Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12319/2024 03.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə və Cavabdeh2 qarşı “ünvan 1 ünvanında, İnşaatçılar metrosunun çıxışında yerləşən qeyri-yaşayış sahəsinə dair "xxxx" X1 mülkiyyət hüquqlarına dair qanunsuz aparılmış qeydin və onun əsasında verilmiş 29 iyul 1999-cu il tarixli QYM №000157 seriyalı qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsi və 1.480.000 manat pulun Cavabdeh2 iddiaçının xeyrinə tutulması” tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında, İnşaatçılar metrosunun çıxışında yerləşən qeyri-yaşayış sahəsinə dair "xxxx" X1 mülkiyyət hüquqlarına dair qanunsuz aparılmış qeydin və onun əsasında verilmiş 29 iyul 1999-cu il tarixli QYM №000157 seriyalı qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsi və 1.480.000 manat pulun Cavabdeh2 iddiaçının xeyrinə tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Bakı şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/276 nömrəli qərarına əsasən, “İnkişaf’ Assosasiyasına Bakı şəhərinin 6 rayonunda, o cümlədən Yasamal (Oktyabr) rayonu, Şərifzadə küçəsi 3154-cü kvartalda İnşaatçılar metrosunun çıxışının şərqində yüngül konstruksiyadan yığılmış Kolxoz bazarının təşkili üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. Lakin “İnkişaf” Assosasiyası Kolxoz bazarının təşkili üçün ayrılmış torpaq sahəsini təyinatı üzrə istifadə etmədiyi üçün Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 178 nömrəli Sərəncamına əsasən "xxxx" Azərbaycan-X5 (hal-hazırda İddiaçı MMC) Bakı şəhərinin 10 rayonunda o cümlədən Yasamal rayonu, Şərifzadə küçəsində, İnşaatçılar metrosunun çıxışında yüngül konstruksiyadan müasir dizayna uyğun məişət, ticarət və sair xidmət obyektlərinin quraşdırılmasına dair sahələrin ayrılmasına qərar verilmişdir. Sonradan məlum olmuşdur ki, "xxxx" Azərbaycan-X5 (hal-hazırda İddiaçı MMC) ayrılmış sahədə yəni ünvan 2 ünvanında, İnşaatçılar metrosunun çıxışında yerləşən sahədə “İnkişaf” Assosasiyası Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/276 nömrəli qərarı ilə Kolxoz bazarının təşkili üçün yüngül konstruksiyadan xidmət obyekti tikməli olduğu halda, həmin yerdə qanunsuz və icazəsiz olaraq mişar daşından qeyri-yaşayış obyekti inşa etmişdir. Daha sonra isə “İnkişaf” Assosasiyasının qanunsuz inşa etdiyi həmin qeyri-yaşayış sahəsinə dair "xxxx" X1 mülkiyyət hüququ qeydiyyata alınmış, firmaya xx.xx.1999-cu il tarixli QYM № 000157 seriyalı Qeydiyyat Vəsiqəsi verilmişdir. Halbuki, 1999-cu ildə Bakı Şəhər İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsinin qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatını aparmağa səlahiyyəti olmamışdır. Həmin dövrdə qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatının aparılması səlahiyyəti Dövlət Əmlak Komitəsinə məxsus olmuşdur. Həmçinin yüngül konstruksiyalı qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüququ qanunvericiliyə əsasən qeydiyyata alına bilməzdi. Bundan başqa məlum olmuşdur ki, Kolxoz bazarının təşkili üçün istifadəsinə torpaq sahəsi ayrılmış “İnkişaf’ Assosasiyası və X4 xx.xx.1995-ci ildə "xxxx" X2 təsis etmişlər və həmin firma xx.xx.1995-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Kolxoz bazarının təşkili üçün torpaq sahəsi “İnkişaf’ Assosasiyasının istifadəsinə ayrıldığı halda, Bakı Şəhər İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsi “İnkişaf” Assosasiyasının qanunsuz inşa etdiyi qeyri-yaşayış sahəsinə dair Assossasiyanın və Babayevanın həmtəsisçisi olduğu "xxxx" X1 mülkiyyət hüququnu qanunsuz olaraq qeydiyyata almışdır. İşdən görünür ki, "xxxx" İKF-nin iki təsisçilərindən biri “İnkişaf” Assosasiyası digəri isə X4 olmuşdur. Ruqəyya Babayevanın ölümündən sonra Cavabdeh2 xx.xx.2000-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan sonra o, "xxxx" İKF-nin adına olan Qeydiyyat vəsiqəsini sənəd saxtalaşdırmaq yolu ilə, “İnkişaf” Assosasiyasının müvafiq razılığı olmadan qanunsuz olaraq həmin şəhadətnamə əsasında öz adına keçirmişdir. Bu isə tamamilə qanusuzdur. Halbuki, o, qeyd olunan şəhadətnamə əsasında yalnız təsisçiliyə daxil ola bilərdi. Qeyd olunan torpaq sahəsi xx.xx.2000-ci ildə isə Cavabdeh2 adına qeydiyyatdan keçirilmişdir və hazırda onun mülkiyyətindədir. İddiaçı MMC Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək ünvan 3 ünvanında İnşaatçılar metrosunun çıxışında yerləşən qeyri-yaşayış sahəsinə dair "xxxx" X1 mülkiyyət hüquqularına dair qeydin və onun əsasında verilmiş Qeydiyyat vəsiqəsinin ləğv edilməsini xahiş etmişdir. 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə ərizəsi təmin edilməmişdir. Hesab edir ki, iddia tələbimiz təmin edilməli, ünvan 3 ünvanında İnşaatçılar metrosunun çıxışında yerləşən qeyri-yaşayış sahəsinə dair "xxxx" X1 mülkiyyət hüquqularına dair qeyd və onun əsasında verilmiş xx.xx.1999-cu il tarixli, QYM № 000157 seriyalı Qeydiyyat vəsiqəsi qanunsuz olduğundan ləğv edilməlidir. İddiaçı tərəfindən hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə əvvəl edilən müraciətlə bağlı iş üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi xx.xx.2024cü il tarixli qəradadla iddia mümkün sayılmamışdır. Həmin qərardadda məhkəmə göstərmişdir ki, İddiaçı MMC öz iddia ərizəsinə mübahisələndirilən topraq sahəsinə dair eskiz və digər torpaqayırma sənədlərni əlavə etməmişdir. Bildirilmişdir ki, həmin torpaqayırma sənədləri iddiaçıda vardır, hazırda biz mübahisələndirilən topraq sahəsinə dair torpaqayırma sənədlərini iddia ərizəsinə əlavə edilmişdir. İddiaçıya xx.xx.2024-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (“İPM”) 13-cü maddəsinə əsasən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. İddia ərizəsində göstərilən cavabdeh – Cavabdeh2 münasibətdə bildirilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda da inzibati orqanlara Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Bundan başqa nəzərinizə çatdılır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bundan əlavə iddia ərizəsində adını cavabdeh kimi qeyd edilən Cavabdeh2 hazırkı iş üzrə cavabdeh qismində çıxış edə bilməz. Belə ki, inzibati işlər üzrə cavabdeh qismində fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq inzibati orqanlar çıxış edə bilər. Həmçinin iddia tələbi öhdəliyin icrası haqqında iddia olmasına baxmayaraq cavabdehə hazırkı tələblə müraciət etməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Məhkəmənin yardım məktubunda iddiaçıya cavabdehə müraciət etməsini təsdiq edən sənədi və ya cavabdehin imtinasının əslini Bakı İnzibati Məhkəməsinə təqdim etməsi və qeyd olunanlara yazılı münasibət bildirməsi təklif olunmuş, yardım məktubu Elektron Məhkəmə İnformasiya Sistemi üzərindən xx.xx.2024-cü il tarixində iddiaçının şəxsi kabinetinə yerləşdirilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. İddiaçıya məhkəmə tərəfindən iddianın mümkünlüyü ilə bağlı yardım məktubu göndərilmiş, onun dinlənilmə hüququ təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən hazırkı tələblə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə heç bir müraciət edilməmiş, müraciətin təmin edilməsindən imtina olunmasına dair müvafiq məktub iş materiallarına əlavə olunmamışdır. Bununla bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək, qanunveriliciyin tələbləri izah olunmuş və hazırkı iddianın mümkünlük şərtlərinə cavab vermədiyi bildirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Həmçinin məhkəmə diqqətə çatdırır ki, iş üzrə iddianın mümkünlüyü yoxlanılarkən iş materiallarına əsasən müəyyən edilir ki, məhkəməyə təqdim edilən ərizədə adı cavabdeh kimi qeyd edilən Cavabdeh2 iş üzrə cavabdeh qismində çıxış edə bilməz. Belə ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. “İnzibati icraat haqqında” AR Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda da inzibati orqanlara Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər aid edilmişdir. Yuxarıda qeyd olunanlarla bağlı iddiaçıya xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubu göndərilmiş, yardım məktubu iddiaçı tərəfindən qəbul olunmuş və dinlənilmə hüququ təmin edilmişdir. Lakin, iddiaçı tərəfindən məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, iş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır. İddiaçı tərəfindən iddia ərizəsində cavabdeh kimi qeyd olunan Cavabdeh2 münasibətdə isə qeyd olunur ki, Cavabdeh2 cavabdeh qismində çıxış edə bilməz. Fərqli iddia tələbləri bir icraatda birləşdirilməklə iki fərqli cavabdehə qarşı yönəldilmə biməz. Odur ki, iddiaçının hazırkı tələbə dair iddiası mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Müvafiq imtina cavabı alındıqdan sonra yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edilə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə və Cavabdeh2 qarşı “ünvan 4 ünvanında, İnşaatçılar metrosunun çıxışında yerləşən qeyri-yaşayış sahəsinə dair "xxxx" X1 mülkiyyət hüquqlarına dair qanunsuz aparılmış qeydin və onun əsasında verilmiş 29 iyul 1999-cu il tarixli QYM №000157 seriyalı qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsi və 1.480.000 manat pulun Cavabdeh2 iddiaçının xeyrinə tutulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X9.
Məhkəmə qərarları › İş №2-1(112)-12319/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12319/2024
03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver