Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12316/2025 15.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı üçüncü şəxs X4 cəlb olunmaqla cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə işə məhkəmənin inzibati binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvan 1 ünvanında yerləşən evinə qanunsuz qeydiyyata alınmış X3, pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Nəsimi rayon Polis İdarəsinə həvalə olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 10 yanvar 2025-ci il tarixli ******* nömrəli arayışı alarkən məlum oldu ki, onun mülkiyyətində olan evə onun razılığı olmadan tanımadığı X4 adlı şəxs qanunsuz pasport qeydiyyatına alınmışdır. O onların mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılması ilə əlaqədar Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinə müraciət etmişdir. Nəsimi rayon Polis İdarəsi evində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasından 10 iyun 2025-ci il tarixli məktubla imtina edərək bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. O cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, yuxarıda qeyd olunan şəxsin sahiblik etdiyi evə qeydiyyatda olması, onun əmlakdan istədiyi kimi istifadə və sərəncam vermə hüququnu məhdudlaşdırır. Mənzil hüququ əsasən yaşayış sahəsinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normallar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və.s.) götürülməsi və ya əvəzli ( alqı-satqı, dəyişmə və.s.) və ya əvəzsiz (miras, bağışlama, lotoreya) əldə edilməsi yolları ilə təmin olunur. O qeyd olunan mənzili qanunvericiliyə uyğun Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 13 iyul 2017-ci il tarixli 38/6 nömrəli sərəncamına əsasən kirayə müqaviləsi əsasında almışdır və həmin mənzilin vicdanlı sahibidir. Qeyd olunan şəxsin onun istifadəsində olan evdə qeydiyyatda olması səbəbindən o evini sənədləşdirə bilmir. Məhkəmənin 2-1(112)-12316/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə X4 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında cəlb edilmişdir. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclası barədə məlumatlandırılsa da, iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. III. Tədqiq edilən sübutlar: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 044889 nömrəli xx.xx.1997-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 110, 3 nömrəli mənzili X4 ******* manata almışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2017-ci il tarixli 38/6 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri, Əlövsət Quliyev küçəsində yerləşən 110 saylı evin, yaşayış sahəsi 18,2 kv.metr olan iki otaqlı 3 saylı mənzilinə 6 nəfər ailə üzvü ilə (özü, əri, 3 oğlu və qızı) İddiaçı adına kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. Qeyd olunan mənzilə İddiaçı adına şəxsi maliyyə hesabının açılması Nəsimi rayon MKTB-nin 48 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdır. İddiaçı ailə üzvləri ilə birlikdə göstərilən mənzilə yaşayış yeri üzrə qeydiyyata alınması Nəsimi rayon Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsindən xahiş edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyatı haqqında ******* nömrəli xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X4 Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 110, 3 nömrəli mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-51/2-A-28619/1 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxsin (şəxslərin) ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilir. Odur ki, mülkiyyətçisi olduğu ünvanda qeydiyyatda olan şəxs(lər)in qeydiyyatdan çıxarılması məsələsinə baxılmasından ötrü aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməsi tövsiyyə olunur. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2025-ci il tarixli 3-52-13/2-473/2025 məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, 110 saylı evin 3 saylı mənzilinə dair kirayə müqaviləsinin İddiaçı adına bağlanılması barədə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2017-ci il tarixli, 38/6 saylı sərəncam verilmişdir. Həmin sərəncamın verilməsinə əsas olmuş sənədlər müvafiq qanunvericiliyə uyğun olaraq saxlanılması üçün dövlət arxivinə təhvil verildiyindən məhkəməyə təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-20796/25 saylı məktubundan görünür ki, göstərilən xx.xx.1961 -ci il təvəllüdlü X4 xx.xx.2008-ci il tarixdən hazıradək ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyatdadırlar. Əlavə olaraq bildirilir ki, adı göstərilən şəxsin qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqələrinin verilməsinə əsas olmuş sənədlərin saxlanma müddəti (5 il) bitdiyi üçün məhv eddiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (qeydiyyat nömrəsi:**********; qeydiyyat tarixi:xx.xx.2025-ci il) çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən mənzilin 1 otaq y/s 14 kv.m hissəsi X1 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-35486/2025 saylı məlumatların və sənədlərin surətinin təqdim edilməsi haqqında məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, ev 110, 3 saylı mənzilin 1 otaq y/s 14.0 kv.m hissəsi X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. IV. İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları: Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları: Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. İşin faktiki hallarına görə, ünvan 1 iddiaçının sahibliyi və istifadəsindədir. Həmçinin ünvan 4 üçüncü şəxs X4 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. İddiaçının hazırkı iddia üzrə hüquqi marağı üçüncü şəxslərin həmin ünvandan pasport qeydiyyatından çıxarmasına nail olmaqdır. Göründüyü kimi, üçüncü şəxs iddiaçının sahiblik və istifadəsində olan mənzildə deyil, özünə məxsus, eyni ünvanda, lakin faktiki ayrı mənzildə qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, qanun fiziki şəxsin bilavasitə “yaşayış yeri” üzrə qeydə alınmanı tələb edir, bu halda üçüncü şəxsin mülkiyyətində olan evin yerləşdiyi ünvan üzrə qeydiyyatda qalması qanunsuz, inzibati orqanın onları yaşayış yeri ünvanından qeydiyyatdan çıxarmaqdan imtinası isə əsassız hesab edilə bilməz. İş materiallarına əsasən müəyyən olunur ki, üçüncü şəxs iddiaçının sahiblik və istifadəsində olan mənzilin ünvanı üzrə deyil, eyni ünvan rekvizitlərinə malik olan ayrıca daşınmaz əmlakın mülkiyyətçisi olmaqla ünvan üzrə daimi qeydiyyatdadır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Baxılan işlə əlaqədar oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-266/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli və 2- 1(102)-1700/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarlarında da qeyd edilmişdir. 2-1(102)-1700/2023 nömrəli iş üzrə qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, eyni ünvan göstəricisinə malik X2 adına xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsi, eləcə də X5 aid dövlət reyestrində qeydiyyata alınmamış əmlakın olması iddiaçının eyni ünvan, lakin müxtəlif evlərdə yaşayan və qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququnu istisna edir”. 2-1(102)-266/2024 nömrəli iş üzrə qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...iş üzrə üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, onunla ilə eyni ünvan göstəricilərinə malik başqa bir evdə qeydiyyatda olmaqla yaşayırlar. Belə olan halda, iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı tələb hüququna malik olmadığından apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir”. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər. X11
Məhkəmə qərarları › İş №2-1(112)-12316/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12316/2025
15.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver