Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1225/2024 14.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququ yarandığı tarixdən pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququ yarandığı tarixdən pensiya məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı xx xxxxxx 1965-ci il tarixdə doğulmuşdur. Peşə Təhsili üzrə Dövlət Agentliyinin 17 mart 2023-cü il tarixli arayışına əsasən o, 1 sentyabr 1981-ci il tarixdən 25 iyul 1984-cü il tarixədək (2 il 11 ay) Texniki Peşə Məktəbində əyani formada təhsil almışdır. ИТ-İ ******* nömrəli 26 iyul 1984-cü il tarixli əmək kitabçasına əsasən 26 iyul 1984-cü il tarixdən 11 oktyabr 1984-cü il tarixədək (2 ay 16 gün) X4 Donanmasında gəmidə radiooperator vəzifəsində işləmişdir. H3 seriyalı ******* nömrəli hərbi biletindəki məlumatlara görə 3 dekabr 1984-cü il tarixdən 5 yanvar 1987-ci il tarixədək (2 il 1 ay 2 gün) həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 17 fevral 1987-ci il tarixdən 28 oktyabr 1997-cı il tarixədək X4 Donanmasında gəmidə radiooperator, kapitanın köməkçisi və kapitan (10 il 8 ay 11 gün), 2 noyabr 1998-ci il tarixdən 13 avqust 2005-cı il tarixədək X4 Donanmasında gəmidə matros və kapitan (6 il 9 ay 11 gün), 14 avqust 2005-ci il tarixdən 16 sentyabr 2005-ci il tarixədək XDND/BUE Kaspian-da aliansın baş köməkçisi (1 ay 2 gün), 29 sentyabr 2005-ci il tarixdən 7 sentyabr 2012-ci il tarixədək, 16 sentyabr 2012-ci il tarixdən 27 mart 2013-cü il tarixədək, 1 aprel 2013-cü il tarixdən 7 avqust 2015-ci ilədək X4 Donanmasında gəmidə kapitan, 8 avqust 2015-ci il tarixdən 27 dekabr 2019-cu il tarixədək “Caspian Marine Services Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialında gəmi kapitanı vəzifəsində işləmişdir, 28 dekabr 2019-cu il tarixdən hal-hazıradək "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında gəmi kapitanı vəzifəsində işləyir. İddiaçının 1 avqust 1997-ci il tarixədək 2 nömrəli siyahı üzrə güzəştli stajı 12 il 9 ay təşkil edir. Onun 1 sentyabr 1981-ci il tarixdən, qanuna edilmiş dəyişikliyə, yəni 1 iyul 2017-ci il tarixədək ümumi iş stajı 34 il 5 ay 26 gün, güzəştli iş stajı isə 31 il 7 ay 2 gün təşkil edir. İddiaçının 19 noyabr 2022-ci il tarixdə 57 yaşı tamam olmuşdur. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 10 aprel 2023-cü il tarixdə rəsmi ərizə ilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh inzibati orqan 17 aprel 2023-cü il tarixli məktubla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtian etmiş və imtinaya səbəb kimi, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az (23 il 1 gün (xx.xx.1981-xx.xx.1984-ci il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.2005-ci. il, xx.xx.2005-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) olması göstərilmişdir. Bu da iddiaçının Azərbaycan Respublikası Konstitsuyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. İddiaçı hesab edir ki, 1 avqust 1997-ci il tarixədək 2 nömrəli siyahı üzrə 12 il 9 ay güzəştli iş stajını qazandığına görə ona «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin b) bəndində göstərilən zərərli bəndin qeyd olunan, 1 avqust 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı abzasına əsasən 54 il 10 ay 28 günündə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Həmçinin, 1 iyul 2017-ci il tarixədək 34 il 5 ay 26 gün ümumi iş stajı, 31 il 7 ay 2 gün xüsusi iş stajını topladığına görə, ona «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 57 yaşdan pensiya təyin edilməldir. İddiaçının 26 iyul 1984-cü il tarixdən hal-hazıradək işlədiyi peşələr (vəzifələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş üzən heyət-kod 23003010 peşəsinə (vəzifəsinə) uyğundur və əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İddiaçı hərbi xidmətdən əvvəl, eləcə də sonra zərərli peşələrdə işlədiyinə görə, onun 3 dekabr 1984-cü il tarixdən 5 yanvar 1987-ci il tarixədək keçdiyi hərbi xidmət dövrü də güzəştli iş stajına daxil edilməldir. Belə ki, keçmiş SSRİ Nazirlər Sovetinin 3 avqust 1972-ci il tarixli 590 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında» Əsasnamənin 109-cu bəndində göstərilir ki, yeraltı işlərdə, əmək şəraiti zərərli olan işlərdə və çox isti sexlərdə, eləcə də əmək şəraiti ağır olan başqa işlərdə işləyən fəhlə və qulluqçulara qocalığa (yaşa) görə pensiya təyin edilərkən pensiya təyin edilməsi üçün müraciət edənin arzusu ilə keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət dövrü hərbi xidmət dövründən əvvəlki işə, yaxud da həmin dövrdə sonra gələn işə bərabər tutulur. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinə əsasən (1997-ci il 1 avqust tarixədək qüvvədə olan redaksiyada), axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşma çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşma çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. İş stajının azı 2 il 6 ayını zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə belə işin hər 2,5 ayı üçün və qadınlarda belə işin hər tam 2 ayı üçün bir ay azaldılmaqla təyin edilir. Bu halda maddənin “a” bəndində göstərilən işlərdə qazanılmış iş stajı da nəzərə alınır. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 12-ci maddəsində kişilərin yaş həddi 60 yaş müəyyən edilmişdir. İddiaçı 1997-ci il avqustun 1-dək olan 2 nömrəli siyahı üzrə işlədiyi 12 il 9 ay güzəştli stajı üçün nəzərdə tutulmuş güzəştlərin tətbiqini (yəni, ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaş həddinin qazanılmış güzəştli stajın müddətinə mütənasib azaldılmasını) iddia edir. Beləliklə, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinə edilmiş dəyişikliklərin qüvvəyə mindiyi 1997-ci il avqustun 1-dək olan iş stajı nəzərə alınmaqla, həmin vaxtda qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin b) bəndinin sonuncu abzasının hazırkı mübahisəyə tətbiq edilərək mənə (12 il x 12 = 144 ay + 9 ay = 153 ay. 153 ay : 2,5 = 61 ay 2 gün 2 nömrəli siyahı üzrə güzəştli stajı. 60 yaş - 5 il 1 ay 2 gün = 54 yaş 10 ay 28 gün) 54 il 10 ay 28 gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Bundan əlavə, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində (1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyada) göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qanunvericiliyin yuxarıda qeyd edilən normasına əsasən, kişilərin 1 iyul 2017-ci tarixədək ən azı 25 il ümumi, 12 il 6 ay isə güzəştli iş stajı olanda 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranırdı. Həmin tarixədək iddiaçının ümumi iş stajı 34 il 5 ay 26 gün, güzəştli iş stajı isə 31 il 7 ay 2 gün təşkil edir. Bu da «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan ümumi və güzəştli iş stajına dair tələbləri ödəyir. İddiaçı xx xxxxxx 1965-ci il tarixdə doğulduğundan, 57 yaşı 19 noyabr 2022-ci il tarixdə tamam olmuşdur. 1 iyul 2017-ci il tarixədək tələb olunan ümumi və xüsusi stajı toplamış iddiaçının yaş həddi ilə bağlı şərt də, həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Belə ki, iddiaçı «Əmək pensiyaları haqqında» Qanuna dəyişiklik edilənədək 25 il ümumi, 12 il 06 ay xüsusi stajı qazandığına görə, mövcud iş üzrə həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş tələbinə uyğun baxılmalıdır. Göstərilənlərə və «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “b” bəndinə əsaslanaraq, məhkəmədən iddiaçıya 54 yaş 10 ay 28 gündən, yəni 17 oktyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, İddiaçı 10 aprel 2023-cü il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin iddiaçının müraciətinə baxılaraq 17 aprel 2023-cü il tarixli 3-17-1/2-H-82948/2023 nömrəli imtina məktubu ilə qanunvericiliklə tələb olunan ümumi iş stajı və güzəştli iş stajının olmaması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 54 yaş 10 ay 28 gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinə əsasən (1997-ci il 1 avqust tarixədək qüvvədə olan redaksiyada), axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. İş stajının azı 2 il 6 ayını zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə belə işin hər 2,5 ayı üçün və qadınlarda belə işin hər tam 2 ayı üçün bir ay azaldılmaqla təyin edilir. Bu halda maddənin “a” bəndində göstərilən işlərdə qazanılmış iş stajı da nəzərə alınır. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 12-ci maddəsində, kişilərin yaş həddi 60 yaş müəyyən edilmişdir. İddiaçı 1997-ci il avqustun 1-dək olan 2 nömrəli siyahı üzrə işlədiyi 12 il 9 ay güzəştli stajı üçün nəzərdə tutulmuş güzəştlərin tətbiqini (yəni, ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaş həddinin qazanılmış güzəştli stajın müddətinə mütənasib azaldılmasını) iddia edir. Beləliklə, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinə edilmiş dəyişikliklərin qüvvəyə mindiyi 1997-ci il avqustun 1-dək olan iş stajını nəzərə almaqla, həmin vaxtda qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin b) bəndinin sonuncu abzasının hazırki mübahisəyə tətbiq edilərək ona (12 il x 12 = 144 ay +9 ay = 153 ay. 153ay : 2,5 ay = 61 ay 2 gün 2 nömrəli siyahı üzrə güzəştli stajı. 60 yaş - 5 il 1 ay 2 gün = 54 yaş 10 ay 28 gün) 54 yaş 10 ay 28 gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyi edilməlidir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyqun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin b bəndinə uyqun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının iddia ərizəsində əsaslandırdığı «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 1997-ci il avqustun 1dək qüvvədə olan 13-cü maddəsinin b) bəndində kişilər üçün ümumi iş stajı 25 il və güzəştli iş stajı 12 il 6 ay tələb olunurdu, lakin iddiaçı 1997-ci il avqustun 1-dək tələb olunan staja malik olmamışdır. Eyni zamanda yuxarıda qeyd edilən «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 23 il 01 gün (xx.xx.1981-xx.xx.1984, xx.xx.1984-xx.xx.1984, xx.xx.1984xx.xx.1986, xx.xx.1987-xx.xx.1997, xx.xx.1998-xx.xx.2005, xx.xx.2005-xx.xx.2005, xx.xx.2005-xx.xx.2006) təşkil edir ki, bu da qanunvericilikdə tələb olunan (25 il) ümumi iş stajından az olduğuna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ganunvricliyə ziddir. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2, 1.0.8, 9.1-ci maddələrinə əsaslanaraq, iddianın təmn edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıya 55 yaş 9 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququ yarandığı tarixdən pensiya məbləğinin ödənilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyi bildirdi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 bildirdi ki, iddiaçı «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 1 avqust 1997-ci il tarixədək qüvvədə olan tələblərinə istinad edərək ona pensiya təyinatı aparılmasını tələb edir. Lakin onun həmin tarixədək 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı toplanmadığından, əmək pensyası təyin etmək mümkün deyildir. Həmçinin onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 23 il 1 gün təşkil edir. Qanunvericilikdə tələb olunan şərtlər ödənilmir. İddianın təmin olunmaması məhkəmədən xahiş olunur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidiir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyasımüvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarındaninzibati qaydada və (və ya)məhkəməyə şikayət edilə bilər. İşdə olan sübutlar əsasında aparılmış məhkəmə icraatında müəyyən edilir ki, İddiaçı xx xxxxxx 1965-ci il tarixdə doğulmuşdur, 1 sentyabr 1981-ci il tarixdən 2006-cı ilin 1 yanvar tarixədək hərbi xidmət və texniki peşə məktəbində təhsil müddəti də daxil olmaqla 23 il 1 gün sığorta stajı toplamışdır. Əmək fəaliyyətinin bir hissəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərə aiddir. İddiaçı ona “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda «Əmək pensiyaları haqqında» Qanunun 9.1 və 9.8-ci maddələrinə əsaslanaraq, cavabdehin imtinasını mübahisələndirir, ona 55 yaş 9 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsindəgöstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olanşəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğibu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqlaödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajına, o cümlədən azı 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 57 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Məhkəmə qeyd edir ki, İddiaçı əmək fəaliyyəti, t\hsil və hərbi xidmət müddəti də nəzərə alınmaqla 2006-cı ilin 1 yanvar tarixədək 25 il ümumi iş stajı toplanmadığından, ona münasibətdə «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsi və «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun müvafiq müddəaları tətbiq oluna bilməz. Qeyd olunan halı, habelə onun 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 12 il 6 ay iş stajına malik olmamasını (həmin işlərdə işləməmişdir) nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. İddiaçıya «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması məsələsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçı xx xxxxxx 1965-ci il tarixdə doğulduundan, onun 60 yaşı tamam olmamışdır. Odur ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsi baxımından da onun pensiya hüququ yaranmır. Bununla da məhkəmənin qənaətinə görə iddiaçının “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi əsassızdır. İddiaçının ikinci tələbi, yəni “hüququ yarandığı tarixdən pensiya məbləğinin ödənilməsi” tələbi birinci tələbdən törəmə və asılı olduğundan, iddia həmin hissədə də əsaslı deyil. Məhkəmə yuxarıda qeyd olunanların məcmusunda belə nəticəyə gəlir ki cavabdeh DSMF Xüsusi Şərtlərlə Təynat üzrə Mərkəzi Filialının imtinası qanuna zidd sayılmamalı və İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququ yarandığı tarixdən pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququ yarandığı tarixdən pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1225/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1225/2024
14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver