Məhkəmə qərarları › İş №2-1(112)-1223/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1223/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1223/2025 22.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7rşı “məxsusluğa dair arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mərhum babası X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mərhum babası X4 məxsusdur. Babasından miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini vərəsəlik qaydasında qəbul etməyi üçün Bakı şəhəri 33 saylı Dövlət Notariat Ofisinə müraciət etmiş və ərizəsi qəbul edilərək, qanun üzrə vərəsə kimi tanınmışdır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyir. Doğulduğu vaxtdan hal-hazırkı vaxtadək o daimi olaraq qeyd olunan evdə. Həmin mənzilə dair istifadə və sahiblik hüququ vardır. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti 3-21-3-30/2-36359/2023, **********59 saylı imtina məktubu ilə təmin edilməmişdir. Müraciətinə cavabda qeyd edilmişdir ki, müraciətiylə əlaqədar bildirir ki, tərəfindən göstərilən torpaq sahəsi qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyindən, torpaq sahəsində texniki pasportda göstərilən fərdi yaşayış evləri mövcud olmadığından və həmin sahədə yeni yaşayış evi və tikililər inşa olunduğundan, hüquq sahibinə məxsus torpaq sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır, ünvana texniki baxış keçirilən zaman B literli tikilinin bir hissəsinin söküldüyü, qalan hissəsinin isə istifadəyə yararsız olduğu, həmçinin ərazidə sonradan qeyri-yaşayış binasının inşa edildiyi məlum olmuşdur. Bundan əlavə, fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015ci il tarixli 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nda nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********39 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki göstərilən torpaq sahəsi qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyindən, torpaq sahəsində texniki pasportda göstərilən fərdi yaşayış evləri mövcud olmadığından və həmin sahədə yeni yaşayış evi və tikililər inşa olunduğundan hüquq sahibinə məxsus torpaq sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclaısnda əsl olmayan cvabdehəsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. İddiaçı xx.xx.2026-cı iltarixdə açıq məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 4 ünvanında yerləşən 912.6 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilən sənədlərdən görünür ki: -X4 verilən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport Kalinina küçəsi ev 1 barədə tərtib olunmuşdur. -Bakı şəhər 33 saylı dövlət notariat ofisinin xx.xx.2023-cü il tarixli 40 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1978-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsi, İ.Məcidov (əvvəlki adı Kalinina) küçəsi, ev 1-ə dair vərəsəsi İddiaçı ərizəsi qəbul edilmişdir və vərəsə kimi tanınmışdır. Vərəsəlik işi ilə əlaqədar olaraq miras qalmış əmlaka dair mərhum X2 adına çıxarış verilməsinə etiraz edilmir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********00 nömrəli məktubu ilə təqdim edilən Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023cü il tarixli Müayinə aktından görünür ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1032.9 kv.m, faktiki sahəsi 1033.0, ümumi sahə 5612.0 kv.m təşkil edir. Texniki pasportda göstərilən ərazi, qonşu torpaq sahələri ilə, bir hasar daxilindədir. Ərizəçinin şifahi məlumatına əsasən, həmin ərazilər onun qardaşlarına məxsusdur. Texniki pasportdakı “A və B” yaşayış evləri sökülüb, ərazidə əlavə yaşayış evi və həyət tikililəri inşa olunub. Həmin evlər söküldüyündən və ərazi bir hasar daxilində olduğundan, ərizəçiyə məxsus torpaq sahəsinin sərhədlərini dəqiq təyin etmək mümkün olmadı. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********76 nömrəli məktubu ilə təqdim edilən ortofoto görüntüdən müəyyən edilir ki, fərdi yaşayış evi ümumi torpaq sahəsinin daxilində yerləşir. Digər şəxsə məxsus heç bir torpaq sahəsi ilə üst-üstə düşmə halı yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü **********74 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsi, İlqar Məcidov küçəsi,1 saylı, 3 otaqlı fərdi yaşayış evi xx.xx.2010-cu il tarixdə X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmin məktubla təqdim edilən sənədlərdən görünür ki: -X6 adına SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasporta əsasən Kalinina küçəsi ev 1 barədə tərtib olunmuşdur. Fərdi yaşayış evinin ümumi sahəsi 912.6 kv.m, torpaq sahəsinin ümumi sahəsinin 1032.9 kv.m olduğu göstərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2026-cı il tarixli 3-21-3-30/2-3522/2026 nömrəli məktubu ilə təqdim edilən Baş plana əsasən texniki pasortda ayrılan sahə ümumi sahənin 912.6 kv.m hisəsini, əlavə sahə 980.0 kv.m hissəsini təşkil edir. Həmçinin ortofoto görüntüdə də həmin torpaq sahəsinin yerləşmə vəziyyəti göstərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-61034/2025 nömrəli məktubunda göstərilmişdir ki, arxiv texniki pasportunda qeyd olunan bütün tikililər sökülmüşdür. Bu səbəbdən müqayisəli baş plan tərtib etmək mümkün olmamışdır. Həmin məktubla təqdim olunan ortofoto görüntüdə faktiki sahədə tikilinin mövcud olduğu lakin əvvəkli müraciət sahəsinin hər hansı yaşayış tikilisinin mövcud olmadığı görünür. həmin sahədə yeni yaşayış evi və tikililər inşa olunduğundan hüquq sahibinə məxsus torpaq sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Beləliklə, hazırkı işdən müəyyən olunur ki, iddiaçı X3 vərəsəsi olmaqla ünvan 1 ünvanında yerləşən torpağın qeydiyyata alınası ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyini, torpaq sahəsində texniki pasportda göstərilən fərdi yaşayış evlərinin mövcud olmadığını, həmin sahədə yeni yaşayış evi və tikililərin inşa olunduğunu, hüquq sahibinə məxsus torpaq sahəsinin yerləşməsini müəyyən etməyin mümkün olmadığını əsas gətirərək müraciətin təminindən imtina edilmişdir. Hazırkı tələbində iddiaçı 912.6 kv.m torpaq sahəsinə dair ülkiyyı thüququnun mərhuma məxsus olması barədə arayışın verilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. Siyahının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar; Göründüyü kimi yuxarıda adıçəkilən Siyahıda yaşayış və bağ evlərinə, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər sadalanmışdır. İddiaçının təqdim etdiyi texniki pasport Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki passport olmaqla torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Texniki pasport Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində mövcuddur və bu da pasportun mötəbərliyini sübut edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır Cavabdehin imtina əsası kimi qeyd etdiyi torpaq sahəsində texniki pasportda göstərilən fərdi yaşayış evlərinin mövcud olmadığı, həmin sahədə yeni yaşayış evi və tikililərin inşa olunduğu ilə bağlı dəlillər torpaq sahəsinə deyil, fərdi yaşayış evinə mükiyyət hüququnun qeydiyyatından imtinaya dair əsas gətirə biıəcəyi dəlillərdir. İddiaçının tələbi yalnız arxiv texniki pasporta əsasən qanuni sahibliyində olan 912.6 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasından ibarətdir. Cavabdeh orqanın digər imtina əsasını təşkil edən torpaq sahəsinin ümumi hasar daxilində yerləşməsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh orqanın mütəxəssisləri tərəfindən keçirilən yerli müayinə nəticəsində tərtib olunan müayinə aktında torpaq sahəsinin koordinatları, həmçinin məhkəmə sorğusuna cavab olaraq təqdim edilən baş plan və ortofoto görüntülərdə iddia olunan torpaq sahəsinin yerləşməsi dəqiq olaraq müəyyən edilmişdir. İddia olunan 912.6 kv.m torpaq sahəsi iddiaçının faktiki sahibliyində olduğundan və sərhədləri məlum olduğundan, torpaq sahəsinin ümumi hasar daxilində yerləşməsi onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına mane olan hal kimi qiymətləndirilə bilməz. Beləliklə, iddiaçı tərəfindən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyaata alınmasına əsas kimi məhkəməyə təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid passport hüquqmüəyyənedici sənəd qismində çıxış etdiyindən və iddiaçı tərəfindən məhz həmin pasportda qeyd edilmiş faktiki istifadədə olan 912.6 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun hüquqmüəyyənedici sənəd üzrə hüquq sahibi olan X4 məxsus olması barədə arayışın verilməsi tələb qismində qoyulduğundan iddia tələbi əsaslıdır və təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 4 ünvanında yerləşən 912.6 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar