Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12303/2022 26.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “X5 şəhidlik statusunun verilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Qazaxıstan Respublikasının vətəndaşı olmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 776-№-li hərbi hissədə xidmət etmiş, döyüş tapşırıqlarını yerinə yetirən zaman N0 aprel N994-cü il tarixdə həlak olmuş, Bakı şəhərində İİ Şəhidlər Xiyabanında dəfn edilmiş X5 şəhidlik statusunun verilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı xüsusi təyinatlı əlahiddə taborun şəxsi heyət üzrə komandirinin müavini vəzifəsində xidmət etmişdir. Milliyyətcə qazax olan Qazaxıstan Respublikasının vətəndaşı olan X6 N993-cü ildə 47N saylı kəşfiyyat taborunda xidmət etmiş, həmin hərbi hissə ləğv edildikdən sonra o N saylı xüsusi təyinatlı əlahiddə taborda xidmət etməyə başlamışdır. X6 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda Tərtər- Ağdərə döyüş bölgəsində kəşfiyyat qrupunun komandiri vəzifəsində xidmət etmişdir. O, cəsurluğu ilə şəxsi heyətin böyük hörmətini qazanmışdır. N994-cü ilin mart ayında düşmən arxasında kəşfiyyat qrupuna rəhbərlik edərkən pusquya düşən qrup üzvlərini xilas etmiş, özü isə ağır yaralanmışdır. Müalicə olunduqdan sonra yenidən xidmətini davam etdirmişdir. N994-cü ilin aprel ayının N0-də Yerbol Barımbekov düşmən arxasında döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur. O, Bakı şəhərində İİ Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N6 saylı, N8 fevral N994-cü il tarixli əmrinə əsasən həqiqi hərbi xidmətini başa çatdırmış starşina X6 N il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilərək qrup komandiri vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin N saylı, N4 mart N994-cü il tarixli əmri ilə müddətdən artıq həqiqi hərbi qulluqçu starşina X6 düşmən arxasında döyüş tapşırığınıyerinə yetirən zaman yaralandığı üçün hərbi qospitala göndərilərək qazan təminatından çıxarılmışdır. N saylı hərbi hissə komandirinin N saylı, N3 aprel N994-cü il tarixli əmri ilə starşina X6 hərbi qospitaldan gəlmiş hesab edilərək qazan təminatına qoyulmuşdur. N saylı hərbi hissə komandirinin N saylı, N0 aprel N994-cü il tarixli əmri ilə qrup komandiri müddətdən artıq həqiqi hərbi qulluqçu starşina XN0 N0 aprel N994-cü il tarixdə döyüş əməliyyatları bölgəsində həlak olduğu üçün şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış, ölüm döyüş əməliyyatları bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən baş vermişdir. Onun tərəfindən X5 şəhid satatusu verilməsi barədə cavabdehə müraciət edilmişdir. Lakin cavabdeh tərəfindən ona şəhid statusu verilməsindən əsassız olaraq imtina edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra iş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdehin nümayəndəsi iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş NN/4064 saylı, NN oktyabr N0NN-ci il tarixli iddiaya münasibət məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0 saylı, N5 yanvar N994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 4.N-ci bəndinə görə şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 886 saylı, N3 sentyabr N994-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin N6 saylı əlavəsinin N.4.N-ci maddəsində göstərilən məlumatlar əks edilir. Həmin maddədə isə göstərilir ki, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin kadrlar İdarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Hazırkı iddia tələbinin mümkün sayılmasını istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə nazirliyinin Katibliyinin Mərkəzi Arxivinin 4/N-38NN saylı, N0 iyun N0NN-ci il tarixli məktubunun surətindən görünür ki, N saylı hərbi hissə komandirinin N saylı, N4 mart N994-cü il tarixli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu starişna X7 düşmən arxasında döyüş tapşırığını yerinə yetirərkən yaralanmışdır. Arxiv arayışından görünür ki, mərhum müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi sitarışna hərbi rütbəsində xidmət etmişdir. İddiaçının, adını qeyd etdiyi XNN müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olduğundan ona şəhid adının verilməsi hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölməsi tərəfindən verilmiş arayışla təsdiq olunur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu inzibati işdə cavabdeh kimi götərilə bilməz. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N3-cü maddəsinə (Məhkəmənin yardım etmək vəzifəsi) əsasən iddiaçıya hüquqi yardım göstərərək iddiaçının əsl iddiçı (X8) ilə əvəz edilməsi, cavabdeh qismində isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq yerli baş idarə, idarə, şöbə və ya bölməsi göstərilməklə iddia tələbinin “şəhid hesab edilməsi üçün arayışın verilməsi” kimi dəqiqləşdirərək cavabdeh orqana müraciətini və cavabdeh orqanın cavab məktubunu məhkəməyə təqdim etməyi təklif etmişdir. Məhkəmə iclasında iştirak edən məhkəmədən cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı olan iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, cavabdehin iddiaya dair münasibətini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N.N.N-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.N0N5-ci il tarixli 05 saylı qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.(N.N) İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir.(N.N) Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (N.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.(N.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.(N.N) İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin NN.N-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.(N.N) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.(N.3) Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N994-cü il N5 yanvar tarixli N0 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.N-ci bəndinə əsasən Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının N994-cü il N3 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin N6 saylı əlavəsinin N.4.N-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və XN Xidmətinin, XN Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və XN Xidməti, XN Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının XN Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər. Həmin Qaydaların 4.N-ci bəndinə əsasən şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.N. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia formal tələblərə cavab vermir. Belə ki, iddia səlahiyyətli nümayəndənin adından deyil, təmsil etdiyi şəxsin (X8) adından qaldırılmalı olduğu halda, iddiaçı qismində İddiaçı göstərilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iş üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdeh qismində çıxış edə bilməz. İddiaçıya qeyd olunan hallar barədə hüquqi yardım göstərilməsinə baxmayaraq göstərilən pozuntular iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Belə olan halda cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı qanunla qorunan maraqlarının pozulmasını əsaslandıran hallar mövcud deyil. Odur ki, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı, iddiaçıya X3 adından “qardaşı X4 şəhid hesab edilməsi üçün arayışın verilməsi” barədə ərizə ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq yerli baş idarə, idarə, şöbə və ya bölməsinə müraciət etməsi hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N3, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan N0 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-12303/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12303/2022
26.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver