Məhkəmə qərarları › İş №2-1(112)-1223/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1223/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1223/2023 22.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “arayışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı Cavabdehnə qarşı cavabdehin vəzifəli şəxslərinin xx.xx.2022-ci il tarixli müracətinin cavablandırılmamasında ifadə olunan hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması və xx.xx.2003-cü il tarixdə aldığı travmanın ağırlıq dərəcəsi haqqında müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində zabit kimi xidmət etmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin 0371 nömrəli xx.xx.2003-cü il tarixli əmri ilə kapitan hərbi rütbəsindən ehtiyata buraxılmışdır. O, hərbi xidmət dövründə, xx.xx.2000-ci il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən travma almış və xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək N nömrəli hərbi hissədə “kəllə-beyin travması” və “başın çapılmış yarası” diaqnozları ilə müayinədə və müalicədə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 78 nömrəli xx.xx.2015-ci il tarixli qərarı ilə aldığı travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifəsini (xidmət vəzifələrini) yerinə yetirərkən alınmışdır” ifadəsi ilə göstərilmişdir. Aldığı travma nəticəsində sağlamlığını itirmiş və ona 2015-ci ildə 2-ci dərəcə əlillik qrupu təyin edilmişdir. Lakin, aldığı travmanın ağırlıq dərəcəsi müəyyən edilməmişdir. Hərbi xidmət vəzifələrinin icrası zamanı xx.xx.2000-ci il tarixdə aldığı travmanın ağırlıq dərəcəsinin müəyyən olunması və bu barədə müvafiq arayışın verilməsi üçün müvafiq qurumlara göstəriş verilməsi xahişi ilə o, etibarnamə üzrə nümayəndəsi vasitəsilə xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin, müraciəti cavabsız və nəticəsiz qalmışdır. Müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir, imtinanı isə əsassız və qanunsuz hesab edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət təqdim edilərək iddianın mümkün sayılmaması barədə qərardad qəbl edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının 11 aprel 2022-ci il tarixli müraciətinin cavablandırılmasında ifadə olunan hərəkətlərinin qanunsuz hesab olunması hissəsinə dair qeyd edirlər ki, tərəflərindən verilən sorğuya cavab olaraq 21 oktyabr 2022-ci il tarixli 5/5843 nömrəli məktuba əsasən İddiaçı nümayəndəsi X5 Müdafiə Nazirliyinə ünvanladığı müraciəti 29 aprel 2022-ci il tarixdə Q-1479 qeydiyyat nömrəsi ilə Tibb İdarəsinə daxil olmuş, icra olunması üçün 07 may 2022-ci il tarixli 5/2022-ci il tarixli 5/2465 nömrəli məktubla Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilmiş və 16 may 2022-ci il tarixli 3603 nömrəli məktub ilə icra olunaraq aidiyyəti üvnana göndərilmişdir. Digər tərəfdən qeyd etmək zəruridir ki, iddiaçı 20 iyul 2003-cü il tarixdən ehtiyata buraxıldığından və artıq hərbi qulluqçu statusuna malik olmadığından Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarə, şöbə və ya bölməsinə müraciət etməli və həmin qurumun göndərişi əsasında şəhadətləndirilməlidir.

4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsinə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

6. Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1969-cu il təvəllüdlüdür.

7. EZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildən xx.xx.1990-cı il tarixədək X3 əsgər kimi hərbi xidmət keçmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək N saylı hərbi hissədə manqa komandiri baş operator, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək həmin hərbi hissədə əməliyyat növbətçisi, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək N nömrəli hərbi hissə komandiri, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək həmin hərbi hissədə bölük komandiri, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək N nömrəli hərbi hissədə əlahiddə bölük komandiri, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək N nömrəli hərbi hissədə qərargah rəisi, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək N nömrəli hərbi hissədə bölük komandiri işləmişdir.

8. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 32 nömrəli arayışına əsasən ehtiyatda olan kapitan İddiaçı şəxsi işinin xidmət dəftərçəsi əsasında hərbi hissələrdə xidmət müddəti və yeri aşağıdakı kimi olmuşdur: xx.xx.1993xx.xx.1996-cı illərdə N nömrəli hərbi hissədə, xx.xx.1996-xx.xx.1996-cı illərdə N nömrəli hərbi hissədə, xx.xx.1996-xx.xx.1997-ci illərdə N nömrəli hərbi hissədə xx.xx.1997xx.xx.1999-cu illərdə N nömrəli hərbi hissədə, xx.xx.1999-xx.xx.1999-cu illərdə N nömrəli hərbi hissədə, xx.xx.1999-xx.xx.2000-ci illərdə N nömrəli hərbi hissədə, xx.xx.2000xx.xx.2001-ci illərdə N nömrəli hərbi hissədə, xx.xx.2001-xx.xx.2003-cü illərdə N nömrəli hərbi hissədə xidmət etmiş, xx.xx.2003-cü il tarixdə Silahlı Qüvvələrdən tərxis olunmuşdur.

9. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 78 nömrəli xx.xx.2015-ci il tarixli Qərarına əsasən Bakı şəhəri Nəsimi RHK tərəfindən xx.xx.1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xx.xx.2000-ci il tarixdə aldığı və xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma və yaralanma – diaqnoz: “Kəllə-beyin travması. Başın çapılmış yarası” (Azərbaycan Respublikası SHÇDX-nin Bakı şəhəri Nəsimi rayon İdarəsinin xx.xx.2014cü il tarixli 10 saylı göndərişi, xx.xx.2014-cü il tarixli 226 saylı arayışı, N nömrəli hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 265 saylı əmrindən çıxarış, N saylı hərbi hissə komandiri tərəfindən imzalanmış xx.xx.2000-ci il tarixli 41/312 saylı ezamiyyət vərəqəsi, xx.xx.2003-cü il tarixli 27/15 saylı arayış, N saylı hərbi hissənin xx.xx.2014-cü il tarixli 05 saylı çıxarış epikrizi, MN MHHK-nın həkim-mütəxəssisin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Hərbi Xidmət Vəzifələrini (Xidməti Vəzifələri) Yerinə Yetirərkən alınmışdır”. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin c) yarımbəndi MN MHHK-nın 69 saylı xx.xx.2015-ci il tarixli protokolu.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışa əsasən İddiaçı əlillik dərəcəsi xx.xx.2015-ci il tarixdə qiymətləndirilərək ona həmin tarixdən ilkin, ikinci dərəcəli, Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik dərəcəsi təyin edilmişdir.

11. İddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə və onun göndərilməsini təsdiq edən poçt qəbzinə əsasən cavabdehə müraciət etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

17. Məhkəmə işdə iştirak iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

18. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.

19. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

20. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

21. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

22. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

24. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

25. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

27. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

28. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə müvafiq olaraq hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir.

29. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.

30. “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin Ümumi müddəalar: Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. Vİİ. Hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda, orqanlarda xidmət keçən vətəndaşlarda, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi: 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Cavabdeh və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir.

31. Əsasnamədən göründüyü kimi travma haqqında arayış vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən müəyyən verilir.

32. Hazırki işin hallarına əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Cavabdehndə xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin 0371 nömrəli xx.xx.2003-cü il tarixli əmri ilə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. İddiaçı hərbi qulluqçu kimi xidmət etdiyi dövrdə - xx.xx.2000-ci il tarixdə xidməti zamanı yaralanmışdır.

33. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı hərbiçi kimi xidmət etdiyi dövrdə yaralandığından o, travma haqqında arayışı da, Cavabdehndən tələb etməlidir.

34. Beləliklə məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlra məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 36.Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

37. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

38. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan cavabdeh – Cavabdeh hərəkətləri qanunsuz hesab edilsin və İddiaçı xx.xx.2000-ci il tarixdə aldığı travmanın ağırlıq dərəcəsi haqqında müvafiq arayışın verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar