Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1231/2023 27.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya əmək pensiyası təyin olunmuşdur. Lakin 2020-ci ildən etibarən iddiaçı ona təyin olunmuş pensiyanı ala bilmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, lakin ona bildirmişlər ki, pensiyası və artımlar onun bank hesabına köçürülmüşdür. İddiaçı həmin pensiyanın almadıgını və cavabdehin onun konstitusion hüquqlarının pozuldugunu bildirir. Bununla bağlı iddiaçı müxtəlif orqanlara müraciət etsə də, ona heç bir qənaətbəxş cavab verilməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddianı müdafiə təqdim edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia tələbinə dair etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazında göstərilmişdir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən İddiaçı xx.xx.1993-cü il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 saylı Fərmanı əsasında xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi tətbiq edilməklə vətəndaşın əmək pensiyasının ödənişi davam etdirilir. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən 258,29 manata, xx.xx.2021-ci il tarixdən 287,74 manata, xx.xx.2022-ci il tarixdən 297,52 manata çatdırılmışdır. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı həmin maddi yardımın hər rüb 50 manat olmaqla 1-ci (fevral ayında), 2-ci (aprel ayında) və 3-cü rüb (iyul ayında) üzrə ödənilməsi təmin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsəsən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmçinin Qanuna əsasən əmək pensiyalarının məbləği 2006-cı il 1 yanvar tarixədək olan dövr üçün şəxslərin sığorta stajına, 2006-cı il 1 yanvar tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. İddiaçı pensiya işində olan sənədlərə əsasən xx.xx.1965-ci il tarixdən xx.xx.1968-ci il tarixədək təhsil dövrü, xx.xx.1968-ci il tarixdən xx.xx.1969-cu il tarixədək, xx.xx.1969-cu il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1975ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan əmək fəaliyyəti dövrü və 10 il kolxozda olan əmək fəaliyyəti dövrü daxil olmaqla ümumilikdə 36 il 4 ay 21 gün sığorta stajı müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 26.3-1-ci maddəsinə görə 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixdən yenidən hesablanır. Qeyd olunan maddəyə əsasən vətəndaşın pensiyası aşağıdakı qaydada hesablanmışdır: 2006-cı il tarixədək 36 il 4 ay 21 gün sığorta stajına əsasən əmək pensiyasının sığorta hissəsi 70,60 manat hesablanmışdır: (36+(4+21/30gün)/12ay)x1,94=70,60 xx.xx.2011 - 70,60+85 (baza hissə)=155,60 xx.xx.2012 - 70,60+7,9%+85 (baza hissə)=161,17 xx.xx.2013 - 76,17+1,1 %+85 (baza hissə)=162,01 xx.xx.2013 - 77,01+100 (baza hissə) = 177,01 xx.xx.2014 - 77,01 +2,4%+100 (baza hissə)=178,86 xx.xx.2015 - 78,86+1,4% +100 (baza bissə)=179,96 xx.xx.2016 - 79,96+4%+100 (baza hissə)=183,16 xx.xx.2016 - 83,16+110 (baza hissə)=193,16 xx.xx.2017- 83,16+12,4%+110 (baza hissə)=203,47 xx.xx.2018 - 203,47+5,7%=215,07 xx.xx.2019 - 215,07+3%=221,52 xx.xx.2020 - 221,52+16,6%=258,29 xx.xx.2021 - 258,29+11,4%=287,74 xx.xx.2022 - 287,74+3,4%=297,52 Qeyd olunanlara əsasən İddiaçı əlilliyə görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Yuxarıda qeyd edilənləri və İPM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materiallarına əlavə edilmiş və pensiya işində olan: - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********8 saylı məktubu ilə bildirilmişdir ki, əlilliyə görə əmək pensiyası təyin edilən zaman sosial sığorta stajı tam olaraq nəzərə alınmışdır. - Cavabdehin tərəfindən verilmiş 613923 pensiyaçının uçot vərəqindən görünür ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən xx.xx.1993-cü il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubu ilə bildirilmişdir ki, hüququ yarandığı xx.xx.1994-cü il tarixdən İİ-ci qrup əlilliyə görə pensiya təyin edilmişdir. Əlilliyə görə təyin edilmiş əmək pensiyası xx.xx.2006-cı il tarixədək 36 il 4 ay ümumi iş stajından hesablanmışdır. İİ qrup əlilliyə görə pensiyasının məbləği xx.xx.2019cu il tarixdən indeksləşdirilərək 221,52 manat olmaqla hesabına köçürülür. - xx.xx.2022-ci il tarixə pensiya alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya 2018-ci ilin noyabr, dekabr aylarında, 2019-cu ilin yanvar ayında 215,07 manat, 2019-cu ilin fevral – dekabr, 2020-ci ilin yanvar ayında 221,52 manat, 2020-ci ilin fevral - dekabr aylarında, 2021-ci ilin yanvar ayında 258,29 manat, 2021-ci ilin fevral-dekabr, 2022-ci ilin yanvar aylarında 287,74 manat, 2022-ci ilin fevral, aprel, iyul aylarında 347.52 manat, həmin ilin mart, may, iyun, avqust, sentyabr aylarında 297,52 manat məbləğində pensiya ödənilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********1 saylı məktubundan görünür ki, iddiaçıya 2018-ci ilin noyabr, dekabr aylarında, 2019-cu ilin yanvar ayında 215,07 manat məbləğində, 2019-cu ilin fevral-dekabr, 2020-ci ilin yanvar ayında 221,52 manat məbləğində, 2020-ci ilin fevral - dekabr aylarında, 2021-ci ilin yanvar ayında 258,29 manat məbləğində, 2021-ci ilin fevral – dekabr, 2022-ci ilin yanvar aylarında 287,74 manat məbləğində, 2022-ci ilin fevral, aprel, iyul aylarında 347.52 manat, həmin ilin mart, may, iyun, avqust, sentyabr aylarında 297,52 manat məbləğində pensiya ödənilmişdir. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********4 məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyanın məbləği xx.xx.2020-ci il tarixindən 258,29 manata, xx.xx.2021-ci il tarixindən 287,74 manata, xx.xx.2022-ci il tarixindən 297,52 manata çatdırılmış və əmək pensiyasının ödənişi davam etdirilir. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Həmin maddi yardımın hər rüb 50 manat olmaqla 1-ci (fevral ayında), 2-ci (aprel ayında) və 3-cü rüb (iyul ayında) üzrə ödənilməsi təmin edilmişdir. Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, ona bir neçə növ əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab ediimir. - Məhkəmə sorgusu cavablandırılaraq cavabdehin xx.xx.2022-ci il tarixli **********4 məktubu ilə bildirilmişdir ki, İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən xx.xx.1993-cü il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Vətəndaşın pensiya işinə daxil olan sənədlərə əsasən xx.xx.1965-ci il tarixindən xx.xx.1968-ci il tarixinədək təhsil dövrü, xx.xx.1968-ci il tarixindən xx.xx.1969-cu il tarixinədək, xx.xx.1969-cu il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1982-ci tarixinədək, xx.xx.1982ci tarixində xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü tarixinədək olan əmək fəaliyyəti dövrü və 10 il kolxozda fəaliyyət dövrü daxil olmaqla ümumilikdə 36 il 4 ay 21 gün sığorta stajı müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 26.3-1-ci maddəsinə görə 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Qeyd olunan maddəyə əsasən vətəndaşın pensiyası aşağıdakı qaydada hesablanmışdır: 2006-cı il tarixinədək 36 il 4 ay 21 gün sığorta stajına əsasən əmək pensiyasının sığorta hissəsi 70,60 manat hesablanmışdır: (36+(4+21/30gün)/12ay)x1,94=70,60 xx.xx.2011 - 70,60+85(baza hissə)=155,60 xx.xx.2012 - 70,60+70,60x7,9%+85(baza hissə)=161,17 xx.xx.2013 - 76,17+76,17x1,1 %+85(baza hissə)=162,01 xx.xx.2013 - 77,01+100(baza hissə)=177,01 xx.xx.2014 - 77,01+77,01x2,4%+100 (baza hissə)=178,86 xx.xx.2015 - 78,86+78,86x1,4% +100 (baza hissə)=179,96 xx.xx.2016 - 79,96+79,96x4%+100 (baza hissə)=183,16 xx.xx.2016 - 83,16+110 (baza hissə)=193,16 xx.xx.2017 - 83,16+83,16x12,4%+110 (baza hissə)=203,47 xx.xx.2018 - 203,47+203,47x5,7%=215,07 xx.xx.2019 - 215,07+215,07x3%=221,52 xx.xx.2020 - 221,52+221,52x16,6%=258,29 xx.xx.2021 - 258,29+258,29x11,4%=287,74 xx.xx.2022 - 287,74+287,74x3,4%=297,52 - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/679 №-li məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, təqdim edilmiş mülki iş materiallarında olan sənədlər və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 3-17-1/2-55418/23 saylı məktubunu nəzərə alınmaqla, iddiaçı X1 əmək pensiyasının yenidən hesablanaraq müəyyən edilməsi üçün fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonrakı dövrə pensiya kapitalı olmadığından pensiyanın hesablanması zamanı 2006-cı il yanvar ayının 1-dək əmək (sığorta) stajı nəzərə alınması və onun xx.xx.2023-cü il tarixdən 360,37 manat məbləğində əmək pensiyası hesablanması müəyyən edilir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanun. Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunanların) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.10 pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasınin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.8. fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 10.2. yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 26.3-1-ci maddəsinə görə 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011 -ci il 01 iyul tarixdən yenidən hesablanır. 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. İddiaçı hazırki iddia tələbində ona təyin edilmiş əmək pensiyasının ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan materiallardan göründüyü kimi İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən xx.xx.1993-cü il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Vətəndaşın pensiya işinə daxil olan sənədlərə əsasən xx.xx.1965-ci il tarixindən xx.xx.1968-ci il tarixinədək təhsil dövrü, xx.xx.1968-ci il tarixindən xx.xx.1969-cu il tarixinədək, xx.xx.1969-cu il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1982ci tarixinədək, xx.xx.1982-ci tarixində xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü tarixinədək olan əmək fəaliyyəti dövrü və 10 il kolxozda fəaliyyət dövrü daxil olmaqla ümumilikdə 36 il 4 ay 21 gün sığorta stajı müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 26.3-1-ci maddəsinə görə 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Qeyd olunan maddəyə əsasən vətəndaşın pensiyası aşağıdakı qaydada hesablanmışdır: 2006-cı il tarixinədək 36 il 4 ay 21 gün sığorta stajına əsasən əmək pensiyasının sığorta hissəsi 70,60 manat hesablanmışdır: (36+(4+21/30gün)/12ay)x1,94=70,60 xx.xx.2011 - 70,60+85(baza hissə)=155,60 xx.xx.2012 - 70,60+70,60x7,9%+85(baza hissə)=161,17 xx.xx.2013 - 76,17+76,17x1,1 %+85(baza hissə)=162,01 xx.xx.2013 - 77,01+100(baza hissə)=177,01 xx.xx.2014 - 77,01+77,01x2,4%+100 (baza hissə)=178,86 xx.xx.2015 - 78,86+78,86x1,4% +100 (baza hissə)=179,96 xx.xx.2016 - 79,96+79,96x4%+100 (baza hissə)=183,16 xx.xx.2016 - 83,16+110 (baza hissə)=193,16 xx.xx.2017 - 83,16+83,16x12,4%+110 (baza hissə)=203,47 xx.xx.2018 - 203,47+203,47x5,7%=215,07 xx.xx.2019 - 215,07+215,07x3%=221,52 xx.xx.2020 - 221,52+221,52x16,6%=258,29 xx.xx.2021 - 258,29+258,29x11,4%=287,74 xx.xx.2022 - 287,74+287,74x3,4%=297,52 İddiaçının əmək pensiyasının məbləğinin düzgün hesablanıb-hesablanmamasını müəyyən etmək üçün məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/679 №-li məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, təqdim edilmiş mülki iş materiallarında olan sənədlər və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023- cü il tarixli, 3-17-1/2-55418/23 saylı məktubunu nəzərə alınmaqla, iddiaçı X1 əmək pensiyasının yenidən hesablanaraq müəyyən edilməsi üçün fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonrakı dövrə pensiya kapitalı olmadığından pensiyanın hesablanması zamanı 2006-cı il yanvar ayının 1- dək əmək (sığorta) stajı nəzərə alınması və onun xx.xx.2023-cü il tarixdən 360,37 manat məbləğində əmək pensiyası hesablanması müəyyən edilir. Ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Göründüyü kimi, xüsusi biliyə məxsus olan ekspert də cavabdehin hərəkətlərində hüquq pozuntusuna yol verilməməsini təsdiq etmişdir. Bundan başqa hesablanmış pensiya məbləği iddiaçının bank hesabına köçürülmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanuni və əsaslı olmuşdur. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddiası əsassız oldugundan təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3
Hakim Mehriban Qarayeva