Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1224/2023 17.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “5000 (beş min) manat məbləğində maliyyə sanksiyasının silinməsi məqsədi ilə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8947 və **********8950 saylı xx.xx.2022-ci il tarixli qərarların ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ var. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzrlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. Onda (VÖEN: **********) xx.xx.2022-ci il tarixdə operativ vergi nəzarəti tədbiri keçirilmiş və nəticəsi xx.xx.2022-ci il tarixli DVX seriyalı 013634 nömrəli və xx.xx.2022-ci il tarixli DVX seriyalı 013634 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” haqqında aktla rəsmiləşdirilmişdir. Həmin aktlar əsas götürülərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********8947 və **********8950 nömrəli qərarlar qəbul edilmişdir. Həmin qərarlarla onda (VÖEN: **********) 2 nəfər fiziki şəxsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən hər bir fiziki şəxs üzrə 2000 (iki min) manat olmaqla, ümumilikdə 4000 (dörd min) manat məbləğində və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmadığına görə 1000 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Halbuki onlar obyektə yeni gəldikləri və vergi yoxlaması zamanı maliyyə sanksiyası ilə üzləşməmək üçün 2 (iki) nəfər fiziki şəxslərlə, müəyyən xidmətlərin göstərilməsi məqsədi ilə elə həmin tarixdə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada xidmət müqaviləsi bağlanılmışdır. Həmin şəxslər həmin gün saat 13:00 radələrində obyektə gəlmiş və onlar hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməmiş, sadəcə olaraq, onlara görəcəkləri işlər barədə məlumat verildiyi zaman vergi orqanının əməkdaşları obyektə daxil olaraq, həmin şəxslərin müəyyən işlərin yerinə yetirilməsinə cəlb olunduğunu ehtimal etmişlər. Eyni zamanda, həmin şəxslərdən təzyiq altında izahat alaraq, onlara izahatlarında onunla onlar arasında xidmət müqavilələrinin bağlanılmadığını qeyd etməyi məcbur etmişlər. Azərbaycan Respublikasının 02 aprel 2021-ci il tarixli 286-VİQD saylı Qanunu ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilmişdir. Həmin dəyişiklik vergi ödəyicisinin lehinə edilmişdir. Belə ki, xidmət müqaviləsi ilə işçinin işlədilməsi faktı ilk dəfə aşkar edildikdə, vergi orqanı vergi ödəyicisini bu barədə xəbərdar etməli, xəbərdarlıqdan sonra belə əmək müqaviləsi bağlanılmadığı təqdirdə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq etməlidir. Ona görə ki, dəyişikliyin məqsədi vergi ödəyicisinə maliyyə sanksiyasını tətbiq etmək deyil, onu bu istiqamətdə maarifləndirməkdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 (iki min) manat, ikinci dəfə yol verdikdə 4000 (dörd min) manat, üç və daha çox dəfə yol verdikdə 6000 (altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Lakin tutulduğu anda deyil, belə ki, əlavə edilmiş 2-4-cü hissəyə əsasən “bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır” müddəası xidmət müqaviləsi ilə çalışan şəxslərlə əmək müqaviləsi bağlanılması öhdəliyini 2-3-cü hissədə nəzərdə tutulan hallardan birinin aşkar edildiyi gün ilə şərtləndirir. Məhz qeyd olunan halların aşkar edildiyi gündən sahibkarın xidmət müqaviləsi ilə çalışan şəxslərlə əmək müqaviləsi bağlamaq öhdəliyi yaranır ki, həmin an əmək müqaviləsinin bağlanılması və ya xidmət müqaviləsinə xitam verilməsi sahibkarı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyasının tətbiqindən azad edir. Vəzifə olduğu halda hüquq yaranır. Bundan əlavə, operativ vergi nəzarəti zamanı fərdi sahibkara, onun xx.xx.2022-ci il tarixli DVX seriyalı 013634 nömrəli aktları imzalamaqdan imtina etmək hüququnun olması izah edilməyərək, həmin aktın onun tərəfindən imza olunmasının zəruri olduğu bildirilərək, akta imza atdırmışlar. Bununla da, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 15.1.1-ci, 24.0.3-cü və 39.1-ci maddələrinin tələbini kobud surətdə pozmuşlar. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 15.1.1-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi orqanlarından qeydiyyat (uçot) yeri üzrə qüvvədə olan vergilər və onların ödənilməsi qaydasını və şərtlərini tənzimləyən normativ hüquqi aktlar, vergi ödəyicilərinin hüquq və vəzifələri, vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri haqqında əvəzsiz olaraq yazılı məlumat almaq hüququ var. Həmin Məcəllənin 24.0.3-cü mədəsinin tələbinə əsasən vergi orqanı vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə vergi ödəyicilərinə kütləvi informasiya vasitələri ilə və ya fərdi qaydada əvəzsiz olaraq məlumat verməyə, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etməyə, vergilərin hesablanması və ödənilməsi barədə izahatlar verməyə, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etməyə borcludur. Həmin Məcəllənin 39.1-ci maddəsində isə qeyd olunur ki, səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 50.6-cı maddəsinin ikinci abzasında operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39- 43-cü və 46-49-cu maddələrinin müddəalarının tətbiq edilməli olduğu qeyd olunur. Bundan başqa, nəzarət kassa aparatına çek vurulduğu halda, bunu nəzərə almayaraq, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmadığını qeyd etmişlər. Operativ vergi nəzarəti zamanı “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli **********2904 saylı tələbnamə təqdim edilməsinə və həmin tarixdə operativ vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul olunmasına baxmayaraq prosessual hüquq normaları kobud surətdə pozularaq, 26 gündən sonra obyektdə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Halbuki elə həmin gün, yəni xx.xx.2022-ci il tarixdə operativ vergi nəzarəti tədbiri keçirilməli olduğu halda, 26 gündən sonra operativ tədbir keçirmişlər. Bu yoxlama daha çox səyyar vergi yoxlamasına oxşayır. Həmçinin Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanının yoxlamaların keçirilməsi zamanı yalnız vergi ödəyicisindən və ya onun vəzifəli şəxslərindən izahat almaq hüququ olduğu halda, qeyd olunan maddənin tələbləri pozularaq, vergi ödəyicisi ilə xidmət müqaviləsi əsasında münasibətləri formalaşan şəxslərdən izahatlar alınmışdır. Operativ vergi nəzarətinin keçirilməsinə əsas vergi orqanı tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar olmuşdur (Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi). Ancaq, həmin məlumatların hansı mənbədən və şəxslərdən əldə olunması ilə bağlı hər hansı bir sənəd qərara əlavə edilməmişdir. Yoxlama qərarının əsası oldmadığına görə, bu hal yoxlamanın keçirilməsinin qanunsuz olduğundan xəbər verir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin **********2897 saylı xx.xx.2022-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2022-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi AZ 1122 Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 1058/23 ünvanında yerləşən “Xəngəl House” obyektində operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 (iki) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Bu barədə DVX seriyalı 005970 saylı xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” Aktın tərtib edildiyi və Aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən **********8947 saylı xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilərək vergi ödəyicisinə 4000 (dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan Qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda **********479700 saylı xx.xx.2022-ci il tarixli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 14:59-da oxunduğu müəyyən edilmişdir. O cümlədən, fiziki şəxs İddiaçı (VÖEN: **********) tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək DVX seriyalı 013634 saylı xx.xx.2022-ci il tarixli aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən **********950704 saylı xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilərək vergi ödəyicisinə 1000 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda **********491500 saylı xx.xx.2022-ci il tarixli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 14:59-da oxunduğu müəyyən edilmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, aktda adı qeyd olunan 2 (iki) nəfər fiziki şəxslə xidməti müqavilə bağlamışdır. Vergi orqanının əməkdaşları tərəfindən onlara təzyiq göstərildiyindən, izahatda onlarla xidməti müqavilə bağlanmadığını qeyd etmişlər. Eyni zamanda, iddiaçı ərizəsini belə əsaslandırmışdır ki, xidməti müqavilə ilə işçinin işlədilməsi faktı ilk dəfə aşkar edildiyindən, vergi ödəyicisinə xəbərdarlıq edilməli idi. Fərdi sahibkar İddiaçı xx.xx.2022-ci il tarixli etirafedici izahatında Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 1058/23 ünvanında yerləşən “Xəngəl House” adlı obyektində ictimai iaşə fəaliyyəti ilə məşğul olduğunu, X6 və X4 ilə əmək müqaviləsi bağlamadığını qeyd etmiş və 5 iş günü ərzində işçilərin əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınacağı ilə bağlı iltizamı imzalamışdır. X3 xx.xx.2022-ci il tarixdə saat 18:20-də təqdim etdiyi etirafedici izahatında xx.xx.2022-ci il tarixdən İddiaçı tərəfindən aşpaz vəzifəsinə işə götürüldüyünü, əmək haqqının 300 (üç yüz) manat təşkil etdiyini, obyektdə işləyən digər işçilərdən Kamal, Zahid və Esmiranı tanıdığını və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X1 xx.xx.2022-ci il tarixində saat 18:20-də təqdim etdiyi etirafedici izahatında xx.xx.2022-ci il tarixdən Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 1058/23 ünvanında yerləşən “Xəngəl House” restoranında İddiaçı tərəfindən işə götürüldüyünü, əmək haqqının 300 (üç yüz) manat təşkil etdiyini, obyektdə işləyən digər işçilərdən Vüqarı tanıdığını və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. Xüsusilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən İddiaçı ilə X4 arasında xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə əmək müqaviləsi qüvvədə olmuş, operativ vergi nəzarəti tədbirindən sonra İddiaçı xx.xx.2022-ci il tarixdə saat 18:35-də X2, saat 18:32-də isə X5 əmək müqaviləsi bildirişlərini elektron informasiya sisteminə daxil etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir:
1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda;
2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə;
3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda;
4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda;
5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda;
6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə;
7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda;
8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. 1356-VQD saylı 30 noyabr 2018-ci il Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsində müəyyən olunmuş yeni maliyyə sanksiyaları 2019-cu il yanvarın 1-dən bir il müddətində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tətbiq edilir. İddiaçı eyni zamanda ərizəsində əsassız olaraq qeyd etmişdir ki, “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********2904 saylı xx.xx.2022-ci il tarixli Tələbnamə təqdim edilməsinə və həmin tarixdə operativ vergi nəzarətinin keçirilməsi barədə qərar qəbul olunmasına baxmayaraq, prosessual hüquq normaları kobud surətdə pozularaq 26 gündən sonra obyektdə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Eyni zamanda, yoxlama qərarının əsası olmadığından, bu hal yoxlamanın keçirilməsinin belə qanunsuz olduğundan xəbər verir. **********2897 saylı xx.xx.2022-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarda operativ vergi nəzarəti tədbirinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) keçirilməsi nəzərdə tutulmuşdur. “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********2904 saylı xx.xx.2022-ci il tarixli Tələbnamə tərtib olunsa da, **********3664 saylı xx.xx.2022-ci il tarixli və **********7615 saylı xx.xx.2022-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında” Qərarlar qəbul olunduğundan, operativ vergi nəzarəti tədbiri xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş və **********2904 saylı xx.xx.2022ci il tarixli Tələbnamə İddiaçı xx.xx.2022-ci il tarixdə təqdim olunmuş və həmin tarixdə imzalanmışdır. “Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 10.3-cü bəndinə əsasən “Operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə/xidmətlərə cəlb edilmə ilə bağlı müvafiq sənədlər/müqavilələr, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında” Qəbzlərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən aşağıda göstərilənlər operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsas hesab edilir: 1.5.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 1.5.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar olduqda, o cümlədən: - vergi ödəyicilərinin təqdim etdikləri vergi bəyannamələrinin araşdırılması zamanı müvafiq vergi dövrü (ay, rüb, il) ilə müqayisədə növbəti vergi dövrlərində vergi ödəyicilərinin dövriyyələrinin azalması, təqdim olunan bəyannamələrdə vergi dövrləri üzrə eyni və ya oxşar məbləğdə dövriyyələrin əks olunması, bəyannamələrdə göstərilmiş dövriyyə məbləğlərinin vergi ödəyicilərinin obyektlərinin faktiki iqtisadi göstəricilərinə (işçilərinin sayı, əmtəə-material ehtiyatlarının həcmi və vahidlərinin satış qiymətləri, obyektin sahəsi, satış üçün əlverişli coğrafi ərazidə yerləşməsi, alıcı axınının və alqı-satqı əməliyyatlarının intensivliyi, gözlənilən faktiki dövriyyə, aktivlərin dəyəri və s.) uyğun olmaması barədə operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; - vergi ödəyicisinin fəaliyyəti olduğu halda bəyannamə təqdim etməməsi, vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (subyektlərinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında və ya vergi öhdəliyinin yaranmaması barədə arayış təqdim edilməsi haqqında operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; - rəsmi statistikaya əsasən təqdim olunan malların (iş və xidmətlərin) qiymətlərinin artdığı, vergi ödəyicisinin yeni sahibkarlıq obyektlərinin qeydiyyata alındığı, habelə reklam və digər mənbəyi bəlli məlumatlara əsasən malların (iş və xidmətlərin) çeşidinin artdığı halda; - büdcəyə vergi hesablamalarının və ödənişlərin müvafiq dövrlə müqayisədə azalması və ya eyni məbləğdə olması barədə operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; - vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində artıq ödəmə məbləğləri yaranması barədə vergi orqanının digər strukturlarından daxil olmuş məlumatlar; - vergidən yayınma, həmçinin operativ vergi nəzarəti məsələləri üzrə qanun pozuntusu hallarına yol verilməsi barədə digər dövlət orqanlarından, vergi ödəyicilərindən, vətəndaşlardan və ya 195 telefon xidməti vasitəsi ilə daxil olmuş müraciətlər; - istehsal həcminin və ya satış dövriyyəsinin azalması ilə əlaqədar olaraq xronometraj metodu ilə yeni müşahidənin aparılması barədə vergi ödəyicilərindən daxil olmuş müraciətlər; - vergi orqanlarının, o cümlədən operativ nəzarət strukturlarının müəyyən etdikləri digər əsaslar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsi Operativ Vergi Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 1058/23 ünvanında müşahidə həyata keçirilmiş və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə müvafiq olaraq **********002100 saylı xx.xx.2022-ci il tarixli “Operativ vergi nəzarətinin təyin edilməsi haqqında” Xidməti Məruzə əsasında **********2897 saylı xx.xx.2022-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərar qəbul edilmişdir. İddiaçı həmçinin ərizəsində qeyd etmişdir ki, nəzarət-kassa aparatına çek vurulduğu halda, bunu nəzərə almayaraq, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmadığını qeyd etmişlər. xx.xx.2022-ci il tarixdə 18:00-da vergi ödəyicisinə məxsus “Xəngəl House” restoranında keçirilən OVN tədbiri zamanı müştəri tərəfindən ona göstərilən ictimai iaşə xidmətinə görə 19 (on doqquz) manat məbləğində ödəniş olunmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən həmin məbləğ NKA-nın fiskal yaddaşına daxil edilməmiş və müştəriyə NKA çeki təqdim edilməmişdir. Uçotdan yayındırılmış məbləğ vergi orqanının əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 18:41-də 1031 saylı qəbzlə bərpa edilmişdir. NKAnın qəbz çapı üçün NKA-da kağız olmadığından, NKA-dan bərpa qəbzi və “X” hesabatı saat 18:41-də alınmışdır. Operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmiş və iddiaçı həqiqətə uyğun olmayan, ümumi ifadələrdən istifadə etməklə iddiasını əsaslandırmağa çalışmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda, əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 (bir min) manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 (üç min) manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 (altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 (iki min) manat, ikinci dəfə yol verdikdə 4000 (dörd min) manat, üç və daha çox dəfə yol verdikdə 6000 (altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etmiş və təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarların iddiaçıya sifarişli məktubla hansı tarixdə çatdırılması müəyyən edilmir. Odur ki, məhkəmə iddiaçı tərəfindən prosessual müddətlərin ötürüldüyü qənaətinə gəlmir. İddia mümkündür. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8950 saylı xx.xx.2022-ci il tarixli Qərara əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 (bir min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2022-ci il tarixədək 1000 (bir min) manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8947 saylı xx.xx.2022-ci il tarixli Qərara əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 (iki) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 (dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2022-ci il tarixədək 4000 (dörd min) manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” DVX seriyalı 013634 saylı xx.xx.2022-ci il tarixli akta əsasən İddiaçı məxsus olan və Nərimanov rayonu Moskva pr. 1058 23 ünvanda yerləşən Xəngəl House obyektində vergi ödəyicisi İddiaçı iştirakı ilə Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına operativ vergi nəzarəti həyata keçirərkən müəyyən olundu ki, “Xəngəl House”-də quraşdırılmış AZSMART mobile zavod sa**********062019 markalı nəzarət-kassa aparatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsi xx.xx.2020-ci il tarixli **********1 saylı qeydiyyat vərəqəsi ilə qeydiyyata alınmışdır. “Xəngəl House” əhali ilə pul hesablaşmalarının aparılmasında NKA-dan istifadə olunur. xx.xx.2022-ci il tarixdə saat 18:00-da vergi ödəyicisinə məxsus “Xəngəl House” restoranında cavabdeh tərəfindən keçirilən OVN tədbiri zamanı müştəri tərəfindən ona göstərilən ictimai iaşə xidmətinə görə ödənilmiş 19 (on doqquz) manat məbləğə görə ödədiyi məbləğ üzrə vergi ödəyicisi tərəfindən NKA-nın fiskal yaddaşına müştəriyə NKA çeki verilmədi. Uçotdan yayındırılmış məbləğ tərəfindən xx.xx.2022-ci il tarixdə saat 18:41-də 1031 nömrəli çeklə bərpa edildi. Bərpa çeki və “X” hesabatı akta əlavə olunmuşdur. NKA-nın çek çapı üçün kağız NKA-da olmadığından NKA-dan bərpa çeki və “X” hesabatı saat 18:41-də alınmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 161.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 338 saylı 2019-cu il 01 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Nəzarətkassa aparatlarının istismarı” Qaydalarının 8.3.16-cı bəndinin tələblərini pozmuş və buna görə İddiaçı barəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” DVX seriyalı 005970 saylı xx.xx.2022-ci il tarixli akt və əlavəsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən həmin orqanın nümayəndələri olan P.Dadaşov və E.Bayramov tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında” Qəbz əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədi ilə keçirilən operativ vergi nəzarəti nəticəsində İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 1058/23 ünvanında yerləşən “Xəngəl House” obyektində aparılmış operativ vergi nəzarəti nəticəsində xx.xx.2022-ci il tarixdə saat 18:04-də təqdim edilmiş işçilərin şəxsiyyət vəsiqələrinə və əmək müqaviləsi bildirişlərinə əsasən ictimai iaşə obyektində işlərinə yerinə yetirilməsinə cəlb edilmiş 4 (dörd) nəfər fiziki şəxsdən 2 (iki) nəfəri (X6 və X4) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin, (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinə xx.xx.2022-ci il tarixdə təqdim etdiyi izahatında bildirilmişdir ki, İddiaçı tərəfindən “Xəngəl House”a işə qəbul edilmişdir. Əmək haqqı 300 (üç yüz) manat müəyyən edilmişdir. Hələ ki, onunla əmək müqaviləsi bağlanmamışdır. İş vaxtı saat 13:00-da başlayır və 20:00-da bitir. Gün ərzində 7 saat işləyir. X5 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinə xx.xx.2022-ci il tarixdə təqdim etdiyi izahatında bildirilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə saat 13:00-da “Xəngəl House”a aşpaz vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı 300 (üç yüz) manat müəyyən edilmişdir. Hələ ki, onunla əmək müqaviləsi bağlanmamışdır. İş vaxtı saat 13:00-da başlayır və 20:00-da bitir. Gün ərzində 7 saat işləyir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********2897 saylı xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, “nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il daxil olmaqla) İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 1058/23 ünvanında yerləşən “Xəngəl House” obyektində operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Yoxlayıcı şəxslər E.M.Bayramov, E.Babayev, K.Həşimov, M.Seyidli və V.Hacıyev. “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********2904 saylı xx.xx.2022-ci il tarixli Tələbnaməyə əsasən İddiaçı nəzarət kitabçası, əmək müqaviləsi bildirişləri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyat barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, bütün elektron daşıyıcılar və elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər və məlumatlar, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün bütün zəruri məlumatlar və sənədlərin təqdim edilməsi tələb edilmişdir. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********2905 saylı xx.xx.2022-ci il tarixli qərara əsasən İddiaçı nəzarət kitabçası, əmək müqaviləsi bildirişləri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyat barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, bütün elektron daşıyıcılar və elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər və məlumatlar, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün bütün zəruri məlumatlar və sənədlərin götürülməsinin həyata keçirilməsi qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY221720776 yoxlama kodlu xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, (başlama tarixi xx.xx.2022-ci il; sona çatma tarixi xx.xx.2022-ci il) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 1058/23 ünvanında yerləşən “Xəngəl House” obyektində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi əsasları ilə sözügedən obyektin cari fəaliyyəti üzrə plandankənar (növbədənkənar) operativ vergi nəzarətinin keçirilməsi nəzərdə tutulmuşdur. Yoxmanın təyin edilməsi üçün əsas vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar. Vergi Məcəlləsi maddə 50.2.2, Yoxlayıcı şəxslər E.M.Bayramov, E.Babayev, K.Həşimov, M.Seyidli və V.Hacıyev. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında” **********3664 saylı xx.xx.2022-ci il tarixli Qərara əsasən üçüncü dərəcəli müfəttiş E.Babayev yoxlamadan çıxarılmış və kiçik vergi xidməti müşaviri Ç.Nəbiyev yoxlamaya təyin edilmişdir. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında” **********7615 saylı xx.xx.2022-ci il tarixli Qərara əsasən üçüncü dərəcəli müfəttiş K.Həşimov, üçüncü dərəcəli müfəttiş V.Hacıyev, birinci dərəcəli müfəttiş M.Seyidli və kiçik vergi xidməti müşaviri Ç.Nəbiyev yoxlamadan çıxarılmış, üçüncü dərəcəli müfəttiş P.Dadaşov yoxlamaya təyin edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY221720776 yoxlama kodlu xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, (başlama tarixi xx.xx.2022-ci il; sona çatma tarixi xx.xx.2022-ci il) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 1058/23 ünvanında yerləşən “Xəngəl House” obyektində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi əsasları ilə sözügedən obyektin cari fəaliyyəti üzrə plandankənar (növbədənkənar) operativ vergi nəzarətinin keçirilməsi nəzərdə tutulmuşdur. Yoxmanın təyin edilməsi üçün əsas vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar. Vergi Məcəlləsi maddə 50.2.2. Yoxlayıcı şəxslər E.M.Bayramov və P.R.Dadaşov. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” DVX seriyalı 004313 saylı xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, P.Dadaşov və E.Bayramov tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrinə uyğun olaraq sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********2905 saylı xx.xx.2022-ci il tarixli qərara əsasən müvafiq işçilərin şəxsiyyət vəsiqələrinin və əmək müqaviləsi bildirişlərinin götürülməsi həyata keçirilmişdir.
IV.Məhkəmənin mövqeyi
Vergi Məcəlləsindən: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə qeyd edir ki, X2 və X5 izahatlarında onlar iddiaçı ilə əmək münasibətlərində olmasını təsdiq etmişlər. Cavabdeh tərəfindən təqdim edilən yoxlama materiallarındakı qeyd edilən izahatlar işəgötürən qismində iddiaçı ilə işçilər arasında əmək münasibətlərinin olması qənaətinə gəlmək üçün yetərlidir. Belə ki, həmin izahatlarda şəxslərin nə vaxtdan işə başladıqları, iş saatları, əmək haqları barədə məlumatlar ətraflı şəkildə qeyd edilmişdir. Vergi Məcəlləsindən: 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli Qərarı ilə Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki təsdiq edilmiş, həmin qrafikə əsasən, Bakı şəhərində digər pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) üçün 2021-ci il 1 aprel tarixədək müddət müəyyən edilmişdir. Həmin Qərarın qeyd hissəsinə əsasən, həmin Qrafik təsdiq edilənədək vergi uçotuna alınmış vergi ödəyiciləri tərəfindən istismar edilən nəzarət-kassa aparatları Qrafikdə müəyyən edilmiş müddətədək istifadə edilməli və qeyd edilən müddətdən sonra həmin nəzarət-kassa aparatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən, Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulması nəzərdə tutulan nəzarət-kassa aparatları ilə əvəz edilməlidir. Beləliklə, iddiaçı müştəri tərəfindən ona göstərilən ictimai iaşə xidmətinə görə 19 manat məbləğində ödəniş olunmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən həmin məbləğ NKA-nın fiskal yaddaşına daxil edilməmiş və müştəriyə NKA çeki təqdim etməmişdir. Uçotdan yayındırılmış məbləğ vergi orqanının əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 18:41-də 1031 saylı qəbzlə bərpa edilmişdir. Qeyd edilən hallar təqdim edilmiş 1442 saylı çek və x-hesabatlarla da öz təsdiqini tapır. Nəticədə iddiaçının barəsində Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova