Məhkəmə qərarları › İş №2-1(112)-12295/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12295/2025

07.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12295/2025 07.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.1976-cə il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2001 -ci il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 34 il 04 ay ümumi əmək stajı nəzərə alaraq xx.xx.2024-cü il tarixdən 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək 65 yaşının tamam olduğu xx.xx.2024cü il tarixindən əmək pensiyası təyin edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu ildə Tovuz rayonunda anadan olmuşdur. xx.xx.1976-cı il tarixdə əmək fəaliyyətinə başlamışdır. Həmin tarixdən də xx.xx.2021-ci il tarixədək fasilələr olmaqla müxtəlif qurumlarda müxtəlif vəzifələrdə çalışmışdır (əmək kitabçasının surəti əlavə olunur). İddiaçının ümumi olaraq 34 il 4 aydan çox əmək stajı var. İddiaçı əmək stajını nəzərə alaraq əmək pensiyasının təyin edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala müraciət etmişdir. Cavabdeh orqan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan “Yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək oları sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilmiş sənədlərin surətində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğun müddət və xx.xx.1981-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək əyani təhsil aldığı illər nəzərə alınmaqla cəmi sığorta stajı 21 il 5 ay 13 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı ii tarixinədək 20 il 3 ay 13 gün sığorta stajına uyğun olaraq 20441,39 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək 2066,64 manat olmaqla, ümumilikdə 22508,03 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşınızın tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilir ki, xx.xx.2025-ci il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalı 46080 manat, minimum əmək pensiyasının məbləği isə 320 manat müəyyən edilmişdir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək (işə daxilolma və işdən azadolma qeydlərində qaralamalar olduğundan) və xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək (işdən azadolma əmrinin xx.xx.2000-ci il tarixində verilməsinə baxmayaraq, 1999-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinə istinad edildiyindən) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Eyni zamanda bildirilir ki, təqdim edilmiş sənədlərin surətində qeyd olunmuş xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Sözügedən dövrün araşdırılması ilə əlaqədar tərtib edilmiş akta əsasən "xxxx" MMC-nin direktoru tərəfindən əmək haqqı cədvəlləri təqdim edilmədiyindən və həmin müəssisədə əmək haqqı almadığı, sözügedən dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, təqdim edilmiş əmək kitabçasının surətində xx.xx.2006- cı il tarixindən xx.xx.2010-cu il tarixinədək "xxxx" MMC-də, xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək "xxxx" MMC-də, xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək "xxxx" MMC-də, xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyəti olduğu qeyd edilsə də, sözügedən dövrlər üzrə fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı öz əksini tapmamışdır. Bu səbəbdən sözügedən dövrlərdə xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi ilə bağlı məlumatın təqdim edilməsi məqsədilə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına (bundan sonra-Filial) müvafiq sorğu göndərilmişdir. Sorğunun nəticəsi ilə əlaqədar olaraq bildirilmişdir ki, 2006 - 2010-cu illər üzrə məlumatlarınızın araşdırılması üçün Filial tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2024-cü il tarixində 3-17-1/2-238795/2024 nömrəli məktubla, həmçinin 2017-ci ilin İV, 2018-ci ilin İ - İV və 2019-cu ilin l-lll rübləri üzrə məlumatlarınızın araşdırılması üçün Filial tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2024-cü il tarixində 3-17-1/2-237629/2024 nömrəli məktubla müraciət olunmuşdur. Müvafiq cavablar gəldikdən sonra əlavə məlumat veriləcəkdir. Bundan əlavə digər sığortaedənlər "xxxx" MMC və "xxxx" MMC-yə dair məlumatlar (SUN və ya VÖEN) Nazirliyin uçot bazasında aşkar edilmədiyindən xx.xx.2014-cuTfanxindən 06.09~2016-cı il tarixinədək olan məlumatların araşdırılması mümkün olmamışdır. Sözüqedən sıqortaedənlərə dair rekvizitlər (SUN və va VÖEN) təqdim edildikdən sonra araşdırma aparılacaqdır.

5. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. “Əmək pensiyalan haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pens yası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosia sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdar əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişcir. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 3-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi qanunvericiliklə tələb olunan şərtlər ödənildiyi halda iddiaçıya yaşa görə pensiya 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Məlumat üçün bildirilir ki, xx.xx.2025-ci il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalı 46080 manat, minimum əmək pensiyasının məbləği isə 320 manat müəyyən edilmişdir. Birinci halın mövcudluğuna baxsaq, iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 20 il 3 ay 13 gün sığorta stajına uyğun olaraq 20441,39 manat, xx.xx.2019-cu il tarixindən 01,02.2022-ci il tarixinədək 2066,64 manat olmaqla, ümumilikdə 22508,03 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından az olduğundan əmək pensiyasının minimum məbləğindən (280 manat) az omayan pensiya təminatına imkan vermədiyi müəyyən edilir. Habelə, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmamışdır. Yuxarıda qeyd olunanlara əsasən yaşa görə pensiya təyin olunması üçün pensiya kapitalı şərtinin iddiaçıya münasibətdə mövcud olmadığı məlum olur. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqq nda” Qanunun 21.2.3-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti də sığortaolunanın sığorta stajına əlavə edilir. Yuxarıda qeyd edilən müddəanın məzmunundan göründüyü kimi sığortaolunanın müddətli həqiqi hərbi xidmət dcvrü də sığorta stajına daxil edilir və sığortaolunana pensiya təyin edilən zaman nəzərə alınır. Təqdim olunmuş sənədlərin surətində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1981-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək əyani təhsil aldığı illər nəzərə alınmaqla iddiaçının cəmi sığorta stajı 21 il 5 ay 13 gün təşkil edir. İddiaçının müraciət etdiyi dövrdə qüvvədə olan “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarf’na əsasən iddiaçıya məxsus əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək (isə daxilolma və isdən azadolma qeydlərində qaralamalar olduğundan) və xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək (işdən azadolma əmrinin xx.xx.2000-ci il tarixində verilməsinə baxmayaraq, 1999-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinə istinad edildiyindən) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Eyni zamanda bildiririk ki, təqdim edilmiş sənədlərin surətində qeyd olunmuş xx.xx.2005ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Sözügedən dövrün araşdırılması ilə əlaqədar tərtib edilmiş akta əsasən "xxxx" MMC-nin direktoru tərəfindən əmək haqqı cədvəlləri təqdim edilmədiyindən və iddiaçı həmin müəssisədə əmək haqqı almadığını bildirdiyindən sözügedən dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, ddiaçıya məxsus əmək kitabçasının surətində xx.xx.2006-cı il tarixindən xx.xx.2010-cu il tarixinədək "xxxx" MMC-də, xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək "xxxx" MMC-də, 21,06.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək “M-ARCH Group" MMC-də, xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyətinin olduğu qeyd edilsə də, sözügedən dövrlər üzrə fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı öz əksini tapmamışdır. Bu səbəbdən sözügedən dövrlərdə iddiaçının xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi ilə bağlı məlumatın təqdim edilməsi məqsədilə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına (bundan sonra-Filial) müvafiq sorğu göndərilmişdir. Sorğunun nəticəsi ilə əlaqədar olaraq bildirilmişdir ki, 2006 - 2010-cu illər üzrə iddiaçıya aid məlumatların araşdırılması üçün Filial tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2024-cü il tarixində 3-17-1 /2-238795/2024 nömrəli məktubla, həmçinin 2017-ci ilin İV, 2018-ci ilin İ - İV və 2019-cl ilin l-lll rübləri üzrə məlumatlarının araşdırılması üçün Filial tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2024-cü il tarixində 3- 17-1/2-237629/2024 nömrəli məktubla müraciət olunmuşdur. Müvafiq cavablar gəldikdən sonra əlavə məlumat veriləcəyi şəxsə cavab məktubu ilə bildirilmişdir. Bundan əlavə digər sığortaedənlər "Məkan-İnşaat” MMC və "xxxx" MMC-yə dair məlumatlar (SUN və ya VÖEN) Nazirliyin uçot bazasında aşkar edilmədiyindən xx.xx.2014cü il tarixindən xx.xx.2016-cı il tarixinədək olan məlumatların araşdırılması mümkün olmamışdır. Sözügedən sığortaedənlərə dair rekvizitlər (SUN və ya VÖEN) təqdim edildikdən sonra araşdırma aparılacaqdır. Əlavə olaraq bildirilir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsilə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya 09.01,2025-ci il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Yuxarıda qeyd edilən Qanunların müddəalarının məzmunundan göründüyü kimi qanunla müəyyən edilmiş yaş həddinə şatmış şəxsin pensiya hüququnun yaranması üçün tələb olunan əsas şərtlərdən biri sığorta stajıdır. Lakin iddiaçının pensiya işinə əlavə edilmiş əmək kitabçası, hərbi biletindən göründüyü kimi onun sığorta stajı ümumilikdə 21 il 5 ay 13 gündür. Hal-hazırda qüvvədə olan Qanunda müəyyən edilmiş yaş həddinə çatmış kişilər üçün pensiya hüququ qazanmağın əsas şərti kimi azı 25 il sığorta stajın olması tələb kimi qeyd edilmişdir. İddiaçı stajı qanunvericilikdə göstərilən şərtlərə cavab vermədyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunsuz hesab edilərək təmin edilməməlidir.

6. Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanan “məlumatın təqdim edilməsi barədə” xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, dövlət reyestrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə 0104-P62- 40434 nömrə ilə dövlət qeydiyyatından keçməsi, hüquqi ünvanının AZ1006, ünvan 1 rəhbərinin X2 və əsas fəaliyyətinin “İ və İİ məsuliyyət səviyyəli bina və tikililərin dövlət standartlarına uyğun olaraq layihələndirilməsi və mühəndis axtarışı” olması barədə məlumat mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim etdiyi arayışa əsasən uçot məlumat bazasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılması barədə qeyd aparılmışdır.

7. İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surəti iş materiallarına əlavə edilmişdir.

8. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən (məhkəmə baxışı zamanı) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi.

9. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən (məhkəmə baxışı zamanı) iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

10. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

11. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

13. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün kimi yaşa görə pensiya təyini üçün iki şərt lazımdır: 1) tələb olunan yaş; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.

14. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

16. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.

17. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

18. İddiaçı xx.xx.1959-cu ildə anadan olub.

19. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən xx.xx.2006-cı il tarixinədək sosial sığorta stajı xx.xx.1981-ci il tarixindən xx.xx.1986-cı il tarixədək təhsil aldığı illər və xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla 21 il 05 ay 13 gün təşkil edir.

20. İddiaçının xx.xx.2006-cı il tarixədək mübahisəli sosial sığorta stajı əmək kitabçasında qeyd olunmuş xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrdür. Mübahisəyə əsas olan hal isə iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrlərin doldurulma qaydasının pozulmasıdır. Belə ki, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixədək olan dövr üzrə işə daxilolma və işdən azadolma qeydlərində qaralamalar mövcuddur; xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövr üzrə işdən azadolma əmrində 1999-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinə istinad olunmuşdur. Nəticədə, həmin dövrlər cavabdeh tərəfindən mübahisələndirilmiş və sosial sığorta stajına daxil edilməmişdir.

21. Məhkəmə xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixədək olan dövrə münasibətdə bildirir ki, əmək kitabçasının doldurulması qaydası pozulmamışdır. Belə ki, iddiaçının müvafiq dövr üzrə işə daxilolma və işdən azadolma qeydlərində qaralamalar mövcud olsa da, müvafiq qeydlərə düzəliş edilməsi barədə məhkəmədə hər hansı şübhə yaranmır. Belə ki, iddiaçının əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar iş yerindən əmək müqaviləsinə xitam verilmiş, ondan əvvəl xx.xx.1976-cı ildə həmin qurumda 3-cü ixtisas dərəcəsi verilmişdir. 23 avqust tarixində işə düzəlməsinə dair qeyd olsa da, ilə münasibətdə düzəliş mövcuddur (1976 olaraq qeyd edilib). Odur ki, məhkəmə hesab edir ki, işə daxil olma ilində düzəliş mövcu olsa da, iddiaçıya həmin müsəssisədə xx.xx.1976-cı ildə 3-cü ixtisas dərəcəsi verildiyindən onun işə başlama tarixinin məhz 1976-cı ildən olmasına dair məhkəmədə şübhə qalmır. Belə ki, düzəliş daha əvvəlki ilə aid deyil, məhz 1976-cı ilə aiddir. Odur ki, əmək kitabçasında müvafiq düzəliş olsa da, əmək kitabçasındakı digər qeydlərlə əlaqəli şəkildə iddiaçının həmin xx.xx.1976-cı il tarixdən olmaqla hərbi xidmətə çağırıldığı xx.xx.1977-ci il tarixədək (belə ki, əmək müqaviləsinə hərbi xidmətə çağırılması ilə əlaqədar xitam verilmişdir) əmək fəaliyyəti nəzərə alınmalıdır.

22. Məhkəmə xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrə münasibətdə bildirir ki, xx.xx.2000-ci il tarixli işdən azadolma əmrində 1999-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinə istinad olunması işəgötürən tərəfindən icra olunmaqla iddiaçının məsuliyyət sferası ilə əhatə olunmur.

23. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, heç bir halda şəxsi pensiya hüququndan məhrum edə bilməz. Qeyd edilən hal həmin dövr üzrə əmək fəaliyyətinin həyata keçirilməsini araşdırmaq üçün inzibati icraat lazımi həcmdə sübutetmə vasitələrindən istifadə üçün araşdırma aparmaq əsas ola bilər.

24. Lakin cavabdeh tərəfindən inzibati icraatın aparılmaması və qeyd edilən zəruri sübutetmə vasitələrindən istifadə edilməməsi nəticəsində formal yanaşma iddiaçının pensiya hüququndan məhrum edilməsi ilə nəticələnmişdir.

25. Məhkəmə nəzərə alır ki, iddiaçının müvafiq dövrlər üzrə işləməsi əmək kitabçasında əksini tapmışdır və həmin dövrdə iddiaçının işlədiyi müəssisələrin mövcudluğu məhkəmədə hər hansı şübhə yaratmır (müəssisələrin mövcudluğu cavabdeh tərəfindən mübahisələndirilməmişdir). Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair dəlilini məhkəmə əsassız hesab edir.

26. Beləliklə, məhkəmə qeyd olunan halları məcmu halında qiymətləndirərək müəyyən edir ki, iddiaçının mübahisələndirilən dövrlər üzrə (xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövr) işləməsi əmək kitabçasında əksini tapmışdır. İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, qeyd edilən dövr nəzərə alındığı təqdirdə xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 25 il 07 ay 28 gün təşkil edir.

27. Nəticə etibarilə iddiaçının yaşa görə pensiya təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Belə ki, X5 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

28. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

29. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı xx.xx.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)

30. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir.

31. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək mövcud olan sığorta stajı 65 yaşının tamam olduğu tarixdən əmək pensiyasının təyin edilməsinə kifatət etdiyindən xx.xx.2006-cı il tarixdən sonrakı sığorta stajı məhkəmə araşdırmasının predmeti olmamışdır. Lakin məhkəmə qeyd edir ki, xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə məcburi dövlət sosial sığorta haqqı ödənilən dövlər əmək pensiyasının hesablanması zamanı nəzərə alınmalıdır.

32. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. Əmək kitabçasında qeyd edilmiş xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövr sığorta stajı kimi nəzərə alınmaqla İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar