Məhkəmə qərarları › İş №2-1(112)-12272/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12272/2024

25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12272/2024 25.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: X4, X1 və X6) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Bakı İnzibati Məhkəməsi, X11 Əmir oğlunun sədrliyi, Tərəflərin iştiarkı olmadan, İddiaçı cavabdeh Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: X4, X1 və X6) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı şəhərində məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5, X4, X1 və X3 iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivi, ev 78, Yeni qaydalarla AZ: 1059, Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi, Vaqif Səmədoğlu küçəsi, giriş 8-dən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X5, X4, X1 və X6 üçüncü şəxs qismində zəruri cəlb etmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə növbəti məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, X5 xx.xx.2007-ci il tarixdə ölmüşdür. Həmçinin, məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş 5 saylı “ASAN xidmət” Mərkəzindən xx.xx.2022-ci il tarixdə 4Ə-1771 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işində olan AZ-İ 257793 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2007-ci il tarixdə ölmüşdür. Odur ki, məhkəmə hesab edir ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı qismən, X2 üçüncü şəxs qismində zəruri cəlb etmə qaydasında məhkəmə icraatına cəlb edilməsi hissəsində ləğv edilməli, onun üçüncü şəxs qismində prosessual iştirakına xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli, 01/2022 nömrəli qərardadının: - 54-cü bəndinə əsasən məhkəmə üçüncü şəxsi cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. - 55-ci bəndinə əsasən “...cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə NƏTİCƏVİ HİSSƏ: X2 üçüncü şəxs qismində cəlb edilməsinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı qismən, X2 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilməsi hissəsində ləğv edilsin. X2 üçüncü şəxs qismində prosessual iştirakına xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar