Məhkəmə qərarları › İş №2-1(112)-12256/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12256/2022

05.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12256/2022 05.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı X20 və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı X6 İddiaçı məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdən iddiaçı, İddiaçı gəlini X5 və nəvələri, X21 və X20 iddiaçının evinə qeydiyyata alınmışlar. Onların qeydiyyatı formal xarakter daşıyıb, onlar iddiaçının evində yaşamayıblar. İddiaçının oğlu, X25 hərbiçi olduğundan hərbi hissədə qeydiyyatdadır. xx.xx.2021-ci ildə iddiaçının oğlu, X1 Məsumə Afandil qızı ilə məhkəmənin qərarı boşanıblar və xx.xx.2008-ci il təvəllüdlü X22 atasının himayəsinə, xx.xx.2011-ci il təvəllüdlü X20 anasının himayəsinə verilib. xx.xx.2019-cu ildə məhkəmənin qərarı ilə X5 iddiaçının evindən qeydiyyatdan çıxarılıb. Lakin anasının himayəsinə verilən X20 iddiaçının evində qeydiyyatdadır. Qeyd edilənlərə əsasən valideyni iddiaçı, İddiaçı evinə qeydiyyatı olmayan uşağı, X6 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12256/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə X20 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12256/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə X6 anası X5 qanuni nümayəndəsi olaraq iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin xx.xx.2022-ci il tarixdə cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən məhkəmənin dəftərxanası vasitəsi ilə daxil olmuş ərizədə İddiaçı iddiası üzrə təyin olunmuş məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və qanuna uyğun qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin iddiaçıya ünvanlanmış 069-11055Ə saylı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, qəbul zamanı ona “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri ilə nəzərdə tutulmuş şəxsin qeydiyyatdan çıxarılmasına əsas olan hallar izah edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən müraciətində göstərilən məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun mövcud olduğu bildirilmişdir. - Asan 3 tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən xx.xx.1984-cü il təvəllüdlü X12, xx.xx.2009cu il təvəllüdlü X15, xx.xx.1960-cı il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X23, xx.xx.1982-ci il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X20 və xx.xx.2008-ci il təvəllüdlü X22 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Ərazi Dairəsi, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, ev 35, mənzil 20 ünvanında qeydiyyatdadırlar. - ünvan 49-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, 35 saylı evin 20 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-788/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, ünvan 8əsinin 17 sentyabr 2020ci il tarixli, 2(002)-299/2020 saylı qətnaməsi qismən, yəni «nikah pozulduqdan sonra 18.05 2008-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci iİ təvəllüdlü X6 anaları X2 yanında qalmalarının müəyyən edilməsi, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra xx.xx.2008-ci il təvəllüdlü X10 anası X2 faktiki himayəsinə verilməsi, xx.xx.2008-ci il təvəllüdlü X10 faktiki anasının himayəsinə verildiyi gündən yetkinlik yaşına çatanadək saxlanılması üçün iki uşağa görə X11 hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq X3 ödənilməsi» hissədə dəyişdirilməsi, həmin hissədə ilk və qarşılıqlı iddialar qismən təmin olunsun, tərəflər arasında nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X20 anası (iddiaçı) X2 yanında, xx.xx.2008-ci il təvəllüdlü X22 isə atası (cavabdeh) X13 yanında saxlanılması qət edilmişdir. Qətnamə yoxlanılan qalan hissədə (yəni, xx.xx.2019-cu il tarixindən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün X11 hər əy qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq X3 ödənilməsi» hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli, **********11 saylı məktubundan görünür ki, X6 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, ev 35 ünvanında yerləşən 20 nömrəli mənzil üzərində istifadə hüququnun qeydiyyata alınmasına dair hər hansı məlumat aşkarlanmamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, ******* nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışın təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, ev 35 ünvanında yerləşən ümumi sahə 59.74 kv.m.-dən, yaşayış sahəsi 37.04kv.m.-dən, yardımçı sahə 22.7 kv.m-dən ibarət 3 otaqlı 20 nöməli mənzil iddiaçı, İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan SSR X14 rayon İcraiyyə Komitəsi tərəfindən İddiaçı verilmiş 247728 nömrəli, 29 avqust 1988-ci il tarixli Orderin təsdiq edilmiş surətinə əsasən o, 3 nəfər ailə tərkibi ilə ünvan 5 ünvanında 2-ci blokda, 5-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 37,04 kv.m.-dən ibarət 20 nömrəli mənzilə istifadə hüququ verilmişdir. Ailə tərkibi: özü, 1955-ci il təvəllüdlü İddiaçı, həyat yoldaşı, 1960-cı il təvəllüdlü X8, qızı 1984-cü il təvəllüdlü X12 və oğlu 1982-ci il təvəllüdlü X16r. - Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən İddiaçı verilmiş 95 nömrəli, xx.xx.2013-cü il tarixli arayışın təsdiq edilmiş surətinə əsasən adına xx.xx.1990-cı ildə, 20 nömrəli şəxsi hesab açılıb, o, həqiqətən Bakı şəhəri, Lökbatan qəsəbəsi, B. Niftəliyev küçəsi, ev 35, 5-ci mərtəbədə, 5-ci mərtəbəsində, sahəsi 37,04 kv.m.-dən ibarət 3 otaqlı 20 nömrəli mənzilində yaşayır. Ailə tərkibi: özü - 1955-ci il təvəllüdlü İddiaçı, yoldaşı - 1960-cı il təvəllüdlü X8, oğlu – 1982-ci il təvəllüdlü X25, 1984cü il təvəllüdlü X12 xx.xx.1990-cı ildən və qızı – 1990-cı il təvəllüdlü X17 xx.xx.1990-cı ildən ünvan 2 ünvanında qeydiyyatdadırlar. - Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən İddiaçı verilmiş 96 nömrəli, xx.xx.2013-cü il tarixli arayışın təsdiq edilmiş surətinə əsasən o, həqiqətən ünvan 2 ünvanında yaşayır və qeydiyyatdadır. Həqiqətən küçənin əvvəlki ünvanı 1596-cı keçid olub, hal-hazırda B. Niftəliyev küçəsi adlanır. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli, 018-23411-1222 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2011-ci il təvəllüdlü X20 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə əsasən xx.xx.2017-ci il tarixdən anası X2 qeydiyyat ünvanı üzrə sənədləşdirilərək hal-hazıradək ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - ünvan 8əsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 12 oktyabr 2022-ci il tarixli, 2(002)-3248/2019 nömrəli məktubuna əsasən İddiaçı cavabdeh X3 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə ünvan 49cu il tarixli qətnaməsi 30 yanvar 2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunl Təsərrüfatı Departamenti Birliyinin 152 saylı Mənzil-Kommunal İstismar Sahəsibib rəisi tərəfindən məhkəmənin bildirişinə edilmiş qeydə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan X20 bu ünvanda yaşamır. Yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün deyil və harada yaşadığı onlara məlum deyil. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. (-). Maddə 9.1. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə də münasibət bildirilə bilər. Şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evində qeydiyyatda olan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Belə ki, mübahisə ilə bağlı işin hallarından görünür ki, iddiaçı ona məxsus olan ünvan 9 ünvanından X6 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin üzərinə qoyulmasını tələb edir. Məhkəmə tərəfindən üçüncü şəxsin iddiaçının anasının himayəsində saxlanılmış nəvəsini, yəni iddiaçının ailə üzvü olmadığı, onun iddiaçıya məxsus yaşayış sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı müəyyən edilmişdir. Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228- ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, 01 sentyabr 2000-ci ildən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Belə yanaşmanı nəzərdə tutmaqda qanunvericinin məqsədi, bir tərəfdən, şəxsin ona məxsus olan əmlaka faktiki sahib olmaq, təyinatından asılı olaraq həmin əmlakdan öz tələbatlarına uyğun istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək imkanlarını təmin etməkdən, digər tərəfdən, üçüncü şəxsin həmin əmlaka müdaxilə imkanlarını istisna etməkdən ibarətdir. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azyaşlı kateqoriyasına aid şəxslərin yaşayış sahəsinə hazırkı vəziyyətdə istifadə hüququnun olmaması ilə bağlı qeyd olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 2 və 4-cü bəndlərinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Göründüyü kimi, istər üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də onların həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddiaçının tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir. Beləliklə, hazırkı mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı yuxarıda qeyd olunan səbəblərdən mülkiyyət hüququ əsasında ona məxsus yaşayış sahəsindən üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır. İddiaçının bununla əlaqədar müraciətini təmin etməkdən cavabdehin imtinası həmin səbəblərdən qanunsuzdur və iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X6 İddiaçı məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. X6 İddiaçı məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 11 Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar