Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12241/2023 24.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X14) “çıxarışın ləğv edilməsi və hər bir payçıya qanun üzrə yeni çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) X11 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X14) “çıxarışın ləğv edilməsi və hər bir payçıya qanun üzrə yeni çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddianın mümkünlüyü məsələsinə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X14) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 (Albalılıq-2) qəsəbəsində yerləşən ümumi (0.12 hektar) torpaq sahəsinə xx.xx.2021-ci il tarixdə vətəndaş X12 adına qeydiyyata alınmış çıxarışın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1992ci il tarixli 1374 nömrəli qərarına əsasən 83 nömrəli bağ tikinti kooperativi nəzdində iddiaçının mərhum anası X1 məxsus Vişnyovka-2 (Albalılıq-2) qəsəbəsində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 597 nömrəli bağ sahəsi ona ayrılmış və həmin sahəyə 43 №-li order verilmişdi. Anası bağ sahəsini qardaşı X12 adına keçirilməsinə dair ərizə ilə X8 müraciət etmişdir və həmin razılıq ərizəsinə əsasən Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli “07” nömrəli protokolu ilə Sabunçu rayonu, Vişnyovka-2 (Albahhq-2) qəsəbəsi, 597 nömrəli bağ sahəsi X12 icarəsinə verilərək və onunla “16” iyun 2003-cü il tarixli, 31712 nömrəli müqavilə bağlanaraq, ailə üzvləri həmin müqavilədə mülkiyyət hüququnun olmasına dair pay müəyyən edilərək qanunvericiliyə uyğun olaraq adları müqavilədə qeyd edilmişdir. 2019-cu il tarixdə rəsmi qaydada vəkil tərəfindən cavabdeh təşkilata ərizə ilə müraciət olunaraq yuxarıda qeyd edilən müqavilə üzrə hər hansı qeydiyyat hərəkətlərinin aparılmamasına dair 02 oktyabr 2015-ci il tarixli 15/3 nömrəli məktuba cavab olaraq cavabdeh təşkilat bildirmişdir ki, həqiqətən də onların xəbəri olmadan hər hansı bir hərəkətin aparılmasının qeyri-mümkün olduğunu göstərmişlər. Lakin xx.xx.2023-cü il tarixli cavabdeh təşkilatın məktubundan göründüyü kimi üçüncü şəxsə saxtakarlıq yolu ilə onların xəbəri olmadan və konstitusion hüquqları kobud surətdə pozularaq xx.xx.2021-ci il tarixdə qardaşı X12 adına çıxarış verilərək hal-hazırda mübahisəli əmlak onun mülkiyyətindədir, bu da ona dəlalət edir ki, vəzifəli şəxslərin saxtakarlığı ucbatından onlar iki bacı əmlak və vərəsəlik hüququndan məhrum edilmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım edilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmiş və xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu ünvanlanmışdır. İş materiallarında olan poçt xəbərnaməsindən (SX001505977AZ) görünür ki, göndərilmiş hüquqi yardım haqqında məktub iddiaçıya xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. İddiaçı, məhkəməyə xx.xx.2023-cü il tarixdə məhkəmə dəftərxanası vasitəsi ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 (Albalılıq-2) qəsəbəsində yerləşən ümumi (0.12 hektar) torpaq üzərində olan 597 nömrəli bağ sahəsinə xx.xx.2021-ci il tarixdə vətəndaş X12 adına qeydiyyata alınmış çıxarışın ləğv edilməsi və hər bir payçıya qanun üzrə yeni çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-12241/2023 nömrəli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-12241/2023 nömrəli qərardadı ilə X14 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə lazımi qaydada məlumat verilmiş və məhkəmə iclasında iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinə (vəkilinə) bir daha hüquqi yardım edilərək, qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) işə mahiyyəti üzrə baxılıb iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbardar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən). Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbardar olunmuş üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məlumat üçün bildiririk ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 1374 nömrəli qərarına əsasən 83 nömrəli bağ tikinti kooperativi nəzdində X1 Vişnyovka2 (Albalılıq2) qəsəbəsində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 597 nömrəli bağ sahəsi ayrılmış və 43 nömrəli order verilmişdir. Sözügedən bağ sahəsinin X12 adına keçirilməsinə dair X4 və ailə üzvləri notarial qaydada təsdiq edilmiş ərizələri ilə X6 müraciət etmişlər. Həmin razılıq ərizələrinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 07 nömrəli protokolu ilə Sabunçu rayonu, Vişnyovka2 (Albalılıq2) qəsəbəsi, 597 nömrəli bağ sahəsi X12 icarəsinə verilmiş və onunla 16 iyun 2003-cü il tarixli, 31712 nömrəli müqavilə bağlanılmışdır. ünvan ünvanında yerləşən 0.12 hektar torpaq sahəsi xx.xx.2003-cü il tarixli, 31712 saylı icarə müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə X12 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfin izhatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və inzibati mübahisələrlə bağlı qaldırılan iddiaların mütləq qaydada onların məhkəmə icraatının mümkün olub-olmaması məsələsi araşdırma predmeti olmalı və bu kateqoriyadan olan iddiaların İPM-in 35.1-ci maddəsinin müddəalarına uyğun olub-olmamasına hüquqi qiymət verilməlidir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər ödənilmiş olmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 (Albalılıq-2) qəsəbəsində yerləşən ümumi (0.12 hektar) torpaq üzərində olan 597 nömrəli bağ sahəsinə xx.xx.2021-ci il tarixdə vətəndaş X12 adına qeydiyyata alınmış çıxarışın ləğv edilməsi və hər bir payçıya qanun üzrə yeni çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallardan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 1374 nömrəli qərarına əsasən 83 nömrəli bağ tikinti kooperativi nəzdində X2 Vişnyovka2 (Albalılıq2) qəsəbəsində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 597 nömrəli bağ sahəsi ayrılmış və 43 nömrəli order verilmişdir. Sözügedən bağ sahəsinin X12 adına keçirilməsinə dair X5 və ailə üzvləri notarial qaydada təsdiq edilmiş ərizələri ilə X6 müraciət etmişlər. Həmin razılıq ərizələrinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 07 nömrəli protokolu ilə Sabunçu rayonu, Vişnyovka2 (Albalılıq2) qəsəbəsi, 597 nömrəli bağ sahəsi X12 icarəsinə verilmiş və onunla 16 iyun 2003-cü il tarixli, 31712 nömrəli müqavilə bağlanılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X3 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli 31712 nömrəli Müqavilədən görünür ki, Sabunçu rayonu, Vişnyovka ərazisində 0,12 ha torpaq sahəsi olan 597 nömrəli bağ sahəsinin X13 verilməsinə dair X14 ilə Birik arasında müqavilə bağlanılmışdır. İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 597 nömrəli bağ sahəsiünvanında yerləşən 0.12 hektar torpaq sahəsi xx.xx.2003-cü il tarixli 31712 saylı icarə müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə X12 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nə əsasən 3.0.4 dövlət əmlakının idarə edilməsini və özəlləşdirilməsini, onun barəsində sərəncam verilməsini, qeydiyyatının aparılmasını, özəlləşdirilən dövlət müəssisələrinə investisiyaların cəlb olunmasını təmin etmək; 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.19. daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək, 3.0.27. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək xidmətin vəzifələridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır . Həmin Qanunun 4.1-ci maddəsinə müvafiq olaraq qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeydiyyatların və bununla bağlı verilmiş çıxarışların mübahisələndirilməsinə dair iddialar üzrə ilk növbədə mülkiyyətin qeydə alınması üçün əsas olan hüquqvericisənədlər mübahisələndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. Yuxarıda qeyd olunan qanunun normalarının dispozisiyaları ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu N.Manafovun şikayəti ilə əlaqədar 13 iyul 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, “MM-in 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir”. Konstitusiya Məhkəməsi Plenumunun daha sonra qeyd etdiyi kimi, “rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlak mülkiyyətçisi yalnız o halda vicdansız hesab edilir ki, bu qeydə dair etiraz əvvəlcədən reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilsin”. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı mübahisəli bağ sahələrinə dair verilmiş çıxarışların ləğv edilməsini edilməsini xahiş etsə də, sözügedən bağ sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas olan order qüvvədədir. İş üzrə iddiaçı tərəf, üçüncü şəxsin adına qeydiyyata alınmış daşınmaz əmlakın dövlət qeydiyyatına əsas olmuş sənədləri məhkəmə qaydasında mübahisələndirməmiş və reyestrin məzmununun qeyri-dəqiq olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Nə qədər ki, yuxarıda qeyd edilən order qüvvədədir, həmin inzibati aktın əsasında aparılmış qeydiyyat və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüquqlarına dair çıxarışlar mübahisələndirilə bilməz. Belə ki, mübahisəli bağ sahələsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat barəsində onun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir, çünki iddiaçı həmin qeydiyyatın məzmununun qeyri-dəqiqliyini sübuta yetirməmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq iddiaçıya hazırki iddia tələbinin qeyri-mümkün sayılmasına dair xx.xx.2023-cü il tarixli məktub ünvanlanaraq hüquqi yardım olunmuş və qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya hüququ yardım edilsə belə, onun ərizəsi (tələbi) yenə də mümkünlük şərtlərinin tələblərinə cavab vermir. Belə ki, mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas olmuş sənəd mübahisələndirilməlidir. Mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından və iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 597 nömrəli bağ sahəsi ünvanında yerləşən 0.12 hektar torpaq sahəsi iddiaçıya məxsus olmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədin (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) mövcudluğu müəyyən olunmamışdır. Beləliklə, iddiaçının mübahisəli bağ sahəsinə dair hər hansı hüququ da yaranmış olmur və ya belə hüququn olması ilə bağlı hər hansı sənəd (qətnamə və s.) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, mübahisəli bağ sahəsinə dair “X12 adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı ilk öncə mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş inzibati aktı mübahisələndirməli və belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı: 1. Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddiaçıya izah edilsin ki, iddianın qeyri mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş iddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-12241/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12241/2023
24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver