Məhkəmə qərarları › İş №2-1(112)-1225/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1225/2020

07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1225/2020 07.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı6 nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Mövsum oğlu, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 cavabdeh Bakı şəhəri Cavabdehə qarşı üçüncü şəxslər “xxxx” MTK və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olmaqla sərəncamın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Mövsum oğlu, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 cavabdeh Bakı şəhəri Cavabdehə qarşı üçüncü şəxslər “xxxx” MTK və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdehin xx xxxxxx 2016-cı il tarixli, 439 saylı sərəncamının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin bir neçə rayonunda köhnə yaşayış binalarının sökülməsi və yenilərin tikilməsi üzrə pilot layihələr həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı xx xxxxxx 2016-cı il tarixli Qəranının adından istifadə edərək artıq neçə aydır ki, Bakı şəhəri Cavabdeh və heç bir inşaat tikinti işindən başı çıxmayan “xxxx” MTK (xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış, nizamnamə kapital – 20 manat, qanuni təmsilçi Rəşad Əliyev) nümayəndələr şəhər salma və abadlıq adı altında onlar sakinlərin hüquqlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı Qərarının və Azərbaycan Respublikası Qanunlarının tələblərini kobud şəkildə pozurlar.Belə ki, 2017-ci ilin may ayından indiyədək “xxxx” MTK tərəfindən Ə.Əlizadə küçəsi 36 ünvanda yerləşən istismar müddəti bitmiş, bir mərtəbəli məhdud kommunal şəraitli evlərin söküntüsünə başlanılmış, iyul ayından isə tikinti və şəhərsalma qaydaları pozularaq qanunazidd tikinti işləri aparılır. “xxxx” MTK Ə.Əlizadə küçəsi 36 ünvanından 8 mənzili köçürərək, tikinti faizi və tikinti sıxlığı göstəricilərinin yüksək olduğu ərazidə 14 mərtəbəli binanın tikintisini başlamaqla 150-dən çox mənzildə yaşayan ailələrin hüquqlarını pozur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanınhəyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014 il tarixli, 72 saylı Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ının 9-cu hissəsi kobud şəkildə pozularaq, ara məsafə qaydalarına riayət olunmur. Onların binasının ətrafında onsuzda böyük sıxlıq var. Çünki bu ərazidə “xxxxx” MTK tərəfindən inşa olunmuş onların yaşadığı 3 girişli 14-16 mərtəbəli yaşayış binası, Əliəşrəf Əlizadə 36A ünvanda 6 bloklu 5 mərtəbəli yaşayış binaları mövcuddur və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilən icazə əsasında “xxxxxxxx” MTK tərəfindən 2 girişli 19 mərtəbəli yaşayış binasının inşası aparılır. Bu əraziyə demək olar ki, bu üçbucağın ortasına “xxxx” MTK tərəfində pilot layihəsi adı ilə yeni bir 14 mərtəbəli yaşayış binasını pərçim edilməsi burada yuxarıda qeyd olunan pozuntularla birgə yolverilməz sıxlığ yaradır, insolyasiyaya və aerasiyaya ciddi maneyə yaradır. Normativlərlə tələb olunan günəş işığının və şüasının, hava hərəkətinin qarşısını alır. Bu da onların sağlam həyat hüququnu kobud şəkildə pozur. xx xxxxxx 2016-cı il tarixli 439 saylı sərəncamda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinentinin xx xxxxxx 2016-ci il tarixli 86 saylı Qərarının 1.1-ci bəndinə əsasən “mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsinədən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Cavabdeh tərəfindən həyata keçirilməlidir”. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5-ci maddəsinə əsasən şəhərsalma və tikinti sahəsində dövlətin səlahiyyətləri təsbit edilmişdir. 5.1.1. ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi; 5.1.2 ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi; 5.1.3. şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması və onun tətbiqi qaydalarının müəyyən edilməsi; 5.1.4. tikintiyə icazə verilməsi; 5.1.5. şəhərsalma və tikinti fəaliyyətinin lisenziyalaşdırılması; 5.1.6. tikinti fəaliyyətinin peşə sahələrinin, tikinti materiallarının və məmulatınını,tikinti təyinatlı avadanlıqların,maşın və mexanizmlərin sertifıkatlaşdınlmasının təşkili; 5.1.7. tikintiyə nəzarətin həyata keçirilməsi; 5.1.8. tikinti layihələrinin ekspertizadan keçirilməsi; 5.1.9. şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması və qəbul edilməsi; 5.1.10. tikinti obyektlərinin istismarına icazə verilməsi; 5.1.11. şəhərsalma və tikinti sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin təmin edilməsi; 5.1.12. tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi meyarlarının və qaydalarınım müəyyən edilməsi. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Belə ki, “Çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” xx xxxxxx 2016-cı il tarixli 439 saylı Sərəncamın 4-cü bəndində sərəncamın 1-ci və 2-ci bəndlərinin tələbləri “xxxx” MTK tərəfındən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədi ilə RİH-ə müraciət edilməsi “xxxx” MTK kimlərə isə çox arxayın olduğundan nəinki sərəncamın 1-ci və 2-ci bəndlərini yerinə yetirməmiş, hətta müvafiq qaydada razılaşdırılmaqla tikintiyə icazə almadan tikinti işlərinə başlamışdır. Cavabdeh isə sanki rayonda baş verənlərdən xəbərsiz olduğunu nümayiş etdirir, şikayət və ərizələrə cavab vermir, “xxxx” MTK-nın qanunsuz hərəkətlərinə şərait yaradır. Göründüyü kimi tikinti şirkəti məhz qeyd edilən Qərardan dərhal sonra yaradılmışdır. Şirkət bu müddət fəaliyyət göstərdiyi və bu müddətdə heç bir tikinti işi aparmadığı, nizamnamə kapitalı 20 manat olduğu halda Cavabdeh məhz bu MTK-ya çoxmərtəbəli yaşayış binasının layihələndirilməsini həvalə etmişdir. Barəsində icazə tələb olunan tikinti şəhəsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə yerli icra hakimiyyəti orqanları tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Sifarişçi tikintiyə icazə üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə sorğu ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra yerli icra hakimiyyəti orqanı tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir. Həmin sorğuya layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətlə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə 5 gün müddətində rəy bildirilməlidir. Məcəllənin 75.6-cı maddəsi “Müvafiq icra hakimiyyəti orqanı layihəsi eskpertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində eskpertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna omaqla) müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərra qəbul edir. Hətta tikinti və şəhərsalma qanunvericiliyinin tələblərinin pozulduğu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitetktura Komitəsinin Cavabdehin başçısı A.Fərzəliyevə ünvanladığı məktubdan da bəlli olur. Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab A.Ələsgərovun Cavabdehin başçısı A.Fərzəliyevə ünvanladığı xx xxxx 2017-ci il tarixli, xx/xx-1277 saylı məktubda ərazidə aparılan araşdırma zamanı məhəllənin mövcud vəziyyətinin dəqiq təhlil olunmadığı bildirilmiş və həmin ərazinin ərazi planlaşdırma eskizinin yenidən işlənməsi tapşırılmışdır. Tikinti faizinin və tikinti sıxlığı göstəricilərinin yüksək olması, torpaqdan istifadə planında yaşayış ərazsinin sahəsinin 1 hektardan az olması və digər səbəblərdən göstərilən həyətdə 14 mərtəbəli yaşayış binasının tikintisinin birmənalı olaraq məqsədəuyğun olmadığını bildirmişdir. Həmin Komitənin rəhbərliyinin Cavabdehə (və sakinlərə) ünvanladığı xx xxxxxx 2017-ci il tarixli, 02/06/-Kol-19-1382 saylı məktubla “xxxx” MTK tərəfindən aparılan tikintiyə hazırlıq və tikinti işləri zamanı tikinti normalarının pozulması hallarının “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinin tələblərinə uyğun olaraq aparılmasının yerli səviyyədə araşdırılması və Cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin təmin olunması tövsiyə edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri nəzərdə tutulmuşdur. Binaların xarici divarlarının önüdə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Məcəllənin 69.5-ci maddəsinin tələbinə əsasən ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsini təşkil etməlidir. Tikilməsi planlaşdırılan 14 mərtəbəli binanın hündürlüyü 50 metr təşkil edəcəksə, həyətdə olan digər binalarla ara məsafəsi minimum hər tərəfdən 30 metr təşkil etməlidir. Hal-hazırda “xxxx” MTK tərəfindən inşa olunan bina ilə Əhməd bəy Ağa oğlu 12 saylı binanın divarı ilə ara məsafə cəmi 27 metr təşkil edir. X3 12 ünvanda olan bina 16 mərtəbəli yaşayış binasıdır və hündürlüyü 50 metrdən çoxdur. Bu halda ara məsafə iki bina arasında 60 metrdən çox olmalıdır. Bununla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014 il tarixli 72 saylı Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl” Qaydaların 9-cu hissəsinin tələbləri kobud surətdə pozularaq ara məsafələr qaydalarına riayət olunmur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəllənin 66.2-ci maddəsinə əsasən ərazilərdə tikintinin aparılması üçün mühəndis-axtarış işləri yerinə yetirilərkən bitişik (yanaşı) və qonşu binaların yükdaşıyan konstruksiyaları ətraflı öyrənilməli, planlaşdırılan tikintinin mövcud obyektlərə potensial təsiri qiymətləndirilməli və sənədləşdirilməlidir. Qanunun tələbləri cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57-ci maddəsində tikintiyə dair ümumi tələblər təsbit edilmişdir. Tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.2 sanitariyagigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir; 57.2.3. istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzu olunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və şairəyə) zəmin yaratmamalıdır; 57.2.4. səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir. “xxxx” MTK baxmayaraq ki, tikintiyə 2017-ci ilin mayında başlamışdır, Cavabdeh tərəfindən təqdim olunan “xxxx” MTK və “xxxxxxxxx” MMC-nin birgə sifarişi ilə hazırlanmış Əliəşrəf Əlizadə, Əbdüləzəl Dəmirçizadə, Qarabağ və Əhməd bəy Ağaoğlu küçələrinin əhatə etdiyi planlaşdırma sənədi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yalnız xx xxxxxxx 2017 il tarixli xx/xx-1759 nömrəli məktubu ilə razılaşdırılmışdır. Bu razılaşdırmada nəticə olaraq mübahisələndirilən sərəncamda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında 51 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarının 4.13-cü maddəsində “Ərazi zonalarında yolverilən tikintinin miqyası çoxmərtəbəli, çoxmənzilli yaşayış binaları üçün müəyyən edilmiş “Ərazinin tikinti əmsalı” və “Ərazinin tikinti sıxlığının əmsalı” nəzərə alınmır və kobud pozulur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi xx xxxxx 2018 il tarixli, 05/06-Kol-11-634 nömrəli məktubunda bildirmişdir ki, onların müraciəti əsasında aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, sözügedən ərazidə Cavabdeh tərəfindən təsdiq edilmiş ərazi-planlaşdırma sənədində göstərilən qeyri-yaşayış obyektlərinin yerləşdirilməsi nəzərdə tutulan torpaq sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamları ilə “xxxxxxxx” MTK-ya çoxmərtəbəli yaşayış binaların tikintisi üçün torpaq sahəsi ayrılmış, tikinti layihəsinin əsaslandırılması təsdiq edilərək tikinti işlərinin başlanılması üçün icazə verilmişdir.Eyni ərazi üçün ayrı-ayrı vaxtlarda ərazi planlaşdırması baxımından biri-biri ilə ziddiyyət təşkil edən iki planlaşdırma həllinin qəbul edilməsi nəticəsində ərazidə şəhərsalma və tikinti qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq, yaranmış uyğunsuzluqların şəhərsalma və tikinti qanunvericiliyin tələblərinə uyğun olaraq aradan qaldırılması üçün Komitə tərəfindən Cavabdehə müvafiq müraciət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orgqanların siyahısı”nın 1.5-ci bəndinə əsasən müfəssəl plan yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin sifarişi ilə hazırlanır. Ərazi üçün yalnız bir müfəssəl plan olmalıdır. Yuxarıda qeyd olunanlar göstərir ki, Cavabdeh tərəfindən “xxxx” MTK-nın maraqlarına uyğun olaraq və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sözügedən ərazi barədə qeyri-dəqiq, qeyri-düzgün, həqiqətdən uzaq olan məlumat verilməsi nəticəsində şəhərsalma və tikinti qanunvericiliyin tələblərinin ciddi pozulması hesabına “xxxx” MTK və “xxxxxxxxx” MMC-nin birgə sifarişi ilə hazırlanmış Əliəşrəf Əlizadə, Əbdüləzəl Dəmirçizadə, Qarabağ və Əhməd bəy Ağaoğlu küçələrinin əhatə etdiyi planlaşdırma sənədi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx xxxxxxx 2017 il tarixli xx/xx-1759 nömrəli məktubu ilə razılaşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında 51 saylı, xx xxxxxx 2014-cü il tarixli və “Ara məsafələri ilə bağlı müfəssəl Qaydalar“ın təsdiq edilməsi haqqında 72 saylı, xx xxxx 2014-cü il tarixli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nın, habelə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1-ci maddəsi kobud şəkildə pozulmuşdur. Qeyd olunanlar deməyə əsasən verir ki, Cavabdeh və “xxxx” MTK tərəfindən qanunun tələblərini yerinə yetirilməmiş, mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq qeyd olunan ərazidə qanunsuz tikinti işləri aparılmasına icazə verərək onların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurur. Onlar dəfələrlə bu qanun pozuntuları barədə Nərimanov Rayon İcra Hakimiyətinə yazılı şəkildə müraciət etmişlər, eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Cavabdehə ünvanlanan məktublarda da bu barədə məlumat verilir və uyğunsuzluqları aradan götürmək təklif olunur. Lakin Cavabdeh bu müraciətlərə cavab vermir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 292-İVQ №-li Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 №-li Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xətai rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 №-li Qərarı qəbul edilmişdir.Sözügedən Qərarın 1-ci bəndinə əsasən 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi müvafiq ərazi aidiyyəti üzrə Cavabdehə tapşırılmışdır. Həmin Qərarın 1.1-ci bəndinə əsasən habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin qərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Həmin qərarın 1.4-cü bəndinə əsasən tikintiyə başlamazdan əvvəl tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinin Rayon İcra Hakimiyyətlərinin müraciətləri əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması nəzərdə tutulmuşdur. Həmin qərarın 1.5-ci bəndinə əsasən görülmüş işlər barədə ayda bir dəfə Azərbaycan Respublikasının Nazilər Kabinetinə məlumatın verilməsi müvafiq RİH-lərə tapşırılmışdır. Həmin qərarın 3-cü bəndinə əsasən Rayon İcra Hakimiyyətlərinin müraciətləri əsasında tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərin uyğunluğu və hazırlanan layihələrin memarlıq hissələri barədə rəylərin verilməsinin müraciət olunduqdan sonra 1 həftə ərzində təmin edilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir. Həmin qərarın 4-cü bəndinə əsasən bu qərarın 1-ci və 2-ci hissələrinin icrasına nəzarət Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tikinti və kommunal təsərrüfatı şöbəsinə və regionların inkişafı şöbəsinə tapşırılmışdır. Həmin qərarın 5-ci bəndinə əsasən bu qərar imzalandığı gündən qüvvəyə minmişdir və bu gün də qüvvədədir. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən normativ hüquqi aktın icrasının təmin edilməsi məqsədilə Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli, 439 sərəncamı ilə rayonun Ə.Əlizadə küçəsi 36 ünvanında yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması və həmin ərazidə 0,25 ha torpaq sahəsinin “xxxx” MTKnın daimi istifadəsinə verilməsi qərara alınmışdır. Mübahisə predmeti olan digər inzibati aktlar Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 75 nömrəli və xx.xx.2017-ci il tarixli 422 saylı sərəncamları, ayrıc aktı, Obyektin tikintisinə icazə (xx.xx.2017-ci il tarixli, 13 saylı), tikintiyə icazə barədə Xüsusi nişan (xx.xx.2018-ci il tarixli, 23 saylı) Nazirlər Kabinetinin sözügedən qərarının icrasına yönəlmiş aktlardır. Bu məsələlərlə əlaqədar Cavabdeh ilə “xxxx” MTK arasında müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat məbləğində kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi “xxxx” MTK-ya həvalə edilmişdir. “xxxx” MTK tərəfindən bu istiqamətdə böyük işlər görülmüş, sözügedən ərazidəki sakinlərə aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Cavabdehin xx.xx.2016-cı il tarixli, 439 saylı Sərəncamı Nazirlər Kabinetinin sözügedən qərarının və qanunvericiliyin tələbləri qaydasında qəbul edilmiş, Dövlət Proqramının həyata keçirilməsi ilə yanaşı vətəndaşların mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına yönəlmiş aktdır, yəni əlverişli inzibati aktdır. Digər tərəfdən mübahisələndirilən sərəncam ilə iddiaçılar onların maraqlarının pozulmasının nədən ibarət olmasını və hansı aspektdə özünü biruzə verməsini əsaslandıra bilməmişlər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı3, İddiaçı6 nümayəndəsi X2 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, digər iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5 Mövsum oğlu, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12, cavabdeh və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5 Mövsum oğlu, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, cavabdeh və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Cavabdeh Başçısının xx xxxxxx 2016-cı il tarixli, 439 saylı sərəncamından görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativinin rəhbərliyi xx.xx.2016cı il tarixli, U-2 saylı məktubu ilə Rayon İcra Hakimiyyətinə müraciət edərək, rayonun Əliəşrəf Əlizadə küçəsi 36 ünvanında yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinləri “xxxx” MTK-nın vəsaiti hesabına, hər ay kirayə haqqı ödənilməklə, kirayə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə sökülməsini və həmin binaların yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinə razılıq verilməsini xahiş etmişdir. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə” dair əlavə tədbirlər barədə Qərarı ilə 5 il müddətinə RİH mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Qeyd olunanları nəzərə alaraq, rayonun Ə.Əlizadə küçəsi 36 ünvanında yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə rayonun Ə.Əlizadə küçəsi 36 ünvanında 0,25 ha torpaq sahəsi “xxxx” MTK-nın daimi istifadəsinə verilmişdir. Həmin sərəncamın 2-ci bəndinə əsasən rayonun Ə.Əlizadə küçəsi 36 ünvanında yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədilə “xxxx” MTK-ya aşağıdakılar həvalə edilmişdir: 2.1 “xxxx” MTK-ya ayrılmış torpaq sahəsini yerində qəbul etsin və onun sanitar vəziyyətinə nəzarət etsin; 2.2. Ayrılmış torpaq sahəsinə “xxxx” MTK tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə etsin; 2.3. Ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırılsın; 2.4. Tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması “xxxx” MTK-ya tapşırılsın. 2.6. Rayonun Ə.Əlizadə küçəsi 36 ünvanında yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılama əsasında yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülsünlər.

3. Azərbaycan Respublikası Şəhərsalma vəTikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Ə.Əlizadə küçəsi 36 ünvanında yerləşən yaşayış binaları sökülsü.

4. Sərəncamın İ və İİ bəndlərinin tələbləri “xxxx” MTK tərəfindən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə RİH-nə müraciət edilsin. Həmin sərəncamın 5-ci bəndindən görünür ki, bu sərəncam ilkin olaraq yalnız layihələndirmə üçün əsasdır. İşdə olan Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş 25/16 saylı ayrıc aktından görünür ki, Cavabdeh Başçısının 439 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün razılaşdırılmış Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində 0,25 ha torpaq sahəsinin cizgisi təsdiq olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli, 05/06-kol-11-634 saylı məktubdan görünür ki, Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsi, 12 nömrəli və Əliəşrəf Əlizadə küçəsi 36 A nömrəli yaşayış binalarının yerləşdiyi ərazidə “xxxx” MTK tərəfindən şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri pozulmaqla çoxmərtəbəli yaşayış binasının tikilməsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış müraciətə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 nömrəli qərarına əsasən həyata keçirilən tədbirlər çərçivəsində Cavabdeh tərəfindən təqdim olunan “xxxx” MTK və “xxxxxxxxx” MMC-nin birgə sifarişi ilə hazırlanmış Əliəşrəf Əlizadə, Əbdüləzəl Dəmirçizadə, Qarabağ və Əhməd bəy Ağaoğlu küçələrinin əhatə etdiyi ərazinin planlaşdırma sənədi Komitənin xx xxxxxxx 2017-ci il tarixli xx/xx-1759 nömrəli məktubu ilə razılaşdırılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən ərazidə Cavabdeh tərəfindən təsdiq edilmiş ərazi-planlaşdırma sənədində göstərilən qeyri-yaşayış obyektlərinin yerləşdirilməsi nəzərdə tutulan torpaq sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamları ilə “xxxxxxxx” MTK-ya çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün torpaq sahəsi ayrılmış, tikinti layihəsinin şəhərsalma əsaslandırılması təsdiq edilərək tikinti işlərinin başlanılmasına icazə verilmişdir. Eyni ərazi üçün ayrı-ayrı vaxtlarda ərazi planlaşdırılması baxımından bir-biri ilə ziddiyyət təşkil edən iki planlaşdırma həllinin qəbul edilməsi nəticəsində ərazidə şəhərsalma və tikinti qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmuşdur. Yaranmış uyğunsuzluqların şəhərsalma və tikinti qanunvericiliyin tələblərinə uyğun olaraq aradan qaldırılması üçün Komitə tərəfindən Cavabdehə müvafiq müraciət edilmişdir. Məhkəmə araşdırması dövründə ünvan 2 ünvanında “xxxx” MTK tərəfindən aparılan tikinti işlərinə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş müvafiq mütəxəssis rəyinin, eləcə də tədqiqat obyektinə dair təsdiq edilmiş memarlıq, işçi və insolyasiya hesabatı layihəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ünvan 3 ünvanında “xxxx” MTK və “xxxxxxxx” MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış binalarına dair sənədlərin surəti xx xxxxxx 2020-ci il tarixli, xx/xx-3478 saylı məktubla məhkəməyə təqdim edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 324 saylı, xx xxxx 2017-ci il tarixli sərəncamından görünür ki, “xxxxxxxx” MTK-nın xx.xx.2017-ci il tarixli, 28 saylı müraciətini, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 642 saylı sərəncamını nəzərə alaraq, Nərimanov rayonu, Qarabağ küçəsi, 793-cü məhəllə, 65-67 saylı ünvanda yaşayış binalarının (blok 1 və blok 2) tikintisi üçün “xxxxxxxx” MTK-ya icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş xx/xx-01959 saylı, xx xxxxx 2019-cu il tarixli məktubdan görünür ki, “xxxx” MTK tərəfindən Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 36 ünvanda inşa edilən yaşayış binasının tikintisində tikinti norma və qaydalarının tələblərinə riayət edilməsi ilə bağlı rəyin verilməsi barədə məktuba baxılmış və bildirilmişdir ki, qeyd edilən binanın tikintisində “xxxx” MTK tərəfindən layihədən kənarlaşmalara yol verildiyi üçün tərəfindən tikinti-quraşdırma işlərinin dayandırılması barədə xx xxxxxx 2018-ci il tarixli qərar verilmişdir. Binada tikinti-quraşdırma işləri tam başa çatdırıldıqdan sonra müayinə edilərək müvafiq rəy veriləcəkdir. xx xxxxx 2019-cu il tarixli məktubla Bakı şəhəri Cavabdehdən işə aid olan sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş Cavabdeh Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Ə.Əlizadə küçəsi, ev 36a, mənzil 6 ünvanında yaşayan İddiaçı12 və başqalarına ünvanlanmış KL-35 saylı, 08 noyabr2018-ci il tarixli məktubdan görünür ki, Cavabdehdən daxil olmuş xx.xx.2018-ci il tarixli, 1-52/3-071/3-t/1 saylı məktub ilə yaşadığı binanın yaxınlığında tikinti norma və qaydalarına riayət edilmədən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinə dair müraciət ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətindən daxil olmuş məktuba baxılması və müvafiq tədbirlər görülməsi tapşırılmışdır. Mövcud çatışmazlıqlar tikinti işlərini həyata keçirən “xxxx” MTK və “xxxxxxxxxx” MTK rəhbərliklərinin nəzərinə çatdırılmış, şəhərsalma və tikinti qanunvericiliyinin pozulmuş tələbləri və həmin çatışmazlıqlar aradan qaldırılmadan tikinti işlərinin aparılmasının yolverilməzliyi barədə xəbərdarlıq edilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçılar Bakı şəhəri Cavabdehin Başçısının xx xxxxxx 2016-cı i tarixli 439 nömrəli sərəncamını mübahisələndirirlər. Mübahisələndirilən sərəncamın məzmunundan görünür ki, bu sərəncam Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə” dair əlavə tədbirlər barədə Qərarı rəhbər tutularaq verilmişdir. Bakı şəhəri Cavabdehin Başçısının xx xxxxxx 2016-cı il tarixli 439 nömrəli sərəncamı normativ hüquqi aktların icrasının təmin edilməsi zərurətindən qəbul edilmiş inzibati aktdır və bu akt mübahisəli ərazidən köçürülməsi planlaşdırılan sakinlərin mənzilməişət şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Belə ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 292-İVQ saylı Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xətai rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 saylı Qərarı qəbul edilmişdir. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən normativ hüquqi aktın icrasının təmin edilməsi məqsədilə Cavabdeh Başçısının xx xxxxxx 2016-cı i tarixli 439 nömrəli sərəncamı qəbul edilmişdir. Həmin Sərəncam ilə rayonun Ə.Əlizadə küçəsi 36 ünvanında yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması və həmin ərazidə 0,25 ha torpaq sahəsinin “xxxx” MTK-nın daimi istifadəsinə verilməsi qərara alınmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar tərəfindən mübahisələndirilən sərəncam tikintiyə icazə ilə bağlı deyil, torpaq sahəsinin “xxxx” MTKnın icarəsinə ayrılması, ilkin olaraq yalnız yaşayış binasının layihələndirmə üçün nəzərdə tutulmuşdur. Həmin sərəncamın icrası ilə bağlı Cavabdeh ilə “xxxx” MTK arasında xx.xx.2016-cı il tarixli müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 saylı Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin verilməsi), yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi “xxxx” MTK-ya həvalə edilmişdir. “xxxx” MTK tərəfindən bu istiqamətdə işlər görülmüş və sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşlər. İşdə olan sənədlərdən göründüyü kimi tikinti işləri aidiyyəti dövlət orqanlarının nəzarəti altında aparılmışdır və tikinti zamanı şəhərsalma və tikinti qanunvericiliyin tələblərinin pozulmasına səbəb olan halların aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanları çatışmazlıqların aradan qaldırılması istiqamətində addımlar atmışlar. Göründüyü kimi Bakı şəhəri Cavabdeh xx xxxxxx 2016-cı il tarixli, 439 saylı sərəncamı qanunvericiliyin tələblərinə müvafiq olaraq normativ hüquqi aktların icrasının təmin edilməsi zərurətindən qəbul edilmiş inzibati aktdır və bu akt mübahisəli ərazidən köçürülməsi planlaşdırılan sakinlərin mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Qanunidir və onun ləğv edilməsi üçün əsas yoxdur. Həmin sərəncamın ləğv edilməsi üçün nə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67-69cu maddələrində, nə də digər qanunvericilik aktlarında əsas olmadığından, iddia rədd edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar