Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12247/2025 16.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinə (bundan sonra Bakı şəhər Reklam İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhər Reklam İdarəsinin xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər olan dövrə aid İ**********0001, İ**********0002 və İ**********0003 nömrəli “Açıq məkanlarda reklam yerləşdirilməsinin icazələri” üzrə İddiaçı yazmış olduğu 475,89 manat yayım haqqını və 85,66 manat ƏDV, cəmi 561,55 manat borcun silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı Şəhər Reklam İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər olan dövr üzrə İ**********0001, İ**********0002 və İ**********0003 nömrəli “Açıq məkanlarda reklam yerləşdirilməsinin icazələri” əsasında 475,89 manat yayım haqqı və 85,66 manat ƏDV, cəmi 561,55 manat məbləğində borc yaranmış və həmin borc hələ də ödənilməmişdir. Hesab edir ki, cavabdeh idarənin qeyd olunan borcu yazması tamamilə qanunsuz və əsassızdır. Məhkəmədən həmin borcun silinməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Belə ki, qeyd edilən ünvanda açılan şourumun (mağazanın) hüquqi olaraq icarəyə götürülməsi icarə müqaviləsində də qeyd edildiyi kimi, Türkiyə Respublikasının İzmir şəhərində fəaliyyət göstərən Kapia firmasına məxsusdur. Əlavə edilən rəsmi sənəddən də göründüyü kimi, mağazanı rəsmi qaydada icarəyə götürən Kapia firmasının işçisi və nümayəndəsi olmuşdur. Qısa fəaliyyəti dövründə bütün rəsmi sənədlərdə notarial qaydada firmanın adı, ünvanı və vergi nömrəsi (VÖEN-i) qeyd edilmişdir. Göstərilən reklam borcu ilə həmin şəxsin heç bir əlaqəsi yoxdur. Bütün bunlar əsasında hesab edir ki, cavabdeh idarənin göstərilən borcu həmin şəxsə aid etməsi tamamilə qanunsuz və əsassızdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə cavabdeh Bakı şəhər Reklam İdarəsinin xx.xx.2025-ci il tarixli, 11-3-1/2-5309/2025 saylı iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında fəaliyyət göstərən ona məxsus “Kapia fabrik mağazası” adlı obyektin üzərində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövr üzrə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə Bakı Şəhəri Reklam İdarəsinə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Reklamların sahəsi ölçülmüş və 3 ədəd reklamın sahəsinin ayrı-ayrılıqda 1.35 və 10.22 kv.m olmaqla ümumilikdə 11.57 kv.m. ölçüdə olduğu müəyyən edilmişdir. Müraciətin reklam haqqında qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmış və ona açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli M**********90001 nömrəli hesabfaktura təqdim edilmişdir. Qeyd edilən reklamların açıq məkanda yerləşdirilməsinə icazələrin verilməsi üçün 129,20 manat məbləğində dövlət rüsumu xx.xx.2022-ci il tarixdə məhz İddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumu ödənildiyi üçün ona xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək olan dövrü əhatə edən aid İ**********90001, İ**********90002 və İ**********90003 nömrəli "Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə"lər verilmişdir. Daha sonra müraciət əsasında Bakı Şəhəri Reklam İdarəsinin xx.xx.2022-ci il tarixli, Q-210 nömrəli qərar ilə İddiaçı verilmiş icazələr 11 oktyabr 2022-ci il tarixindən ləğv edilmişdir. İcazələr üzrə 11 oktyabr 2022-ci il tarixindək yayımlanan reklama görə ödənilməli yayım haqqının məbləği ƏDV ilə birlikdə 561,55 manat qalmışdır. Lakin reklam yayıcısı tərəfindən icazələr üzrə yayım haqqı (ƏDV ilə birlikdə) ödənilməmişdir. Həmin icazələr üzrə ödənilməmiş 561,55 manat borcun 5 gün ərzində tam həcmdə ödənilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixli 11-3-1/2-2229/2025 nömrəli xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, borclu İddiaçı tərəfindən yayım haqqı (ƏDV ilə birlikdə) üzrə borc ödənilmədiyindən onun barəsində “Tələbin icraya yönəldilməsi haqqında” 13 may 2025-ci il tarixli 11-3-1/3-3- 944/2025 nömrəli qərar qəbul edilərək icra edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. Göründüyü kimi, İddiaçı öz müraciəti əsasında məhz onun istifadəsində olan obyektə (mağazaya) icazə verilmişdir. Hazırda isə həmin icazələr üzrə hesablanmış borcun qanunsuz hesab edilməsi və silinməsi üçün hər hansı qanuni əsas mövcud deyil. Həmçinin iddiaçı ərizəsində qeyd etmişdir ki, açıq məkanda reklam yerləşdirilməsinə dair icazə verildikdən sonra sözügedən mağaza fəaliyyətini dayandırmış və reklam lövhəsi sökülmüşdür. Bildiririk ki, İddiaçı tərəfindən ünvan 1 ünvanında fəaliyyət göstərən “Kapia fabrik mağazası” adlı obyektin fəaliyyətinin dayandırılması və reklam daşıyıcının sökülməsi barədə İdarəyə hər hansı müraciət daxil olmamışdır. Halbuki, reklam yayımın dayandırılması barədə məlumat vermək vəzifəsi məhz icazə sahibi olan İddiaçı daşıyır ki, yuxarıda da qeyd edildiyi kimi şəxsin bu barədə hər hansı müraciəti daxil olmamışdır. Yalnız xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə daxil olmuş müraciət əsasında Bakı Şəhəri Reklam İdarəsinin xx.xx.2022-ci il tarixli, Q-210 nömrəli qərar ilə İddiaçı verilmiş icazələr 11 oktyabr 2022-ci il tarixindən ləğv edilmişdir. Əlavə məlumat olaraq qeyd edilir ki, qərarla icazələr sistemində daşıyıcı ləğv olunan zaman 4 pozisyalı şəkildə ləğvin başlanğıc tarixi icazənin bitmə tarixi olaraq əks olunur. Bu səbəbdən icazələr sistemində icazənin dövrü ləğv olunma tarixinə uyğun olaraq dəyişir. Göründüyü kimi, verilmiş icazələr üzrə 11 oktyabr 2022-ci il tarixindək reklam yayımı həyata keçirilmiş və həmin tarixədək reklam yayımın dayandırılması barədə İddiaçı tərəfindən hər hansı müraciəti olmamışdır. İddia tələbinə münasibət bildirməklə həmçinin əlavə olaraq qeyd edilir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının mövqeyi baxımdan, hesab edirik ki, hazırkı iddia tələbinin iddianın mümkünlük şərtlərinə cavab vermədiyi üçün mümkün sayılmamalıdır. Belə ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. Qeyd edilməlidir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli; 3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). İşin faktiki hallarından göründüyü kimi, iddiaçının mübahisələndirdiyi borc qanunvericiliyin tələblərinə uyğun qaydada verilmiş inzibati akt əsasında hesablanmış borcdur. Başqa sözlə, hesablanmış borc əsas inzibati akta bağlıdır və həmin qərardan irəli gəlir. Nəzərə almaq lazımdır ki, əsas inzibati akt 11 oktyabr 2022-ci il tarixindək ləğv edilmədiyi və ya dəyişdirilmədiyi halda, borcun silinməsi mümkün hesab edilə bilməz. Beləliklə, qeyd olunanlardan görünür ki, İddiaçı hazırkı iddia tələbinin iddianın mümkünlük şərtlərinə cavab vermədiyi üçün mümkün sayılmamalı, mümkün hesab edildiyi halda isə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasına gəlməmiş və və gəlmədiyi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Bu baxımdan iddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən Bakı şəhəri Reklam İdarəsinə ünvanlanmış “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə” ərizədən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən “KAPİA” obkyektində xx.xx.2022-ci il tarixdən 12 ay müddətində reklam yerləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Bakı şəhəri Reklam İdarəsinin “Açıq məkanda icazə yerləşdirilməsinə dair” xx.xx.2022-ci il tarixli, İ**********0001 №-li icazəsində göstərilmişdir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən təsərrüfat obyektində 7.30 * 1.40 metr ölçüdə olmaqla, 10.22 kv.metr sahəsi olan reklam lövhəsinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yerləşdirilməsinə icazə verilmişdir. Ödəniləcək yayım haqqının ümumi və aylıq məbləği (manatla, ƏDV-siz, (nağdsız ödənilməməklə)) aylıq 86,87 manat olmaqla, ümumi 1042.44 manat təşkil edir. Bakı şəhəri Reklam İdarəsinin “Açıq məkanda icazə yerləşdirilməsinə dair” xx.xx.2022-ci il tarixli, İ**********0002 №-li icazəsində göstərilmişdir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən təsərrüfat obyektində 0.60 * 2.25 metr ölçüdə olmaqla, 1.35 kv.metr sahəsi olan reklam lövhəsinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yerləşdirilməsinə icazə verilmişdir. Ödəniləcək yayım haqqının ümumi və aylıq məbləği (manatla, ƏDV-siz, (nağdsız ödənilməməklə)) aylıq 11.48 manat olmaqla, ümumi 137.76 manat təşkil edir. Bakı şəhəri Reklam İdarəsinin “Açıq məkanda icazə yerləşdirilməsinə dair” xx.xx.2022-ci il tarixli, İ**********0003 №-li icazəsində göstərilmişdir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən təsərrüfat obyektində 0.60 * 2.25 metr ölçüdə olmaqla, 1.35 kv.metr sahəsi olan reklam lövhəsinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yerləşdirilməsinə icazə verilmişdir. Ödəniləcək yayım haqqının ümumi və aylıq məbləği (manatla, ƏDV-siz, (nağdsız ödənilməməklə)) aylıq 11.48 manat olmaqla, ümumi 137.76 manat təşkil edir. Bakı şəhəri Reklam İdarəsinin “Açıq məkanda reklam yayımına görə yaranmış müvafiq borcun ödənilməsi barədə” xx.xx.2025-ci il tarixli, 11-3-1/2-2229/2025 №-li məktubunda göstərilmişdir ki, “... müraciətinizə əsasən Bakı Şəhəri Reklam İdarəsi tərəfindən verilmiş. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü 1**********0001, İ**********0002 və İ**********0003 nömrəli "Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə"lər üzrə 475.89 manat yayım haqqı və 85,66 manat ƏDV, cəmi 561,55 manat borc bugünədək ödənilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, həmin icazələr üzrə ödənilməmiş 561,55 manat borc 5 gün ərzində tam həcmdə ödənilməlidir. Əks təqdirdə, icazələr üzrə borcun qanunamüvafiq qaydada tutulması məqsədilə aidiyyəti üzrə müraciət ediləcəkdir.” Bakı şəhəri Reklam İdarəsinin “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2025-ci il tarixli, 11-3-1/3-3-944/2025 №-li Qərarında göstərilmişdir ki; “... - Borclu İddiaçı açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə müraciətinə əsasən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi tərəfindən verilmiş xx.xx.2022-cı il tarixdən xx.xx.2022-cı il tarixədək olan dövrü əhatə edən 1**********0001, 1**********0002 və 1**********0003 nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə”lər verilmişdir İcazələr üzrə 475,89 manat məbləğində yayım haqqı və 85,66 manat məbləğində ƏDV olmaqla, cəmi 561,55 manat borc ödənilməmiş qalmaqdadır. - Həmin icazələr üzrə ödənilməmiş 561,55 manat borcun 5 gün ərzində tam həcmdə ödənilməsi məqsədi ilə xx.xx.2025-cı il tarixli 11-3-1/2-2229/2025 nömrəli xəbərdarlıq göndərilmişdir. - Xəbərdarlıq göndərilməsinə baxmayaraq borclu İddiaçı tərəfindən borc ödənilməmişdir. - “İnzibat icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibatı aktların məcburi qaydada icrası “İcra haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. - Həmin Qanunun 82.2-cı maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibatı orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. - Yuxarıda göstərilənlərə əsasən, İddiaçı tərəfindən 561,55 manat məbləğində borc qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə Bakı Şəhəri Reklam İdarəsinin 1**********0001, İ**********0002 və 1**********0003 nömrəli inzibatı aktları (“Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə”lər) xx.xx.2025-ci il tarixdən icraya yönəldilsin”. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-18/2-102298/2025 №-li cavab məktubunda göstərilmişdir ki, elektron uçot-məlumat bazasına əsasən İddiaçı (VÖEN: **********) xx.xx.2025-ci il tarixə fəaliyyəti aktiv vəziyyətdədir. TƏTBİQ EDİLƏN HÜQUQ “Reklam haqqında” Qanun: Maddə 2. Əsas anlayışlar ... 2.0.1. reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat; ... Maddə 4. Reklama dair ümumi tələblər 4.1. Reklam bu Qanunla qadağan edilməyən üsul və vasitələrlə reklam istehlakçılarının diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır. 4.2. Reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir. ... 4.8. Reklam qurğuları insanların rahatlığını pozmamalı, nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaratmamalı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş texniki tələblərə cavab verməlidir. Reklam qurğusundan yalnız reklamın yayımlanması məqsədi ilə istifadə oluna bilər. ... Maddə 26. Açıq məkanda reklam 26.1. Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.1-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müvafiq reklam qurğularının tikintisinə və istismarına icazə tələb olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 26.2. Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. 26.2-1. Açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin formasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 26.2-2. Reklam yayıcısı, həmçinin: 26.2-2.1. reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır; 26.2-2.2. reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə həmin əmlakın icarəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılacaq müqavilədən irəli gələn məbləği həmin quruma ödəməlidir. 26.2-3. Reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. 26.3. Reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində müvafiq icra hakimiyyəti orqanının razılığı ilə, tarix və mədəniyyət abidələrinin mühafizə zonasında isə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı ilə yerləşdirilə bilər. 26.3-1. Şuşa şəhərinin ərazisində, habelə şəhərin mühafizə zonasında reklam yerləşdirilməsi “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 26.4. Yaşayış binasında yerləşdirilən reklam onun təhlükəsiz istismarına, mənzillərin havalandırılmasına, təbii işıqlandırılmasına mane olmamalı, sakinlərin rahatlığını pozmamalı, ətraf mühit üçün təhlükə törətməməlidir. 26.5. Açıq məkanda yerləşdirilən reklam yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməli, yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmamalı, sürücülərin yol şəraitini qiymətləndirməsinə mane olmamalı və çətinləşdirməməli, yol hərəkəti nişanlarına və yazılarına bənzəməməlidir. Yol örtüyünün üzərində, yol hərəkəti nişanlarında, onların dirəklərində və digər tənzimləmə vasitələrində, yol qurğularında reklamın yerləşdirilməsi qadağandır. 26.6. Reklam qurğularının yol kənarında yerləşdirilməsi standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 26.7. Tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamının açıq məkanda yerləşdirilməsi qadağandır. 26.8. Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parklarına, sənaye məhəllələrinə və aqroparklara münasibətdə isə hər birinin ümumi ölçüsü 20 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. 26.9. Yol hərəkəti iştirakçılarına maneə törədən, onların həyat və sağlamlığına təhlükə yarada bilən reklam daşıyıcılarını yerləşdirmək qadağandır. 26.10. Bu Qanuna görə reklam yerləşdirilməsinə yol verilməyən ərazilərdə reklamın yerləşdirilməsi yalnız dövlət bayramlarında, beynəlxalq və dövlət tədbirlərində bu Qanunun 26.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla konkret dövr üçün nəzərdə tutula bilər. ... Maddə 35. Reklam sahəsində qiymətlərin tənzimlənməsi 35.1. Reklam sahəsində qiymətlər bazar münasibətlərinə (bu Qanunun 35.2-ci və 35.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) uyğun olaraq müqavilə ilə tənzimlənir. 35.2. Bu Qanunun 26.2-2.2-ci maddəsinə uyğun olaraq, müqavilə bələdiyyə ilə bağlandığı halda müvafiq əmlakın icarəsinə görə məbləğin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 35.3. Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısına bu Qanunun 26.2-ci maddəsinə uyğun olaraq verilən icazədə müəyyən edilir. “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydası: ... 2.1. Açıq məkanda reklam yerləşdirilməsinə icazə (bundan sonra – icazə) alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır. ... 2.9. İcazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu müvafiq qurumun verdiyi bildiriş alındığı tarixdən 5 iş günü ərzində reklam yayıcısı tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq quruma təqdim olunur. 2.10. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənədi reklam yayıcısı müvafiq quruma təqdim etdikdən sonra 2 iş günündən gec olmayaraq icazə reklam yayıcısına verilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qaydanın 2.9-cu bəndində nəzərdə tutulan müddətdə müvafiq quruma təqdim edilmədikdə, müvafiq qurum tərəfindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində göstərilmiş tədbirlər görülür. İcazənin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. 2.11. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. Bu Qaydanın 2.2.6-cı yarımbəndində nəzərdə tutulmuş əmtəələrə münasibətdə icazə müvafiq lisenziyada (sertifikatda və ya digər icazədə) müəyyən edilmiş müddətdən artıq verilə bilməz. Daimi xarakter daşıyan reklama (xidmət, ticarət və ya digər obyektlərin adları və s.) icazə altı aydan az olmayan müddətə verilir. 2.12. İcazədə aşağıdakılar göstərilir: 2.12.1. icazənin verilmə tarixi və qeydiyyat nömrəsi; 2.12.2. müvafiq qurumun adı və ünvanı; 2.12.3. texniki şərtlər (reklam daşıyıcısının yerləşdiyi ünvan və ya koordinat, reklam daşıyıcısının növü, ölçüsü və tərəflərinin sayı, reklamın sahəsi (kv.m.), reklam yayımı zonası (olduqda), reklamın effektivlik dərəcəsinin kateqoriyası (olduqda), əmsal, reklamın eskizi və ölçüləri, reklamın yerləşdiriləcəyi yerdə rəngli fotomontajı, reklamın yerləşdiriləcəyi yerin rəngli fotosu (sxemi) və vəziyyət planı); 2.12.4. icazənin sahibi barədə məlumatlar (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, hüquqi şəxsin, yaxud xarici hüquqi şəxsin filialının və ya nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı); 2.12.5. icazənin müddəti (müddətin başlama və başa çatma tarixləri göstərilməklə); 2.12.6. açıq məkanda reklam yayımına görə haqqın və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələ; 2.12.7. istehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan əmtəələrin reklamına icazə verilərkən müvafiq lisenziya, yaxud sertifikatın və ya digər icazənin verilmə tarixi, qeydiyyat nömrəsi, müddəti (olduqda). 2.13. İcazə müvafiq qurumun rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.14. Açıq məkanda reklam yerləşdirilməsinə icazə hər bir reklam daşıyıcısına münasibətdə ayrıca verilir. ... 2.20. Reklam daşıyıcısının söküldüyü, icazənin dayandırıldığı və ya ləğv edildiyi, həmçinin reklam yayımının reklam yayıcısının öz təşəbbüsü ilə dayandırıldığı hallarda ödənilmiş haqq geri qaytarılmır. 2.21. İcazə müddətinin uzadılması icazə sahibinin müraciəti əsasında bu Qaydanın 2.11-ci bəndinə və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, icazənin yenidən rəsmiləşdirilməsi qaydasında həyata keçirilir. 2.22. İcazənin müddəti bitdiyi halda reklam yayıcısı reklam yayımını dərhal dayandırmalıdır. Müddəti bitmiş icazə, onun müddəti uzadılmadığı halda, müvafiq qurumun inzibati aktı ilə ləğv edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində reklam yayıcısına təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. ... 3.1. Müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür. .. 3.5. Müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu 1.1. Dövlət rüsumu – dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). ... 2.0. Dövlət rüsumu aşağıdakı hallarda tutulur: ... 2.0.17. Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərin göstərilməsi, mövsümi (səyyari) ticarət və xidmət yerlərinin müəyyən edilməsi, habelə açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi ... 3.1. Bu Qanunla nəzərdə tutulmuş işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldə edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər dövlət rüsumunun ödəyiciləridirlər. ... Maddə 33-2. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və ödənilməsinin xüsusiyyətləri ... 33-2.2. Bu Qanunun 33-1-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğləri 1 il müddətinə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə müəyyən edilir. 33-2.3. Reklam daşıyıcısının quraşdırıldığı zonadan asılı olaraq bu Qanunun 33-1ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir: 33-2.3.1. Bakı şəhəri üzrə - 1; 33-2.3.2. Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə - 0,8; 33-2.3.3. Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə - 0,7; 33-2.3.4. digər şəhər (rayon), qəsəbə və kənd üzrə - 0,5. 33-2.4. Həcmli fəza konstruksiyaları və mürəkkəb formalı qurğular üçün reklam sahəsi kimi reklamın konturu ilə əhatə olunmuş sahə qəbul edilir. 33-2.5. Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran, ölçüsü 1 kvadratmetrdən artıq olan lövhəyə (yazıya) görə dövlət rüsumu onun ümumi ölçüsünə uyğun ödənilir. 33-2.6. Müvəqqəti xarakter daşıyan reklama verilmiş icazənin müddəti bir ildən az olduqda, dövlət rüsumunun məbləği on ikiyə bölünərək icazə istənilən ayların sayına vurulur və alınan nəticəyə bu Qanunun 33-2.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq əmsal tətbiq olunur. MƏHKƏMƏNİN MÖVQEYİ İlk öncə qeyd edilməlidir ki, “Reklam haqqında” Qanuna əsasən reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Eyni zamanda, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Qeyd edilməlidir ki, açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir və icazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu müvafiq qurumun verdiyi bildiriş alındığı tarixdən 5 iş günü ərzində reklam yayıcısı tərəfindən ödənilməlidir. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Reklam İdarəsinə ərizə ilə müraciət edərək, onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat obyektində açıq havada müvafiq reklam lövhələrinin yerləşdirilməsini xahiş etmiş və nəticədə cavabdeh tərəfindən sözügedən ərazidə reklam lövhələrinin yayımı ilə bağlı İ**********0001 №-li, İ**********0002 №-li və İ**********0003 №-li icazələr verilmişdir. Həmin icazələrə nəzər yetirdikdə görərik ki, reklam lövhələrinin yerləşdirilməsilə bağlı hər üç icazə ilə bağlı ümumi ƏDV (18 %) daxil olmaqla, 1555,05 manat məbləğində yayım haqqı müəyyənləşdirilmişdir. Başqa sözlə desək, hazırda iddiaçıdan ödənilməsi tələb olunan ödənişlər iddiaçının fəaliyyət göstərdiyi xidmət sahəsilə bağlı açıqda havada reklam lövhələrinin yerləşdirilməsilə əlaqədar icazələrin verilməsindən irəli gələn öhdəlikdir. İddiaçı tərəfindən isə qanunvericiliklə müəyyən olunmuş ödəniş müqabilində reklam lövhələrinin yerləşdirilməsilə bağlı həmin icazə (icazələrə) görə nəzərdə tutulan məbləğ tam ödənilməmişdir. Məhkəmə bu məqamda qeyd edir ki, yuxarıda qeyd olunan qanunun normalarının dispozisiyasından aydın olur ki, açıq məkanda reklam yerləşdirilməsinə icazələr üzrə ödənilən haqq hüquqi təbiəti baxımından dövlət rüsumu ödənişlərinə daxildir. Eyni zamanda nəzərə alınmalıdır ki, dövlət rüsumunun mahiyyəti ondan ibarətdir ki, bu, fiziki və hüquqi şəxslərin dövlət orqanları tərəfindən göstərilən xidmətlərdən və ya həyata keçirilən hüquqi əhəmiyyətli hərəkətlərdən yararlandıqları zaman dövlət büdcəsinə məcburi şəkildə köçürdüyü vəsaitdir. Bu isə öz növbəsində dövlət büdcəsinə yönələn və qanunvericiliklə tənzimlənən bir ödənişdir ki, bununla da dövlət xidmətlərinin maliyyələşdirilməsinə və əhalinin hüquqi xidmətlərdən istifadəsinin tənzimlənməsinə xidmət edir. Başqa sözlə desək, dövlət rüsumun hüquqi tənzimləməsi konkretdir və o hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən haqq olmaqla yanaşı dövlətin suveren hüququ əsasında tətbiq edilir. Dövlət öz funksiyalarını yerinə yetirmək və xərclərini maliyyələşdirmək üçün vergi və rüsumlar şəklində məcburi ödənişlər toplamaq səlahiyyətinə malikdir. Bu, dövlətin ictimai maraqları təmin etmək üçün fərdlərdən tələb etdiyi bir öhdəlikdir. Dövlət rüsumları dövlət büdcəsinin mühüm gəlir mənbələrindən biri olmaqla, ödənişin məcburi olması büdcənin sabitliyini və dövlət funksiyalarının fasiləsizliyini təmin edir. Eyni zamanda məhkəmə qeyd edir ki, dövlət rüsumunun tutulması qaydaları, məbləğləri və ödənilmə müddətləri Azərbaycan Respublikasının qanunları, xüsusilə də “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dəqiq müəyyən edildiyindən onu könüllü yox, məcburi ödəniş kateqoriyasına daxil edir. Beləliklə, dövlət rüsumu könüllü xeyriyyə yox, qanun gücünə əsaslanan, konkret dövlət xidməti müqabilində yaranan və icrası hüquqi məsuliyyət doğuran məcburi maliyyə öhdəliyidir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, hazırda iddiaçıdan ödənilməsi tələb olunan ödənişlər sonuncunun müraciəti əsasında cavabdeh tərəfindən verilmiş İ**********0001 №-li, İ**********0002 №-li və İ**********0003 №-li icazələr üzrə qanunla müəyyən olunuş dövlət rüsumu olduğundan və dövlət rüsumunun hüquqi təbiəti baxımından məcburi ödəniş olması nəzərə alınaraq iddiaçı tərəfindən hökmən dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həm də onu qeyd edir ki, hazırki mübahisə üzrə qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə dövlət rüsumunun vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin hüquqlarına qanunsuz müdaxilələrin qarşısının alınmasından ibarətdir. Odur ki, istər qanunvericiliklə müəyyən olunmuş ödəniş müqabilində şəxslərə xidmət (xidmətlər) göstərən dövlət orqanları, istərsə də işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldə edən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar. Eyni zamanda məhkəmə qeyd edir ki, hər nə qədər iddiaçı reklam lövhəsinin yerləşdiyi müəssəsisənin sadəcə nümayəndəsinin kimi mülahizələr irəli sürsə də o, iddiaçı tərəfindən açıq məkanda reklam yerləşdirilməsilə bağlı müvafiq inzibati orqana müraciət etməklə və müəyyən dövrlər üzrə icazə ilə bağlı ödənişləri tərəfindən həyata keçirməklə öz iradə ifadəsini nümayiş etdirmiş və bununla da inzibati orqan tərəfindən iddiaçıya etimad göstərilməklə ona açıq məkanda reklam lövhələrinin yerləşdirilməsinə müvafiq icazələr verilərək, icazələr üzrə dövlət rüsumun hissə-hissə ödənilməsinə möhlət verilmişdir. İPM-in: 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-12247/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12247/2025
16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver