Məhkəmə qərarları › İş №2-1(112)-12299/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12299/2025

09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12299/2025 09.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Vahid oğlunun sədrliyi İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçının İddiaçı nümayəndəsi qismində vəkili Vəkil, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin qarşı “reyestrdən çıxarışın verilməsi” iddia tələbi üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: I. İşin halları İddiaçı iddia ərizəsi ilə müraciət edərək İddiaçı MMC-nin yeganə təsisçisi və 100% nizamnamə kapitalına sahib Norveç Krallığında qeydiyyatdan keçmiş Viator AS şirkəti olması haqqında, bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidməti Milli Gəlirlər baş idarəsinin hüquqi şəxlərin dövlət qeydiyyat idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, AzNor Aqro MMC 04.052007-ci il tarixində, ********** saylı reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Şirkət Azərbaycanın qərb bölgələrində, Gəncə, Qazax, Tovuz, Bərdə. Şəmkir və ətraf bölgələrində kənd təsərıifatı sahəsində fəaliyyət göstərir. Xüsusi ilə də müasir tipli istixanaların tikilməsi və onların funksionallığına nəzarət sahəsində geniş təcrübəyə malikdir. Şirkətin təsisçiləri, 35% nizamnamə kapitalına malik X10 AS şirkəti (Norveç Krallığı) və 65% nizamnamə kapitalına malik Viator AS (Norveç Krallığı) şirkətidir. Viator AS şirkətinin Azərbaycan Respublikasında başqa hüquqi şəxlərində təsisçisidir, o cümlədən X7 Kredit Təşkilatı hansı ki, Azərbaycanın qərb bölgələrində kənd təsərüfatının inkişafı üçün vətəndaşlarımıza kreditlər verir. xx.xx.2022-ci ildə X10 AS şirkəti ləğv qərarı qəbul edir. Ləğv qərarından təxminən 1 ay öncə yəni xx.xx.2021 -ci il tarixində X10 AS şirkəti Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş AzNor Aqro MMC-də malik olduğu 35% nizamnamə kapitalını, şəriki, Norveç Krallığında qeydiyyatdan keçmiş Viator AS şirkətinə əvəzsiz olaraq ötürür. Bundan sonra xx.xx.2022-ci il tarixində şirkət ləğv qərarı qəbul edir. X10 AS şirkətinin ləğv qərarı, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş AzNor Aqro MMC-də malik olduğu payını Viator AS şirkətinə ötürdükdən sonra tez bir zamanda ləğv olunmaq qərarı Azərbaycan Respublikasında, şirkətin ləğv olunmazdan öncə, payların dəyişikliyi prosesinin aparılmasını qeyri-mümkün etmişdir. Nəticədə, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş AzNor Aqro MMC-də təsisçilərdən biri artıq Norveç Krallığında ləğv olunub. Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş AzNor Aqro MMC-də isə əvvəlki qanuni təmsilçi X2 həm öz səhhəti ilə əlaqədar, həmdə həyat yoldaşının ağır ankoloji xəstə olması ilə əlaqədar həyat yoldaşına qayğı göstərmək məqsədi ilə tutduğu vəzifədən öz istəyi ilə istefa verib. X3 artıq şirkətin təsərrüfat fəaliyyətində iştirak etmir. Bununla əlaqədar, şirkətin fəaliyyətində ciddi əngəllər yaranmışdır. Norveç Krallığında qeydiyyatda olan Viator AS şirkəti, AzNor Aqro MMC-nin fəaliyyətini bərpa etməsi məqsədi ilə ABŞ vətəndaşı X4 cənablarını şirkətə direktor vəzifəsinə işə dəvət etmişdir. Lakin AzNor Aqro MMC-nin təsisçilərindən biri olan və 35% nizamnamə kapitalına malik X10 AS şirkəti artıq Norveç Krallığında olan qeydiyyatını ləğv etmiş bütün sənədlərini X5 təhvil vermişdir. Bu isə Azərbaycanda qeydiyyatı olan AzNor Aqro MMC-də direktor dəyişikliyi etməyi mümkünsüz edir. Bu isə öz növbəsində Viator AS şirkəti tərəfindən, AzNor Aqro MMC-nin fəaliyyətini bərpa etməsi məqsədi ilə dəvət olunmuş ABŞ vətəndaşı X4 cənablarının şirkətə direktor vəzifəsində fəaliyyətində mümkünsüz edir. Hazirda AzNor Aqro MMC faktiki olaraq direktorsuz fəaliyyət göstərir, bu da sözsüz ki, narahat edici bir faktdır və Mahmudov Adil oğlunun rəsmi olaraq işdən çıxması faktı qeydə alına bilmir. İİ. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ.Tədqiq edilən sübutlar və faktiki hallar: Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxlsərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2024-cü il tarixli “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” Qərara əsasən Cəmiyyətinin reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxlsərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2025-ci il tarixli “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” Qərara əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. X1 tərəfindən verilmiş Arayışa əsasən NORAZ İNVEST AS 21 may 2007-ci il tarixində 991 100 083 təşkilat nömrəsi ilə Sahibkarlıq Müəssisələrinin Reyestrində qeydiyyatdan keçmişdir. 03 yanvar 2022-ci il tarixində şirkətin ləğvi barədə qərar qəbul edilmişdir. Şirkət 30 iyul 2022-ci il tarixində ləğv edilmişdir (sənəd 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən xx.xx.2024-cü il tarixində apostil təsdiq edilmişdir). X1 tərəfindən verilmiş Qeydiyyat Şəhadətnaməsinə əsasən VİATOR AS Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.1990-cı il tarixdə təsis edilmiş, xx.xx.1990-cı il tarixdə reyestrə qeydiyyata alınmışdır. Cəmiyyətin icraçı direktoru Adne Bergedir (sənəd 05 oktyabr 1961ci il tarixli Haaqa Konvensiyasına əsasən xx.xx.2021-ci il tarixində apostil təsdiq edilmişdir). Notarial qaydada təsdiq edilmiş Viator AS və NorAz X11 arasında xx.xx.2022-ci il tarixli razılaşma bağlanmışdır. “NorAz Agri İnvest P.Ltd” səhmdarlarının ümumi yığıncağı yekdilliklə qərar qəbul etmişdir. "xxxx" MMC-nin bütün səhmləri "xxxx" şirkətinə satılsın. Səhmlər "xxxx" MMC-nin ümumi səhm paketinin 35 %-ni təşkil edir. Bundan sonra Viator AS AzNor Agro MMC-nin 100% sahibi olacaq və şirkətdə tam məsuliyyət daşıyacaq. Viator AS-nin İdarə Heyəti yekdilliklə “NorAz X11” şirkətinin "xxxx" MMC-yə məxsus bütün səhmlərinin alınması barədə qərar qəbul edib. İdarə Heyəti belə qərar qəbul edib: NorAz Agri AS-nin NorAz X11-ə məxsus AzNor Agro MMC-nin bütün 35%-lik səhmlərini almaq təklifi qəbul edilsin. Bu alışdan sonra Viator AS AzNor Agro MMC-nin 100% sahibi olur (sənəd 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən xx.xx.2022-ci il tarixində apostil təsdiq edilmişdir). NorAz X11-nin İdarə Heyətinin xx.xx.2021-ci il tarixlə Qərarına əsasən NorAz X11-in İdarə Heyəti yekdiliklə AzNor Agro MMC-də mülkiyyətçiliyə son verilməsi barədə qərara gəlmiş və İdarə heyətinin 06 dekabr 2021-ci il tarixdə keçirilən iclasında qərar qəbul etmişdir: NorAz X11 bununla AzNor Agro MMC-nin bütün səhmlərini "xxxx" şirkətinə vermək qərarına gəlmişdir. Səhmlər AzNor Agro MMC-nin ümumi səhmlərinin 35%-ni təşkil edir. Bundan sonra "xxxx" şirkəti AzNor Agro MMC-nin 100% sahibi olur və şirkətin tam məsuliyyətini üzərinə götürür (sənəd 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən xx.xx.2021-ci il tarixində apostil təsdiq edilmişdir). "xxxx" şirkətinin Səhmləri alınması barədə xx.xx.2021-ci il tarixli Qərarına əsasən "xxxx" şirkətinin idarə heyəti (Təşkilat № 959 299 692) AzNor Agro MM-də NorAz X11-a məxsus bütün səhmlərin alınmasını qəbul edir. İdarə heyəti 06 dekabr 2021-ci il tarixində keçirilmiş iclasda qərar qəbul edir: "xxxx" şirkətinin idarə heyəti NorAz X11-ın AzNor Agro MMC-nin NorAz X11-a məxsus 35%-lik səhmlərininn hamısını almaq təklifini qəbul edir. Bu satınalma ilə "xxxx" şirkəti AzNor Agro MMC-nin 100% sahibi olur. "xxxx" şirkətinin idarə heyəti bununla AADNE (ADNE) BERGE-ni (Pasport № ********) AzNor Agro MMC-nin "xxxx" şirkətinin mülkiyyəti ilə bağlı bütün məsələlərdə "xxxx" şirkətinin nümayəndəsi kimi "xxxx" şirkətinin Sədri və Baş İcraçı Direktoru vəzifəsinə təyin edilmişdir (sənəd 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən xx.xx.2021-ci il tarixində apostil təsdiq edilmişdir). IV. İddianın növü və mümkünlüyü Hazırki iddia öhdəliyin icrasına dair iddiadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən, dövlət qeydiyyatına və (və ya) dövlət reyestrinə daxil edilmiş hər bir quruma Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alındığı və ya dövlət reyestrinə daxil edildiyi vaxt dövlət reyestrindən çıxarış verilməlidir. 15.3-cü maddəsinə əsasən, təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alındığı vaxtdan ən geci 3 gün keçənədək müraciət etmiş şəxsə dövlət reyestrindən çıxarış verilməlidir. 15.4-cü maddəsinə əsasən, dövlət reyestrindən çıxarışda göstərilən məlumatların həcmi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilən səlahiyyətlərin icrası Bakı şəhəri üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən təmin edilir. İddia mümkündür.. V. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı Aznor Aqro” Məhdud Məsuliyyətli Cəmiyyəti yeganə təsisçisinin 100% nizamnamə kapitalına sahib Norveç Krallığında qeydiyyatdan keçmiş Viator AS şirkəti olması haqqında məlumatın hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmasını xahiş edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Əsasnaməsi: 6.49. Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin vəzifələri aşağıdakılardır: 6.49.2. Kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasını və həmin məlumatlarda edilmiş dəyişikliklərin qeydə alınmasını təşkil etmək; “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: Maddə 9. Təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. 9.2-3. Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı bu Qanunun tələbləri nəzərə alınmaqla və gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə də həyata keçirilir. 9.2-4. Müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunur, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətində həmin sistem vasitəsilə əldə edilən sənədlərdən istifadə edirlər. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada təqdim oluna bilər. 9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. 9.4. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. Cavabdeh orqan imtinanın dəlili olaraq qeyd edir ki, təqdim edilmiş nizamnamə layihəsində yalnız bir təsisçinin adı və ümum nizamnamə kapitalının yalnız həmin təsisçiyə məxsusluğu qeyd edilmişdir. Həmçinin, təqdim edilmiş xx.xx.2024-cü il tarixli sənəddə təsisçi "X10 AS" Şirkətinin xx.xx.2022-ci il tarixdə ləğvi barədə qərar qəbul olunması və xx.xx.2022-ci il tarixdə ləğv olunması faktının qeyd edilməsinə baxmayaraq, təsisçinin payının kimə keçdiyini təsdiq edən sənəd təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, hüquqi şəxslərin dövlət reyestri istinad olunan qanun anlamında Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatların (qeydlərin) məcmusundan və ya toplusundan ibarətdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması tələb edilir. Həmin normanın “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun məqsədləri, eləcə də istinad olunan qanun anlamında hüquqi şəxslərin dövlət reyestrinin anlayışı və mahiyyəti baxımından təfsirinə görə, hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatın dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasını şərtləndirən hüquqi fakt kimi qiymətləndirilməlidir. Hazırki iş üzrə hüquqi fakt subyektin iradəsi ilə bağlı olan davranış sayılan hüquqauyğun hərəkətdə, yəni müqavilə bağlamaqda ifadə olunan qanunauyğun hərəkətdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, NorAz X11-nin İdarə Heyətinin xx.xx.2021-ci il tarixlə Qərarına əsasən NorAz X11-in İdarə Heyəti yekdiliklə AzNor Agro MMC-də mülkiyyətçiliyə son verilməsi barədə qərara gəlmiş və İdarə heyətinin 06 dekabr 2021-ci il tarixdə keçirilən iclasında AzNor Agro MMC-dəki bütün səhmlərini "xxxx" şirkətinə vermək qərarına gəlmişdir. Səhmlər AzNor Agro MMC-nin ümumi səhmlərinin 35%-ni təşkil edir. Bundan sonra "xxxx" şirkəti AzNor Agro MMC-nin 100% sahibi olur və şirkətin tam məsuliyyətini üzərinə götürür. "xxxx" şirkətinin səhmlərin alınması barədə xx.xx.2021-ci il tarixli Qərarına əsasən "xxxx" şirkətinin idarə heyəti AzNor Agro MMC-də NorAz X11-a məxsus bütün səhmlərin alınmasını qəbul etmişdir. Müvafiq faktların təsdiq edilməsi məqsədilə NorAz X11 və Viator AS arasında xx.xx.2022-ci il tarixində notarial qaydada təsdiq edilmiş razılaşma bağlanmışdır (müvafiq hallar iş materiallarında apostil verilmiş hüquqmüəyyənedici sənədlərdə əks olunmuşdur). Bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Hazırda belə rəsmiləşmənin iki növü mövcuddur: 1. Apostilin verilməsi və 2. Konsul leqallaşdırması. Sənədlərin leqallaşdırılması prosedurunu sadələşdirmək məqsədilə 1961-ci ildə Haaqa xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya imzalanmışdır. Konvensiyanı imzalamış və ona qoşulmuş dövlətlər sənədləri sadə qaydada leqallaşdırmaq hüququ əldə edirlər. Belə leqallaşdırma dövlətin müəyyən etdiyi səlahiyyətli orqanlar tərəfindən sənədlərə apostil vermək yolu ilə həyata keçirilir. Apostil rəsmi sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, həmin şəxsin səlahiyyətini, eləcə də rəsmi sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini təsdiq edir. Apostil verilmiş sənəd leqallaşdırılmış hesab edilir və həmin Konvensiyanın iştirakçısı olan bütün dövlətlərin ərazisində hüquqi qüvvəyə malik olur. Azərbaycan Respublikası qeyd olunan Konvensiyaya 5 mart 2004-cü ildə qoşulmuş və o, ölkəmizə münasibətdə 2 mart 2005-ci il tarixdən qüvvəyə minmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, qeyd olunan hallar hüquqi şəxsin təsisçisi barədə məlumatın dəyişdirilməsi üçün qanunla müəyyən olunan hüquqi fakt kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, reyestr məlumatları hüquqi şəxslərə münasibətdə formal vəziyyətin deyil, real və hüquqi cəhətdən işlək vəziyyətin əks etdirilməsi məqsədini daşıyır. Həmin məqsədlər baxımından, "X10 AS" Şirkətinin ləğv edilməsi və özünə məxsus səhmləri "xxxx" şirkətinə verməsi ilə bağlı iradəsi nəzərə alındıqda, reyestrdə İddiaçı yeganə təmsisçisi qismində "xxxx" şirkətinin qeydə alınmasından imtina edilməsinə haqq qazandırıla bilməz. Bununla bağlı məhkəmə kollegiyası həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-26/2021 nömrəli qərarında və xx.xx.2023-cü il tarixli, 2-1(102)-548/2023 nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeyi də nəzərə alır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı yeganə təsisçisinin 100% nizamnamə kapitalına sahib Norveç Krallığında qeydiyyatdan keçmiş Viator AS şirkəti olması haqqında məlumatın hüquqi şəxslərin dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı yeganə təsisçisinin 100% nizamnamə kapitalına sahib Norveç Krallığında qeydiyyatdan keçmiş Viator AS şirkəti olması haqqında məlumatın hüquqi şəxslərin dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar