Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12250/2025 26.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.1997-ci il tarixli 11 saylı Qərarından çıxarışa əsasən ünvan 1 ünvanında ümumi sahəsi 1000.0 kv.m. ibarət torpaq sahəsinin mülkiyyət hüququ əsasında adına Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqi qeydiyyata alınmaqla müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iş üzrə X6 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
3. Məhkəmənin qərardadı ilə X3 üçüncü şəxs kimi proses iştirakçılığına xitam verilmişdir.
4. Məhkəmənin qərardadı ilə iddiaçının vəkilinin ərizəsi əsasında iddia tələbi “ünvan 2 ünvanda yerləşən 990 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq dövlət reyestrindən çıxarışın və planölçü sənədinin verilməsi” kimi dəyişdirilmişdir.
5. Tələb onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon İcra Hakimiyyəti-nin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1997-ci il tarixli, 11 saylı qərarından çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1000,0 kv.m olan torpaq sahəsi fərdi yaşayış evi tikintisi məqsədilə iddiaçının mülkiyyətinə verilmişdir. Göstərilən torpaq sahəsi hazırda iddiaçının faktiki istifadəsindədir və torpaq sahəsinə dair situasiya planı aidiyyəti orqan tərəfindən tərtib edilərək təsdiq olunmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri sənədlər toplanaraq torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması, çıxarış və texniki pasportun verilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Cavabdeh təşkilat xx.xx.2025-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmiş, imtinanı onunla əsaslandırmışdır ki, təqdim olunmuş xx.xx.1997-ci il tarixli qərardan çıxarışda yerli icra hakimiyyəti başçısının qərarına istinad yoxdur və bu səbəbdən sənəd Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanının 2.7-ci bəndinin tələblərinə uyğun hesab edilmir. Həmçinin xx.xx.2022-ci il tarixli, 1655 nömrəli Fərmana əsasən tələb olunan məlumatların təqdim edilmədiyi qeyd edilmişdir. Cavabdehin bu imtinası qanunsuz və əsassız hesab olunur. Təqdim edilmiş sənədlər qüvvədə olan qanunvericiliyə uyğun olaraq torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün kifayət edir. 1997-ci ildən etibarən torpaq sahəsinə faktiki sahiblik və istifadə hüquqları həyata keçirilir, mütəmadi olaraq bələdiyyə ödənişləri yerinə yetirilir. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmaması əmlak üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Bu səbəbdən cavabdeh qurumun üzərinə qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin qoyulması xahiş olunur.
6. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyinin 11 nömrəli, xx.xx.1997-ci il tarixli qərarından çıxarışın arxiv nüsxəsi təqdim edilməmişdir. Həmçinin yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bununla yanaşı, müvafiq daşınmaz əmlak Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ərazisi olmaqla Savalan yaşayış massivinin ayrıcından kənarda yerləşir. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin 74 kv.m hissəsi qaz xəttinin mühafizə zonasında yerləşir və sahəyə X3 müraciəti qeydə alınmışdır. Müvafiq daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 0,0990 ha təşkil edir və digər fiziki şəxslərin istifadəsindədir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilir.
7. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
9. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
10. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
12. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
13. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilən daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, yorpaq sahəsi iki hissəyə bölünüb, 1-ci torpaq sahəsi üzərində ümumi sahəsi 312.4 kv.m olan iki mərtəbəli fərdi ev və həyət tikililəri inşa olunub. 2-ci torpaq sahəsi üzərində ümumi sahəsi 342.7 kv.m olan iki mərtəbəli mansardlı fərdi yaşayış evi və həyət tikililəri inşa olunub. Ərizədə qeyd olunan X5 ilə əlaqə saxlanıldı, verdiyi şifahi məlumatlara əsasən ərizəçi torpaq sahəsini bölərək ona və qohumu olan X1.
14. Məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Bakı Filialının 14 iyul 2025-ci il tarixli 3- 48-2F/2-1548/2025 saylı məktubu ilə bildirilmişdir ki, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
15. Məhkəmənin sorğusuna əsasən Sabunçu Rayon İcra 16 sentyabr 2025-ci il tarixli 5-18/2- 2989/2025 saylı məktubu ilə bildirilmişdir ki, sorğuda qeyd edilən qərar barədə Sabunçu Rayon İcra Hakimiyyətində məlumat yoxdur.
16. Məhkəmənin sorğusuna əsasən Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa Qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 19 sentyabr 2025-ci il tarixli 5-18- 5/2-254/2025 saylı məktubu ilə bildirilmişdir ki, İddiaçı sorğusuna cavab olaraq bildirilir ki, sorğuda qeyd etdiyiniz Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının xx.xx.1997-ci il tarixli 11 nömrəli qərarından çıxarışa əsasən torpaq sahəsinin ayrılmasına dair qeydiyyat qəsəbə nümayəndəliyində tapılmamışdır və hər hansı bir sənəd, torpaq sahəsinin yerləşmə sxemi arxivləşdirilməmişdir.
17. İşdə olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının Qərarından xx.xx.1997-ci il tarixli 11 nömrəli çıxarışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 123 saylı və xx.xx.1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınsın, Bakı şəhəri İcra Hakimiyyətinin Baş planına uyğun olaraq aşağıdakı vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün hər ailəyə 1000 kv.m hesabı ilə həyətyanı torpaq sahəsi ayrılsın, sahə 64 A İddiaçı ayrılsın.
18. İşdə olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş yerləşmə sxemindən görünür ki, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, 5-ci kvartal, 64A saylı torpaq sahəsinin yerləşdiyi yer müəyyən edilmişdir.
19. İşdə olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş Maştağa qəsəbəsinin Bağ Planından çıxarışdan görünür ki, nəzərdə tutulan sahə müəyyən edilmişdir.
IV. Məhkəmənin mövqeyi
20. Azərbaycan SSR-in 1971-ci il Torpaq Məcəlləsinin: Maddə 10. Azərbaycan SSR-də torpaq istifadə üçün aşağıdakılara verilir: ... - SSRİ vətəndaşlarına ... Maddə 13. Torpaq sahələrinin istifadəyə istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da xalq deputatları Sovet icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır.
21. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
22. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
23. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
24. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar və 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
26. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
28. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir.
29. Cavabdehin etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, qərarından çıxarışın arxiv nüsxəsi təqdim edilməmişdir. Həmçinin yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olubolmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bununla yanaşı, müvafiq daşınmaz əmlak Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ərazisi olmaqla Savalan yaşayış massivinin ayrıcından kənarda yerləşir. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin 74 kv.m hissəsi qaz xəttinin mühafizə zonasında yerləşir və sahəyə X3 müraciəti qeydə alınmışdır. Müvafiq daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 0,0990 ha təşkil edir və digər fiziki şəxslərin istifadəsindədir.
30. Cavabdehin iddiaya dair etirazında göstərilən – imtina üçün əsas olmuş dəlilləri məhkəmə əsassız hesab edir.
31. Belə ki, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, torpaq ayırma sənədi ilə (Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının Qərarından xx.xx.1997-ci il tarixli 11 nömrəli çıxarış) 1000 kv.m. torpaq sahəsi iddiaçıya ayrılmış, həmin həmin torpaq sahəsində yerləşən 1000 kv.m torpaq sahəsinin cizgisi Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. Həmin sənədlərin əsli iddiaçıda mövcuddur.
32. Torpaq sahəsinin faktiki tutduğu ölçüsü ilə hüquqi sənəd əsasında müəyyən edilmiş ölçüləri eynilik təşkil edir, torpaq sahəsi iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. İddiaçı isə məhz qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir. Cavabdeh tərəfindən həmin hüquqmüəyyənedici sədədlərin qanunvericiliklə tələb olunan müvafiq sənədlərə uyğunluğu yoxlanılmadan, qanuni əsaslarla torpaq sahəsindən istifadə olmasına baxmayaraq, əsassız olaraq torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Eyni zamanda, sözügedən hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş sənədlərin mötəbərsizliyinə dair cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
33. Cavabdehin digər dəlili – çıxarışın arxiv arayışının təqdim edilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilən məlumata əsasən müəyyən edilir ki, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən vətəndaşlara Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində fərdi yaşayış evlərinin tikintisi məqsədilə torpaq sahələri ayrılsa da, vətəndaşlara torpaq sahələri ayrılmasına dair sənədlər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən arxivləşdirilməmişdir. Odur ki, cavabdehin həmin dəlili də imtina üçün əsas ola bilməz.
34. Cavabdehin torpaq sahəsinin 74 kv.m hissəsi qaz xəttinin mühafizə zonasında yerləşməsi və sahəyə X3 müraciətinin qeydə alınmasına dair dəlilinə əsasən məhkəməyə qeyd edir ki, üçüncü şəxs kimi məhkəmə icraatına cəlb olunmuş X2 məhkəmə prosesinda alınan izahata əsasən torpaq sahəsinin istifadəsində olmadığı müəyyən edilmişdir.
35. Bununla yanaşı, məhkəmə sorğusu nəticəsində əldə olunan ortofoto görüntüsünü və iddiaçı tərəfindən təqdim edilən yerləşmə cizgisinin qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin iddia olunan sahəyə uyğunluğu müəyyən olunur.
36. Cavabdehin digər dəlili ondan ibarətdir ki, əmlaka texniki baxış keçirilən zaman torpaq sahəsinin faktiki ölçüsünün 0,0990 ha olduğu müəyyən edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı iddia tələbini dəqiqləşdirərək, məhz faktiki istifadəsində olan ümumi sahəsi 990 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi xahiş etmişdir.
37. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
38. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
39. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
40. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
41. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
43. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən 990 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva