Məhkəmə qərarları › İş №2-1(112)-12302/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12302/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12302/2022 01.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı (Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 47, mənzil 3-də qeydiyyatda olan) və onun nümayəndəsi və vəkili Nümayəndə2 (ünvan 1 ünvanında qeydiyyatda olan), cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nairliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəz Filialının baş mütəxəssisi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 2 qeydiyyatda olan) iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı əmək fəaliyyətinə xx.xx.1977-ci ildən başlamış, 2009-cu ilə kimi müxtəlif vəzifələrdə çalışmaqla 25 ildən artıq sığorta stajına malikdir. O ümumi sığorta stajının 12 il 6 ayından çox hisəsini güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən sahələrdə işləmişdir. Buna görə də iddiaçı 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən 12 avqust 2022-ci il tarixli məktubla imtina edilmişdir. Cavabdehin imtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajl olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır....İddiaçının Mərkəzi Filiala təqdim edilən 17 oktyabr 1977-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1990-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində “Azərbaycan X7" QSC-nin Mənzil Kommunal Təsərrüfatı İdarəsində iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi MKT İdarəsi yuxarıda qeyd olunan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il, 7 ay, 3 gün (xx.xx.1981xx.xx.1989-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanlara əsasən güzəştli şərtlə əmək pensiyanın təyin olunmasından imtina edilmişdir. İddiaçı cavabdeh inzibati orqanın imtinası ilə razı deyil və hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır, iddiaçının tələbi isə qanunvericiliyn tələblərinə uyğundur və ona görə də iddiaçıya güzəştli şərtlə 57 yaşdan pensiya təyin olunması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Belə ki, İddiaçı Azərbaycan SSR Təsərrüfat Nazirliyinin taxıl bazasında xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə kimi (8 ay, 13 gün) müvəqqəti laborant, Tikinti və Nəqliyyat Nazirliyi Tuapse şəhəri, p-12, Hərbiləşdirilmiş mühafizəsinin Şimali-Qafqaz dəstəsində xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə kimi (3 ay) atıcı vəzifələrində işləmiş, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə kimi (2 il) Sovet ordusu sıralarında xidmətdə olmuş, Tikinti və Nəqliyyat Nazirliyi Tuapse şəhəri, p-12, Hərbiləşdirilmiş mühafizəsinin Şimali - Qafqaz dəstəsində xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilə kimi (6 ay, 8 gün) atıcı, “Kaspar”ın təmir-tikinti idarəsində xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilə kimi (3 il, 23 gün) fəhlə, xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilə kimi (3 il, 2 ay) dülgər, xx.xx.1987-ci ildən, xx.xx.1988-ci ilə kimi (1 ay, 11 gün) usta, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə kimi (1 ay, 22 gün) tikinti ustası, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə kimi (10 av, 25 gün) iş icraçısı, “Kaspar”ın təmir-tikinti idarəsi nəzdində “Yunga” Kooperativində xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə kimi (1 il, 2 ay, 16 gün) iş icraçısı, X7 Mənzil Kommunal Təsərrüfatı İdarəsinin Tikinti-təmir sahəsində xx.xx.1990-cı ildən xx.xx.2009-cu ilə kimi (18 il, 6 av, 17 gün) iş icraçısı vəzifələrində çalışmışdır. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilir. İddiaçı həmçinin qeyd edir ki, iddiaçı xx.xx.1990-cu ildən xx.xx.2009-cu ilə kimi is icraçısı vəzifələrində çalışdığı müddətdə X5 məxsus Xaçmaz rayonu Müqtədir qəsəbəsində donuzçuluq kompleksinin tikintisini, maldarlıq fermasının tikintisini həyata keçirmiş, o cümlədən X5 məxsus gəmi təmirçisi istirahət bazasında 27 ədəd koteclərin tikintisi həvata keçirmiş, Bakı səhərində X5 məxsus hündür mərtəbəli binaların təmiri və bərpası islərinə rəhbərlik etmişdir. Göründüyü kimi iddiaçının işlədiyi dövrləri hesablayanda o, 30 il 6 av 15 gün ümumi is stajına malikdir ki, həmin stajın 20 il, 7 ay, 28 günü (is icraçısı vəzifəsi) güzəştli şərtlə pensiya hüququ verən iş stajına aiddir. O cümlədən xx.xx.2006-cı il tarixədək iddiaçının 25 il ümumi iş stajı, 12 il 06 ay güzəştli is stajının olması və Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə (iş icraçısı kimi) işləməsi iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təvin olunması üçün əsasdır....Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin siyahısında “29-cu - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “b - mütəxəssislər” bəndində is icraçıları vəzifəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında 22900000 kodu ilə qeyd olunan “XXVİİ - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsi”ndə, 2290000b yarımbəndində 2290100b—24441 kodu ilə iş icraçısı vəzifəsi qeyd olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə inzibati orqana müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixli məktubla ona imtina olunduğu bildirilmişdir. İmtinanın əsası kimi iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (7 il 7 ay 3 gün (xx.xx.1981- xx.xx.1989-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Narazı qalan iddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edilir ki, imtina qanunidir və iddiaçının tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin (29) mütəxəssislər (b) bəndində iş icraçıları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının inzibati orqana təqdim etdiyi xx.xx.1977-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında xx.xx.1990-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində “Azərbaycan X7” QSC-nin Mənzil Kommunal Təsərrüfatı İdarəsində iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi Mənzil Kommunal Təsərrüfatı İdarəsi yuxarıda qeyd olunan Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli iş stajı tələb olunan müddətdən az (7 il 7 ay 3 gün) olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənləri və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci, 9.1-ci maddələri, MPM-in 153-cü və İPM-in 47-ci maddələrini əsas götürməklə iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və bununla bağlı inzibati orqana müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç illik müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər AR Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edildiyi qeyd edilmişdir. Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölmməsinin (29) mütəxəssislər (b) bəndində iş icraçıları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən xx.xx.1977-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1990-xx.xx.2009-cı il tarixləri arasındakı dövr ərzində “Azərbaycan X7" QSC-nin Mənzil Kommunal Təsərrüfatı İdarəsində iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. MKT İdarəsinin yuxarıda qeyd olunan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid olmadığı qeyd olunaraq, həmin səbəbdən iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (7 il, 7 ay, 3 gün (xx.xx.1981xx.xx.1989-cu il tarixləri arasındakı dövr)) təşkil etdiyi bildirilməklə ona güzəştli şərtlərlə əmək pensiyanın təyin olunmasından imtina edilmişdir. - AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-cı il tarixdə Beyləqan rayonunda anadan olmuşdur. - iddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-cı ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçının ИТ-İ № ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Azərbaycan SSR Təsərrüfat Nazirliyinin taxıl bazasında müvəqqəti laborant, (8 ay, 13 gün), xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci ilə kimi (3 ay) Tikinti və Nəqliyyat Nazirliyi Tuapse şəhəri, p-12, Hərbiləşdirilmiş mühafizəsinin Şimali- Qafqaz dəstəsində atıcı, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək (2 il) Sovet ordusu sıralarında xidmətdə olmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixə kimi (6 ay, 8 gün) Tikinti və Nəqliyyat Nazirliyi Tuapse şəhəri, p-12, Hərbiləşdirilmiş mühafizəsinin Şimali - Qafqaz dəstəsində atıcı, xx.xx.1981-ci il il tarixdən xx.xx.1984-cü il il tarixə kimi (3 il, 23 gün) “Kaspar”ın təmir-tikinti idarəsində fəhlə, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il il tarixə kimi (3 il, 2 ay) dülgər, xx.xx.1987-ci il il tarixdən, xx.xx.1988-ci il tarixə kimi (1 ay, 11 gün) usta, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixə kimi (1 ay, 22 gün) tikinti ustası, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixə kimi (10 ay, 25 gün) iş icraçısı, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixə kimi (1 il, 2 ay, 16 gün) “Kaspar”ın təmirtikinti idarəsi nəzdində “Yunga” Kooperativində iş icraçısı, xx.xx.1990-cı il tarixdən xx.xx.2009-cu ilə kimi (18 il, 6 ay, 17 gün) X7 Mənzil Kommunal Təsərrüfatı İdarəsinin Tikinti-təmir sahəsində iş icraçısı vəzifələrində çalışmışdır. - “Azərbaycan X7” QSC-nin X1 tərəfindən verilən xx.xx.2022-ci il tarixli AM03102- 1321 nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 27 il 04 ay 06 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 29-cu bəndinin "a, b" yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21- iyun 1993-cü il tarixli, 320 N-li qərarı ilə təsdiq edilmiş 2 N-li siyahının XXYİİ hissəsinin - 22900000 a) fəhlələr, (kod 229000b) "b" yarımbəndinə (kod 2290000b - 24441 iş içraçıları) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 N-li Qərarına əsasən X7 Azərbaycan Dövlət X7 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 N-li və xx.xx.2014-cü il tarixli 213 N-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X3 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X6 yenidən təşkili yolu ilə "Azərbaycan X7" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. -“Azərbaycan X7” QSC X2 tərəfindən verilən xx.xx.2022-ci il tarixli AM03102-1889 nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən Azərbaycan Dövlət X3 sahil heyətində Təmir-tikinti idarəsində xx.xx.1981-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək və xx.xx.1990-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək mənzil-kommunal təsərrüfatı idarəsinin təmir tikinti idarəsində dülgər, tikinti ustası, fəhlə, iş icraçısı vəzifələrində işləmişdir. İddiaçı gəmiçilikdə güzəştli iş stajı 25 il, 10 ay 20 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 N-li qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 29-cu bəndinin - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təhcizatı, bərpası və təmiri bölməsinin "a,b" yarımbəndinə uyğun göstərilmişdir. Cavabdeh inzibati orqanın iddiaya dair yazılı etirazında görünür ki, cavabdeh, iddiaçının Mənzil Kommunal Təsərrüfatı İdarəsində işlədiyi sahəni Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid olmadığını əsas gətirərək, iddiaçının güzəştli is stajının 12 il 6 aydan az (7 il 7 ay 3 gün (xx.xx.1981-xx.xx.1989-cu il tarixləri arasındakı dövr)) təşkil etdiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatını qanunvericiliyin tələbləri baxımından mümkün hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırkı iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi xidmət və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən sığorta stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 320 nömrəli Qərarına 2 nömrəli əlavədə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Sözügedən Siyahısda 22900000 kodu ilə qeyd olunmuş “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan XXVİİ bölməsində: iş icraçıları (2290000b-24441) vəzifəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə- Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi, mövcud “Qaydalar”a görə “Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Lakin dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. İddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasından görünür ki, iddiaçı pensiya hüququ yarandığı tarixədək, müxtəlif yerlərdə müvafiq vəzifələrdə işləmişdir. Belə ki, işin hallarından görünür ki, cavabdehin mübahisələndirdiyi məsələ məhz iddiaçının xx.xx.1990-xx.xx.2009-cu il tarixləri arasındakı iş icraçısı vəzifəsində işlədiyi “Azərbaycan X7” QSC-nin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid olmaması ilə bağlıdır. İddiaçının işləmiş olduğu müəssisə tərəfindən verilmiş işin xarakterini özündə əks etdirən arayışlardan da göründüyü kimi, İddiaçı xx.xx.1981-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, habelə xx.xx.1989-cu il tarixindən xx.xx.2009-cu il tarixinədək müvafiq olaraq “Kaspar”ın təmir-tikinti idarəsində və daha sonra isə X3 Mənzilkommunal təsərrüfatı idarəsinin təmir tikinti idarəsinin tikinti təmir sahəsində dülgər, tikinti ustası, fəhlə, iş icraçısı vəzifələrində işləmişdir. Arayışda həmçinin, iddiaçının işlədiyi sahələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş siyahının müvafiq bəndində nəzərdə tutulmuş uyğun olduğu bildirilmişdir. Cavabdeh inzibati orqan iddiaçıya güzəştli iş stajı kimi xx.xx.1981-xx.xx.1989cu il tarixləri arasındakı dövrü (7 il, 7 ay, 3 gün) güzəştli iş stajı kimi hesablamışdır. Bu dövr ərzində iddiaçı “Kaspar”ın təmir-tikinti idarəsində fəhlə, dülgər, usta, tikinti ustası və iş icraçısı vəzifələrində işləmişdir. Cavabdeh tərəfindən iddiaçının əvvəlki iş yeri yeri üzrə iş icraçısı vəzifəsində işləməsi mübahisələndirilməmiş və xüsusi iş stajı kimi hesablanmışdır. Lakin eyni mövqe iddiaçının xx.xx.1990-xx.xx.2009-cu il tarixləri arasındaki dövr ərzində iş icraçısı vəzifəsində işlədiyi “Azərbaycan X7” QSC-nin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin Tikinti-təmir sahəsinin Tikinti təmir sahəsinə münasibətdə sərgiləməmişdir. Məhkəmə hesab edir ki, hər iki idarənin təmir-tikinti sahəsində ixtisaslaşdığı onların adlarından bəlli olması ilə yanaşı, hər iki idarədə iş icraçısı vəzifəsinin nəzərdə tutulması, həmin idarələrin təmir-tikinti işləri ilə məşğul olmasına dəlalət edir. Qeyd olunmalıdır ki, iddiaçının iş stajına daxil edilən əvvəlki təmir tikinti idarəsinin və iş stajına hesablanmayan tikinti təmir sahəsinin fəaliyyət istiqamətlərinin bir-birindən fərqinin nədən ibarət olması barədə inzibati orqan tərəfindən hər hansı dəlil də gətirilməmişdir. Ona görə də məhkəmə, bu əsasla verilmiş imtinanı formal mülahizələrə əsaslanan imtina kimi qiymətləndirir və iddiaçının 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə işlədiyinin təsdiqləndiyi qənaətinə gəlir. Həmçinin müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 N-li Qərarına əsasən X7 Azərbaycan Dövlət X7 adlandırılmış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013cü il tarixli 6 N-li və xx.xx.2014-cü il tarixli 213 N-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X3 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X6 yenidən təşkili yolu ilə "Azərbaycan X7" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. Məhkəmə hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə, aparılmış araşdırma ilə məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək ümumilikdə 25 ildən artıq ümumi, 12 il 06 ay güzəştli iş stajına malik olmuşdur. Məhkəmə əlavə olaraq bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun: - 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. - 37.7-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli qərardadında göstərilmişdir: - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qeyd olunanları hazırkı mübahisə üzrə işin hallarına tətbiq edərək məhkəmə vurğulayır ki, iddiaçının 57 yaşdan yaşa görə əmək pensiyası hüququ 2017-ci ilin mart ayından yaranmasına baxmayaraq, ona inzibati orqana bununla bağlı müraciət etdiyi 2022-ci il fevral ayından əvvəlki dövrün pensiya məbləği son 3 ilə aid hissədə ödənilməlidir. Göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, cavabdehin imtinası qanuni olmadığından iddia təmin edilməli, İddiaçı, 57 yaşının tamam olduğu 06 mart 2017ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş 3 illik müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı, 57 yaşının tamam olduğu 06 mart 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş 3 illik müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar