Məhkəmə qərarları › İş №2-1(112)-12285/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12285/2025

20.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12285/2025 20.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2025-ci il tarixli 25.03.********** saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini, icrasını cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən xx.xx.900232.18.98 nömrəli xx.xx.2025-ci il tarixli məsuliyyətə cəlb edilməsi barədə qərara əsasən 3000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. A.ağıda qeyd edilən xüsustatlara görə həmin qərara razı deyil, hesab edilir ki, həmin qərar məhkəmə qaydasında ləğv edilməlidir. Qərarın ləğvi ilə bağlı cavabdehə müraciət etsə də bu günə qədər hərəkətsiz qalmışdır. O qərardan məhkəməyə şikayət etmək üçün nəzərdə tutulmuş müddətin son günü qeyri-iş gününə düşdüyündən tərəfindən həftənin ilk iş günü şikayət verilmişdir.Bildirilir ki, terminal aparatında satılan malın brendinin adı və markası qeyd edilməsə də məhsulun növü və digər məlumatlar qıbzdə öz əksini tapmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə “xx.xx.2025-ci il tarixli 25.03.********** saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini, icrasını cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir. Cavabdehin etirazından görünür ki, İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 2503********** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi icraatınızda olan 2-1(112)-12285/2025 saylı iş üzrə iddia ərizəsində irəli sürülən iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: İddiaçı iddia tələbində qeyd etmişdir ki, terminal aparatında satılan malın brendinin adı və markası qeyd edilməsə də, məhsulun növü və digər məlumatlar qəbzdə öz əksini tapmışdır. İşin halları ilə bağlı bildirilir ki, fiziki şəxs İddiaçı xx.xx.2018-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı əsas fəaliyyət növünün “sair ərzaq məhsullarının pərakəndə satışı” ilə bağlı olduğu, ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektinin qeydiyyata alındığı müəyyən edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin “X2nin keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********9601 nömrəli qərara (Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli KY2********) əsasən vergi ödəyicisi İddiaçı sahibkarlıq fəaliyyəti həyata keçirdiyi ünvan 1 ünvanda obyektdə “nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına” dair X2 tədbiri həyata keçirilmişdir. X2 tədbiri zamanı vergi ödəyicisi İddiaçı tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydaları pozulması aşkar edilmişdir. Bununla əlaqədar vergi ödəyicisi barədə xx.xx.2025-ci il tarixli **********9137 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Daha sonra Dövlət Vergi Xidmətinin X2 və Uçotun Təşkili Baş İdarəsinin “X2nin keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********9641 nömrəli qərara (Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli KY2********) əsasən nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması üzrə xx.xx.2025-ci il tarixdə saat 14:47-də İddiaçı sahibkarlıq fəaliyyət həyata keçirdiyi ünvan 1 ünvanda yerləşən təsərrüfat subyektində keçirilmiş X2 tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı müəyyən edilmişdir. Belə ki, X2 zamanı müştəri tərəfindən 1 (bir) ədəd “sobranie” siqareti üçün 4,70 (dörd manat, yetmiş qəpik) manat nağd qaydada ödənilmiş və bunla əlaqədar NKA qəbzi təqdim edilmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş NKA qəbzində Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulan tələblərə riayət edlməmişdir. Yəni NKA qəbzində sözügedən maddədə tələb olunan məlumatlar tam əks olunmamışdır. Belə ki, Vergi Məcəlləsinin 50.8-ci maddəsi əsasən Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN-i; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği); 50.8.6. gün cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X5); 50.8.10. ödənilmiş məbləğ; 50.8.10-1. avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr) (nağd, nağdsız, bonus, hədiyyə kartı); 50.8.14. çekin növü (satış, geri qaytarma və ya ləğvetmə , ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; 50.8.16. geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar; 50.8.16. geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); 50.8.17. nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); 50.8.18. yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı. Bununla da təqdim edildiyi NKA qəbzində malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği) məlumatların NKA qəbzində qeyd edilməməsi müəyyən edilmişdir. ( NKA qəbzi etiraza əlavə olunur). Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələr tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2025-ci il tarixli DVX seriyalı 048382 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması barədə” akt tərtib edilmişdir. Lakin vergi ödəyicisi İddiaçı yoxlamada iştirak etmiş, “X2nin keçirilməsi haqqında” qərarlarla tanış olmuş, xx.xx.2025-ci il tarixli DVX seriyalı 048382 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması barədə” Aktı hər hansı bir səbəb göstərmədən imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. Tərtib edilmiş xx.xx.2025-ci il tarixli DVX seriyalı 048382 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması barədə” aktın surəti Baş İdarənin xx.xx.2025-ci il tarixli **********270100 nömrəli məktubla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və elektron qutuda xx.xx.2025-ci il tarixli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2025-ci il tarixdə oxunduğu müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2025-ci il tarixli 2503********** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə 3000 (üç min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar Baş İdarənin xx.xx.2025-ci il tarixli **********083500 nömrəli məktubla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və elektron qutuda xx.xx.2025-ci il tarixli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2025-ci il tarixdə oxunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada X2ni keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 24.1.1-ci və 24.1.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən X2nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X2 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46- 49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə X2ni həyata keçirirlər. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələsdirilmis vergi üzrə sabit məbləgin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. III. Tədqiq edilən sübutlar və faktiki hallar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin “X2nin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********9601 nömrəli qərarından görünür ki, İddiaçı məxsus olan obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Aksiz markaları ilə markalanmak və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və electron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi məsələ(lər)i üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək (xx.xx.2025 tarixi daxil olmaqla) X2 keçirilməsi qərara alınmışdır. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY252286489 saylı xx.xx.2025-ci il tarixli çıxarışa əsasən 20001 köşk; AZ1123 Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov ev.2 məlumatları da daxil olmaqla əsasən ərzaq məhsulları olan xx.xx.2025-xx.xx.2025-ci il tarixləri arasındakı müddət üzrə aksiz markaları ilə markalanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi. [Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Məcəllə, Azərbaycan Respublikasının Milli Məclisi,11.07,2000.Maddə 50.1.2] məqsədi ilə plandankənar (növbədənkənar) yoxlama həyata keçirilmişdir. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqında” xx.xx.2025-ci il tarixli DVX 047937 seriya nömrəli Aktda qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə saat 15:45-də alınmış 1 ədəd bizon, bir qutu siqaret, bir ədəd saqqız üçün ümumilikdə 6.90 AZN pul ödənilmişdir. Lakin müqabilində NKA çek vurulmadı. Saat 11:53-də həmin 6.90 azn məbləğ 19704 nömrəli çekdə NKA-nın yaddaşına bərpa olundu. Bundan əlavə alınan məhsulun adının əks olunmaması nəticəsində VM-nn 50.8-ci maddəsinin tələbinin pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********9137 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2025 tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin “X2nin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********9641 saylı qərarından görünür ki, İddiaçı məxsus olan obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Aksiz markaları ilə markalanmak və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və electron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi məsələ(lər)i üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək (xx.xx.2025 tarixi daxil olmaqla) X2 keçirilməsi qərara alınmışdır. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY252297266 saylı xx.xx.2025-ci il tarixli çıxarışa əsasən 20001 köşk; AZ1123 Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov ev.2 məlumatları da daxil olmaqla əsasən ərzaq məhsulları olan xx.xx.2025-xx.xx.2025-ci il tarixləri arasındakı müddət üzrə aksiz markaları ilə markalanmak olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi. [Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Məcəllə, Azərbaycan Respublikasının Milli Məclisi,11.07,2000.Maddə 50.1.2] məqsədi ilə plandankənar (növbədənkənar) yoxlama həyata keçirilmişdir. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqında” xx.xx.2025-ci il tarixli DVX 048382 seriya nömrəli Aktda qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə saat 14:47-də müştəri tərəfindən alınmış 1 ədəd siqarət çün 4.70 AZN nağd qaydada ödənilmişdir. Ödənilmiş məbləğ NKA-na vuruldu və NKA-nın 21008 nömrəli çeki müştəriyə təqdim edildi. NKA-nın çekinə baxış zamanı VM-nin 50.8-ci maddəsinin tələbəri (malın adı) pozulduğu aşkar edildi. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli 2503********** nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə 3000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2025 tarixədək 3000 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-4/2-210046/2025 saylı məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında məktubdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən barənizdə tərtib olunmuş xx.xx.2025-ci il tarixli DVX seriyalı 048382 nömrəli akta əsasən vergi qanunvericiliyinin pozulması haqqında çıxarılmış xx.xx.2025-ci il tarixli 2503********** nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi" Qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamə göndərilir. Maliyyə sanksiyasının qısa müddət ərzində büdcəyə ödənilməsinin təmin edilməsi tövsiyə olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********1899 nömrəli tələbnaməsindən görünür ki, Büdcəyə ödənilməli olan 3000 manat vəsait xx.xx.2025-ci il tarixə kimi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin AZ17CTRE******************** №-li hesabına ödənilməlidir. Mühasibatlıqda müvafiq dəyişikliklər edilmişdir. Mühasibat müxabirləşmələri verilməklə aktda qeyd olunan uyğunsuzluqlar aradan qaldırılmışdır. IV. İddianın növü və mümkünlüyü İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). İddiaçı qərarın mübahisələndirilməsi iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X2ni keçirmək; Maddə 50. X2 50.1. X2 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; ... 50.3. X2 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X2 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X2nin müddəti və X2ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. İddiaçı fiziki şəxs İddiaçı vergi ödəyicisi kimi əsas fəaliyyət növünün “sair ərzaq məhsullarının pərakəndə satışı” ilə bağlı uçota alınmış və Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin “X2nin keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərara (Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli KY2********) əsasən vergi ödəyicisi İddiaçı sahibkarlıq fəaliyyəti həyata keçirdiyi obyektdə “nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına” dair X2 tədbiri həyata keçirilmiş və nağd pul hesablaşmalarının aparılması qaydaları pozulması aşkar edilmişdir. Bununla əlaqədar vergi ödəyicisi barədə xx.xx.2025-ci il tarixli **********9137 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Daha sonra Dövlət Vergi Xidmətinin X2 və Uçotun Təşkili Baş İdarəsinin “X2nin keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********9641 nömrəli qərara (Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli KY2********) əsasən nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması üzrə xx.xx.2025-ci il tarixdə təsərrüfat subyektində keçirilmiş X2 tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı müəyyən edilmişdir. Belə ki, X2 zamanı müştəri tərəfindən 1 (bir) ədəd “sobranie” siqareti üçün 4,70 (dörd manat, yetmiş qəpik) manat nağd qaydada ödənilmiş və bunla əlaqədar NKA qəbzi təqdim edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2025-ci il tarixli 2503********** nömrəli Qərarın qəbul edilməsi üçün əsas olaraq qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 14:47-də müştəri tərəfindən alınmış 1 ədəd siqarət çün 4.70 AZN nağd qaydada ödənilmişdir. Ödənilmiş məbləğ NKA-na vuruldu və NKA-nın 21008 nömrəli çeki müştəriyə təqdim edilmişdir. NKA-nın çekinə baxış zamanı VM-nin 50.8-ci maddəsinin tələbəri (malın adı) pozulduğu aşkar edilmişdir. (“Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqında” xx.xx.2025-ci il tarixli DVX 048382 seriya nömrəli Akt iş materiallarına əlavə olunmuşur). Odur ki, cavabdehin iddianı rədd edilməsi ilə bağlı dəlili vergi ödəyicisi tərəfindən təqdim edilmiş NKA qəbzində Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulan tələblərə riayət edlməməsi ilə bağlıdır işdir. Yəni NKA qəbzində qeyd edilən maddədə tələb olunan məlumatlar tam əks olunmamışdır. Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, ödəniş xidməti təchizatçılarının çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, ödəniş xidməti təchizatçılarının çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.8-ci maddəsi əsasən nəzarətkassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği); və digər məlumatlar Təqdim edilmiş NKA qəbzində malın adı kimi “tütün məhsulu” məlumat qeydi daxil edilmiş və iddiaçı həmin qeydin malın adı olaraq müəyyən olunan tələbə cavab verdiyini və “sobranie” qeydinin brendə aid qeyd olduğu üçün məlumat qeydinə daxil edilmədiyi ilə əsaslandırır. Məhkəmə qeyd edir ki, “tütün məhsulu” məlumat qeydi malın tərkib xüsusiyyətini müəyyən edən məlumat olmaqla malın adına münasibətdə fərdiləşdirməyə imkan verən məlumat qeydi kimi müəyyən oluna bilməz. Belə olan təqdirdə, düzgün olaraq qanunvericilikdə nəzərdə tutulmuş məlumatlar (malın və ya xidmətin adı) nəzarət-kassa aparatı çekində əks olunmamışdır qənaətinə gəlinmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə xüsusilə nəzərə alr ki, “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 338 nömrəli Qərarına əsasən pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən olunmuşdur. Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 338 nömrəli Qərarı: 1.3. NKA-nın istismarında, o cümlədən uçotu və servis texniki xidmətində iştirak edən subyektlərə aşağıdakılar aiddir: 1.3.1. NKA-nın operatorları (bundan sonra – Operator); 1.3.2. NKA-nın istifadəçiləri (bundan sonra – İstifadəçi);... 1.3.3. Vergilər Nazirliyi tərəfindən müsabiqə əsasında seçilən hüquqi şəxs; 1.3.4. Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyası (bundan sonra – Komissiya); 1.3.5. Azərbaycan Respublikasının Vergilər Nazirliyi (bundan sonra – Nazirlik); 1.3.6. Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik). 1.4.6. İstifadəçi – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları vergi orqanında uçota alınmış NKA vasitəsilə həyata keçirməli olan vergi ödəyicisi; 8.3. İstifadəçinin vəzifələri: 8.3.16. pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək; Məhkəmə eyni zamanda nəzərə alır ki, ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli 2503********** nömrəli Qərara əsasən İddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının 2025-ci il təqvim ili ərzində ikinci dəfə pozulduğu müəyyən edilmişdir (əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasının təqvim ili ərzində birinci dəfə yol verilməsi ilə bağlı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********9137 nömrəli qərar iş materiallarına əlavə olunmuşdur). Odur ki, cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə istinad olunaraq 3000 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Beləliklə, xx.xx.2025-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə 3000 (üç min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi əsaslı olmuşdur. Qeyd edilənlərə əsasən, inzibati akt qanunvericiliyin tələblərinə riayət olunmaqla qəbul edildiyindən, iddia tələbi təmin olunmamalıdır Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldi: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar