Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12318/2024 18.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçılar Nümayəndə və İddiaçı2 iştirakları ilə, İddiaçılar Nümayəndə və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “adın dəyişdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il təvəllüdlü İddiaçı1 “Aman” olaraq dəyişdirilməsi barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, adın “Aman” olaraq dəyişdirilməsi ilə bağlı, notarial qaydada təsdiq edilmiş ərizə ilə Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişlər. Bakı şəhəri Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli cavab məktubda bildirilmişdir ki, "Qəyyumluq və Himayəçilik Komissiyası”nın qərarı ilə xx.xx.2020-ci il təvəllüdlü İddiaçı1 Fərid oğlunun adının dəyişdirilməsi azyaşlının mənafeyi baxımından məqsədəuyğun hesab edilməmişdir. Hərçənd ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3.-cü 54-1.ci və 53.4.-cü maddələrinə əsasən, bu hal, yəni, yetkinlik yaşına çatmayan övladlarının adlarının dəyişdiriməsi bilavasitə valideynlərin, atann və ananın qarşılıqlı razılığı ilə həll olunur. Bundan başqa Komissiyayada bildirilmişdir ki, məhz, uşağın anadan olmasından sonra, uşağa ad qoyma məsələsinə görə, onlar ər-arvad olaraq boşanmışlar və 4 il müddətdən sonra qarşılıqlı razılıq əldə olunduğundan və əvvəlcədən atanın dediyi kimi, adının – "Aman" qoymaq razılığı əldə edildikdən sonra, yenidən nikaha daxil olaraq evlənmişlər. İndi də Qəyyumluq və Himayəçilik Komissiyası bu cür qanunusuz hərəkətləri ilə ailədə yenidən münaqişənin yaranmasını faktiki olaraq təşviq edir. Ona görə də hesab edilir ki, xx.xx.2020-ci il təvəllüdlü İddiaçı1 Fərid oğlunun adının, yəni onun adının "Aman" olaraq dəyişdirilməsi ilə bağlı məhkəmə qərarı çıxarılmalıdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin dəyişdirilməsi qəbul edilərək iş üzrə İddiaçı1 əsl iddiaçılar Nümayəndə və İddiaçı2 ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə birgə iddiaçıların ərizəsinə əsasən iddia tələbinin “xx.xx.2020-ci il təvəllüdlü İddiaçı1 adının “Raul”dan “Aman”a dəyişdirilməsinə icazə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən Nümayəndə və İddiaçı2 ünvanlanmış 5-21/2-İ-61- 164/24 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, azyaşlı övladının adının dəyişdirilməsi barədə Cavabdehnə ünvanladığı müraciətinə Qəyyumluq və Himayəçilik Komissiyasında iştirakı ilə baxılmışdır. Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı ilə xx.xx.2020-ci il təvəllüdlü İddiaçı1 adının dəyişdirilməsi azyaşlının mənafeyi baxımından məqsədəuyğun hesab edilməmişdir. AZ-İ seriyalı 363076 saylı xx.xx.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X3 və İddiaçı2 arasında bağlanılmış nikah pozulmuşdur. AZ-İİ seriyalı 630120 saylı xx.xx.2024-cü il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X3 və İddiaçı2 nikaha daxil olmuşlar. **********129 saylı xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Nümayəndə və İddiaçı2 Bakı şəhəri Cavabdehnə müraciət edərək övladları xx.xx.2020-ci il təvəllüdlü İddiaçı1 adının “Aman” olaraq dəyişdirilməsinə sərəncam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). İİ. İddianın növü Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 297 nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən, Ailə Məcəlləsinin 54.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Odur ki, Cavabdeh müvafiq rəyin verilməsindən imtinası inzibati aktın qəbulundan yazılı imtina kimi qiymətləndirilməli və hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, birgə iddiaçılar arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir. İddia mümkündür. İİİ. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. X5 Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi həyatına hörmət hüququna malikdir. X5 Məhkəməsinin presedent hüququna əsasən “şəxsi həyat” fərdin özəl həyatına nisbətən daha geniş anlayışdır, belə ki, hər bir fərdin müstəqil inkişaf etdiyi və şəxsiyyət kimi formalaşdığı sahələri, o cümlədən digər şəxslərlə münasibətlərini və ətraf aləmlə təmaslarını da əhatə edir. Şəxsə ad qoyulması və ailənin mənşəyi barədə məlumat əldə etməsi “şəxsi həyat”ın əhatə dairəsinə aiddir. İlk növbədə qeyd edilməlidir ki, X5 Məhkəməsinin presedent hüququna əsasən, bir şəxsi adını dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, əhalinin qeydiyyatının düzgün olaraq aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı daşıyanların müəyyən bir ailə bağlılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir (Kemal Taşkin və digərləri Türkiyəyə qarşı 30206/04 Qərar 2.2.2010 [İİ Bölmə]). Odur ki, məhkəmə şəxsin adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələnin həm daxili qanunvericilik, həm də X5 Məhkəməsinin presedent hüququ baxımından qiymətləndirilməsi üçün aşağıdakı məsələləri araşdırmalıdır: Müdaxilə qanunla nəzərdə tutulubmu? Müdaxilə qanuni məqsəd daşıyırdımı? Müdaxilə demokratik cəmiyyətdə zəruri idimi? “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. X5 Məhkəməsinin presedent hüququna əsasən: “zəruri” anlayışı “əvəzolunmaz” anlayışının sinonimi deyil, o cümlədən bu anlayış “qəbul edilən”, “adi”, “ağlabatan”, “faydalı” və ya “arzu edilən” ifadələrinə xas olan çevikliyə malik deyil; Razılğa gələn dövlətlər məhdudiyyətlərin tətbiqi zamanı müəyyən, lakin qeyriməhdud olmayan qiymətləndirmə sərbəstliyi hüququna malikdirlər, lakin onların Konvensiyaya uyğunluğuna dair yekun qiymətləndirmə Avropa Məhkəməsinin səlahiyyətindədir; “demokratik cəmiyyətdə zəruri” anlayışı onu ifadə edir ki, müdaxilə Konvensiya ilə uzlaşmaqla “təxirəsalınmaz ictimai ehtiyaca” uyğun və “qarşıya qoyulmuş qanuni məqsədə mütənasib” olmalıdır; Hüquqların təminatının məhdudlaşdırılmasına dair Konvensiyadakı maddələr məhdud təvsir olunmalıdırlar (X1rşı). Uşağın adını seçmək (təyin etmək) hüququ onun valideynlərinə məxsusdur və (uşağın) şəxsiyyəti ilə qırılmaz bağlı olan hüququdur. Odur ki, açıq-aşkar uşağın mənafeyinə zidd olmadıqca inzibati orqanın həmin məsələyə müdaxiləsi demokratik cəmiyyətdə “zəruri” hesab edilə bilməz. Uşağın adının “Raul”dan “Aman”a dəyişdirilməsinin onun mənafeyinə zidd olduğunu əsaslandırmalı olduğu halda, inzibati orqan həmin sübutetmə yükünə dönüş etməklə uşağın adının onun mənafeyinə zidd olmasının əsaslandırılmasını valideynlərin üzərinə qoymuş, bununla da inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü İddiaçı1 adının “Raul”dan “Aman”a dəyişdirilməsinə icazə verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova