Məhkəmə qərarları › İş №2-1(112)-12303/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12303/2024

01.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12303/2024 01.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi X15 Əmir oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.1960-cı il təvəllüdlü X6 İddiaçı (bundan sonra iddiaçı) atasıdır. xx.xx.2024-cü il tarixdə X1 Tibbi Mərkəzin TTTY şöbəsində vəfat etmişdir. İddiaçı ərizə ilə Cavabdeh publik hüquqi şəxsə (bundan sonra cavabdeh) müraciət edərək atasına ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, xx.xx.1960-ci il təvəllüdlü X6 xx.xx.2024-cü il saat 16.30-da X10 TTTY şöbəsində vəfat etmişdir. Ölüm hadisəsi haqqında Nəsimi rayonu 20-ci polis bölməsinə məlumat verilmişdir. A.Mustafayevin yaxınlarına meyidin patoloji-anatomik müayinəyə göndərilməli olduğu bildirilmişdir, yaxınları isə ərizə yazaraq imtina etmişlər. Belə olan təqdirdə ölüm haqqında tibbi şəhadətnaməni əldə edə bilməyəcəkləri izah olunmuşdur. Bu səbəbdən X14 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir. İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1960-cı il təvəllüdlü X3 17 iyul 2024-cü il tarixdə öldüyünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamənin verilməsini “X17” publik hüquqi şəxsə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1960-cı il təvəllüdlü X6 17 iyul 2024-cü il tarixdə X8ra ciyər xəstəliyindən vəfat etmişdir. X5 iddiaçının atasıdır. Onun öldüyü gün həmin xəstəxanadan Nəsimi RPİ-nin 20-ci PB-yə məlumat verilmişdir. Lakin, şəriətə uyğun olmadığına və heç bir hadisə nəticəsində ölümün baş verməməsi səbəbinə görə A.X7 Mərkəzdən pataloji-anatomik müayinəyə göndərilməməsini xahiş etmişdir və buna görə həmin xəstəxananın məsul işçisi ondan ərizə də almışdır. Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün həmin xəstəxanaya ərizə ilə müraciət etsə də, şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bununla bağlı “X17” publik hüquqi şəxsin direktor müavini-baş həkim Hüseyn Məsimovun imzası ilə 29 iyul 2024-cü il tarixli məktub verilmiş və atasının pataloji-anatomik müayinəyə göndərilməsindən imtina etdiyi üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmaması bildirilmişdir. Halbuki, atasının pataloji-anatomik müayinəyə göndərilməsindən imtina etməsi barədə ərizəni ona həmin xəstəxanının əməkdaşı yazdırmışdı. Lakin, həmin ərizənin sonunun nə ilə nəticələnməsini iddiaçıya həmin əməkdaş izah etməmişdir. Hazırki dövrdə xəstəlik nəticəsində ölən şəxslərin çoxu patalojianatomik müayinəyə göndərilmədən dəfn edilir və onlar barədə ailə üzvlərinə “ölüm haqqında tibbi şəhadətnamə” verilir. Hesab edir ki, “X17” publik hüquqi şəxsin 29 iyul 2024-cü il tarixli məktubu tam əsasızdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” Bənd 4.1. “Ölüm haqqında tibbi şəhadətnamə”' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X4 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquqmühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. 4.4. Aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda; 4.5. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. … 4.7. Şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X2 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. … Bənd 5.3. Şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 52 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair” Təlimat: Bənd 3. Ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X4 Stansiyasının (bundan sonra – TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquq-mühafizə) orqanına məlumat verir. Yaşayış yerində zorakı ölüm barəsində şübhə olduqda, həmçinin ölüm hadisəsi ictimai yerlərdə, küçələrdə və s. qeyriyaşayış yerlərində baş veribsə TTTYS-in həkimi hüquq-mühafizə orqanlarının nümayəndəsinə gələnə qədər meyitin yanında gözləməlidir. Bənd 4. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər (ambulator karta, xəstəlik tarixindən çıxarış və s.) əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu yerdə yaşamadığı halda isə faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarı Bənd 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Bənd 9.1. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmənin əsaslandırması: Məhkəmə qeyd edir ki, ambulator tibb müəssisəsi tərəfindən “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi ölümün baş vermə səbəbi məlum olan hallarda mümkündür. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi xx.xx.1960-cı il təvəllüdlü X6 xx.xx.2024-cü il saat 16.30-da X10 Təcili və X4 Stansiyasının (TTTY) şöbəsində vəfat etmişdir. Cavabdehin imtinasına əsas kimi A.Mustafayevin yaxınlarının meyidin patolojianatomik müayinəyə göndərilməsinə razılığının verilməməsi göstərilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 18-1-2/2-5472/2024 nömrəli məktubla xx.xx.1960-cı il təvəllüdlü X3 adına olan aktın təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Həmin akt növbətçi həkimlərin və tibb bacısının imzaları ilə təsdiq edilmişdir. Cavabdeh PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda xx.xx.1960-cı il təvəllüdlü X3 TTYŞ-yə daxil olma tarixi - xx.xx.2024-cü il tarix, saat 15:25, Ölüm tarixi – xx.xx.2024-cü il tarix saat 16:30, Son klinik diaqnoz – qəfləti ürək dayanması qeyd edilmişdir. Aktdan və cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 18-1-2/2- 5085/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixində saat 15:25-də bağırsaq keçməməzliyi diaqnozu ilə X13 gətirilmişdir. Xəstədə müayinələr zamanı kardiak arrest baş vermişdir və xəstə dərhal CPR otağına götürülmüşdür saat 15:45-də CPR başlanmışdır. Lakin aparılan tədbirlərə baxmayaraq saat 16:30-da xəstədə bioloji ölüm baş vermişdir. Hazırkı mübahisə üzrə yuxarıda qeyd edilən sənədlərə əsasən iddiaçının atasının bağırsaq keçməməzliyi diaqnozu ilə X13 gətirilməsi və müayinələr zamanı kardiak arrest baş verməsi, onun CPR otağına götürülməsi və orada bioloji ölümün baş verməsi məlumdur. İddiaçının atasının ölməsinin səbəbi ilə bağlı hər hansı mübahisə yoxdur. Belə olan halda, yuxarıda sadalanan qanunvericilik aktlarının tələbinə əsasən cavabdeh tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməlidir. Odur ki, cavabdehin imtinası əsassızdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X3 17 iyul 2024-cü il tarixdə öldüyünü təsdiq edən “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi öhdəliyi “X17” publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar