Məhkəmə qərarları › İş №2-1(112)-1230/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1230/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1230/2022 25.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xətai rayon Xidmət Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə sığorta kapitalına görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sığorta kapitalına görə əmək pensiyasının yenidən hesablanması barədə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 21 aprel 2021-ci il və 04 may 2021-ci il tarixində olmuş müraciətləri aidiyyəti üzrə baxılıb. Bildirilmişdir ki, ona 13 dekabr 2014-cü il tarixində DSMF-nin Xətai rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda o da qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam edir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriysına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığota və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti ayların sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiası əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7411/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xətai rayon Xidmət Nümayəndəliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alı ilə əvəz edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, dekabr 2020-ci ilə qədər toplanmış pensiya kapitalını 72 aya bölməklə pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, ididaçıya 13 dekabr 2014-cü il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə görə əmək pensiyasının yenidən hesablanması, yenidən hesablanma hüququ olan şəxsin müraciət etdiyi tarixdən sonrakı ayın birindən hesablanaraq ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2020-ci il tarixinə kişilər 65 yaş) arasındakı ayların sayı qədər artırılır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən ona pensiya təyin edildikdən sonra işlədiyi dövrdə topladığı 8186,94 manat məbləğində sığorta kapitalı Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 96 (65 yaş - 63 yaş = 24 ay+144 ay-72 ay) aya bölünməklə (8186,94/96=85,28 manat) əmək pensiyasının (283,10 manat) üzərinə əlavə edilərək (283,10+85,28=368,38 manat) yenidən hesablanaraq ödənilmişdir. Əlavə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tepminə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezdenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar iddiaçnın əmək pensiyası xx.xx.2021-ci il tarixindən etibarən 410,36 manat müəyyən edilərək Mərkəzi Filial tərəfindən müvafiq kart hesabına köçürülür. Göründüyü kimi, iddiaçının əmək pensiyası tərəflərindən qanunvericiliyə uyğun qaydada yenidən hesablanmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı iddia tələbinin rədd edlməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubu ilə təqdim edilmiş İddiaçı pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətindən görünür ki: - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin xx.xx.2015-ci il tarixli, 2489 nömrəli qərarı ilə İddiaçı xx.xx.2014-cü il tarixindən ömürlük 159,88 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. - İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının xx.xx.2021-ci il tarixli, **********8 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən İddiaçı xx.xx.2014-cü il tarixindən DSMF-nin Xətai rayon şöbəsi tərəfindən təyin olunmuş 283 manat 09 qəpik güzəştli şərtlərlə yaşa görə əmək pensiyası (pensiya işi 021738) yenidən hesablanmış və pensiya məbləği 368 manat 37 qəpik müəyyən olunmuşdur. - İddiaçı xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına müraciət edərək pensiyaya çıxdıqdan sonra 6 il işlədiyini, pensiyası yenidən hsabnarakən pensiya kapitalının 96-ya bölünməsindən narazı olduğunu, halbuki 72-yə bölünməklə verilməli olduğunu bildirmişdir. - İddiaçı xx.xx.2021-ci il tarixində 4 saylı Bakı “Dost” Mərkəzi vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına müraciət edərək təhsil illərini əmək stajının üzərinə gəlinməklə pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının xx.xx.2021-ci il tarixli, **********4 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən İddiaçı xx.xx.2014-cü il tarixindən DSMF-nin Xətai rayon şöbəsi tərəfindən təyin olunmuş 410 manat 36 qəpik güzəştli şərtlərlə yaşa görə əmək pensiyası (pensiya işi 021738) yenidən hesablanmış və pensiya məbləği 427 manat 35 qəpik müəyyən olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı 13 dekabr 2014-cu il tarixindən 17 dekabr 2020-ci il tarixinədək fərdi hesabının sığorta hesabında qeydə alınan pensiya kapitalı 8782,28 manat təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı Fondun Xətai rayon şöbəsi tərəfindən 13 dekabr 2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 30 il 11 ay 17 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək mövcud olan iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən adıçəkilən şəxsə pensiya təyin olunan tarixə pensiyasının sığorta hissəsi 66,88 manat və xx.xx.2006-cı il tarixindən pensiya hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4963,68 manat sığorta kapitalına uyğun 34,47 manat pensiyasının sığorta hissəsi müəyyənləşdirilərək xx.xx.2014-cü il tarixindən 201,35 manat pensiya (66,88+34,47+100 (baza hissəsi)) təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixindən etibarən 441,88 manat təşkil edir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 45-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2022-ci il tarixinə kişilər 65 yaş) arasındakı ayların sayı qədər artırılır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 17 dekabr 2020-ci il tarixində Mərkəzi Filiala daxil olmuş müraciətinə əsasən pensiya təyin edildikdən sonra işlədiyi dövrdə topladığı 8186,94 manat məbləğində sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 96 (65 yaş - 63 il yaş = 24 ay +144 ay-72 ay) aya bölünməklə (8186,94/96=85,28 manat) həmin tarixə əmək pensiyasının (283,10 manat) üzərinə əlavə edilərək 368,38 manat pensiya məbləği xx.xx.2021-ci il tarixindən etibarən Mərkəzi Filial tərəfindən müvafiq kart hesabına köçürülmüşdür. Əlavə olaraq, adıçəkilən şəxsin işləyən əmək pensiyaçısı olduğu dövr üzrə ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının sonradan fərdi hesabına köçürülməsi ilə əlaqədar onun pensiyası 15 fevral 2021-ci il tarixindən 410,36 manat məbləğində müəyyən edilmişdir. İddiaçı pensiya kapitalının qeydə alınmasını aylar üzrə əks etdirən Pensiya alt sistemindən çıxarışı əlavə olunur. Eyni zamanda bildirilir ki, adıçəkilən şəxsin Mərkəzi Filiala 20 aprel 2021-ci il tarixində əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi ilə bağlı yeni müraciət daxil olmuşdur. Həmin müraciət əsasında İddiaçı pensiyası yenidən hesablanaraq 410,36 manatdan 427,35 manata artırılmış, həmçinin ona ötən dövr üzrə ödənilməli olan 366,29 manat fərq məbləği müəyyən edilmişdir. Həmin 366,29 manat fərq məbləği xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində hər ay 122,09 manat olmaqla adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi sözügedən Qanundan çıxarılmışdır. Azərbaycan Respulikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunu dərc edildiyi 29 iyun 2022-ci il tarixindən qüvvəyə minmişdir. X3 müddəalarının 2.2-ci bəndinə əsasən qeyd olunan 1.11-ci maddəsi Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, **********4 nömrəli sığorta kapitalına görə əmək pensiyasının yenidən hesablanması haqqında məktubda bildirilmişdir ki, Cavabdehna 21 aprel 2021-ci il və 4 may 2021-ci il tarixlərində daxil olmuş müraciətlərinizə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, sizə 13 dekabr 2014-cü il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə görə əmək pensiyasının yenidən hesablanması, yenidən hesablanma hüququ olan şəxsin müraciət etdiyi tarixdən sonrakı ayın birindən hesablanaraq ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2020-ci il tarixinə kişilər 65 yaş) arasındakı ayların sayı qədər artırılır. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2020ci il tarixli ərizənizə əsasən sizə pensiya təyin edildikdən sonra işlədiyiniz dövrdə topladığınız 8186,94 manat məbləğində sığorta kapitalınız Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 96 (65 yaş - 63 yaş = 24 ay+144 ay-72 ay) aya bölünməklə (8186,94/96=85,28 manat) əmək pensiyanızın (283,10 manat) üzərinə əlavə edilərək (283,10+85,28=368,38 manat) yenidən hesablanaraq ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tepminə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezdenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanız xx.xx.2021-ci il tarixindən etibarən 410,36 manat müəyyən edilərək Mərkəzi Filial tərəfindən müvafiq kart hesabınıza köçürülür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia cavabdehdən pensiyanın yenidən hesablanması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. Pensiya işinin surətindən müəyyən olunur ki, iddiaçıya DSMF-nun Xətai rayon Şöbəsinin xx.xx.2015-ci il tarixli qərarı ilə xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 6 il işlədikdən sonra ƏPQ-nun 37.3.1-ci maddəsinə əsaslanaraq pensiya təyin olunduqdan sonra toplanmış pensiya kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının işləyən pensiyaçı olmaqla pensiya təyin olunduqdan sonra fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalını ƏPQ-nun 37.3.1 və 45-ci maddələrinin tələbləri nəzərə almaqla yenidən hesablamışdır. İddiaçı cavabdehin pensiya kapitalının hesablanma qaydası və hesablanmış məbləği ilə razılaşmır. Belə ki, iddiaçının mövqeyinə görə iddiaçı pensiya təyin olunduqdan sonra işləməkdə davam etmiş və Qanunun 37.3.1-ci maddəsinin tələbinə əsasən 6 il işlədikdən sonra fərdi hesabında toplanmış pensiya kapitalı 72 aya (6 il x12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə edilməklə yenidən hesablanmalıdır. Beləliklə, işin hazırkı mübahisələndirilən halı xx.xx.2014-cü il tarixdən dekabr 2020-ci il tarixədək toplanmış pensiya kapitalına görə pensiyanın yenidən hesablanmasıdır. Pensiya işindən müəyyən olunur ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən pensiyanın baza hissəsi 100 man+ xx.xx.2006-cı ilədək sığorta hissə 66,88+ xx.xx.2006-cı ildən xx.xx.2014-cü ilədək fərdi hesabın sığorta hissəsi 34,47 olmaqla cəmi 201,35 manat pensiya məbləği hesablanmışdır. xx.xx.2014-cü il tarixdən iddiaçı işləməkdə davam etdiyindən iddiaçının 6 il işlədikdən sonra yenidən hesablama üçün müraciət etdiyi dekabr 2020-ci il tarixdə fərdi hesabında istifadə edilməmiş 8186,94 manat pensiya kapitalı toplanmışdır. Bu zaman inzibati orqan toplanmış kapitalı həmin dövr ƏPQ-nun 37.3.1 və 45-ci maddələrindəki tələblərə uyğun olaraq hesablayaraq pensiyasının üzərinə əlavə etmişdir. Belə ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması üçün müraciət etdiyi vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən (01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş və xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiya) işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 01 iyul 2017-ci il tarixdən dəyişdirilmiş 45-ci maddəsinə əsasən isə bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Göründüyü kimi 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsindəki dəyişikliyə əsasən işləyən əmək pensiyaçıları pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmaqla təyin olunmuş pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ əldə etmişlər. Qeyd edilməlidir ki, 01 iyul 2017-ci il tarixədək olan vəziyyətdə işləyən əmək pensiyaçıları yalnız işləməyən əmək pensiyaçıları kateqoriyasına keçdikdən sonra bu qaydada yenidən hesablamanı tələb edə bilərdilər. Eyni zamanda, 01 iyul 2017-ci il tarixdə paralel olaraq həm də Qanunun 45-ci maddəsində dəyişiklik edilmiş və maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır”. Göründüyü kimi yeni dəyişiklik Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərə münasibətdə gözlənilən pensiya ödənişi müddətinin hesablanmasının fərqli qaydasını nəzərdə tutmuşdur. Qanunvericilikdə edilmiş dəyişikliklər, onların eyni anda edilməsini və qanunvericinin bununla bağlı güddüyü məqsədləri nəzərə alındıqda hesab edilir ki, pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməklə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmaqla təyin olunmuş pensiyanın yenidən hesablanmasını tələb edən şəxslərə münasibətdə hər iki dəyişiklik eyni anda tətbiq edilməlidir. Belə ki, Qanun 6 il və daha çox işləyən pensiyaçıların qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmaqla təyin olunmuş pensiyalarının yenidən hesablanmasını mümkün hesab etmiş, lakin bu zaman həm də, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayının ümumi qaydadan fərqli hesablanmalı olduğunu müəyyən etmişdir. İşləyən əmək pensiyaçılarının əmək pensiyalarının bu qaydada yenidən hesablanması imkanı 01 iyul 2017-ci il tarixdən sonra əldə edilmiş hüquq olduğundan, onun hansı qaydada hesablanmalı olduğu məsələsi də həmin tarixdən qüvvədə olan normaya görə aparılmalıdır. Odur ki, Qanunun 37.3.1 və 45-ci maddələrindəki hər iki tənzimləmə iddiaçıya münasibətdə bərabər tətbiq edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın: 5.3. Misal 49. 20 avqust 2011-ci il tarixdə 45 yaşlı təyyarəciyə 540 manat güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Pensiya təyin edildikdən sonra o, işləməkdə davam edir və 31 avqust 2017-ci il tarixdə pensiyasının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 65420 manat pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanması barədə müraciət etmişdir. Onun pensiyası aşağıdakı qaydada yenidən hesablanır: 51 yaşlı təyyarəçinin pensiya ödənişi müddəti 150 ay (63,5 – 51 = 12 il 6 ay x 12 ay) artırılaraq 294 ay (150 + 144) hesablanır və sonra onun pensiya ödənişi müddəti aylarının sayı 72 ay azaldılaraq 222 ay (294 – 72) müəyyənləşdirilir. Beləliklə, pensiya 01 sentyabr 2017-ci il tarixdən 294,69 manat (65420 : 222) məbləğində yenidən hesablanaraq artırılır və pensiyanın ümumi məbləği 834,69 manat təşkil edir. Qeyd edilən normaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, xx.xx.1957-ci il təvəllüdlü iddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının onun arzuladığı kimi yenidən hesablandığı 2020-ci ilin dekabr ayında 63 yaşında, həmin vaxta pensiya kapitalının məbləği isə 8186,94 manat olmuşdur. Bu baxımdan, 63 yaşlı iddiaçının pensiya ödənişi müddəti 96 ay (1 iyul 2020-ci il tarixdən kişilərin pensiya yaşı 65 yaş – 63 = 2 il x 12 ay) artırılaraq 168 ay (24 ay + gözlənilən pensiya ödənişi müddəti 144 ay) hesablanır və sonra onun pensiya ödənişi müddəti aylarının sayı 72 ay azaldılaraq 96 ay (168 ay – 72 ay) müəyyənləşdirilir. Beləliklə də, onun pensiyası (8186,94 manat : 96 ay) məbləğdə yenidən hesablanaraq artırılmış, yəni pensiya kapitalı 72-yə deyil, 96-ya bölünmüş, həmin tarixə 85,28 manat sığorta hissə əmək pensiyasının (283,10 manat) üzərinə əlavə edilərək 368,38 manat pensiya məbləği xx.xx.2021-ci il tarixindən ödənilməyə başlamışdır. İddiaçının əmək pensiyası 15 fevral 2021-ci il tarixindən 410,36 manat məbləğində müəyyən edilmişdir. Belə ki, məhkəmə sorğusuna cavab olaraq iddiaçının fərdi hesabında məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı məlumatdan görünür ki, iddiaçı işləyən əmək pensiyaçısı olduğu dekabr 2014-cü ildən dekabr 2020-ci il tarixədək işlədiyi dövr üzrə məcburi sığorta ödəmələrinin bir hissəsi dekabr 2020-ci il tarixdən sonra fərdi hesabına köçürülmüş, bu zaman haqlı olaraq iddiaçının fərdi hesabında qeydə alınmış pensiya kapitalı artdığından iddiaçının pensiya məbləği də kapitala, eləcə də əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə illik artım tempinə uyğun olaraq sonradan 410,36 manata qaldırılmışdır. Daha sonra aprel 2021-ci il tarixdə iddiaçı əyani təhsil illəri nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmiş, bu zaman iddiaçının xx.xx.2006-cı il tarixədək sığorta stajı 30 il 11 ay 17 gün üçün xx.xx.2017-ci il tarixədək qüvvədə olan ƏPQ-nun 27.1-ci maddəsinə uyğun olaraq ümumi iş stajının hər ili üçün 170 manat olmaqla /144= 36,55 sığorta hissə müəyyən edilmişdir. Eyni zamanda təhsil illəri ilə əlaqədar yenidən 30 iyun 2021-ci il tarixli qərarla iddiaçının pensiyası yenidən hesablanmış, bu zaman həmin vaxtadək qeydə alınmış 9783,51 manat pensiya kapitalı gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 96-ya bölünməklə sığorta hissə 101,91 manat müəyyən edilmiş, qeyd edilən 101,91 manat sığorta hissə əvvəlki 85,28 manat sığorta hissə arasındakı fərq nəzərə alınmaqla pensiya məbləği yenidən hesablanaraq 410,36 manatdan 427,35 manata qaldırılmışdır Qeyd edilən əyani təhsil illəri ilə bağlı yenidən hesablanarkən əvvəlki 3 il üçün müəyyən edilən dövr üzrə ödənilməli olan 366,29 manat məbləğ xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində hər ay 122,09 manat olmaqla pensiyaya əlavə olaraq ödənilmişdir. Məhkəmə iddiaçının xx.xx.2014-cü ildən etibarən 6 il işlədikdən sonra yığılmış kapitalının 72-yə bölünməli olması ilə bağlı mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı əmək pensiyası təyin edildikdən sonra işləməkdə davam etmiş və işləyən əmək pensiyaçısı kateqoriyasında olmuşdur. O, müvafiq olaraq 01 iyul 2017-ci il tarixədək işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi halda Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalını 72-yə bölməklə əmək pensiyasının yenidən hesablanmasını tələb edə bilərdi. Lakin iddiaçı özünün bu hüququndan istifadə etməmişdir. İddiaçı işləməkdə davam edən əmək pensiyaçısı olduğundan və Qanunun 37.3.1-ci maddəsində təsbit edilmiş yeni hüquqdan istifadə etmək istədiyindən cavabdeh onun pensiyasının yenidən hesablanmasını müvafiq olaraq Qanunun 45-ci maddəsinin müddəaları nəzərə alınmaqla aparmaqda haqlı olmuşdur. Bununla yanaşı qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsi ilə “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi (Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.) Qanundan çıxarılmışdır. 29 iyun 2022-ci il tarixindən qüvvəyə minmiş adıçəkilən Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun Keçid müddəalarının 2.2-ci bəndinə əsasən qeyd olunan 1.11-ci maddəsi Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Göründüyü kimi yeni Qanun xx.xx.2022-ci il tarixədək pensiyası hesablanmış şəxslərin pensiyasının ƏPQ-nun 45-ci maddəsinin 2-ci cümləsi nəzərə alınmadan yenidən hesablanmasını qadağan edir. Odur ki, iddiaçının yalnız növbəti dəfə işlədiyi dövr üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış və istifadə edilməmiş pensiya kapitalının nəzərə alınmaqla yenidən hesablanması zamanı pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına-72-yə bölünməklə pensiya məbləğinin üzərinə əlavə edilməsini tələb etmək hüququ yaranacaqdır. Bundan əlavə, məhkəmə fərdi hesabın sığorta hissəsində dekabr 2020-ci il tarixə qeydə alınmış pensiya kapitalının məbləği ilə bağlı iddiaçı tərəfindən təqdim edilən arayış və PAS-dan təqdim edilmiş pensiya kapitalı barədə məlumat arasındakı fərqə aydınlıq gətiməsini zəruri hesab edərək qeyd edir ki, iddiaçının təqdim etdiyi sosial arayışda hər il üzrə əmək haqqı, illik gəlirdən 25% məcburi dövlət sosial sığorta haqqı hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı 100% məbləğində əks olunur. Halbuki, pensiya kapitalı ƏPQ-nun 1.0.8-ci maddəsinin tələbinə uyğun olaraq gəlirdən 25% çıxıldıqdan sonra həmin məbləğin 100%-i həcmində deyil, 90%-i həcmində fərdi hesabın sığorta hissəsində kapital olaraq qeydə alınır. Qalan 10%-i digər xərclərə sərf olunur. Üstəlik toplanmış pensiya kapitalına görə hesablama aparılarkən dekabr 2014-dekabr 2020-ci ilədək olan kapitalın 2022-ci il vəziyyətinə deyil, 2022-ci ildən geriyə 2020-ci il tarixə qədər iflyasiya faizləri nəzərə alınmaqla 2020-ci il vəziyyətinə uyğun hesablanaraq ödənilməlidir. Başqa sözlə, təqdim olunan sosial arayışdakı pensiya kapitalı 2020-ci il vəziyyətinə indeksləşmiş məbləği deyil, ödənilmiş MDSS-nin 100%-ini əks etdirir, cavabdehin pensiya kapitalını hesablayarkən əsas götürdüyü PAS-dan çıxarışda isə qeydə alınmış pensiya kapitalının MDSS-nin 90%-i həcmini göstərir və cavabdeh yenidən hesablamanı məhz 2020-ci il vəziyyətində illlik inflyasiya faizləri nəzərə alınmaqla toplanmış kapitalın məbləğinə uyğun aparır. Odur ki, sosial arayışdakı məbləğlə PASdakı kapital məbləği arasında fərqin mövcudluğu mümkündür və bu iddiaçının pensiya kapitalının məbləğinin əksik hesablandığı nəticəsinə gəlinməsinə əsas vermir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, cavabdehin iddiaçının tələb etdiyi qaydada pensiyasının yenidən hesablanmasından imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Bu əsasdan iddia tələbi təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar