Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1230/2021 04.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 3-cü şəxs “xxxx” MMC işə cəlb edilməklə qərarın ləğv edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik haqqlarının hesablanması barədə” xx xxxx 2020-ci il tarixli, **********358300 nömrəli qərarının ləğv edilməsi barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5405/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə “xxxx” MMC 3-cü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə ilə müraciət edərək, iddia tələbini dəqiqləşdirərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqqlarının hesablanması barədə” xx xxxx 2020ci il tarixli, **********358300 nömrəli və xx xxxx 2020-ci il tarixli, **********930900 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi və iddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik haqqlarının hesablanması barədə” xx xxxx 2020ci il tarixli, **********358300 nömrəli qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etdikdən sonra cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik haqqlarının hesablanması barədə” xx xxxx 2020-ci il tarixli, **********930900 nömrəli qərarı ilə İddiaçı ASC-yə 54500.05 manat (beş min dörd yüz manat beş qəpik) əlavə vergi hesablanmışdır. Həmin qərarda göstərilmişdir ki, “tərəflərindən 2020-ci ilin aprel ayına “xxxx” MMC (VÖEN: **********) şirkətindən EBAJ 028126 saylı e-qaimə fakturası üzrə 30 000.00 manat əsas, 57400.0 manat ƏDV məbləği ilə mallar əldə edilmişdir. Lakin, “xxxx” MMC (VÖEN: **********) şirkəti tərəfindən həmin malların istehsal edilmədiyi, həmçinin idxal olunmadığı və digər şəxslərdən alınmadığı, eyni zamanda mal qalığında da, olmadığı müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən, tərəflərindən əmtəəsiz mal alışının həyata keçirildiyi müəyyən edilmişdir.” İddiaçı ASC müxtəlif avadanlıqların sifarişə əsasında istehsalını həyata keçirir. Müəssisə daha çox müxtəlif dövlət təşkilatlarının sifarişləri əsasında işləyir. “xxxx” QSC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, BM/TD/SM-19-51 saylı müqavilənin və ona xx.xx.2019-cu il tarixli Əlavə Razılaşmanın tələblərinə uyğun olaraq İddiaçı ASC tərəfindən elektrik avadanlıqlarının təmiri, çuqun və çuqunun fasonlu tökmələr və tunel tikintisində istifadə olunan ağır (6 tonluq) çuqun həlqələrin istehsalı həyata keçirilmişdir. Təbiidir ki, qeyd edilən çuqun həlqələr müvafiq xammaldan istifadə edilərək hazırlana bilər və bu xammalın, yəni çuqun kütləsinin əldə edilməsi üçün “xxxx” MMC şirkəti ilə xx.xx.2019-cu il tarixli, 024/19 nömrəli müqavilə imzalanmış, xx.xx.2020-ci il tarixli razılaşdırma protokolu imzalanmış, xx.xx.2020-ci il tarixli təhvil-təslim aktında adları göstərilmiş əmtəələr təhvil alınmış və təqdim edilmiş EBAİ 267424 saylı e-qaimə əsasında 86.000.00 manat əsas, 15480.09 manat ƏDV məbləği həmin müəssisəyə ödənilmişdir. Eyni zamanda, İddiaçı ASC ilə “xxxx” QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BM/TD/SM-19-51 saylı müqavilənin və ona xx.xx.2019-cu il tarixli Əlavə Razılaşmanın tələblərinə uyğun olaraq İddiaçı ASC, “xxxx” MMC Şirkəti ilə xx.xx.2019-cu il tarixli, 024/19 nömrəli müqaviləyə əsaən, xx.xx.2020-ci il tarixli razılaşdırma protokolu imzaanmış, xx.xx.2020-ci il tarixli təhvil-təslim aktında adları göstərilmiş əmtəələr təhvil alınmış və təqdim edilmiş EBAJ 028126 saylı e-qamə əsasında 30.000,00 manat əsas 5400.00 manat ƏDV məbləği həmin müəssisəyə ödənilmişdir. İddiaçı ASC real istehsalçıdır və istehsal prosesinə əsasən elektrik enerjisi istifadə edir, istehsal qaimələrinə və naryadlarına (sənədlərinə) əsasən əmək haqqı hesablanır, hazır məhsulun mexaniki emalı edilir, əsas və köməkçi xammal və materialları (texniki kalkulyasiyaya əsasən) istifadə edir. “xxxx” QSC üçün çuqun həlqələrin istehsalı üçün əldə edilən xammalın, yəni çuqun kütlənin alışı büttün zəruri sənədlərlə həyata keçirilmiş, bununla bağlı Vergi Məcəlləsinin 71-1.5.1-ci maddəsinin (malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə) təqdim edilmiş elektron qaimə-faktura əsasında ödənişlər aparılmışdır. İddiaçı ASC-nin “xxxx” MMC şirkəti ilə bağladığı əqd yalan əqd, yəni başqa bir əqdi pərdələmək niyyəti ilə bağlanan əqd olmamış, bu əqd tam real olmaqla, onun əsasında real mallar (xammal) alınmış, həmin mallar (xammal) əsasında yeni məhsul yaradılaraq “xxxx” QSC-yə satılmış, bu əməliyyatlar üzrə bütün vergilər ödənilmişdir. Hesab edirlər ki, bu əməliyyatın həqiqi olubolmadığının müəyyən edilməsi üçün vergi orqanının yalnız “xxxx” MMC şirkəti tərəfindən həmin malların istehsal edilmədiyi, həmçinin idxal olunmadığı və digər şəxlərdən alınmadığı, eyni zamanda mal qalığında da, olmadığının əsas götürülməsi doğru olmamışdır və İddiaçı ASC qeyd edilən əmtəələri “xxxx” MMC şirkətindən alarkən hardan (qara bazardan, sənəd əsasında və ya sənədsiz almasını) yoxlamalı və ya araşdırmalı deyil. Onlar istehsalçı olaraq istehsal üçün zəruri olan malları mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq alırlar, həmin əmtəələr əsasında yeni məhsullar istehsal edərək satırlar. Bunun üçün vergi orqanı həm də, alınmış xammal əsasında yeni məhsulun həqiqətən istehsal edilib-edilmədiyini, həmin məhsulun real olub-olmadığını, yeni məhsulun həqiqətən “xxxx” QSC-yə satılıb-satılmadığını müəyyən etməli idi. Bunu isə yalnız “xxxx” QSC ilə bağlanış müqavilələrin və həmin mqavilələr üzrə əməliyyatların da araşdırılması yolu ilə müəyyən etmək olardı. Vergi orqanı isə araşdırmanı düzgün aparmamış, ümumi və birtərəfli mülahizələr əsasında, yəni “xxxx” MMC şirkətinin onlara satdığı məhsulların alınma mənbəyini göstərə bilmədiyinə görə qərar qəbul etmişdir ki, bu qərar yanlış olmuşdur. Belə ki, “xxxx” MMC-nin İddiaçı ASC-yə satdığı əmtəələrin özündə düzgün sənədləşdirməməsi İddiaçı ASC üçün hər-hansı məsuliyyət doğura bilməz, çünki İddiaçı ASC aldığı məhsulun (xammalın) satıcı təşkilatda hansı qaydada əldə edildiyini yoxlamaq səlahiyyətinə malik də deyildir və onun sənədləşdirmələri ilə bağlı məsuliyyət daşıya bilməz. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, aparılmış araşdırma zamanı 2020-ci ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2020-ci ilin mart ayında “xxxx” MMC (VÖEN: 150240161) şirkətindən EBAİ 267424 saylı e-qaiimə-fakturası üzrə 86000.00 manat əsas, 15480.09 manat ƏDV məbləği ilə mallar əldə edilmişdir. Lakin, “xxxx” MMC (VÖEN: **********) tərəfindən həmin malların istehsal edilmədiyi, həmçinin idxal olunmadığı və digər şəxslərdən alınmadığı, eyni zamanda mal-qalığında da, olmadığı müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən, vergi ödəyicisi tərəfindən əmtəəsiz mal alışının həyata keçirildiyi və təqdim edilmiş bəyannamə məlumatlarına əsasən EBAİ 267424 saylı e-qaimə-fakturası üzrə əvəzləşdirmə aparıldığı müəyyən edilmişdir. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********523200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə 2020-ci ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 15300.05 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********358300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddia ərizəsində qeyd edilir ki, müəssisə tərəfindən elektrik avadanlıqların təmiri, çuqun və çuqun fasonlu tökmələr və tunel tikintisində istifadə olunan ağır çuqun həlqələrin istehsalını həyata keçirmiş və bunun üçün müvafiq xammaldan istifadə edilmişdir. Qeyd edilən xammalı “xxxx” MMC-dən xx.xx.2019-cu il tarixli müqavilə və təhvil-təslim aktlarına əsasən almışdır. Belə olan halda isə müvafiq təhvil-təslim aktları nəzərə alınmalı və hesablanmış vergi məbləği silinməlidir. İddiaçı “xxxx” MMC-dən tikintidə istifadə edilən və qida sənayesinə aid olmayan malların alındığını iddia edir. Bununla əlaqədar olaraq bildirirlər ki, iddiaçı tərəfindən adı çəkilən “xxxx” MMC ixtisaslaşdırılmış topdansatış fəaliyyəti ilə məşğuldur. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “xxxx” MMC tərəfindən idxal edilmiş mallar qida məhsulları olduğu müəyyən edilmiş, həmçinin müəssisə tərəfindən həmin malların istehsal edilmədiyi, həmçinin idxal olunmadığı və digər şəxslərdən alınmadığı, eyni zamanda mal-qalığında da olmadığı müəyyən olunmuşdur. Belə olan halda isə, vergi orqanı tərəfindən İddiaçı ASC-nin əmtəəsiz mal alışının həyata keçirildiyi müəyyən edilmişdir. Həmçinin müəssisə tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarına əsasən EBAİ 267424 saylı qaimə-faktura üzrə əvəzləşdirmə aparıldığı müəyyən edilmişdir. Həyata keçirilmiş kameral vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə tam cavab vermişdir və onun ləğv edilməsi üçün hər-hansı əsas yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia ərizəsin əlavəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi X4 iş üzrə izahat verərək bildirmişdir ki, şirkətin adı qida ilə bağlı olsa da, şirkət tərəfindən digər məhsullar da satılır, onlar qeyd edilən malları bazardan alırlar. İddiaçı ilə aralarında müqavilə vardır və həqiqətən də, İddiaçı ASC ilə aralarında həmin müqavilələrə dair alğı-satqı aparılmışdır. İddiaçı ASC-yə satılmış malların alış barədə sənədləri yoxdur. Məhkəməyə xx xxxx 2020-ci il tarixli və xx xxxxx 2020-ci il tarixli alış aktlarını təqdim edərək, iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxx 2020-ci il tarixli, **********358300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının surətindən görünür ki, 2020-ci ilin mart ayı vergi dövrü üçün 15.300.05 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxx 2020-ci il tarixli, **********930900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının surətindən görünür ki, 2020-ci ilin aprel ayı vergi dövrü üçün 5400.05 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. İşdə olan “xxxx” QSC və İddiaçı ASC arasında bağlanmış BM/TD/SM-19-51 saylı, xx.xx.2019cu il tarixli mallar (işlər və xidmətləri) üzrə satınalma müqaviləsinin surətindən görünür ki, müqaviləninin predmetinə əsasən tərəflər təsdiq etmişlər ki, sifarişçi “xxxx” QSC bu müqavilənin xüsusi şərtlərində “Spesifikasiya”-ya uyğun, “X1”-nda göstərilən qiymətlərlə tyubinqlərin satın alınmasına dair icraçı İddiaçı ASC-nin 2 721 443,39 (iki milyon yeddi yüz iyirmi bir min dörd yüz qırx üç manat 39 qəpik) manat ƏDV daxil məbləğində tender təklifini qəbul etmişdir. İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə "X1”-nda göstərilən malların təhvil verilməsini öhdəsinə götürmüş, göndərilmiş mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər) İcraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat vermişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi – a) “Spesifikasiya”; b) “X1”-dur. İşdə olan BM/TD/SM-19-51 saylı, xx.xx.2019-cu il tarixli müqavilənin xüsusii şərtlərindən görünür ki, tərəflər təsdiq etmişlər ki, icraçı İddiaçı ASC aşağıda qeyd olunan “Spesifikasiya”-da və “X1”nda göstərilən nomenklaturaya, saya və qiymətə əsasən tyubinqləri satmağı, sifarişçi “xxxx” QSC isə onun dəyərini ödəməyi və Malı (Malları) qəbul etməyi öhdəsinə götürmüşdür. Malların hər vahidinin qiymətinə bütün daşınma xərcləri də daxildir. Müqavilədə göstərilən “Spesifikasiya”-da mexaniki emaldan sonra bir həlqə tyubinqin çəkisi, tonla 5443 müəyyən edilmişdir. “X1”na əsasən yekun 2 721 443.39 (iki milyon yeddi yüz iyirmi bir min dörd yüz qırx üç manat 39 qəpik) manat ƏDV daxil olmaqla məbləğ müəyyən edilmişdir. İşdə olan İddiaçı ASC və “xxxx” MMC arasında bağlanmış 024/19 saylı, xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, müqavilənin predmetinə əsasən satıcı “xxxx” MMC, alıcı İddiaçı ASC-yə müqaviləyə əlavədə göstərilən mal-materialları satır, alıcı İddiaçı ASC həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. İşdə olan İddiaçı ASC və “xxxx” MMC arasında bağlanmış 024/19 saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə əlavə - xx.xx.2020-ci il tarixli Razılaşdırma Protokolundan görünür ki, satıcı “xxxx” MMC, alıcı İddiaçı ASC-yə neft mənşəli koks (azkükürdlü), qəlib qumu 2KO2-2K315, qəlib qili DN-2, DN-3, qrafit, sancaq, çuqun (polad) qırma, kvarsit, bor turşusu, odadavamlı kərpiç, asbest vərəqəsi, dekstrik, əlif, çuqun elektrod, cila daşı Ø 180×6×22, KVS (əlaqəyaradıcı), bitum, yüksək gərginliyi kabel Ø 185 mm (6 kVt) satır. Həmin malların ümumi dəyəri 18 % ƏDV məbləği daxil olmaqla 101 480.59 manat təşkil edir. İşdə olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, “xxxx” MM, xx.xx.2019-cu il tarixli, 024/19 saylı müqaviləyə əlavəyə əsasən “xxxx” ASC-yə malları təslim etmişlər. İşdə olan EBAİ seriyalı, 267424 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, qaimənin növü – malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi, qaiməni təqdim edən “xxxx” MMC, alıcı İddiaçı ASC olmaqla, qaimədə əsas 86.000,00 manat, 15480.09 manat ƏDV, cəmi yekun məbləğ 101480.59 manat qeyd edilmişdir. İşdə olan EBAİ seriyalı, 235362 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, qaimənin növü – malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi, qaiməni təqdim edən “xxxx” MMC, alıcı İddiaçı ASC olmaqla, qaimədə yekun məbləğ 148442.37 manat qeyd edilmişdir. İşdə olan EBAİ seriyalı, 244959 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, qaimənin növü – malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi, qaiməni təqdim edən “xxxx” MMC, alıcı İddiaçı ASC olmaqla, qaimədə yekun məbləğ 37110.59 manat qeyd edilmişdir. İşdə olan İşdə olan İddiaçı ASC və “xxxx” MMC arasında bağlanmış 024/19 saylı, xx.xx.2019cu il tarixli müqaviləyə əlavə - xx.xx.2020-ci il tarixli Razılaşdırma Protokolundan görünür ki, satıcı “xxxx” MMC, alıcı İddiaçı ASC-yə qəlib gili DN-2, DN-3; qrafit; sancaq; çuqun (polad) qırma; bor turşusu; odadavamlı kərpiç; asbest vərəqəsi; dekstrik; əlif; cila daşı Ø 180×6×22; KVS (əlaqəyaradıcı); hava kompressorun porşen; əlcək qalın; əlcək oda davamlı; yastığ 3524; yastığ 6410; qaynaq çubuqları 0.5 mm; lampa DRL 500 v; polad ərsin; polad buraz Ø 18 mm, kipgəc satır. Həmin malların ümumi dəyəri 18 % ƏDV məbləği daxil olmaqla 35400 manat təşkil edir. İşdə olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, “xxxx” MM, xx.xx.2019-cu il tarixli, 024/19 saylı müqaviləyə əlavəyə əsasən “xxxx” ASC-yə malları təslim etmişlər. İşdə olan EBAİ seriyalı, 028126 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, qaimənin növü – malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi, qaiməni təqdim edən “xxxx” MMC, alıcı İddiaçı ASC olmaqla, qaimədə əsas 30000.00 manat, 5400.00 manat ƏDV, cəmi yekun məbləğ 35400.00 manat qeyd edilmişdir. İşdə olan EBAİ seriyalı, 523606 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, qaimənin növü – malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi, qaiməni təqdim edən “xxxx” MMC, alıcı İddiaçı ASC olmaqla, qaimədə yekun məbləğ 160812.56 manat qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X3 Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmış “xxxx” MMC-nin Nizamnaməsinin surətindən görünür ki, Nizamnamənin 3-cü bəndinə əsasən Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. İşdə olan “xxxx” MMC tərəfindən təsdiq edilmiş xx xxxx 2020-ci il tarixli alış aktının surətindən görünür ki, “xxxx” MMC tərəfindən 600 kq sancaq, dəyəri 5220 manat, 20 ton qəlib gili DN-2, DN-3, dəyəri 11600 manat, 25 qəlib qumu, dəyəri 7000 manat; 3 neft mənşəli koks (azkükürdlü), dəyəri 585 manat olmaqla cəmi 24405 (iyirmi dörd min dörd yüz beş) manat məbləğində mallar alınmışdır. İşdə olan “xxxx” MMC tərəfindən təsdiq edilmiş xx xxxx 2020-ci il tarixli digər alış aktının surətindən görünür ki, “xxxx” MMC tərəfindən 101 metr yüksək gərginlikli kabel, dəyəri 2727 manat; 50 kq bitum, dəyəri 190 manat; 259 kq KVS (əlaqəyaradıcı), dəyəri 3496.50 manat; 2000 ədəd cila daşı Ø 180×6×22, dəyəri 9400 manat; 5 qutu çuqun elektrod, dəyəri 450 manat; 150 litr əlif, dəyəri 570 manat; 300 kq dekstrin, dəyəri 2910 manat; 110 ədəd asbest vərəqəsi, dəyəri 4807 manat; 1500 ədəd odadavamlı kərpiç, dəyəri 6450 manat; 99 kq bor turşusu, dəyəri 336.50 manat; 3 ton kvarsit, dəyəri 2040 manat; 4 ton çuqun (polad) qırma, dəyəri 17880 manat; 1000 kq qrafit, dəyəri 7800 manat olmaqla cəmi 59057 (əlli doqquz min əlli yeddi) manat məbləğində mallar alınmışdır. İşdə olan “xxxx” MMC tərəfindən təsdiq edilmiş xx xxxxx 2020-ci il tarixli alış aktının surətindən görünür ki, “xxxx” MMC tərəfindən 50 litr əlif, dəyəri 200 manat; 100 kq dekstrin, dəyəri 840 manat; 20 ədəd Asbest vərəqəsi, dəyəri 854 manat; 1100 odadavamlı kərpiç, dəyəri 4180 manat; 20 kq bor turşusu, dəyəri 58 manat; 2 ton çuqun (polad) qırma, dəyəri 9400 manat; 100 kq qrafit, dəyəri 730 manat; 6 ton qəlib gili DN-2, DN-3, dəyəri 34820 manat olmaqla cəmi 19742 (on doqquz min yeddi yüz qırx iki) manat məbləğində mallar alınmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC müxtəlif avadanlıqların sifariş əsasında istehsalını həyata keçirir. İddiaçı ASC ilə “xxxx” QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BM\TD/SM-19-51 saylı müqavilənin və ona xx.xx.2019-cu il tarixli Əlavə Razılaşmanın tələblərinə uyğun olaraq İddiaçı ASC tərəfindən elektrik avadanlıqlarının təmiri, çuqun və çuqunun fasonlu tökmələ və tunel tikintisində istifadə olunan ağır (6 tonluq) çuqun həlqələrin istehsalı həyata keçirilmişdir. Həmin çuqun kütlələrinin əldə edilməsi üçün “xxxx” MMC şirkəti ilə xx.xx.2019-cu il tarixli, 024/19 nömrəli müqavilə imzalanmış, həmin müqavilə əsasında xx.xx.2020-ci il tarixli razılaşdırma protokolu imzalanmış, xx.xx.2020-ci il tarixli təhvil-təslim aktında adları göstərilmiş əmtəələr alınmış və təqdim edilmiş EBAİ 267424 saylı e-qaimə əsasında 86.000.00 manat əsas, 15480.09 manat ƏDV məbləği həmin müəssisəyə ödənilmişdir. Eyni zamanda, İddiaçı ASC ilə “xxxx” QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BM\TD/SM-19-51 saylı müqavilənin və ona xx.xx.2019-cu il tarixli Əlavə Razılaşmanın tələblərinə uyğun olaraq, İddiaçı ASC “xxxx” MMC şirkəti ilə xx.xx.2019-cu il tarixli, 024/19 nömrəli müqaviləyə əsasən, xx.xx.2020-ci il tarixli razılaşdırma protokolu imzalanmış, xx.xx.2020-ci il tarixli təhvil-təslim aktında adları göstərilmiş əmtəələr təhvil alınmış və təqdim edilmiş EBAJ 028126 saylı e-qaimə əsasında 30000.00 manat əsas, 5400.00 manat ƏDV məbləği həmin müəssisəyə ödənilmişdir. İddiaçı, “xxxx” QSC üçün çuqun həlqələrin istehsalı üçün əldə edilən xammalın, yəni çuqun kütlənin alışını bütün zəruri sənədlərlə həyata keçirmiş, bununla bağlı Vergi Məcəlləsinin 71-1.5.1-ci maddəsinin (malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə) təqdim edilmiş elektron qaimə-faktura əsasında ödənişlər aparılmışdır. “xxxx” MMC məhkəməyə xx xxxx 2020-ci il tarixli və xx xxxxx 2020-ci il tarixli alış aktlarını təqdim edərək, həqiqətən İddiaçı ASC-yə satılmış malların tərəflərindən alındığını bildirmiş, bundan əlavə məhkəməyə nizamnamələrini təqdim edərək, cəmiyyətin Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yanız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilməsini bildirmişlər. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya kameral qaydada verginin hesablanması zamanı işin faktiki və hüquqi halları düzgün araşdırılmamış, İddiaçı ASC-nin “xxxx” MMC ilə bağlanan müqavilə (əqd) tam real olmaqla, onun əsasında İddiaçı ASC tərəfindən real mallar (xammal) alınmış, həmin mallar (xammal) əsasında yeni məhsul yaradılaraq “xxxx” QSC-yə satılmış və iddiaçı tərəfindən bütün əməliyyatlar üzrə vergilər ödənilmişdir. “xxxx” MMC tərəfindən İddiaçı ASC-yə satılmış malların mənbəyinin göstərilə bilməməsi səbəbindən “xxxx” MMC tərəfindən həmin malların istehsal edilmədiyi, həmçinin idxal olunmadığı və digər şəxslərdən alınmadığı, eyni zamanda mal qalığında da, olmamasının əsas götürülməsi İddiaçı ASC üçün hər-hansı bir məsuliyyət doğura bilməz. Belə ki, İddiaçı ASC qeyd edilən əmtəələri “xxxx” MMC şirkətindn alarkən, həmin malların haradan alınmasını yoxlamalı və ya araşdırmalı deyil, onlar istehsalçı olaraq istehsal üçün zəruri olan malları mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq almış, həmin əmtəələr əsasında yeni məhsullar istehsal edərək satmış və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün əməliyyatlar üzrə vergi əməliyyatlarını rəsmiləşdirmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ASC-nin müvafiq müqavilə bağlamaqla, təhvil-təslim aktı əsasında aldığı mala görə e-qaimə əsasında ödəniş etməklə həyata keçirdiyi əməliyyat, əmtəəsiz əməliyyat hesab edilə bilməz. Belə ki, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçıya kameral qaydada verginin hesablanması zamanı cavabdeh tərəfindən işin faktiki və hüquqi halları düzgün araşdırılmayaraq, iddiaçıya münasibətdə qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən, mübahisəli qərarlar əsassız olmaqla ləğv edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 78-ci maddəsinin tələblərinə əsasən Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi öhdəliklərinin yerinə yetirilməsi Mülki Məcəllədə nəzərdə tutulmuş ardıcıllıqla həyata keçirilir. Vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Vergi öhdəliklərinin yerinə yetirilməsi əmtəəsiz əməliyyat üzrə faydalanan şəxs istisna olmaqla, digər şəxsin üzərinə qoyula bilməz. Bu maddənin məqsədləri üçün faydalanan şəxs əmtəəsiz əməliyyat aparmaqla mənfəət əldə etmək məqsədilə həyata keçirilən fəaliyyət üzrə faktiki olaraq gəlir əldə edən, o cümlədən əmtəəsiz əməliyyat aparmaqla mənfəət (gəlir) əldə edən hüquqi şəxsin faktiki sahibi və ya əmtəəsiz əməliyyat aparmaqla gəlir əldə edən vergi ödəyicisinə nəzarəti həyata keçirən fiziki şəxsdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqqlarının hesablanması barədə” xx xxxx 2020-ci il tarixli, **********358300 nömrəli və xx xxxx 2020-ci il tarixli, **********930900 nömrəli qərarları ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1230/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1230/2021
04.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver