iş üzrə mövcud deyildir və bu halda mübahisəndirilən əlverişli inzibati akta qanuni inzibati akt kimi yanaşıla bilməz. Xüsusən o halı da nəzərə almaq lazımdır ki, İİQ-nun 68.5-ci maddəsi həm də qanuni əlverişli inzibati aktın ləğvi ilə bərabər vətəndaşa kompensasiya hüququ da tanıyır. Bu baxımdan pensiya təyinatı ilə bağlı inzibati akta qanuni əlverişli inzibati akt qismində İİQ-nun 68.2.4-cü maddəsi ilə yanaşılarsa, bu zaman inzibati aktın ləğv edildiyi (dəyişdirildiyi) tarixədək yüksək məbləğdə pensiya almış vətəndaşa əlavə olaraq bir də kompensasiya tələb etmək imkanı da yaranmış olacaq. Beləliklə, hazırkı pensiya təyinatı barədə inzibati akt İİQ-nun 68.2-ci maddəsi baxımından qanuni əlverişli inzibati akt qismində çıxış edə bilməz. Belə ki, artıq formalaşmış məhkəmə təcrübəsi də sözügedən inzibati aktın qanuni əsaslarla təyin edilməsi qənaətinə gəlməyə əsas vermir. Əvvəla, sözügedən inzibati aktı inzibati orqan öz təşəbbüsü ilə qanuni əsaslar olmadan qəbul etmiş, bu zaman inzibati aktında hər hansı məhkəmə qərarı və ya məhkəmə təcrübəsinə istinad etməmişdir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. ... Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, hazırda mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından həmin qərarın ləğv edilməsinin tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin xx.xx.2023-cü il tarixli “Əmək pensiyalarının yenidən hesablanması haqqında” 3-17-1/3-3-10504/2023 saylı qərarının ləğv edilməsi dair iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar