Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1228/2022 13.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı İddiaçının vəkili Nümayəndə1 Cavabdehin nümayəndəsi X5 Üçüncü şəxs X6 vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə, “torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda olan fərdi yaşayış evinin yerləşdiyi 0.04456 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair müvafiq çıxarış və texniki pasportun verilməsi vəzifəsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 saylı evin 1/6 hissəsi X11 və 5/6 hissəsi iddiaçıya məxsusdur. Həmin fərdi yaşayış evi 3 yaşayış, yəni “A” və “V” tikilisindən ibarətdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-246/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə fərdi yaşayış evinə dair 3-cü şəxsin 1/6 hissədəki payının naturada ayrılması və sahəsi 33,8 kv.m olan “V” literli tikilinin ümumi paylı mülkiyyətdən ayrılaraq onun mülkiyyətinə verilməsi qət edilmişdir. Adı çəkilən qətnamədən görünür ki, Eldar İsmayılovla mübahisəli ümumi paylı mülkiyyətdə olan payı naturada ayrılmış və “V” literli tikili onun ayrıca mülkiyyətinə verilmişdir. Bildirmək istəyir ki, qeyd etdiyi “V” literli tikilidə inşa edilmiş tikiliyə, mübahisəli həmin əmlakdakı pay 1969-cu ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 3-cü şəxsin anasına satılarkən ona yalnız tikili satılmış, “V” literli tikilinin ətrafı isə iddiaçının mülkiyyətində olan torpaq sahəsi olmuşdur. Hazırda ərizə ilə cavabdehə müraciət edilərək, ünvan 1 ünvanda olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş etmiş, lakin cavabdehin xx.xx.2021-ci il tarixli, **********08 saylı imtina məktubu ilə fərdi yaşayış evi paylı mülkiyyətdə olduğundan qeyd edilən torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün notarial qaydada təsdiq olunmuş razılıq ərizəsinin təqdim edilməsi, həmçinin çöl ölçmə işləri və texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənizin icrasının mümkün olmadıgı bildirilmişdir. Qeyd etmək istəyir ki, fərdi yaşayış evi paylı mülkiyyətdə olsa da, hazırda hər bir mülkiyyətçilərin fərdi yaşayış evi üzərində payları müəyyən edilmiş, ən əsası isə fərdi yaşayış evi paylı mülkiyyətdə olsa da, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsində olduğundan, həmin torpaq sahəsinin digər paylı mülkiyyətçilərin heç birinə aidiyyəti yoxdur. Cavabdeh inzibati orqanın imtinasının digər hissəsi, yəni çöl ölçmə işləri və texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmaması ilə baglı isə bildirmək istəyir ki, imtinanın bu hissəsi də əsassızdır, çünki idarənin mütəxəssisləri heç vaxt həmin ünvanda olmamışlar. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri olaraq cəlb olunmuşdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2 ünvanındakı 5/6 hissəsi mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi və istifadəsində olan 0.03422 ha həyətyanı torpaq sahəsindən, digər payçı X6 mülkiyyətində olan “V” tikilisinin yerləşdiyi və giriş-çıxış üçün istifadədə olan 0,0057 ha hissəsi istisna olmaqla, yəni 0,02852 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qedyiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi yazılı etiraza uyğun izahat verdi və iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxsin vəkili və nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin etirazında göstərilmişdir ki, iddia tələbi etirazla qarşılanır. Fərdi yaşayış evi paylı mülkiyyətdə olduğundan qeyd edilən torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün notarial qaydada təsdiq olunmuş razılıq ərizələri təqdim edilməlidir. Həmçinin, çöl ölçmə işləri və texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24-cü bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri yaşayış sahəsinin fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
- Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, “Sizin ünvan 3 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, fərdi yaşayış evi paylı mülkiyyətdə olduğundan qeyd edilən torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün notarial qaydada təsdiq olunmuş razılıq ərizələri təqdim edilməlidir. Həmçinin çöl ölçmə işləri və texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənizin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24-ci bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsi məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.” - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 4/9 hissəsi iddiaçının, 3/9 hissəsi X7, 1/9 hissəsi X8, 1/9 hissəsi isə X3 mülkiyyətində olmuş, istifadədə olan torpaq sahəsinin ölçüsü isə 0.03422 ha olmuşdur. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 4/6 hissəsi iddiaçının, 1/6 hissəsi X8, 1/6 hissəsi isə X3 mülkiyyətində olmuşdur. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX № 184364 saylı çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 4/6 hissəsi iddiaçının, 1/6 hissəsi X8, 1/6 hissəsi isə X6 mülkiyyətində olmuşdur. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX № 184364 saylı çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 4/6 hissəsi iddiaçının, 1/6 hissəsi X12, 1/6 hissəsi isə X6 mülkiyyətindən olmuşdur. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********92-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/6 hissəsi üzərində xx.xx.2018-ci il tarixdə X6, 5/6 hissəsi üzərində isə xx.xx.2021-ci il tarixdə iddiaçının mülkiyyəti hüququ dövlət qeydiyyatına alınmışdır. - 23.11.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/6 hissəsini X9 almışdır. - 03.11.2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, 07 may 2010-cu il tarixdə vəfat etmiş X10 vərəsəsi olan qızı İddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci ildə verilmiş 11/ 32142 arayışa və xx.xx.1988-ci il tarixdə verilmiş 233 reyestr kitabı, 15194 səhifə, 30/196 qeydiyyat vəsiqəsinə əsasən mərhum X13 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi, 51 ünvanda yerləşən və 0,06309 ha torpaq sahəsində istifadədə olan doqquz otaqlı, yaşayış sahəsi 145,8 kv.m, ümumi sahəsi 251,8 kv.m fərdi yaşayış evinin 4/9 hissədən ibarət olan əmlakı vərəsəlik hüququ üzrə qəbul etmişdir. - 21.09.2018-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki xx.xx.2013-cü il tarixdə ölmüş X2 vərəsəsi oğlu X14 ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən 1İ8/09/2018 tarixdə X4 verilmiş **********92-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 188.7 kv.m olan fərdi yaşayış evinin 1/6 hissəsindən ibarət olan əmlakı vərəsəlik hüququ üzrə qəbul etmişdir. - 1982-ci ildə tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid paspartdan görünür ki, mərhum atası X16 məxsus fərdi yaşayış evinin sahəsi 412.9 kv.m, tikinti meydançasının sahəsi 630.9 kv.m olmuşdur. - xx.xx.2021-ci il tarixdə tərtib edilmiş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportundan görünür ki, evin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 0.04456 ha, tikintialtı sahəsi 0.01628 ha-dır. - Dzerjinskiy rayon ZDS İK-nın xx.xx.1955-ci il tarixli, 12 saylı protokolundan çıxarışdan görünür ki, mərhum atası X16 fərdi yaşayış evinin tikintisi üçün 351 kv.m torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-246/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 nömrəli fərdi yaşayış evinə dair iddiaçı X6 1/6 hissədəki payının naturada ayrılması, sahəsi 33,8 kv.metr olan “V” literli tikilinin ümumi paylı mülkiyyətdən ayrılaraq iddiaçı X6 mülkiyyətinə verilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2084/2021-ci il tarixli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-246/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)- 3860/2021-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2084/2021-ci il tarixli xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/2367 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı və X6 mülkiyyətinə verilmiş ünvan 5 ünvanda olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin konfiqurasiyası və faktiki yeri texniki pasportun göstəriciləri uyğundur və həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinə aid olmaqla, Dövlət mülkiyyətindədir. İddiaçının mərhum atası X1 Dzerjinski rayon XDSİK-in 12 saylı xx.xx.1955-ci il tarixli protokolu ilə ayrılmış torpaq sahəsinin konfiqurasiyası və faktiki yeri texniki pasportuna uyğundur, Dövlət mülkiyyətindədir. İddia edilən 0,04456 ha torpaq sahəsinin 0.03422 hektarı faktiki yeri və koordinatlarının Dzerjinski rayon XDSİK-in 12 saylı xx.xx.1995-ci il tarixli protokolu ilə ayrılmış torpaq sahəsinin faktiki yeri və koordinatları ilə üst-üstə düşür. İddia edilən 0,04456 ha torpaq sahəsinin faktiki yeri və koordinatlarının Dzerjinski rayon XDSİK-in 12 saylı xx.xx.1955-ci il tarixli protokolu ilə ayrılmış torpaq sahəsinin faktiki yeri və koordinatları, habelə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlet qeydiyyati haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş ünvan 5 ünvanda olan fərdi yaşayış evinin torpaq sahəsi ilə üst-üstə düşür. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Xəyyam İsgəndərov tərəfindən tərtib edilmiş və imzalanmış tədqiqat obyektinə baxışın nəticələrinə dair aktdan görünür ki, ünvan 6 ünvanında yerləşən tədqiqat olunan əraziyə baxış keçirilmiş və ölçülərin xx.xx.2021-ci il tarixli texniki pasporta uyğun olması müəyyən edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin hüquqi əsaslarını «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələri təşkil edir. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etsə də, ərizə cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə cavabdehin imtinasını aşağıda göstərilənlərə görə əsaslı hesab etmir. İş materiallarına əlavə olunmuş iddiaçının mərhum atası X16 Dzerjinskiy rayon ZDS İK-nın xx.xx.1955-ci il tarixli, 12 saylı protokolundan çıxarışa görə fərdi yaşayış evinin tikintisi üçün 351 kv.m torpaq sahəsi ayrılmışdır. Daha sonra həmin torpaq sahəsi üzərində ünvan 3 ünvanında inşa edilmiş fərdi yaşayış evinin tikililərə müxtəlif vaxtlarda müxtəlif şəxslərin mülkiyyət hüquqları alqı-satqı müqavilələri və vərəsəlik üzrə qeydiyyata alınmışdır. Hazırda 1/6 hissəsi üzərində xx.xx.2018-ci il tarixdə iş üzrə 3-cü şəxs X6, 5/6 hissəsi üzərində isə xx.xx.2021-ci il tarixdə iddiaçının paylı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-246/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iş üzrə 3-cü şəxsin fərdi yaşayış evinə dair 1/6 hissədəki payının naturada ayrılması, sahəsi 33,8 kv.metr olan “V” literli tikilinin ümumi paylı mülkiyyətdən ayrılaraq onun mülkiyyətinə verilməsi qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 1(102)-3860/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə iş üzrə 3-cü şəxsin fərdi yaşayış evinə dair 1/6 hissədəki payının, yəni V” literli tikilinin sahəsinin 13,6 kv.metr olması müəyyən edilmişdir. İddiaçı paylı əmlakın “A” tikilisinin mülkiyyətçisi kimi istifadəsində oldugu torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas verən mərhum atasına torpaq sahəsinin ayrılması barədə Dzerjinskiy rayon ZDS İK-nın xx.xx.1955-ci il tarixli, 12 saylı protokolundan çıxarışı hüquqmüəyyənedici sənəd kimi cavabdeh inzibati orqana təqdim etməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Cavabdeh inzibati orqan iddiaçının iddia tələbi ilə bağlı tələbin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, həmin iddiaçının təqdim etdiyi sənəd mötəbər sübut kimi qiymətləndirilir və iddiaçının həmin torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiqlənir. Belə ki, cavabdehin dəlilləri məhkəmənin aldığı ekspert rəyi ilə təkzib edilmişdir. Ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı və X6 mülkiyyətinə verilmiş ünvan 5 ünvanda olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin konfiqurasiyası və faktiki yeri texniki pasportun göstəricilərinə uyğundur və həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinə aid olmaqla, Dövlət mülkiyyətindədir. İddiaçının mərhum atası X1 Dzerjinski rayon XDSİK-in 12 saylı xx.xx.1955-ci il tarixli protokolu ilə ayrılmış torpaq sahəsinin konfiqurasiyası və faktiki yeri texniki pasportuna uyğundur, Dövlət mülkiyyətindədir. İddia edilən 0,04456 ha torpaq sahəsinin 0.03422 hektarı faktiki yeri və koordinatlarının Dzerjinski rayon XDSİK-in 12 saylı xx.xx.1995-ci il tarixli protokolu ilə ayrılmış torpaq sahəsinin faktiki yeri və koordinatları ilə üst-üstə düşür. İddia edilən 0,04456 ha torpaq sahəsinin faktiki yeri və koordinatlarının Dzerjinski rayon XDSİK-in 12 saylı xx.xx.1955-ci il tarixli protokolu ilə ayrılmış torpaq sahesinin faktiki yeri ve koordinatları, habelə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlet qeydiyyati haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş fərdi yaşayış evinin torpaq sahəsi ilə üst-üstə düşür. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Belə olan halda isə iddiaçının iddia etdiyi 0.03422 hektarı faktiki torpaq sahəsi də, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin paylarına mütənasib olaraq, iddiaçı və üçüncü şəxs arasında bölünməlidir. Belə ki, fərdi yaşayış evi 1/6 hissədə iş üzrə 3-cü şəxsin, 5/6 hissədə isə iddiaçının paylı mülkiyyətindədir. Qüvvədə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iş üzrə 3-cü şəxsin fərdi yaşayış evinə dair 1/6 hissədəki payının naturada ayrılması, sahəsi 33,8 kv.metr olan (Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarında 13,6 kv.metr olması göstərilsə də, bu barədə yanlışlıq aradan qaldırılmamış) “V” literli tikilinin ümumi paylı mülkiyyətdən ayrılması qət edilmişdir.Odur ki, fərdi yaşayış evinin 5/6 hissəsinin yerləşdiyi və iddiaçının mərhum atası X1 Dzerjinski rayon XDSİK-in 12 saylı xx.xx.1955-ci il tarixli protokolu ilə ayrılmış 0,04456 ha torpaq sahəsinin faktiki iddiaçının istifadəsində olan 0.03422 ha həyətyanı torpaq sahəsindən, digər payçının mülkiyyətində olan “V” tikilisinin yerləşdiyi və giriş-çıxış üçün istifadəsində olan (0.03422 x 1/6=0,0057) 0,0057 ha hissəsi istisna olmaqla (0.03422- 0,0057=0,02852 ha), yəni 0,02852 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qedyiyyata alınması barədə iddiası əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1, 139-1.1.9.1, 139-1.1.10.2-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakı özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmin Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş (30 oktyabr 2015-ci il 664 nömrəli Fərmanla olunmuş dəyişikliklərlə birlikdə) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Məhkəmə qeyd edir ki, sadalanan normaların təhlili göstərir ki, qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Hazırkı işin hallarından isə görünür ki, iddiaçı da qanunvericiliyin tələblərinə əməl edərək, torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün sözügedən maddədə təsbit olunan əsaslardan biri kimi Dzerjinski rayon XDSİK-in 12 saylı xx.xx.1995-ci il tarixli protokolunu, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı cavabdehə təqdim etmişdir. Çıxarışdan görünür ki, fərdi yaşayış evinin 5/6 hissəsi üzərində iddiaçının mülkiyyət hüququ tanınmışdır. Hazırki iddia tələbində iddiaçı həmin nisbətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və çıxarışın verilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü ki, öz payının ayrılması və həmin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması iddiaçının mübahisələndirilməyən hüquqlarındandır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı öz iddiasında haqlıdır və cavabdeh tərəfindən heç bir qanuni əsasları olmayan bəhalərə istinad edərək, onun hüquqlarının təmin edilməsindən imtina etməsi yolverilməzidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindədir. İstinad olunan normaların hazırkı mübahisənin hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. Cavabdeh bildirdiyi halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanuna zidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xahişinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur. Halbuki, «İnzibati icraat haqqında» Qanunun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Bundan başqa, «İnzibati icraat haqqında» Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisələndirilən daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 8 ünvanındakı 5/6 hissəsi mülkiyyətində olan fərdi yaşayış evinin istifadəsində olan 0.03422 ha həyətyanı torpaq sahəsindən, digər payçı X6 mülkiyyətində “V” tikilisinin yerləşdiyi və giriş-çıxış üçün istifadədə olan 0,0057 ha hissəsi istisna olmaqla, yəni 0,02852 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
NƏTİCƏVİ HİSSƏ:
İddia təmin edilsin. ünvan 8 ünvanındakı 5/6 hissəsi mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi və istifadəsində olan 0.03422 ha həyətyanı torpaq sahəsindən, digər payçı X6 mülkiyyətində olan “V” tikilisinin yerləşdiyi və giriş-çıxış üçün istifadədə olan 0,0057 ha hissəsi istisna olmaqla, yəni 0,02852 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 10
Hakim Mehriban Qarayeva