Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1225/2025 11.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2018-ci ildən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməklə xx.xx.2021-ci il tarixdən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 01 oktyabr 2018-ci il tarixdən 57 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “iddiaçıya xx.xx.2018-ci ildən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməklə xx.xx.2021-ci il tarixdən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir.
3. Məhkəmənin 13 yanvar 2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 1961-ci il tarixdə anadan olmuş, 25 iyul 1979-cu ildən 06 dekabr 2007-ci il tarixədək Tikinti İdarəsində, 04 dekabr 2008-ci ildən xx.xx.2014-cü il tarixədək "xxxx" MMC-də, 05 iyul 2017-ci ildən 07 noyabr 2018-ci il tarixədək "xxxx" MMC-də, 16 iyul 2019-ci ildən 06 sentyabr 2023-cü il tarixədək “X3 and Foundry” MMC-də elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. 02 oktyabr 1979-cu ildən 20 noyabr 1981-ci ilədək hərbi xidmətdə olmuşdur. İddiaçıya 01 oktyabr 2018-ci il tarixdən 57 yaşımdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Xüsusi Şənlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, müraciətinə 27 mart 2024-cü il tarixli məktubu ilə imtina edilərək məhkəməyə müraciət etmək hüququ bildirilmişdir. Həmin məktubu iddiaçı 02 aprel 2024cü il tarixdə poçt vasitəsi ilə almışdır. İddiaçı cavabdehin pensiyanın təyin edilməsindən imtinanı əsassız və qanunsuz hesab edərək bildirir ki, 01 yanvar 2006-cı ilədək 25 ildən artıq ümumi iş stajı, 12 il 06 aydan artıq güzəştli şərtlərlə iş stajı olduğuna görə ona 57 yaşımdan, yəni 01 oktyabr 2018-ci il tarixdən pensiya təyin edilməlidir.
5. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzında bildirmişdir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Belə ki, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan 25 ildən az (9 il, 9 ay, 26 gün), güzəştli iş stajı isə ümumiyyətlə olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Belə ki iddiaçı iddia ərizəsində xx.xx.1979-xx.xx.2007-ci illərdə "xxxx" ASC-də elektrik qaynaqçısı, xx.xx.2008xx.xx.2014-cü illərdə "xxxx" MMC- də, xx.xx.2017-xx.xx.2018-ci illərdə "xxxx" MMC-də, xx.xx.2019-xx.xx.2023-cü illərdə “X3 and Foundry” MMC-də elektrik qaynaqçısı vəzifəsində işlədiyini bildirmişdir. Mərkəzi Filial tərəfindən aparılan araşdırma nəticəsində İddiaçı İT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin ona dair 25 sentyabr 2024-cü il tarixli arayışında onun xx.xx.1979- xx.xx.1979-cu il və xx.xx.1981-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisədə elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının iş stajına dair məlumatların araşdırılması zamanı xx.xx.2006- xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də iddiaçının yuxarıda qeyd olunan dövrlər üzrə də işləyib-işləmədiyinə dair əsaslı şübhələr yaranmışdır. Mərkəzi Filialın mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı sözügedən müəssisədə iş stajını təsdiq edən hər hansı sənədin mövcud olmadığı, təqdim etdiyi arayışda qeydiyyat nömrəsinin olmadığı və sözügedən arayışın iddiaçının əmək kitabçası əsasında tərtib olunduğu müəyyən edilmişdir. Bu fakt "xxxx" ASC-nin 4 mart 2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Həmçinin, İddiaçı əmək kitabçası ilə “X3 and Foundry Company” MMC-nin ona dair 9 sentyabr 2023-cü il tarixli 103/1-23-G/BNFFC nömrəli arayışında göstərilən işlədiyi vəzifələrə dair qeydlər arasında uyğunsuzluq aşkarlanmışdır. İddiaçının əmək kitabçasında xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində “X3 and Foundry Company” MMC-də mexaniki avadanlıqların təmiri və xidməti üzrə çilingər vəzifəsində, sözügedən arayışda isə həmin dövr ərzində mexaniki avadanlıqların təmiri və xidməti üzrə qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Əmək kitabçasında qeyd olunan işlədiyi mexaniki avadanlıqların təmiri və xidməti üzrə çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”da metallurgiya istehsalatı bölməsinin polad və ferroərintilər istehsalatı bəndində nəzərdə tutulmayıb. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından az (23043,93 manat) olduğu üçün ona pensiya təyin edilməsi mümkün olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın növü və mümkünlüyü
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
9. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
Faktiki hallar və sübutlar.
AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1961-ci il təvəllüdlü Azərbaycan Respubliaksı vətəndaşıdır. İddiaçıya məxsus H3 ******* nömrəli hərbi biletdən görünür ki, o 02 oktyabr 1979-cu ildən 20 noyabr 1981-ci ilədək hərbi xidmətdə olmuşdur. Bakı Tikinti-Quraşdırma ASC-nin xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1979 (əmr №104 к 25.07.79 il) ildən -xx.xx.2007-ci ilədək (əmr №20 06 12). Tikinti idarəsində elektrik qaynaqçısı vəzifəsində işləmişdir, Azərbaycan Respublikası Dövlət əmlak Nazirliyinin 166№-li 01 sentyabr 2000-ci il tarixli sərəncamına əsasən "xxxx" idarəsi bazasında "xxxx" ASC-i yaradılmışdır. Elektrik qaynaqçısı işi ilə məşğul olmaq insan orqanizminə zərərli olduğu üçün, İddiaçı güzəştli pensiya hüququna malikdir. “X3 and Foundry Company” MMC-nin 09 sentyabr 2023-cü il tarixli, 103/1-23-G/BNFFC nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixində “X3 and Foundry Company” MMC-nin Mexaniki xidmətinin Mexaniki avadanlıqların təmiri və xidməti üzrə qaynaqçısı peşəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixində işdən azad olunmuşdur. Göstərilən bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya istehsalı bölməsinin 3.2. (a) yarımbəndində öz əksini tapmışdır. "xxxx" MMC-nin 107/2025 nömrəli, 07 fevral 2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2008-ci il tarixdən "xxxx" MMC-yə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsi üzrə işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdən tərəflərin razılığı ilə işinə xitam verilmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya istehsal bölməsinin 3.2 (a) yarımbəndində öz əksini tapmışdır. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək Az SSR Sənaye Tikinti Nazirliyinin 2 nömrəli trestinin 28 nömrəli Tikinti İdarəsində 3 (üçüncü) dərəcəli elektrik qaynaqçısı işləmiş, xx.xx.1979-cu ildən 11 noyabr 1981-ci ilədək hərbi xidmətdə olmuş, xx.xx.1981-ci ildən xx.xx.2007-ci ilədək Azərbaycan SSR STN İSTQ TQİ-1 -də (Azərsənayetikinti” şirkəti) qaynaqçı vəzifəsində işləmiş, xx.xx.2008-ci ildən xx.xx.2014-cü ilədək "xxxx" MMC-də elektrik qaynaqçısı vəzifəsində işləmiş, xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləmiş, xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilədək “X3 and Foundry” MMC-də elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-K-69639/2024 saylı “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilən İT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin sizə dair 25 sentyabr 2024-cü il tarixli arayışında xx.xx.1979-xx.xx.1979- cu il və xx.xx.1981-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisədə elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. İş stajına dair məlumatların araşdırılması zamanı, xx.xx.2006xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində işlədiyiniz müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də yuxarıda qeyd olunan dövrlər üzrə də işləyibişləməməyinə dair əsaslı şübhələr yaranmışdır. Mərkəzi Filialın mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, sözügedən müəssisədə iş stajınızı təsdiq edən hər hansı sənədin mövcud olmadığı, təqdim edilən arayışda qeydiyyat nömrəsinin olmadığı və əmək kitabçası əsasında tərtib olunduğu müəyyən edilib. Bu fakt "xxxx" ASC-nin 4 mart 2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Həmçinin, sözügedən əmək kitabçası ilə “X3 and Foundry Company” MMC-nin 9 sentyabr 2023-cü il tarixli 103/1-23-G/BNFFC nömrəli arayışında göstərilən işlədiyi vəzifələrə dair qeydlər arasında uyğunsuzluq aşkarlanıb. Belə ki, əmək kitabçasında xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində “X3 and Foundry Company” MMC-də mexaniki avadanlıqların təmiri və xidməti üzrə çilingər vəzifəsində, sözügedən arayışda isə həmin dövr ərzində mexaniki avadanlıqların təmiri və xidməti üzrə qaynaqçı peşəsində işlədiyiniz qeyd olunub. Əmək kitabçanızda qeyd olunan işlədiyiniz mexaniki avadanlıqların təmiri və xidməti üzrə çilingər vəzifəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının metallurgiya istehsalatı bölməsinin polad və ferroərintilər istehsalatı bəndində nəzərdə tutulmayıb. Göstərilən səbəblərdən də sizin ümumi iş stajınız 25 ildən az (9 il 9 ay 26 gün (xx.xx.1979-xx.xx.1981-ci il tarixləri arasındakı dövr və xx.xx.2006-cı il tarixindən sonra 7 il 10 ay)) təşkil edir, güzəştli iş stajınız isə yoxdur. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı yoxdur.həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23043,93 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materialları təqdim edilmişdir.
Tətbiq edilən hüquq.
10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1. Əsas anlayışlar 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixə qüvvədə olan redaksiyası. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti; 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7. zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyriqanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası”na əsasən 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1.“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.”
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"na əsasən: (…)
35. Ümumi peşələr. (…) Abzas 69. Əl ilə qaynaq aparan elektrik qaynaqçıları
14. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısına əsasən: (…)
33. Ümumi peşələr (…) Abzas 50. Əl ilə qaynaq aparan elektrik qaynaqçıları
Məhkəmənin mövqeyi:
11. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt mövcud olmalıdır: xx.xx.2006-ci ilə qədər azı 25 il ümumi iş stajının olması, bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı
12. Mübühisə ilə bağlı işin məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən isə müraciətin təmin edilməsindən imtina edilərək, iddiaçı R.K. Kazımova güzəştli şərtlərlə pensiya təyinatının aparılması onun ümumi iş stajının 9 il 09 ay 26 günü, güzəştli iş stajının ümumiyyətlə olmadığı səbəbindən mümkün olmaması bildirilmişdir. Eyni zamanda cavabdeh bildirmişdir ki, iddiaçı işlədiyi dövr üzrə məcburi sosial sığorta haqları ödənilmədiyindən həmin dövrlərin ümumi sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bundan əlavə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşagı olmayan pensiya təminatına imkan vermir.
13. Halbuki iddiaçıya məxsus əmək kitabçasına əsasən(hərbi xidmət və təhsil illəri nəzərə alınmaqla) iddiaçının ümumi stajı xx.xx.2006-ci il tarixədək 27 il 01 ay 17 gündür (xx.xx.1978- xx.xx.1979, xx.xx.1979- xx.xx.1979, xx.xx.1979- xx.xx.1981, xx.xx.1981- 06.
12. 1997). İddiaçının ümumi iş və güzəştli stajları əmək kitabçası ilə təsdiq olunur. İddiaçı texniki peşə məktəbində aldığı ixtisasına uyğun olaraq elektrik qaynaqçısı peşəsində Az SSR Sənaye Tikinti Nazirliyinin 2 № li Trestinin 28 nömrəli Tkinti İdarəsində, daha sonra Xüsusu Tikinti Quraşdırma İdarəsi 1-də 06.12 2007-ci ilədək işləmişdir. Cavabdeh həmin dövrü ona görə nəzərə almır ki, iddiaçının iş stajına dair məlumatların araşdırılması zamanı xx.xx.2006- xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də iddiaçının yuxarıda qeyd olunan dövrlər üzrə də işləyib-işləmədiyinə dair əsaslı şübhələr yaranmışdır. Halbuki “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilməsi nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası”na əsasən 2006-ci ilin 01 yanvar tarixədək olan dövr üçün ümumi iş stajının, mötəbərliyinə əsaslı şübhələr olmadığı hallarda əmək kitabçası əsasında müəyyən edilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Cavabdehin pensiya kapitalı ilə bağlı olan dəlilinə münasibətdə qeyd edilməlidir ki, pensiya kapitalının mövcud olması ilə bağlı şərtlər xx.xx.2017-ci il tarixdən qüvvədədir.Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının pensiya hüququ xx.xx.2006-ci il tarixinədək yaranmışdır. Eyni qaydada, 2006-ci ilədək 25 il ümumi staj və 12 il 6 ay güzəştli stajla bağlı tələbin ödənilməsi araşdırılmalı olduğundan iddiaçının 2006-2007-ci illər üzrə əmək haqqından məcburi dövlət sosial sığorta haqqı tutulmadığı barədə cavabdehin etirazın dəlilinin araşdırmağa və qiymət verməyə zərurət qalmır. İddiaçının xüsusi stajı ilə bağlı məsələyə münasibətdə qeyd edilməlidir ki, iddiaçı texniki peşə məktəbində aldığı təhsilə uyğun olaraq elektrik qaynaqçısı peşəsində işləmişdir, 1979-cu ildən 2006-ci ilin 01 yanvar tarixədək onun güzəştli stajı qanunla tələb olunan 12 il 06 aydan da çoxdur. Həmin peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olması həm Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısın “nın “Ümumi peşələr“”, həm Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın “Ümumi peşələr” də nəzərdə tutulmuşdur.
14. Beləliklə işin faktiki halları ilə təsdiq edilir ki, iddiaçının 57 yaşı xx.xx.2018-ci ildə tamam olmuşdur və ümumi iş stajı 25 ildən çoxdur, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə iş stajı isə 12 il 6 aydan çoxdur, yəni iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün əsaslar mövcuddur, halbuki cavabdeh qeyd edilən halları nəzərə almayaraq iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmuşdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə xx.xx.2024-cü ildə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir, belə olan halda iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququ 57 yaşının tamam olduğu tarixdən yaransa da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən müraciət etdiyi tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2024-cü ildən təyin edilərək ödənilməlidir.
15. Əlavə olaraq məhkəmə qeyd edir ki, əmək kitabçası pensiya hüququ və pensiyaya çıxma prosesi haqqında məlumatları özündə əks etdirən və şəxslə işə götürən arasında təhlükəsizlik prosedurları kimi işə aid məlumatları ehtiva edən sənəddir. İşəgötürənin gözləntilərini aydın şəkildə müəyyənləşdirərək işçilərə yol göstərir. Bu, işçilərin fəaliyyətini istiqamətləndirə və onların iş yerindəki gözləntilərə uyğunluğunu təmin edir. İşçilər əmək kitabçası vasitəsilə iş yerində təhlükəsizlik siyasətini və fövqəladə hallar prosedurlarını öyrənirlər. Bu, iş yerlərində riskləri azaltmağa və işçilərin təhlükəsizliyini təmin etməyə kömək edir. İşəgötürənlər əmək kitabçası vasitəsilə onların qanuni tələblərə cavab verməsini təmin edir və işçilərin hüquqlarını qoruyurlar. Bu, qanuna uyğunluğu təmin etməyə kömək edir. Həm işçilər, həm də işəgötürənlər üçün iş yerində effektiv ünsiyyət və əməkdaşlığı təmin etmək üçün bu resursların dəqiq və müasir olması vacibdir.
16. İddiaçıya məxsus əmək kitabçasında olan qeydlərin (mübahisəli dövr üzrə) saxta olması cavabdeh tərəfindən və məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Odur ki, əmək kitabçasında olan qeydlərin həqiqətə uyğun olması və bunun əksini təkzib edən halların cavabdeh tərəfindən təsdiq olunmadığı halda, cavabdehin hər hansı bir monitorinq aparması və həmin monitorinq əsasında iddiaçının müraciətindən imtina etməsi qanunsuz hərəkət kimi qiymətləndirilməlidir.
17. Bundan başqa, formalaşmış məhkəmə təcrübəsinə, o cümlədən Ali Məhkəmənin hüquqi mövqeyinə görə, ümumiyyətlə, formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmalı və cavabdeh tərəfindən həmin təcrübəyə birmənalı əməl edilməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmələr inzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarətini həyata keçirməklə bərabər, həm də onların fəaliyyətinin legitimləşdirilməsini, yəni qanunauyğunluğunu təmin edirlər. Başqa sözlə, inzibati orqanların fəaliyyəti (onların qəbul etdiyi qərarlar, hərəkət və ya hərəkətsizliyi) qanunauyğun olduğu hallarda inzibati məhkəmələr onun qanuniliyini təsdiq edir, qanunsuz olduğu hallarda isə məhkəmə nəzarəti çərçivəsində həmin fəaliyyətin qanuna uyğunlaşdırılması barədə inzibati orqanların üzərinə vəzifə qoyurlar. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur.
18. Məhkəmə qeyd edir ki, müvafiq dövrlər üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda iddiaçının üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır.
19. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
20. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Odur ki, cavabdehin imtinası əsassız olmuşdur.
21. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2018-ci ildən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməklə xx.xx.2021-ci il tarixdən hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.
22. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir.
23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
24. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 2, 33, 34, 73, 68, 69, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2018-ci ildən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməklə xx.xx.2021-ci il tarixdən hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.
Hakim Miminat Hacıbəyova