Məhkəmə qərarları › İş №2-1(112)-1228/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1228/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1228/2025 11.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Birgə iddiaçılar İddiaçı1, İddiaçı3 və X3 nümayəndəsi (əri) İddiaçı3 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyat alınması və çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (2-1(112)-9134/2024 nömrəli iş üzrə).

2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi nəzərə alınmaqla Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 493 nömrəli sərəncamı ilə ayrılmış 600 kv.m torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasını tələb etmişdir.

3. Məhkəmənin 2-1(112)-9134/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi əsl olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia tələbi “Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 493 nömrəli sərəncamı ilə ayrılmış 600 kv.m torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması” kimi dəyişdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1999-cu il tarixində 493 saylı sərəncamla, Səbail rayon İcra Hakimiyyəti tərəfindən fərdi ev tikintisi üçün torpaq sahəsi İddiaçı1 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Dövlət Neft şirkəti “Azneft” İstehsalat Birliyi tərəfindən bu sərəncamın ləğv olunması haqqında iddia qaldırılmışdır. Bakı İnzibati Məhkəməsinin qərarı ilə iddia mümkünsüz sayılmış və müvafiq qərar yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə qalmışdır.

5. İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyat alınması və çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (2-1(112)-9135/2024 nömrəli iş üzrə).

6. Məhkəmənin 2-1(112)-9135/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə İddiaçı2 inzibati məhkəmə icraatında birgə iddiaçı qismində iştirakı nəzərə alınmışdır.

7. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1995-ci il tarixində 2453 saylı və xx.xx.1998-ci il tarixi 1949 saylı Səbail rayonu İcra Hakimiyyətinin sərəncamları ilə İddiaçı3 və İddiaçı2 Badamdar qəsəbəsində torpaq sahəsi ayrılmışdır.xx.xx.2023-cü ildə “SOCAR” “Azneft” istehsalat birliyi iddia ərizəsi ilə bu sərəncamların ləğv olunması haqqında məhkəməyə müraciət edib. Bu iddia ərizəsinə, hakim Bəhlul Cəlilovun sədrliyi ilə iş nömrəsi 2-1 (112)- 1097-1/2023 nömrəli xx.xx.2023-cü il tarixində baxılıb və Səbail rayonu İcra Hakimiyyətinin verdiyi sərəncamlar qüvvədə saxlanılıb. İşdən apellyasiya və kassasiya şikayətləri verilmiş, məhkəmənin qərarı qüvvədə saxlanılmışdır.

8. Məhkəmənin 2-1(112)-9134/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə 2- 1(112)-9135/2024 nömrəli iş üzrə məhkəmə icraatı 2-1(112)-9134/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilmişdir.

9. Cavabdeh tərəfindən İddiaçı3 ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, elektron kadastr məlumatlarına əsasən qeyd olunan torpaq sahəiəri ümumi hasar daxilində yerləşməklə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Bundan əlavə, təqdim edilən yerləşmə cizgilərində istinadlar, məsafələr, perimetrik ölçülər qeyd edilmədiyindən sənəd üzrə sahəni müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, ayrılması nəzərdə tutulan torpaq sahələrinin ölçüsü təqdim edilən sərəncamlarda əks olunmayıb. Həmçinin Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 10-M-132-091 saylı məktubunda bildirilmişdir ki, 2453 saylı, xx.xx.1995-ci il tarixli Sərəncam və onun tərkib hissəsi olan digər sənədlər (sxem və s.) arxivdə aşkar edilməmişdir. Qeyd olunanlarla yanaşı, təqdim olunan Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 1949 saylı sərəncamı digər şəxsin adınadır və bununla bağlı əlaqəli sənəd (etibarnamə və ya vərəsəlik məktubu) təqdim edilməmişdir. “Daşınmaz əmiakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyat: bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil ediimiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır.

10. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 “çıxarış almağa köməklik göstərilməsi barədə iddiası” etirazla qarşılanır. İddiaçı3 torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** ərizə ilə İdarəyə müraciət etmiş və **********93 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən qeyd olunan torpaq sahələri ümumi hasar daxilində yerləşməklə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Bundan əlavə, təqdim edilən yerləşmə cizgilərində istinadlar, məsafələr, perimetrik ölçülər qeyd edilmədiyindən sənəd üzrə sahəni müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, ayrılması nəzərdə tutulan torpaq sahələrinin ölçüsü təqdim edilən sərəncamlarda əks olunmayıb. Həmçinin Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 10-M-132- 091 saylı məktubunda bildirilmişdir ki, 2453 saylı, xx.xx.1995-ci il tarixli Sərəncam və onun tərkib hissəsi olan digər sənədlər (sxem və s.) arxivdə aşkar edilməmişdir. Qeyd olunanlarla yanaşı, təqdim olunan Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 1949 saylı sərəncamı digər şəxsin (İddiaçı2) adınadır və bununla bağlı əlaqəli sənəd (etibarnamə və ya vərəsəlik məktubu) təqdim edilməmişdir. Bundan əlavə təqdim edilmiş sərəncamlardan xx.xx.1999-cu il tarixli, 493 nömrəli sərəncama əsasən (ləğv edilmiş DTXK-i tərəfindən JN-10609 nömrəli) torpaq sahəsinə şəhadətnamə verilmiş və özgəninkiləşdirilmişdir. Həmçinin bildirilir ki, digər iddiaçılar müvafiq iddia tələbi ilə bağlı idarəyə müraciət etməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq İddiaçı3 münasibətdə iddia tələbinin rədd edilməsini, iddiaçılar İddiaçı1 və İddiaçı2 münasibətdə isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilir.

11. Səbail Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli, 493 nömrəli Sərəncamına əsasən Badamdar qəsəbəsində 600 kv.m fərdi ev tikmək üçün X2 torpaq sahəsi ayrılmışdır.

12. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024cü il tarixli məktubda qeyd edilmişdir ki, Səbail Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli, 493 nömrəli Sərəncamının və cizginin təsdiq edilmiş surəti Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir.

13. Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Səbail Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli, 493 nömrəli Sərəncamına cizgi əlavə edilməmişdir.

14. Səbail Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1998-ci il tarixli, 1949 nömrəli Sərəncamına əsasən Badamdar qəsəbəsində mövcud olan bağ sahəsinin İddiaçı2 adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi qərara alınmışdır.

15. Səbail Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli, 2453 nömrəli Sərəncamına əsasən Badamdar qəsəbəsində “köhnə bağlar” ərazisində bağ küçəsində mövcud olan bağ sahəsinin İddiaçı3 adına 600 kv.m fərdi ev tikmək üçün X1 adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi qərara alınmışdır.

16. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, torpaq sahəsi arxivdən təqdim edilmiş cizgidə qeyd edilən mövqedə yerləşmir. Arxivdən təqdim edilmiş cizgidə torpaq sahəsinin mövqeyi Badamdar şossesi, 2ci döngədə təsvir edilmişdir. Torpaq sahəsi isə faktiki olaraq Badamdar şossesi, 4-cü döngə, Bağlar küçəsində yerləşir.

17. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbinin təmin edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

18. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

19. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

20. X5 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

21. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

22. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

23. X7 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

25. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

26. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

27. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

29. İddia ərizəsinin məzmunundan görünür ki, birgə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 müvafiq olaraq Səbail Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 493 nömrəli Sərəncamı, Səbail Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli 2453 nömrəli Sərəncamı və Səbail Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1998-ci il tarixli 1949 nömrəli Sərəncamı əsasında ayrılmış torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmişdir. İddiaçılar bildirir ki, qeyd edilən torpaqlar bir hasar daxilində yerləşir.

30. Məhkəmə iş materiallarına əsasən müəyyən edir: - Səbail Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli, 493 nömrəli Sərəncamına əsasən Badamdar qəsəbəsində 600 kv.m fərdi ev tikmək üçün X2 torpaq sahəsi ayrılmışdır. - Səbail Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli, 2453 nömrəli Sərəncamına əsasən Badamdar qəsəbəsində “köhnə bağlar” ərazisində bağ küçəsində mövcud olan bağ sahəsinin İddiaçı3 adına 600 kv.m fərdi ev tikmək üçün X1 adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi qərara alınmışdır. - Səbail Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1998-ci il tarixli, 1949 nömrəli Sərəncamına əsasən Badamdar qəsəbəsində mövcud olan bağ sahəsinin İddiaçı2 adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi qərara alınmışdır.

31. Məhkəmə ilk növbədə müəyyən edir ki, Səbail Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli, 493 nömrəli Sərəncamı və Səbail Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1998-ci il tarixli, 1949 nömrəli Sərəncamı əsasında iddiaçılar İddiaçı1 və İddiaçı2 ayrılmış torpaq sahələri ilə bağlı icra hakimiyyəti tərəfindən təsdiq edilmiş cizgilər Səbail Rayon İcra Hakimiyyətinin və Dövlət Arxivinin Bakı Filialının arxivində aşkar edilməmişdir. İddiaçılar tərəfindən məhkəməyə təqdim edilən cizgilər isə kserosurətdir.

32. Odur ki, torpaq sahələrinə dair Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş yerləşmə cizgilər aşkar edilmədiyindən məhkəmə hesab edir ki, torpaq sahələrinin ayrılması prosesi tamamlanmamışdır.

33. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

34. Məhkəmə İddiaçı3 tərəfindən mübahisələndirilən torpaq sahəsinə münasibətdə müəyyən edir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə təqdim edilmiş Səbail Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli, 2453 nömrəli Sərəncamına əlavə edilmiş cizgi və iddiaçı tərəfindən təqdim edilmiş cizgi arasında əhəmiyyətli uyğunsuzluq mövcuddur. Belə ki, məhkəmə iclasında iştirak edən İddiaçı3 izahatında bildirmişdir ki, torpaq sahəsi arxivdən təqdim edilmiş cizgidə qeyd edilən mövqedə yerləşmir. Arxivdən təqdim edilmiş cizgidə torpaq sahəsinin mövqeyi Badamdar şossesi, 2-ci döngədə təsvir edilmişdir. Torpaq sahəsi isə faktiki olaraq Badamdar şossesi, 4-cü döngə, Bağlar küçəsində yerləşir. Odur ki, Səbail Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən İddiaçı3 ayrılmış torpaq sahəsi ilə hazırda mülkiyyət hüquqlarının qeydiyyatı tələb edilən torpaq sahəsi arasında eyniliyi müəyyən etmək mümkün deyil. Məhkəmə bir daha nəzərə alır ki, İddiaçı3 tərəfindən məhkəyə təqdim edilmiş torpaq sahəsinə dair cizgi kserosurət olmaqla mötəbərliyi məhkəmə araşdırması nəticəsində təsdiqini tapmamışdır. Belə ki, arxiv cizgizi ilə iddiaçının təqdim etdiyi cizginin əhəmiyyətli dərəcədə uyğunsuzluq təşkil etməsi, digər torpaq sahələrinin də bitişik yerləşməsi işin mübahisəsiz halıdır.

35. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz.

36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələb(lər)i təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar